Məhkəmə qərarları › İş №2(008)-3191/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3191/2022

06.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3191/2022 06.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehə məxsus cehiz əşyalarının çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh məxsus: 1 ədəd LG markalı televizor, bir ədəd stol, 6 ədəd stul, servis dəsti, 4 ədəd güldan, 2 ədəd meyvə qabı, 1 ədəd ütü stolu, 1 ədəd ütü, 1 ədəd yemək naboru, duzqabı naboru, 1 ədəd arçelik markalı soyuducu, 1 ədəd paltaryuyan maşın, 1 ədəd 4 göz qaz peçi, 1 ədəd mətbəx stolu 4 ədəd stul, 1 ədəd tikiş maşını, 1 ədəd EFBA markalı soba, 3 ədəd xalça, 1 ədəd uşaq yataq beşiyi, 2 ədədə yorğan, 2 ədəd döşək, 1 ədəd orvica markalı tozsoran, 2 ədədə pərdə 2 ədədə lüsturun mülkiyyətimdə olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi. Partizan Məmməd küçəsi, 4-cü döngə, 3 saylı fərdi yaşayış (Yeni qaydada Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi. Atəşgah küçəsi, 94) evindən çıxarılması və yaşayış otağının açarının cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Partizan Məmməd küçəsi, 4-cü döngə, 3 saylı fərdi yaşayış evi (Yeni qaydada Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Atəşgah küçəsi 94) xx.xx.2020-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının qardaşı X4 ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(007)-1240/2020 saylı qətnaməsi ilə nikah pozulmuşdur. Onlar ailə qurduqdan sonar birgə yaşamaları üçün özlərinin evləri olmadığına görə müvəqqəti olaraq iddiaçının mülkiyyətimdə olan evdə yaşamalarına icazə vermişdir. Cavabdeh həmin vaxtdan özünə məxsus əşyalarını da əri ilə birgə nikah dövründə əldə etdikləri əmlakları da həmin mənzilə gətirmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2(103)-4718/2021 saylı qətnaməsinə əsasən, Cavabdeh uşaqları X3 və X2 həmin evdən çıxarılması qət edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək qeyd etdi ki, iddianı qəbul edir, lakin hal-hazırda cehiz əşyalarını yerləşdirməyə yeri yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı cavabdehin keçmiş ərinin bacısıdır. Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi, Partizan Məmməd küçəsi, 4-cü döngə, 3 (yeni qaydada Atəşgah küçəsi, 94) saylı fərdi yaşayış evi və torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir (DƏDRX tərəfindən **********38-10301 reyestr nömrəsi********** qeydiyyat nömrəsi ilə verilmiş Çıxarış). Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1240/2020 №-li iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə Cavabdeh ilə X4 arasında olan nikah pozulmuş, uşaqlar X3 və X5 analarının himayəsinə verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4718/2021 №-li iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək Cavabdeh uşaqları X3 və X2 iddiaçıya məxsus evdən çıxarılması qət edilmişdir. Hazırda iddiaçı cavabdehə məxsus cehiz əşyalarının ona məxsus evdən çıxarılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlakı (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus evdən cehiz əşyalarının çıxartmaması iddiaçının öz sahibliyində olan evdən istədiyi kimi istifadə etmək hüququnu pozur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehə məxsus əmlaklar iddiaçıya məxsus evdən çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh məxsus: 1 ədəd LG markalı televizor, bir ədəd stol, 6 ədəd stul, servis dəsti, 4 ədəd güldan, 2 ədəd meyvə qabı, 1 ədəd ütü stolu, 1 ədəd ütü, 1 ədəd yemək naboru, duzqabı naboru, 1 ədəd arçelik markalı soyuducu, 1 ədəd paltaryuyan maşın, 1 ədəd 4 göz qaz peçi, 1 ədəd mətbəx stolu 4 ədəd stul, 1 ədəd tikiş maşını, 1 ədəd EFBA markalı soba, 3 ədəd xalça, 1 ədəd uşaq yataq beşiyi, 2 ədədə yorğan, 2 ədəd döşək, 1 ədəd orvica markalı tozsoran, 2 ədədə pərdə, 2 ədədə lüstur olan cehiz əşyaları İddiaçı məxsus Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi, Partizan Məmməd küçəsi, 4-cü döngə, 3 (yeni qaydada Atəşgah küçəsi, 94) saylı fərdi yaşayış evindən çıxarılsın və yaşayış otağının açarı cavabdehdən alınıb iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar