Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3189/2024 07.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **-NA-*** dövlət qeydiyyat nişanlı VAZ 21093 minik markalı avtomobil üçün ümumilikdə ödənilmiş 2400 manat, dəymiş maddi zərərin əvəzi olan 2000 manat və 600 manat mənəvi zərər olmaqla, ümumilikdə 5000 manat məbləğində pulun Cavabdeh tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, o – İddiaçı2 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 17 saylı notariat ofisində Cavabdeh ilə nəqliyyat vasitəsinin ilkin alqısatqı müqaviləsini imzalamışdır. Həmin müqaviləyə əsasən **-NA-*** dövlət qeydiyyat nişanlı VAZ 21093 minik markalı avtomobili ilkin olaraq 1500 manat, daha sonra isə 18 ay müddətində 300 manat olmaqla almışdır. İlkin olaraq ödəniləcək 1500 manatın 200 manatını cavabdehin atası X3, qalan 1300 manatı isə notariat ofisində cavabdehə ödəmişdir. Daha sonra 3 ay müddətində 300 manat olmaqla cavabdehə müqavilədə qeyd edilən ödənişi etmişdir. Göründüyü kimi avtomobil üçün ümumilikdə 2400 manat məbləğində cavabdehə ödəniş etsə də, avtomobildə olan qüsurlar ilk günlərdən üzə çıxmağa başlamışdır. Həmin qüsurların aradan qaldırılması üçün Cavabdeh məlumat versə də, cavabdeh qüsurların aradan qaldırılması üçün heç bir əməli tədbir görməmişdir. Müqavilə üzrə ödənişin 4-cü ayının vaxtı çatdıqda cavabdehə zəng edərək ödəniş üçün 2 aylıq möhlət verməsini xahiş etmişdir. Buna səbəb avtomobilin qranat və digər hissələrində yaranan qüsurların aradan qaldırılması zərurəti idi. Çünki avtomobil işləmirdi və onun həmin avtomobili almasında məqsəd xəstə qohumlarının daşınması zərurəti idi. Belə ki, bir neçə qohumu əlil idi və həmin avtomobillə əlil qohumlarını xəstəxanaya çatdırmaq istəyirdi. Həmin zəngdən sonra Cavabdeh onu təhqir etmiş və ödənişin vaxtında edilməli olduğunu bildirmişdir. Avtomobilin qüsurlarını ona yenidən xatırlatsa da, hər dəfə cavabdeh bunu qulaqardına vururdu və heç bir köməklik etmirdi. xx.xx.2023-cü il tarixdə Cavabdeh 3 nəfər şəxs göndərərək yaşadığı evin qarşısından avtomobili heç kimə demədən evakuatora yükləyərək aparmışdır. Bundan sonra avtomobilin ilkin və aylıq ödənişlərini edən şəxs İddiaçı1 polisə müraciət etmiş və iş üzrə cinayət işinin başlanmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli HK/1-1243 saylı qərarına əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin iş çərçivəsində İddiaçı1, cavabdehin atası X1 və Cavabdeh izahatları alınmış və iddia ərizəsində qeyd edilənlər bir daha öz təsdiqini tapmışdır. Göründüyü kimi cavabdehin qanunsuz əməlləri nəticəsində bir ilə yaxın müddətdə polis və digər hüquq mühafizə orqanlarına get-gələ düşmüş və hal-hazırda da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yalnız bu get-gəllərə münasibətdə xeyli miqdarda xərci çıxmışdır ki, həmin məbləğ də cavabdehdən tələb edilməlidir. Eyni zamanda, bildirmək istərdi ki, cavabdeh avtomobili evakuatorla apararkən avtomobilin içində bahalı çilçıraq və pul vəsaitləri olmuşdur. Həmin əşyaları cavabdehdən tələb etsə də, cavabdeh onları qaytarmayacağını bildirmişdir. Polis və digər hüquq mühafizə orqanlarına get-gələ xərclədiyi nəqliyyat xərcləri və avtomobilin içində olan əşya, pul vəsaitlərinin cəmi 2000 manat təşkil edir. Eyni zamanda bildirmək istərdi ki, avtomobil üçün də ümumilikdə 2400 manat məbləğində ödəniş etmişlər. Maddi zərərlə yanaşı cavabdehin ona vurduğu mənəvi zərərə görə də təzminat ödənilməlidir. Cavabdehin bu qanunsuz hərəkətləri onda mənəvi sarsıntı və depressiya əlamətləri meydana gətirmişdir ki, nəticədə də o, fəal ictimai həyatını davam etdirməkdən məhrum olmuşdur. Bununla yanaşı qeyd olunan xoşagəlməz hallar nəticəsində özünə və ailəsinə kifayət qədər vaxt ayıra bilməmiş və onlara qayğı göstərməkdən məhrum olunmuşdur. Təsadüfi deyil ki, avtomobilin qüsurlu olması səbəbindən İddiaçı1 qaynı X2 xəstəxanaya çatdırmaqda problemlər yaranmış və xx.xx.2023-cü il tarixdə həmin şəxs vəfat etmişdir. Onlara dəyən mənəvi zərərin həcmi 600 (altı yüz) manatdır. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, notariusda bağlanmış alqı-satqı müqaviləsində satan və ya alan kimi qeyd olunmamış, amma maşının alınması üçün pulu o vermişdir. Cavabdehlə eyni maşında notariusa getmişlər, yolda terminaldan pul çıxarmış, cavabdeh də demişdir ki, ona tez pul lazımdır, notariusa tez getsinlər. O, maşının behini və 3 aylıq pulunu hissə-hissə cavabdehin atasına və özünə ödəmişdir. Müqavilə bağlananda cavabdehin atası da notariusda olmuşdur. Sonra cavabdeh maşının çatışmayan hissələrinin olduğunu demiş, notariusdan çıxandan sonra həmin hissələri alıb onlara verəcəyini bildirmişdir. Onlar notariusda bilmişlər ki, maşın cavabdeh Şəmsəddinin adınadır. Notariusdan çıxandan sonra cavabdeh onları mağazaya deyil, evə aparmışdır. Növbəti gündən maşının problemləri başlamışdır. Maşının akkumlyatorunun olmadığını, maşını həyətdən qonşuların köməyi ilə çıxardıqlarını cavabdehin atasına demişlər, atası da Şəmsəddinin evdən pulları götürüb qaçdığını demişdir. O, maşının aylıq ödənişləri üçün onlara 2 ay möhlət verməsini istəmişdir. Cavabdeh isə nəinki onlara vaxt vermiş, onları təhqir etmişdir, hansı ki əvvəlcədən demişdilər ki, maşında nə isə problem olanda onlara xəbər versinlər. Cavabdeh maşını aparanda onlara məlumat verməmişdir. Maşın aparılanda onun içində çilçıraqları, Gündüzün iş paltarları, ayaqqabının içində Gündüzün 324 manat pulu olmuşdur. O, cavabdeh barəsində polisə şikayət etmişdir. Şəmsəddini taparaq istintaqa cəlb etmişlər. Şəmsəddin izahatında onun haqqında yalan ifadələr vermiş, şəxsi həyatı ilə bağlı ona şər atmışdır. Şəmsəddinlə üzləşməsi isə mümkün olmamışdır. Bu məsələ təxminən 1 il uzanmışdır. Cavabdehlə bağlanmış alqı-satqı müqaviləsindən şikayəti var. Amma hazırkı vaxtadək bu müqaviləni mübahisələndirməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, maşına 1500 manat ilkin ödəniş etmişlər. Cavabdeh həmkəndlisi olduğu üçün maşına sadəcə üzdən baxmışdır. Maşının təkəri və akkumlyatoru yox idi. Qonşularla maşını itələyirdilər, maşın işləmirdi. Maşını neçə dəfə ustaya göstərmişdir. Maşın 3 ay onun istifadəsində qalmış, yaxın məsafəyə sürmüşdür. Cavabdeh dördüncü ay - may ayında ona demədən maşını aparmışdır. May ayının ödənişini edəcəkdi ki, etmədi, cavabdeh ancaq 3 ayın pulunu ondan alıb. Alqı-satqı müqaviləsində 1500 manat ilkin ödəniş nəzərdə tutulmayıb, şifahi olaraq razılaşıb ödəmişlər. Cavabdeh maşını aparandan sonra məhkəməyə yox, polisə müraciət etmişdir. Alqı-satqı müqaviləsini məhkəmə qaydasında mübahisələndirməmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddiaçının ailəsi ilə bağlı dediyi sözlər yalandır. Bir neçə dəfə telefonla ona zəng olunub təhqir olunmuşdur. Maşına gələndə isə maşının alqı-satqısından bir gün əvvəl Bilgəh qəsəbəsində texniki servisdən baxışdan keçib, amma bununla bağlı sənədlər yoxdur. Gündüz bəylə notariusa gedəndə Sevil xanım da orada olmuşdur. Gündüz bəy müqaviləni oxuyub imzalamışdır. Həmin gün maşının təkərini istəmişər, o isə olmadığını demişdir. Bir neçə gün sonra təkər verilmişdir. Ondan sonra maşının 3 ayının ödənişini almış, ödənişlər onun kartına köçmüşdür. Maşının ilkin ödənişi kimi 1500 manat və hər bir ayı 300 manat olmaqla, cəmi 900 manat 3 aylıq ödənişini almışdır. Bundan başqa ona maşınla bağlı hər hansı bir ödəniş olmamışdır. Sonra maşının aylıq ödənişinin vaxtı çatanda o, iddiaçılara zəng edəndə Gündüz bəy hər hansı bir möhlətdən danışmamış, konkret olaraq iki ayın ödənişini etməyəcəyini demişdir. Bunun səbəbini soruşanda maşının xarab olduğunu demişdir. Halbuki 3 ay ərzində maşın onlarda qalıb, maşın yaxşı vəziyyətdə olmasa idi, bu 3 ay ərzində deyə bilərdilər. Ödənişləri tam şəkildə ödədikdən sonra niyyəti maşını onlara satmaq olmuşdur. Sonra babasına maşını yandırmaqla bağlı sözlər deyiblər, onu dələduz adlandırıblar. O isə Sevil xanımla əlaqə saxlayanda ona etikadan kənara çıxmamasını, onunla əlaqə saxlamamasını, şikayəti varsa məhkəməyə müraciət etməsini və ödənişlərini etməsini demişdir. Ödənişlərin olmadığını görmüş, evakuator şirkəti ilə əlaqə saxlamışdır. Maşının onların həyətində olduğunu bilmişdir. Maşının ona məxsus olduğunu sənədlərlə sübut etmiş və maşını onların həyətindən aparmışdır. Maşın aparılanda maşının içində iddiaçılara məxsus hər hansı əşyanın olub-olmadığını bilmir. Köhnə parçalar olmalı idi, onları da atmışdır. Maşını aparandan sonra Sevil xanımgilin maşına ciddi ziyan vurduqlarını müəyyən etmişdir. Lakin bununla bağlı sübutu yoxdur. Maşını aparandan sonra iddiaçıların ödədiyi pulları geri qaytarmamışdır, qaytarmaq lazım olduğunu bilməmişdir. 3 ay maşın iddiaçıların istifadəsində qalmışdır. Maşın üçün ilkin ödəniş olaraq 1500 manat pul almasının müqavilədə niyə göstərilməməsi barədə məlumatı yoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X8 ifadəsində bildirmişdir ki, o, sürücüdür, “Araz” marketin yanında taksi fəaliyyəti ilə məğul olandan iddiaçıları qonşu kimi tanıyır. Cavabdehi isə tanımır, ilk dəfədir ki, görür. İddiaçıları xəstəsi ilə birgə bir neçə dəfə xəstəxanaya aparmışdır. İddiaçılara vurulan zərərlə bağlı onu deyə bilər ki, azı 1000 manat ödənişlər olub. Amma bununla əlaqədar heç bir sənəd-çek yoxdur. 1 ilə yaxın onlar üçün taksi fəaliyyəti göstərmişdir. Hər dəfə şəhərə aparanda 30 manat pul almışdır. İddiaçıların maşında əşyalarının olduğunu eşitmiş, amma görməmişdir. Məhkəmə, tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı2 tərəfindən iddia ərizəsinin verilməsi üçün 72 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı1 tərəfindən iddia ərizəsinin verilməsi üçün 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - birinci tərəf Cavabdeh ilə ikinci tərəf İddiaçı2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsindən görünür ki, birinci tərəf-satıcı Cavabdeh mülkiyyətində olan **-NA-*** dövlət qeydiyyat nişanlı VAZ 21093 minik markalı nəqliyyat vasitəsini ikinci tərəf-alıcı İddiaçı2 satır. İlkin müqavilənin predmeti olan nəqliyyat vasitəsinin qiyməti 5400 manat məbləğində müəyyən olunmuşdur. Alıcı həmin nəqliyyat vasitəsinə görə 18 ay müddətində hər ayın 5-i 300 manat satıcıya nağd şəkildə ödəməyi öhdəsinə götürür. Əgər alıcı nəqliyyat vasitəsinə dair hər ay ödəyəcəyi pulu hər hansı səbəbdən satıcıya ödəməzsə, **-NA-*** dövlət qeydiyyat nişanlı VAZ 21093 minik markalı nəqliyyat vasitəsi satıcıya geri qaytarılır və həmin tarixədək ödədiyi ümumi vəsait satıcı tərəfindən ona qaytarılmayacaq. Müqaviləyə vaxtından əvvəl və ya digər hallarda xitam verilməsinə yalnız ikitərəfli razılıq olduqda yol verilir. Başqa hallarda müqaviləyə vaxtından əvvəl xitam verilməsinə yol verilmir. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, İddiaçı1 müraciəti əsasında araşdırma aparılmış və material üzrə izahatı alınmış İddiaçı1 bildirmişdir ki, o, ünvan 1 ünvanında yaşamışdır. O, xx.xx.2023-cü il tarixdə Rizvan adlı şəxslə tanış olmuş və avtomobil almaq istədiyini bildirmişdir. Həmin şəxs isə ondan ilkin beh olaraq 200 manat məbləğində pul verməyini istəmişdir. O da Rizvan adlı şəxslə razılaşmış və 200 manat məbləğində pulu Rizvana vermişdir. Bundan sonra o, Rizvanla ilkin olaraq 1500 manat, aylıq 18 ay 300 manat olmaqla pul verəcəyi barədə razılığa gəlmişdir. Bundan sonra o, avtomobili almaq üçün 1300 manat məbləğində pulu Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən notariat kontorunda Rizvanın oğlu Şəmsəddinə vermişdir. Daha sonra Şəmsəddin onun sürücüsü İddiaçı2 sürmək üçün etibarnamə vermişdir. Daha sonra o, avtomobili yaşadığı ünvan 2 ünvanına gətirmişdir. 3 ay aldığı avtomobilin ödənişini vaxtı-vaxtında etmişdir. 4-cü ay o, həmin şəxslərə zəng etmişdir ki. avtomobil xarabdır, ödənişi bir neçə ay gecikdirəcəkmiş, avtomobili düzəltdirib yenidən onların pulunu ödəyəcəkmiş. Bundan sonra Şəmsəddin ona zəng edərək onunla razılaşmamış və onu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır və ödənişi verməyini istəmişdir. xx.xx.2023-cü il tarixdə o, evdə olan zaman Rizvanın oğlu Şəmsəddin 3 nəfər şəxs göndərərək, onun yaşadığı evin qarşısından avtomobili heç kimə demədən evakuatora yükləyərək aparmışlar. O, Rizvanı və Şəmsəddini avtomobil alan vaxtdan tanımışdır. O, avtomobili almaq üçün ilkin olaraq Şəmsəddinə 1500 manat və 3 ay müddətində 300 manat məbləğində pul ödəmişdir. O, həmçinin qeyd etmişdir ki, avtomobili onun yaşadığı evin qarşısından Şəmsəddin yox, Şəmsəddinin göndərdiyi 3 nəfər şəxs heç kimə demədən aparmışlar. Material üzrə izahatı alınmış X4 bildirmişdir ki, o, ünvan 3 ünvanında yaşamışdır. xx.xx.2023-cü il tarixdə onun tanıdığı Gündüz adlı şəxs yaşadıqları Bilgəh qəsəbəsində onunla söhbət əsnasında sürmək üçün avtomobil lazım olduğunu bildirmişdir. O da Gündüzə bildirmişdir ki, “Lada” markalı VAZ 2109 modelli avtomobil var, istəyibistəmədiyini soruşmuş, daha sonra gedib avtomobilə baxmağı təklif etmişdir. Bundan sonra Gündüz avtomobilə baxmış və xoşu gəlmişdir, ona bildirmişdir ki, “gedim Sevil xanıma deyim gəlsin baxsın razılaşaq”. Həmin günü Sevil xanım yenidən Gündüz ilə birlikdə avtomobilə baxmış və bəyənmişlər. Daha sonra isə avtomobilin qiymətini həmin şəxslərə bildirmişdir ki, ilkin olaraq 1500 manat məbləğində pul verməklə 18 ay müddətində 300 manat məbləğində pul ödəməlidirlər. Sevil xanım onunla razılaşmış və ona 200 manat məbləğində beh kimi pul vermişdir. Səhəri gün həmin şəxslərə oğlu Şəmsəddinlə avtomobili alqı-satqı eləmək üçün Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 17 saylı notariat kontorunda Gündüzə sürmək üçün etibarnamə verərək, qalan 1300 manatı almışdır. Avtomobili aldıqdan sonra 3 ay Sevil xanım 300 manat avtomobilin aylığını ödəmişdir. Bundan sonra avtomobildə olan nasazlığa görə Sevil xanım avtomobilin aylığını ödəməmişdir. Daha sonra Sevil xanımla Şəmsəddin arasında mübahisə olmuş, həmin vaxt Sevil xanım Şəmsəddini təhqir etmişdir. Sevil xanım avtomobilin aylığını ödəmədiyinə görə onun oğlu Şəmsəddin etibarnamə ilə satdığı “Lada” markalı VAZ 2109 modelli avtomobili Sevil xanımın yaşadığı evin qarşısından götürərək aparmışdır. O, həmin sözügedən avtomobili ilkin olaraq 1500 manat, 18 aylıq isə 300 manat vermək şərtilə satmışdır. Sevil xanım ilkin olaraq ona 200 manat məbləğində pul vermiş, qalan 1300 manat məbləğində pulu isə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində 17 saylı notariat kontorunda onun oğlu Şəmsəddinə vermişdir. Material üzrə izahatı alınmış Cavabdeh bildirmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmuş və yaşamışdır. O, İddiaçı1 həyat yoldaşı kimi tanıdığı İddiaçı2 adlı şəxsi çoxdan tanımışdır, çünki, onlar həmin şəxslə eyni kənddə qalmış, tez-tez qarşılaşmışlar, yaşadıqları ünvanlar yaxın olmuşdur. O, mütəmadi olaraq avtomobil alqısatqısı ilə məşğul olmuş, həm də, avtomobili müştərinin istəyindən asılı olaraq əlbəəl kredit şəkilndə də satmışdır. Belə ki, 2023-cü ilin əvvəlində 1996-cı il buraxılışlı “Lada” markalı VAZ 2109 modelli **-NA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili satışa qoymuş və ətrafındakılara da onda belə bir avtomobilin olduğunu, onu satmaq istədiyini bildirmişdir. Bu məlumatı Gündüz eşitmiş və bununla bağlı ona müraciət edərək, həmin sözügedən 1996-cı il buraxılışlı “Lada” markalı VAZ 2109 modelli **-NA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili almaq istədiyini bildirmişdir. Həmin şəxs bu avtomobili almaq üçün əlində kifayət qədər məbləğ olmadığını bildirmiş, buna görə də həmin şəxs həmin sözügedən 1996-cı il buraxılışlı “Lada” markalı VAZ 2109 modelli **-NA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili əlbəəl kredit şərti ilə ondan almağı təklif etmiş, o da razılaşmışdır. xx.xx.2023-cü il tarixdə həmin sözügedən 1996-cı il buraxılışlı “Lada” markalı VAZ 2109 modelli **-NA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin alqısatqısını etmək üçün Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 17 saylı notariat kontorunda görüşmüşlər. Həmin vaxt oraya təkcə İddiaçı2 gəlmişdir. Orada onlar alqı-satqı etdikdən sonra o, İddiaçı2 həmin sözgedən avtomobilə görə 1500 manat məbləğində pulu ilkin ödəniş olaraq almış, yerdə qalan pulu isə 18 ay müddətində həmin şəxsin ona ayda 300 manat ödəyəcəyi şərti ilə razılaşmışlar. Bundan sonra Gündüz 3 ay müddətində hər ay gecikdirərək ayda 300 manat məbləğində ona ödəniş etmişdir. Ödənişin vaxtı hər ayın 5-i imiş. Avtomobilin 4-cü ayının ödənişinə 1 gün qalmış yəni, xx.xx.2023-cü il tarixdə o, Gündüzə zəng edərək sabah avtomobilin aylıq ödənişinin vaxtı olduğunu bildirmişdir. Həmin şəxs isə ona cavabında 2 ay ödəniş etməyəcəyini demiş, ondan 2 ayın ödənişini silməyini istəmişdir, buna səbəb isə avtomobilin xarab olmasını, qabaq qranatlarının sıradan çıxdığını və avtomobili təmir etdirəcəyini bildirmişdir. O isə bununla razılaşmayaraq, sabah ödənişin vaxtı olduğunu və sabah yəni, xx.xx.2023-cü il tarixdə həmin şəxsdən avtomobilin aylıq ödənişini alacağını bildirmişdir. Səhəri günü, yəni xx.xx.2023-cü il tarixdə Gündüzə zəng edərək avtomobilin ödənişini etməsini tələb etmişdir. O, həmin şəxsə pulu yoxdursa gözləyə biləcəyini demiş və bəhanə gətirməməsini istəmişdir. Həmin şəxs isə cavabında ümumiyyətlə ödəniş etməyəcəyini və həmin sözügedən avtomobili yandıracağını ona bildirmişdir. Səhəri günü yəni, xx.xx.2023-cü il tarixdə o, yenə Gündüzə zəng edərək, ödənişi etməsini tələb etmiş, həmin şəxs isə cavabında ümumiyyətlə ödəniş etməyəcəyini və bir daha narahat etməməsini bildirmişdir. Daha sonra həmin günü, yəni xx.xx.2023-cü il tarixdə ona İddiaçı1 zəng edərək özünü ona Gündüzün həyat yoldaşı kimi təqdim edərək, hüquqşünas olduğunu bildirmiş, ona hədəqorxu gəlmiş və onun başına oyun açacağını demişdir. Həmin şəxs ona dələduz olduğunu demişdir. O isə həmin şəxsdən dediyi bu sözlərin səbəbini soruşduqda cavabında həmin şəxs ona atası X4 ilə arasında olan problemlərini demiş və yaxşı insan olmadığını, dələduz olduğunu ona demişdir. O isə cavabında atası ilə arasında olan problemlərinin həmin şəxsə heç bir aidiyyəti olmadığını, bunun onun ailə məsələsi olduğunu demişdir. Daha sonra o, həmin şəxsə xəbərdarlıq edərək, xx.xx.2023-cü il tarixdə həmin sözügedən avtomobili gəlib götürəcəyimi bildirmişdir. Səhəri günü, yəni xx.xx.2023-cü il tarixdə o, Gündüzə zəng edərək ödəniş etməsini istəmiş, cavabında həmin şəxs yenə təkidlə ödəniş etməkdən imtina etmişdir. Daha sonra həmin günü, yəni xx.xx.2023-cü il tarixdə saat 3 ilə 5 arasında o, evakuatorla birlikdə Gündüzgilin yaşadığı ünvana getmiş və mobil telefonu ilə çəkiliş apararaq həmin sözügedən 1996-cı il buraxılışlı “Lada” markalı VAZ 2109 modelli **-NA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili evakuator vasitəsilə aparmışdır. Bu zaman orada o və evakuator sürücüsündən başqa heç kim olmamışdır. Elə həmin günü, yəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında Gündüz ona zəng edərək avtomobili nə üçün apardığını soruşmuş, o isə cavabında qabaqcadan xəbərdarlıq etdiyini bildirərək səbəbinin ödəniş etməməsi olduğunu bildirmişdir. Daha sonra o, həmin şəxsə aralarında olan müqavilənin şərtlərini xatırlatmış, düz etdiyini demiş və şikayəti barədə həmin şəxsə məhkəməyə müraciət etməsini bildirmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, VAZ 21093 markalı **-NA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı2 arasında xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh mülkiyyətində olan **-NA-*** dövlət qeydiyyat nişanlı VAZ 21093 minik markalı nəqliyyat vasitəsini 5400 manata İddiaçı2 satmağı, sonuncu isə həmin nəqliyyat vasitəsinə görə 18 ay müddətində Cavabdeh hər ayın 5-i 300 manat pul ödəməyi öhdəsinə götürmüşdür. İlkin alqı-satqı müqaviləsi bağlanarkən İddiaçı1 tərəfindən cavabdehə ilkin ödəniş kimi 1500 manat, müqavilə bağlandıqdan sonra isə 3 ay müddətində, hər ay 300 manat olmaqla, cəmi 900 manat, ümumilikdə isə 2400 manat məbləğində pul ödənilmişdir. Daha sonra iddiaçılar tərəfindən müqavilə üzrə ödənişlər həyata keçirilmədiyindən, xx.xx.2023-cü il tarixdə cavabdeh özünə məxsus nəqliyyat vasitəsini iddiaçılardan geri götürmüşdür. Hazırda iddiaçılar nəqliyyat vasitəsinə görə cavabdehə ödədikləri 2400 manat pulun, həmçinin, 2000 manat maddi, 600 manat mənəvi zərər olmaqla, ümumilikdə 5000 manat məbləğində pulun alınaraq onlara ödənilməsini tələb edirlər. Məhkəmə qeyd edir ki, **-NA-*** dövlət qeydiyyat nişanlı VAZ 21093 minik markalı nəqliyyat vasitəsinə görə iddiaçılar tərəfindən cavabdehə ümumilikdə 2400 manat məbləğində pul vəsaitinin ödənilməsi işin mübahisəsiz halıdır. Belə ki, Cavabdeh aralarındakı şifahi razılaşmaya əsasən iddiaçılar tərəfindən ona ilkin olaraq 1500 manat məbləğində pulun ödənildiyini, həmin pul vəsaitinin ödənilməsi üçün müqavilə əsasının olmadığını, həmçinin, müqavilənin şərtlərinə uyğun olaraq 3 ay, hər ay 300 manat olmaqla, ona cəmi 900 manat məbləğində pul vəsaitinin ödənildiyini etiraf etmişdir. İşin mübahisəli halı iddiaçıların nəqliyyat vasitəsinə görə ödədikləri 2400 manat məbləğində pul vəsaitini tələb etmək üçün hüquqi əsasların olub-olmamasının müəyyən edilməsindən ibarətdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsinin şərtlərinə əsasən əgər alıcı nəqliyyat vasitəsinə dair hər ay ödəyəcəyi pulu hər hansı səbəbdən satıcıya ödəməzsə, **-NA-*** dövlət qeydiyyat nişanlı VAZ 21093 minik markalı nəqliyyat vasitəsi satıcıya geri qaytarılır və həmin tarixədək ödənilmiş ümumi vəsait satıcı tərəfindən alıcıya qaytarılmır. Yuxarıda qeyd edildiyi kimi iddiaçılar tərəfindən müqavilə üzrə cavabdehə 3 ay olmaqla, cəmi 900 manat məbləğində pul ödənilmiş, daha sonra müqavilə üzrə öhdəliklər icra edilməmiş, bu səbəbdən cavabdeh nəqliyyat vasitəsini iddiaçılardan geri götürmüşdür. Göründüyü kimi nəqliyyat vasitəsinə görə aylıq ödənilməli olan pul vəsaiti hər hansı səbəbdən ödənilmədikdə, əvvəlki tarixlərdə ödənilmiş pul vəsaiti heç bir halda geri qaytarılmır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçıların müqaviləyə əsasən cavabdehə ödənilmiş 900 manat məbləğində pul vəsaitinin geri qaytarılmasını tələb etmələri üçün hüquqi əsaslar mövcud deyildir, odur ki, iddia həmin hissədə rədd edilməlidir. Bununla yanaşı məhkəmə 1500 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçılara ödənilməsi hissəsində iddianı qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Həməccənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Göründüyü kimi, əsassız varlanmadan əmələ gələn öhdəliyin (kondikasiya öhdəliyinin) əsas vəzifəsi vətəndaş və hüquqi şəxslərin əmlak xarakterli hüquq və vəzifələrini müdafiə etməkdən ibarətdir. Əsassız varlanma institutu müəyyən bir şəxsə məxsus olan əmlakın başqa şəxs tərəfindən lazımi əsas olmadan əldə edilməsi zamanı yaranan münasibətləri tənzimləyir. Bu institut əmlakı əsassız əldə edən şəxsin üzərinə zərər düşən şəxsə, yəni əmlakdan əsassız məhrum olan şəxsə həmin əmlakı qaytarmaq vəzifəsi qoyur. Buna görə də, əsassız varlanma institutunun əsasında ədalət mülahizələri durur. Əsassız varlanma qanundan əmələ gələn öhdəlik hesab olunur və bu öhdəliyin yaranması üçün müqavilə tələb olunmadığından, o, müqavilədən kənar öhdəliklər sırasına daxildir. Əsassız varlanma hüquqi əsası olmayan hadisədir. Hüquqi hadisə dedikdə isə hüquqa uyğun olan müvafiq faktlar başa düşülür. Hüquqi fakt rolunda isə qanun, müqavilə, əqd vərəsəlik çıxış edə bilər. Varlanma sadalanan bu hüquqi faktlardan əmələ gəlmirsə, əsassız varlanma hesab edilir. Həmçinin, qanun iki məqamı da hüquqi əsas olmadan varlanma hadisəsini şərtləndirən hal hesab etmişdir. (MM-nin 1091.2-ci maddəsi). Birinci məqam varlanmanın həyata keçməyən əsasla (məqsədlə) bağlı olmasından ibarətdir. Bu halda bir şəxs müəyyən məqsəd (əsas) üçün digərinin hesabına hər hansı əmlak alır, lakin məqsəd (əsas) həyata keçmir. İkinci hal isə varlanmanın, yəni əmlakın əldə edilmə əsasının sonradan aradan qalxmasından ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsində nəzərdə tutulmadığı halda, iddiaçılardan 1500 manat məbləğində pul almış, bununla da əsassız varlanmışdır. Cavabdeh məhkəmə iclasında şifahi razılaşma əsasında iddiaçılardan 1500 manat məbləğində pul aldığını, həmin pul vəsaitinin ona ödənilməli olmasına dair müqavilədə hər hansı bir şərtin nəzərdə tutulmadığını etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 1500 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. Məhkəmə, maddi və mənəvi zərərin ödənilməsi hissəsində iddia tələbini əsassız hesab edir. Belə ki, iddiaçılar cavabdehin nəqliyyat vasitəsini onlara məlumat vermədən apardığını, nəqliyyat vasitəsinin içərisində onlara məxsus 2000 manat məbləğində əşyaların olduğunu iddia edərək, 2000 manat maddi və 600 manat məbləğində mənəvi zərərin ödənilməsini tələb etsələr də, həmin hissələrdə iddia tələbinin əsası kimi istinad etdikləri halları sübuta yetirə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Bundan başqa, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərhedilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X5rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X6 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Lakin iddiaçılar mənəvi sarsıntı və iztirab keçirmələrini məhkəmədə sübuta yetirə bilməmişlər. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-3189/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3189/2024
07.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver