Məhkəmə qərarları › İş №2(008)-3227/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3227/2022

25.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3227/2022 25.04.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızıın sədrliyi ilə, Məhkəmə iclas katibi X2, Ərizəçi İddiaçı iştirakları ilə Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qeyd edilməklə mediyasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək mediyasiya prosesinin nəticəsində onunla Cavabdeh arasında bağlanmış 17.01.2022-ci il tarixli barışıq sazişinin alimentin ödənilməsinə aid hissədə təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə rəsmi nikhaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahılarından 27 noyabr 2012-ci il təvəllüdlü X4 və 29 dekabr 2014-cü il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Hazırda ayrı yaşayırlar. Aralarında faktiki nikah münasibəti yoxdur. Nikahları formal xarakter daşıyır. Birgə nikahdan olan uşaqlar onun himayəsindədirlər. O, aralarında olan ailə münasibətlərindən irəli gələn mübahisənin həll edilməsi üçün Mediasiya Şurasına müraciət etmişdir. Onlar mediasiya prosesindən keçərək 17 yanvar 2022-ci il tarixli barışıq sazişini imzalamışlar. Barışıq sazişinə əsasən 27 noyabr 2012-ci il təvəllüdlü X4 və 29 dekabr 2014-cü il təvəllüdlü X5 adlı uşaqlarının onun himayəsinə verilmələri və uşaqların saxlanılması üçün hər ay onun xeyrinə 300 manat məbləğində alimentin ödənilməsi barədə razılığa gəlmişlər. Lakin Cavabdeh barışıq sazişinin şərtlərinə əməl etmir. Cavabdeh uşaqların saxlanılması üçün aliment ödəmir Maraqlı şəxs məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq işə maraqlı tərəfin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizənin məzmununa uyğun izahat verərərk qeyd etdi ki, barışıq sazişinə əsasən hər ay Cavabdeh onun xeyrinə 300 manat, yəni hər ay hər uşağa görə 150 manat məbləğində alimentin ödənilməsi barədə razılığa gəlmişlər. Odur ki, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 17.01.2022-ci il tarixdə mediasiya prosesində aşağıdakı şərtlərlə Barışıq sazişi imzalanmışdır: 2.1. Tərəflər İddiaçı və Cavabdeh arasında 01.11.2012-ci il tarixli 802 nömrəli nikahın ləğv olunmasına razılaşdılar. 2.1.1. Tərəflər övladları 27 noyabr 2012-ci il təvəllüdlü X4 və 29 dekabr 2014-cü il təvəllüdlü X5 ana İddiaçı yanında qalmasına razılaşdılar. 2.1.2. Tərəflər övladları 27 noyabr 2012-ci il təvəllüdlü X4 və 29 dekabr 2014-cü il təvəllüdlü X1 üçün ana İddiaçı xeyrinə 300 manat məbləğində alimentin verilməsinə razılaşdılar. 2.1.3. Tərəflər övladları 27 noyabr 2012-ci il təvəllüdlü X4 və 29 dekabr 2014-cü il təvəllüdlü X3 ata Cavabdeh ilə hər həftənin 6-cı günü saat 19:00-dan 7-ci günü saat 21:00-dək görüşməsinə razılaşdılar. 2.1.4. Tərəflər 28.03.2013-cü il tarixli arayışda Xırdalan şəhəri, 21-ci məhəllə, bina 3A ünvanında yerləşən 45 kv.m sahəsi olan mənzili övladları yetkinlik yaşına çatanadək satılmasına qadağa qoyulmasına razılaşdılar. İş materiallarından görünür ki, 27.01.2022-ci il tarixdə mediasiya prosesinə xitam verilməsi barədə protokol tərtib edilmişdir. Hazırda ərizəçi həmin barışıq sazişinin alimentin ödənilməsinə aid hissədə təsdiq edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1 -ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Azrbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 355-24-ci maddələrinin mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1 -ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Ərizəçinin izahatı və iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış 17.01.2022-ci il tarixli barışıq sazişinin alimentin ödənilməsinə aid hissədə Cavabdeh tərəfindən barışq sazişinin şərtlərinə əməl edilməmiş və sonuncu barışıq sazişində nəzərdə tutulmuş 300 manat məbləğində alimentin ərizəçiyə ödənilməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Ərizəçi hazırkı tələblə bağlı ərizə ilə 13.04.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. 23.12.2021-ci il tarixdə qəbul edilmiş və 01.01.2022-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Lakin, tərəflər barışıq sazişinə əsasən hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat məbləğində alimentin ödənilməsi barədə razılığa gəlmişlər. Ona görə də məhkəmə belə hesab edir ki, mediyasiya prosesinin nəticəsində İddiaçı və oğlu Cavabdeh arasında bağlanmış 17.01.2022-ci il tarixli barışıq sazişi alimentin ödənilməsinə aid hissədə aşağıda göstərilən qaydada təsdiq edilməlidir: 27 noyabr 2012-ci il təvəllüdlü X4 və 29 dekabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 13.04.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Mediyasiya prosesinin nəticəsində İddiaçı və oğlu Cavabdeh arasında bağlanmış 17.01.2022-ci il tarixli barışıq sazişi alimentin ödənilməsinə aid hissədə aşağıda göstərilən qaydada təsdiq edilsin: 27 noyabr 2012-ci il təvəllüdlü X4 və 29 dekabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 13.04.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar