Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-330/2023 08.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məmmədova Şəms Aqşin qızının katibliyi ilə İddiaçılar X2 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «birgə mülkiyyətdəki payın naturada ayrılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar X2 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mövcud faktiki fiziki bölgünün təsdiq edilməsi yolu ilə onların cavabdehlərlə birlikdə həmin ev üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsinə və bu ünvandakı evin bizə məxsus tikililərinin və keçmiş Lenin (Sabunçu) rayon XDS-nin xx.xx.1973-cü il tarixli, 24/230 saylı sərəncamında əks olunan bölgüsünə əsasən 534 kv.m-lik torpaq sahəsinin həmin evin cavabdehlərə məxsus digər tikililərindən və cavabdehlərə məxsusu tikili hissələrinin nyerləşdiyi torpaq sahəsindən naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar qohumdurlar. Həyat yoldaşları qardaş olmuş, hər ikisi ölmüşlər: X11 xx.xx.2016-cı il tarixdə, X13 isə xx.xx.2018-ci il tarixdə. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən 26 nömrəli evin paylı mülkiyyətçiləridirlər. Həmin evin onlara məxsus olan paylarına (hər birisinə ¼ hissədə olmaqla) mülkiyyət hüquqları ölmüş ərlərindən qalmış miras əmlakın vərəsəlik yolu ilə onlara keçməsi nəticəsində yaranmışdır. Belə ki, evin ¼ hissəsi İddiaçı2 əri mərhum X9, ¼ hissəsi isə İddiaçı1 əri mərhum X5 məxsus olmuşdur. X13 və X11 öz paylarına mülkiyyət hüquqlarını alqı-satqı yolu ilə 1974-cü ildə əldə etmişlər. Alqı-satqıya qədər evin mülkiyyətçiləri Nisə Abigül qızı və atası X12 olmuşlar. Əmlakın ½ hissəsi həmin iki qardaşa hər birinə ¼ bir hissə olmaqla satılmış, yerdə qalan ½ hissə isə Nisə Əbigül qızının mülkiyyətində qalmışdır. Qardaşlar mülkiyyət hüquqlarını xx.xx.1974-cü il tarixdə qeydiyyata aldıraraq ayrı-ayrı çıxarışlar almışlar. Qardaşlar evin ½ hissəsini bərabər paylar alarkən onlara aid hissə evin digər hissəsindən hasarla ayrılmışdı və qardaşlara aid hissə ilə Nisə Əbigül qızına aid digər hissənin hərəsinin öz giriş-çıxışı var idi. İddiaçılar miras əmlakın sənədləşdirilməsini apararkən və daşınmaz əmlakın dövlət reyestrindən adlarına yeni çıxarışlar alarkən məlum olmuşdur ki, Nisə Əbigül qızının ½ payı da başqa şəxslərin adına təkrar qeydiyyatdan keçmişdir. Bunlardan ¼ hissə onun oğlu Cavabdeh1 adına vərəsəlik yolu ilə keçmişdir, digər ¼ hissənin sahibi isə bu hissəni alqı-satqı yolu ilə əldə edən yeni mülkiyyətçi Cavabdeh2dur. Həmçinin, qardaşlar evin ½ hissəyə mülkiyyət hüququnu əldə etməmişdən əvvəl, mülkiyyətçilər Nisə Əbigül qızı və atası X12 hələ 1973cü il tarixdə ərazi üzrə rayon XDS-ə müraciət etmiş, torpağın bölgüsünə dair xx.xx.1973-cü il tarixli 24/230 saylı sərəncam çıxarılmasına nail olmuşlar. Həmin sərəncamdan görünür ki, Zabrat qəsəbəsi, Əzizbəyov küçəsi, ev 26 ünvanında yerləşən evin ümumi (tikintialtı+həyətyanı sahəsi) torpaq sahəsi 1152 kv.m.-dən ibarətdir. Həmin torpaq sahəsi aşağıdakı qaydada bölünmüşdür: “Ümumi sahəsi 618 kv.m. olan torpaq sahəsi Nisə Əbigül qızına, ümumi sahəsi 534kv.m. olan torpaq sahəsi X6. Buna dair onların yazılı razılığı var. Vətəndaşlara “kubik” daşından, uzunluğu 17m., hündürlüyü 1.5m. olan hasarın tikilməsinə icazə verilsin”. Həmin sərəncam əsasında xx.xx.1973-cü il tarixdə rayon XDSnin memarı tərəfindən eskiz sxemi tərtib edilmişdir. Sxemdə torpaq sahəsinin bölgüsü ilə bərabər evin tikilisinin də bölgüsü əks etdirilmişdir. Belə ki, evin texniki pasportda “A” şərti işarəsi ilə göstərilən tikilisi sözügedən sxemlə tərəflərin hər birinə ½ hissə olmaqla tərəflər arasında bölünmüşdür. Həmçinin evin texniki pasportda “İ” rum rəqəmi ilə göstərilən “saray” adlı tikintisi 534 kv.m. torpaq sahəsində qalmaqla, yerdə qalan bütün tikililər digər payçıya, yəni 618 kv.m. torpaq sahəsinin sahibinə aid edilmişdir. Məhz həmin sərəncamın qəbulundan sonra X13 və X11 alqı-satqı yolu ilə 534kv.m.-lik hissəni və üzərindəki ev/tikili hissəsini almışlar. Bu, “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid Pasport”da əks edilmiş və həmin pasportun ümumi sahəni göstərən sxemində 1974-cü ilin noyabr ayında müvafiq qeydlər də edilmişdir. Yəni, bölgü texniki sənədə də işlənmişdir. İddiaçıların mərhum ərləri 1974-cü il tarixdə ev alarkən ümumi sahəsi 534kv.m. olan torpaq sahəsini və həmin sahə üzərində olan tikilini (ev hissəsini) birlikdə, yəni tikili və torpaq sahəsini vahid əmlak şəklində almışlar. Ev alınarkən 534kv.m.-lik sahə Nisə Əbigül qızma məxsus 618kv.m.-dən hasarla ayrılmış vəziyyətdə idi. Hal-hazırda da iddiaçılara məxsus olan ev və torpaq hissəsinin digər mülkiyyətçilərlə heç bir ortaqlığı yoxdur. İddiaçılara məxsus hissə cavabdehlərə məxsus hissədən həm torpaqda, həm də tikilidə ayrılmışdır. Həm torpağın, həm də evin iddiaçılara aid olan hissəsi hasarla və hörgü divarı ilə cavabdehlərə məxsus hissədən fiziki olaraq naturada ayrıdır, təcrid olunmuş vəziyyətdədir. Digər payçılara məxsus otaqların da giriş-çıxış qapısı ayrıcadır və digər həyətə açılır, bunların iddiaçılara heç bir təsiri və aidiyyəti yoxdur. Hərənin özünə məxsus ayrıca sanitar qovşağı və digər yardımçı tikililəri, həyətyanı sahəsi və küçədən ayrıca giriş-çıxış darvazası mövcuddur. İddiaçılara məxsus sanitar qovşağı və köməkçi sahələrindən yalnız özləri və ailələri istifadə edir, bunlar ümumi istifadədə deyildir. Evin və torpağın iddiaçılara aid olan hissəsi artıq 50 ilə yaxındır ki, fiziki cəhətdən bölünmüşdür. Bölgü ilə bağlı iddiaçı ilə cavabdehlər arasında fikir ayrılığı yoxdur. Lakin, onların bölgü sxeminin tərtibi, notariat orqanında təsdiqi ilə bağlı rəsmiləşmə işlərinə cəlb edə bilmirlər, bunlardan biri mülk sahibi olsa da, orada faktiki yaşamır. Bir sözlə, onları axtarıb tapmaq, məsələnin mahiyyətini anladaraq bunun razılaşma yolu ilə həllinə gətirib çıxartmaq mümkün deyildir. Bu səbəbdən məsələni qarşılıqlı razılaşma yolu ilə həll edə bilmirlər və hüquqlarımızı məhkəmə qaydasında təsdiq etdirmək məcburiyyətində qalmışlar. Sonradan iddiaçıların nümayəndəsi (vəkili) bir neçə dəfə iddia tələbini dəyişdirmiş, son olaraq ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1970-ci illərdə Azərbaycan SSR keçmiş Mənzil Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid Pasport”da əks olunan 1132.9 kv.m-lik ümumi torpaq sahəsindən iddiaçılara aid hissəsinin – qanuni istifadələrində və sahibliyində olan 430 kv.m torpaq sahəsinin (iddiaçılara aid olan evin/tikintialtının yerləşdiyi sahənin və sərbəst həyətyanı sahənin cəmi) cavabdehlər Cavabdeh1 və X7 aid digər torpaq sahəsi hissəsindən naturada ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəyişdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, mülki iş üzrə alınmış mütəxəssis rəyində mübahisəli torpaq sahəsinin ümumi sahəsi iddiaçıların zənn etdiyi kimi 534 kv.m deyil, 0.043 ha, yəni 430 kv.m-dir. Bu səbəbdən həmin ziddiyətin aradan qaldırılması üçün iddia tələbinin dəyişdirilməsinə zərurət yaranmışdır. İddiaçıların nümayəndəsi (vəkili) əvvəlki məhkəmə iclasında ərizə verərək məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə yuxarıda göstərilən məddəni rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Lenin Rayon Zəhmətkeş Deputatlar Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1973-cü il tarixli, 24/230 nömrəli qərarına əsasən Zabrat qəsəbəsi, Əzizbəyov küçəsi, ev 26 ünvanda yerləşən, ümumi sahəsi 1152 m2 olan torpaq sahəsi aşağıdaki qaydada bölünmüşdür: Ümumi sahəsi 618 m2 olan torpaq sahəsi Nisə Əbigül qızına; Ümumi sahəsi 534 m2 olan torpaq sahəsi X10. Bölgüyə dair vətəndaşların razılığı olmuşdur. Həmçinin, həmin Qərarla vətəndaşlara “kubik” daşdan, uzunluğu 17 m, hündürlüyü isə 1.5 m olan hasarın tikilməsinə icazə verilmişdir. Həmin qərar əsasında hazırlanmış xx.xx.1973-cü il tarixli cizgi sxemindən görünür ki, ümumi sahələri 534 m2 və 618 m2 olan torpaq sahələri bir-birilərindən daş hasarla ayrıdırlar, həmçinin hər iki hissənin ayrıca giriş-çıxışları vardır. Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən Çıxarışdan görünür ki, Zabrat qəsəbəsi, Əzizbəyov küçəsi, ev 26 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə ¼ hissədə X3, ¼ hissədə X8, ½ hissəsi isə Nisə Əbigül qızının mülkiyyətində olmuşdur (3 nömrəli, 12/İİ-1974 tarixli reyestr kitabının 412 nömrəli vərəqi). Zabrat qəsəbəsi, Əzizbəyov küçəsi, ev 26 ünvanında yerləşən fərdi yaşayış evinə dair 1974-cü il tarixli evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport tərtib edilmiş, həmin pasportda Nisə Əbigül qızı, X14, X13 və X15 mülkiyyətçi kimi göstərilmişlər. Pasportda torpağın ümumi sahəsi 1132.9 kv.m göstərilmişdir. X11 ilə X13 qardaş olmuş, X11 xx.xx.2016-cı il tarixdə, X13 isə xx.xx.2018-ci il tarixdə ölmüşlər. İddiaçı1 ilə X11, İddiaçı2 ilə X13 ilə ər-arvad olmuşlar. İddiaçılar İddiaçı1 və İddiaçı2 vərəsəlik hüququ əsasında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Əzizbəyov küçəsi ünvanında yerləşən 26 nömrəli fərdi yaşayış evinə, hər ikisinin payı ¼ hissə olmaqla mülkiyyət hüququ əldə etmişlər, fərdi yaşayış evinin digər ½ hissəsi, hər pay ¼ hissə olmaqla cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsusdur (**********84-10301 reyestr nömrəli çıxarış). Torpaq sahəsinə dair çıxarış mövcud deyil. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə vəsatəti əsasında məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 10/6438 nömrəli ekspert rəyinə əsasən ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə X4 (¼ hissədə), Cavabdeh1 (¼ hissədə), İddiaçı1 (¼ hissədə) və İddiaçı2 (¼ hissədə) paylarına düşən hissələrin naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Lakin rəyin təsviri hissəsində fərdi yaşayış evinin iki hissəyə ayrıldığı, evin digər hissəsində yaşayış olduğu üçün baxış keçirilməsi mümkün olmadığı qeyd edilmişdir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə vəsatəti əsasında məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 0.043 ha təşkil edir. İddiaçılar İddiaçı2 və İddiaçı1 aid olan sahələr ümumi hasar daxilindədir (bir yerdədir). Torpaq sahəsinin üzərində iddiaçılara aid 1 (bir) ədəd fərdi yaşayış evi mövcuddur. Digər tərəfə isə baxış keçirmək mümkün olmadı. Sözügedən fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda qeyd olunan konfiqurasiya və perimetrik ölçülərlə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Həmçinin faktiki olaraq fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi texniki pasportda göstərilən ölçüdən azdır. Hazırda iddiaçılar torpaq sahəsinin naturada ayrılmasını istəyirlər. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respblikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4-cü maddəyə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyytçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Konstisuya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli Qərarına əsasən “Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi”. Eyni zamanda həmin Qərarda göstərilir ki, “Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər”. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanının 1ci bəndinə görə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 1.11 Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş üzrə alınmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə iddiaçılara məxsus fərdi yaşayış evinin ümumi hasar daxilində olması müyyyən edilmiş, digər tərəflərə isə baxışın keçirilməsinin mümkün olmadığı qeyd edilmişdir. Göründüyü kimi, mütəxəssis rəyi ilə torpaq sahələrinin faktiki olaraq ayrı olması, iddiaçı və cavabdehlərə məxsus torpaq sahələrinə giriş-çıxışın ayrı olması sübuta yetirilir. Bundan əlavə məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 10/6438 nömrəli ekspert rəyini sübut olaraq qəbul etmir. Belə ki, həmin rəydə fərdi yaşayış evinin naturada bölünməsinin mümkün olmadığı müəyyən edilmiş, halbuki iddia tələbi təkcə evin deyil, həm də torpaq sahəsinin naturada ayrılmasından ibarət olmuşdur. Eyni zamanda mülki iş materiallarında olan xx.xx.1973-cü il tarixli cizgi sxemi ilə torpaq sahələrinin faktiki ayrı olması sübuta yetirilir. Qeyd edilməlidir ki, torpaq sahəsi iddiaçıların xüsusi mülkiyyətində olmasa da, mübahisəli evə və torpaq sahəsinə dair 1974-cü ilə aid evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport vardır. Həmin sənəd isə əmlak üzərində mülkiyyət hüqunun əldə edilməsi üçün əsasdır. Beləliklə məhkəmə hesab edir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1970-ci illərdə Azərbaycan SSR keçmiş Mənzil Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid Pasport”da əks olunan 1132.9 kv.m-lik ümumi torpaq sahəsindən iddiaçılara aid hissəsinin - qanuni istifadə və sahibliklərində olan 430 kv.m torpaq sahəsinin (iddiaçılara aid olan evin/tikintialtının yerləşdiyi sahənin və sərbəst həyətyanı sahənin cəmi) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid digər torpaq sahəsi hissəsindən naturada ayrılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, 50 manat ekspertiza tədqiqatının dəyəri iddiaçılardan müştərək qaydada tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1970-ci illərdə Azərbaycan SSR keçmiş Mənzil Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid Pasport”da əks olunan 1132.9 kv.m-lik ümumi torpaq sahəsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 aid hissəsi - iddiaçıların sahibliyində olan 430 kv.m torpaq sahəsi (iddiaçılara aid olan evin/tikintialtının yerləşdiyi sahənin və sərbəst həyətyanı sahənin cəmi) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid digər torpaq sahəsi hissəsindən naturada ayrılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutulub X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, Məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Tahirə Əsədova