Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-335/2023 14.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh MTK-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh «Ekran-1” MTK-ya qarşı “artıq ödənilmiş pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 241E saylı ünvanda (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 421, M5, m2 və m3) Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən yaşayış binasının 94 və 95 nömrəli mənzillərinə görə artıq ödədiyi 8125 manat və 15054 manat, ümumilikdə 23179 (iyirmi üç min bir yüz yetmiş doqquz) manat pul məbləğinin və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödədiyi 160 (bir yüz altmış) manat dövlət rüsumunun Cavabdeh Mənzil Tikinti Kooperativindən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanan xx.xx.2012-ci il tarixli, 141 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 241E saylı ünvanda İctimai Televiza və Radio Yayımları Şirkətinə ayrılmış torpaq sahəsində kooperativ tərəfindən inşa olunan 4 girişli, 14-16 mərtəbəli yaşayış binasının 3 nömrəli girişinin 5-ci mərtəbəsində ümumi sahəsi 86,6 kv.m olan 2 otaqlı 94 nömrəli mənzil, 1 kv.m-nın qiyməti 650 manat olmaqla 56290 manata və xx.xx.2012-ci il tarixli, 142 nömrəli müqaviləyə əsasən isə Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 241E saylı ünvanda İctimai Televiza və Radio Yayımları Şirkətinə ayrılmış torpaq sahəsində kooperativ tərəfindən inşa olunan 4 girişli, 14-16 martəbəli yaşayış binasının 3 nömrəli girişinin 5-ci mərtəbəsində ümumi sahəsi 149,26 kv.m olan 3 otaqlı 95 nömrəli mənzil, 1 kv.m-nin qiyməti 650 manata olmaqla cəmi 97019 manata satılmışdır. Hər iki mənzilin dəyərini tam olaraq ödəmişdir. Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi ev 241 E, mənzil 94- ə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, xx.xx.2021-ci il tarixli Çıxarış və xx.xx.2021-ci il tarixli Texniki Pasport almışdır. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi ev 241 E, mənzil 95-ə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, xx.xx.2021-ci il tarixli Çıxarış və xx.xx.2021-ci il tarixli Texniki Pasport almışdır. Mənzillərə dair Çıxarışları və Texniki Pasportları aldıqdan sonra ona məlum oldu ki, həmin mənzillərə dair Cavabdeh Mənzil Tikinti Kooperativi ilə aralarında bağlanan müqavilələrdə 94 nömrəli mənzilin sahəsi 86,6 kv.metr qeyd olunsa da, əslində həmin mənzilin sahəsi 74,10 kv.m və 95 saylı mənzilin sahəsi 149,26 kv.m qeyd olunsa da, lakin həmin mənzilin sahəsi 126,10 kvadrat metrdir. Göründüyü kimi Cavabdeh Mənzil Tikinti Kooperativi müqavilədə həmin mənzillərin sahəsini həqiqi ölçülərindən daha çox qeyd etməklə ondan artıq pul almışdır. Belə ki, 94 saylı mənzilin şişirdilərək həqiqətdə mövcud olmayan 12,5 kv.m sahəsinə görə o, 8125 manat, 95 saylı mənzilin şişirdilərək həqiqətdə mövcud olmayan 23,16 kv.m sahəsinə görə isə 15054 manat, ümumilikdə 23179 manat artıq ödəniş etmişdir. Nəticədə Cavabdeh Mənzil Tikinti Kooperativi ondan ümumilikdə 23179 manat artıq pul almışdır. Ödədiyi artıq puların ona geri qaytarılması üçün o pretenziya qaydasına əməl edərək, xx.xx.2022-ci il tarixdə ərizə ilə Cavabdeh Mənzil Tikinti Kooperativinə müraciət etsə də, lakin onun müraciətinə heç bir cavab verilmədi. Yaranmış mübahisənin həlli üçün məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Mübahisənin faktiki hallarına və qeyd olunan qanun normalarına əsaslanaraq, hesab edir ki, cavabdeh “Ekran-1" Mənzil Tikinti Kooperativinə Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 241E saylı ünvanda yerləşən 94 və 95 nömrəli mənzillərə görə artıq ödənilən 8125 manat və 15054 manat pul məbləğləri Cavabdeh Mənzil Tikinti Kooperativindən tutularaq, ona ödənilməlidir. xx.xx.2022-ci il tarixdə keçirilə məhkəmə iclasında iddaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin həcminin artırılmasına barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 241E saylı ünvanda (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 421, M5, m2 və m3) Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən yaşayış binasının 94 və 95 nömrəli mənzillərinə görə artıq ödədiyi 8125 manat və 15054 manat, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 241E saylı ünvanda Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən yaşayış binasının 95 nömrəli mənzilinə görə müqavilədən göstərilən məbləğdən artıq ödənilmi. 4696 manatın, həmin mənzillərdə quraşdırılmış qaz, işıq və su sayğaclarına görə alınan 1750 manat, cəmi 29565 manat pul məbləğinin və 180 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək İddiaçı cavabdeh "Ekran-1” Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 241E saylı ünvanda (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 421, M5, m2 və m3) "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən yaşayış binasının 94 və 95 nömrəli mənzillərinə görə artıq ödədiyi 8125 manat və 15054 manat, ümumilikdə 23179 (iyirmi üç min yüz yetmiş doqquz) manat pul məbləğinin və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödədiyi 160 (yüz altımış) manat dövlət rüsumunun "Ekran-1” Mənzil Tikinti Kooperativindən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 241E saylı ünvanda Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən yaşayış binasının 94 və 95 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 421, M5, m2 və m3) nömrəli mənzillərinin səhvən artıq yazılmış kvadrat metrinə görə ödənilən 8125 manat və 15054 manat, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 241E saylı ünvanda Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən yaşayış binasının 95 nömrəli mənzilinə görə müqavilədə göstərilən məbləğdən artıq ödənilmiş 4636 (dörd min altı yüz otuz altı) manat; həmin mənzillərdə quraşdırılmış qaz, işıq və su sayğaclarına görə alınan 1750 manat, ümumilikdə 29565 (iyirmi doqquz min beş yüz atlmış beş) manat pul məbləğinin və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 180 (bir yüz səksən) manat dövlət rüsumunun Cavabdeh Mənzil Tikinti Kooperativindən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qət edilməsini xahiş edilmişdir. Keçən məhkəmə iclasında bəzi məsələlərə aydınlıq gətirilmiş və bu səbəbdən də iddiaçı iddia tələbinin həcminin azaldılması qərarına gəlmişdir. Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 241E saylı ünvanda Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən yaşayış binasının 94 və 95 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 421, M5, m2 və m3) nömrəli mənzillərinin səhvən artıq yazılmış kvadrat metrinə görə ödənilən 8125 manat və 15054 manat, həmin mənzillərdə quraşdırılmış qaz, işıq və su sayğaclarına görə alınan 1750 manat, ümumilikdə 24929 (iyirmi dörd min doqquz yüz iyirmi doqquz) manat pul məbləğinin və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 180 (bir yüz səksən) manat dövlət rüsumunun Cavabdeh Mənzil Tikinti Kooperativindən alınaraq İddiaçı ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil2 iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək, iddia müddətinin tətbiq edilməsi barədə vəsatətin məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh iddia tələbinin rədd edilməsi və iddia müddətinin tətbiq edilməsi barədə vəsatətlə müraciət edərək hazırki iş üzrə İddiaçı ünvan 2 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasında 94 və 95 nömrəli mənzillərə görə müqavilələrə əsasən ödənilmiş vəsaitdən müvafiq olaraq 8125 və 15054 manat, həmin mənzillərə quraşdırılmış qaz, işıq və su sayğaçlarına görə ödənilmiş 1750 manat, ümumilikdə 29929 manatın və iddia ərizəsi üçün 180 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi üçün qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hesab edir ki, iddia tam əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, tərəflərin sərbəst iradə ifadəsi ilə bağlanmış xx.xx.2012-ci il tarixli 141 saylı müqaviləyə görə, ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasının 5-ci mərtəbəsindəki 2 otaqlı 94 saylı mənzilin ümumi sahəsi 86.6 kv.m., xx.xx.2012-ci il tarixli 142 saylı müqaviləyə görə, ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasının 5-ci mərtəbəsindəki 3 otaqlı 95 saylı mənzilin ümumi sahəsi 149.26 kv.m. qeyd edilmişdir. Müqavilə bağlanarkən həmin dövrdə tikinti sahəsində qanunvericilik təkmilləşmədiyi üçün formalaşmış işgüzar adətlərə görə satılan mənzillərin ümumi sahəsi oxdan-oxa hesablanmış və bu hal həm binanın lahiyəsini təsdiq edən müvafiq dövlət qurumlarına, həm də alıcılara bəlli idi. Məhkəməyə təqdim olunmuş Azərbayccan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/6057 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyində normativ-hüquqi baza kimi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 7 saylı qərarı ilə təsdiq olunmuş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” qaydalarının 3.8-ci bəndinə istinad edilir. Lakin, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi 329- İVQ saylı xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 3-cü maddədinə əsasən xx.xx.2013-cü il tarixdən qüvvəyə minmişdir. Göründüyü kimi, ekspert rəyində istinad edilən hər iki normativ akt hazırki mübahisə tərəflərin müqavilələri imzaladığı tarixdən, yəni xx.xx.2012-ci ildən sonra qanuni qüvvədədir. Buna görə də, həmin normalar əvvəl bağlanmış müqavilələrə şamil oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 390.2-ci maddəsinin tələblərinə əsasən, əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır. Tərəflər arasında bağlanmış 141 və 142 saylı xx.xx.2012-ci il tarixli müqavilələrin 4.2-ci maddəsinin 3-cü abzasına görə, podratçı mənzilin su və kanalizasiya xətlərinin(dayaqların) qurulmasını və sınanmasını öhdəsinə götürür. Su, qaz və işiq sayğaclarının quraşdırılmasına dair müqavilələrdə hər hansı öhdəlik yoxdur. Cavabdeh MTK tərəfindən sayğacların alınması və quraşdırılmasına tələb olunan vəsait müəyyən edildikdən sonra sakinlərin razılığı ilə zəruri işlər görülmüşdür. Beləliklə, iddia tələbin bu hissəsi də tam əsassızdır. İddiaçı iddia qaldırılması üçün iddia müddətini ötürmüşdür, istər müqavilədən irəli gələn öhdəliklərə, istərsə də pul tələbinə iddiaya dair. İddiaçı 2015-ci ildən həmin mənzilləri təmir edib orada yaşayır və ötən illər ərzində müqavilələrdə göstərilən və təmir zamanı ona məlum olan faktiki sahənin uyğun olmadığını bəhanə edərək kommunal ödənişlərdən yayınır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. İddiaçı pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi barədə və ya iddia müddətini tədbiq etməklə iddiadan imtina edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, xx.xx.2012-ci il tarixli, 141 nömrəli müqavilənin surətindən görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə ünvan 4 ünvanda, İTRYŞ-nə ayrılmış torpaq sahəsində kooperativ tərəfindən inşa olunan 4 (dörd) girişli, 14-16 mərtəbəli yaşayış binasının 3 nömrəli girişinin 5-ci mərtəbəsində, ümumi sahəsi 86.6 kv.m olan, 2 otaqlı 94 nömrəli mənzili bir kv.m-nin qiyməti tərəflər Cavabdeh MTK-nın sədri X3 ilə İddiaçı razılığı ilə 650 manat, cəmi 56290 manat məbləğində müəyyən edilmişdir. Ekran-1” MTK-nın 000141 nömrəli, xx.xx.2013-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı ünvan 5 ünvanında inşa edilmiş 14-16 mərtəbəli yaşayış binasının 3 nömrəli girişinin 5-ci mərtəbəsində yerləşən 94 nömrəli mənzilin dəyərini tam ödəmişdir. - xx.xx.2012-ci il tarixli, 142 nömrəli müqavilənin surətindən görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə ünvan 4 ünvanda, İTRYŞ-nə ayrılmış torpaq sahəsində kooperativ tərəfindən inşa olunan 4 (dörd) girişli, 14-16 mərtəbəli yaşayış binasının 3 nömrəli girişinin 5-ci mərtəbəsində, ümumi sahəsi 149.26 kv.m olan, 3 otaqlı 95 nömrəli mənzili bir kv.m-nin qiyməti tərəflər Cavabdeh MTK-nın sədri X3 ilə İddiaçı razılığı ilə 650 manat, cəmi 97019 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh MTK-nın 000142 nömrəli, xx.xx.2013-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı ünvan 5 ünvanında inşa edilmiş 14-16 mərtəbəli yaşayış binasının 3 nömrəli girişinin 5-ci mərtəbəsində yerləşən 95 nömrəli mənzilin dəyərini tam ödəmişdir. İddiaçı Cavabdeh MTK-ya ünvanlanmış ərizədən görünür ki, o İddiaçı ünvan 5 ünvanında yerləşən mənzillərin alıması üçün artıq ödənilmiş 23.179 manat pulun və həmin mənzillərə qaz, su və elektrik sayğaclarının çəkilməsi üçün ödənilmiş 1750 manat pulunu ona geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 8, mənzil 94, Yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 421, M5, mənzil 2 ünvanının mülkiyyətçisi İddiaçıdur. Mülkiyyətə dair qeydiyyat tarixi xx.xx.2021-ci ildir Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 8, mənzil 95, Yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 421, M5, mənzil 3 ünvanının mülkiyyətçisi İddiaçıdur. Mülkiyyətə dair qeydiyyat tarixi xx.xx.2021-ci ildir. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin texniki pasportunun surətindən görünür ki, ünvan 8, mənzil 95, Yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 421, M5, 3 saylı mənzilin ümumi sahəsi 126.1 kv.m olmaqla hall 27.1kv.m, yaşayış otağı 33.1 kv.m, lociya 1.9 kv.m, sanitar qovşağ 6.3 kv.m, sanitar qovşağ 3.7 kv.m, yaşayış otağı 17.6 kv, yaşayış otağı 16.3 kv.m, mətbəx 16 kv.m, balkon isə 1.1 kv olması müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin texniki pasportunun surətindən görünür ki, ünvan 8, mənzil 94, Yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 421, M5, 2 saylı mənzilin ümumi sahəsi 74.10 kv.m omaqla dəhliz 10.8 kv.m, yaşayış otağı 25.3 kv.m, lociya 1.8 kv.m, mətbəx 17.5 kv.m, yaşayış otağı 15.3 kv.m və sanitar qovşağ isə 3 kvm olması müəyyən edilir. xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, iddiaçı ünvan 5 ünvanında inşa edilmiş 14-16 mərtəbəli yaşayış binasının 3 nömrəli girişinin 5-ci mərtəbəsində yerləşən 95 nömrəli mənzilə aid olan işıq, qaz və su sayğacları üçün cavabdeh MTK-ya 875 manat ödəmişdir. xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, iddiaçı ünvan 5 ünvanında inşa edilmiş 14-16 mərtəbəli yaşayış binasının 3 nömrəli girişinin 5-ci mərtəbəsində yerləşən 2 otaqlı 94 nömrəli mənzilə aid olan işıq, qaz və su sayğacları üçün cavabdeh MTK-ya 875 manat ödəmişdir. X2 Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ünvan 8 ünvanında yerləşən 94 saylı mənzilin faktiki sahəsi 71.90 kv.m, ünvan 9 ünvanında yerləşən 95 saylı mənzilin faktiki sahəsi 116.73 kv.m təşkil edir. Azərbaycan Respublikası Ədiyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6057 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 241 E, 94 saylı (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 421, M5 m2) mənzilin ümumi sahəsi hazırda qüvvədə olan və müqavilənin bağlandığı zaman qüvvədə olan normativ sənədlərə uyğun hesablanmaqla 70,2 kv.metr, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 241 E, 95 saylı (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 421, M5 m3) mənzilin ümumi sahəsi hazırda qüvvədə olan və müqavilənin bağlandığı zaman qüvvədə olan normativ sənədlərə uyğun hesablanmaqla 122,4 kv.metr təşkil etdiyi müəyyən olunması, Eyni zamanda qeyd olunur ki, aparılmış hesablamalara əsasən Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 241 E, 94 saylı mənzilin faktiki sahəsi 71,8 kv.metr, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 241 E, 95 saylı mənzilin faktiki sahəsi 126,8 kv.metr, 94 saylı mənzilin arakəsmələrin altı ilə birlikdə ümumi sahəsi 79,83 kv.metr, 95 saylı mənzilin arakəsmələrin altı ilə birlikdə ümumi sahəsi 136,2 kv.metr, 94 saylı mənzilin oxdan-oxa hesablanmaqla ümumi sahəsi 88,8 kv.metr, 95 saylı mənzilin oxdan-oxa hesablanmaqla ümumi sahəsi 146.6 kv.m müəyyən olunmuşdur. 593-DHŞ 38/2017 nömrəli Hesab Fakturadan görünür ki, ünvan 5 ünvanında yerləşən Cavabdeh MTK-nə məxsus yaşayış binası üçün 172 ədəd qaz sayğaclarının ayrılması 37932.90 manat dəyərində xidmət göstərilmişdir. 155/17-AQ/LSE nömrəli, xx.xx.2017-ci il tarixli razılaşmadan görünür ki, ünvan 5 ünvanında yerləşən Cavabdeh MTK-nə məxsus yaşayış binası üçün 172 ədəd qaz sayğaclarının ayrılması ilə bağlı “Azəriqaz” İB-nin Baş direktoru Əkbər Hacıyev ilə Cavabdeh MTK-nın sədri Əfəndiyev R.Z şəxsində razılaşdırılmışdır. xx.xx.2017-ci il tarixli ödəniş cədvəllərindən görünür ki, Ekran-1 MTK 5786.37 manat və 32.146.53 manat məbləğində pul vəsaiti Azəriqaz İB-nə ödəmişdir. xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli qəbzlərin surətindən görünür ki, 20 manat, 37.975 manat X1 Cavabdeh MTK-nın hesabına ödənilmişdir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 180 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 752-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Məhkəmə ilk öncə iddia tələbinin ilkin hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı, cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mənzillərin sahəsinin müqavilədə göstəriləndən az olduğuna istinad edərək müvafiq iddia tələbini irəli sürür, cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, iddiaçıya müqaviləyə uyğun sahəsi olan mənzil vermişdir. Belə olan halda, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 766-cı maddələri nəzərdən keçirilə bilər. Bununla belə qeyd olunmalıdır ki, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsi iş üzrə sübutetmənin predmetidir. Belə olan halda məhkəmə tərəfindən bu halı yoxlamaq üçün tikinti-tekniki ekstizası təyin edilmiş, Azərbaycan Respublikası Ədiyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6057 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 241 E, 94 saylı (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 421, M5 m2) mənzilin ümumi sahəsi hazırda qüvvədə olan və müqavilənin bağlandığı zaman qüvvədə olan normativ sənədlərə uyğun hesablanmaqla 70,2 kv.metr, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 241 E, 95 saylı (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 421, M5 m3) mənzilin ümumi sahəsi hazırda qüvvədə olan və müqavilənin bağlandığı zaman qüvvədə olan normativ sənədlərə uyğun hesablanmaqla 122,4 kv.metr təşkil etdiyi müəyyən olunması. Eyni zamanda qeyd olunur ki, aparılmış hesablamalara əsasən Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 241 E, 94 saylı mənzilin faktiki sahəsi 71,8 kv.metr, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 241 E, 95 saylı mənzilin faktiki sahəsi 126,8 kv.metr, 94 saylı mənzilin arakəsmələrin altı ilə birlikdə ümumi sahəsi 79,83 kv.metr, 95 saylı mənzilin arakəsmələrin altı ilə birlikdə ümumi sahəsi 136,2 kv.metr, 94 saylı mənzilin oxdan-oxa hesablanmaqla ümumi sahəsi 88,8 kv.metr, 95 saylı mənzilin oxdan-oxa hesablanmaqla ümumi sahəsi 146.6 kv.m müəyyən olunmuş və mənzildə olan tikililərin ayrı-ayrılıqda sahələri qeyd edilmişdir. Belə ki, 94 saylı saylı mənzil üzrə, 1 saylı tikilinin sahəsi 10.44 kv.m, 2 saylı tikilinin sahəsi 25.5 kv.m, 3 saylı tikilinin sahəsi 1.6 kv.m, 4 saylı tikilinin sahəsi 16.4 kv.m, 5 saylı tikilinin sahəsi 13.7 kvm, 6 saylı tilinin sahəai 2.8 kv.m və 95 saylı mənzil üzrə isə 1 saylı tikilinin sahəsi 27.14kv.m, 2 saylı tikilinin sahəsi 33 kv.m, 3 saylı tikilinin sahəsi 1.8 kv.m, 4 saylı tikilinin sahəsi 5.22 kv.m, 6 və 7 saylı tikilinin sahəsi 20.6 kv.m, 8 saylı tikilinin sahəsi 15.2 kv.m, 9 saylı tikinin sahəsi 16 kv.m və 10 sayl tikilinin sahəsi isə 1.1 kv.m olması müəyyən edilir. Beləliklə məlum olur ki, ekspert 94 saylı mənzildə ölçüsü 3.19 kv.m olan 3 saylı tikiliyə 0,5 əmsalı tətbiq etməklə mənzilin ümumi sahəsini 70.2 kv.m kimi, 94 saylı mənzildə ölçüsü 3.52 kv.m olan 3 saylı tikiliyə 0.5 əmsalı və ölçüsü 3.5kv.m olan 10 saylı tikiliyə 0.3 əmsalı tətbiq etməklə mənzilin ümumi sahəsini 122.4 kv.m kimi nəzərə almışdır. Eyni zamanda sözügedən eksperizanını rəyindən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 241 E, 94 saylı mənzilin faktiki ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan sahəsi 79,83 kv.metr, 95 saylı mənzilin sahəsi isə 136,2 kv.metr olması müəyyən edilir. Məhkəmə hesab edir ki, ekspertin rəyi sübut növlərindən biri kimi məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli hüquq normalarına uyğun şəkildə qiymətləndirilməlidir. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, konkret halda iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsi üzrə öhdəliklərə şamil edilməli olduğu əsaslandırılmalı, belə əsaslandırma tərəflərin bağladıqları müqavilə şərtləri nəzərə alınmaqla həyata keçirilməlidir. Bu xüsusatla bağlı həmçinin nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, iddiaçıya təhvil verilmiş mənzillərin ölçüləri divarların altındakı sahələrin nəzərə alınması ilə aparılmaqla, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 241 E, 94 saylı mənzilin sahəsi müqavilədə 86.6 kv metr olmalı olduğu halda 79.83 kv.m, 95 saylı mənzilin sahəsi isə müqavilə üzrə 149.26 kv.m olmalı olduğu halda 136.2 kv.metrdir. (86.6-79.83=6.77; 149.26-136.2=13.06) Belə olan halda məhkəmə hesab edir ki, əksik verilmiş sahələrin cəmi hesablanmalı və hər kv.m 1 kv.m dəyərinə vurulmaqla artıq ödənilmiş pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. (6.77+13.06=19.83) (19.83kv.m*650 manat=12889.50 manat) Bundan başqa məhkəmə iddia tələbinin digər hissəsinə-həmin mənzillərə qaz, su və elektrik sayğaclarının çəkilməsi üçün ödənilmiş 1750 manat pulunu ona geri qaytarılması hissəsinə münasibət bildirərək qeyd edir ki, hazırki mülki iş üzrə iddiaçı fiziki şəxs olduğundan ona məxsus əmlaka qazın, suyun və elektrik sayğacının quraşdırılması ödənişsiz həyata keçirilməli olduğundan iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 saylı xx.xx.2012-ci il tarixli qərarının 6.5-ci hissəsində qeyd edilmişdir ki, istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Suölçən cihaz quraşdırılmış sahənin (obyektin) sonradan hər hansı şəxsin istifadəsinə (icarəsinə) verilməsi suölçən cihazın çıxarılması (dəyişdirilməsi) üçün və ya STKM tərəfindən onun quraşdırılmasına çəkilmiş xərcin ödənilməsinin həmin şəxsdən tələb olunması üçün əsas deyildir. “Qazda istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarının 4.2-ci maddəsində qeyd edilmişdir ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. “Elektirik Enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2005-ci il tarixli qərarının 7.9-cu maddəsində qeyd edilmişdir ki, məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəlləsinin 21.2-ci maddəsində göstərilir ki, Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bundan başqa məhkəmə iddia tələbi barədə cavabdeh tərəfindən verilmiş iddia müddətinin təbiqinə dair ərizəyə münasibət bildirərək qeyd edir ki, hazırda iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından da görünür ki, iddia müddətinin axımı iddiaçının qeyd edilən mənzillər ilə bağlı çıxarışların aldığı tarixdən-xx.xx.2021-ci il tarixdən başlayır. Belə ki, 000141 nömrəli xx.xx.2013-cü il tarixli və 000142 nömrəli xx.xx.2013-cü il tarixli arayışlardan məlum olur ki, iddiaçı mənzilləri qəbul etdiyi dövürdə müqavilə üzrə nəzərdə tutulan mənzilin ölçülərindən məlumatı olmadığından, mənzilin dəyərini tam şəkildə ödəmişdir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mənzilin ölçülərinin hesablanması qaydaları xüsusi texniki vaistələrlə hesablanmalı olduğundan, iddiaçı həmin məzillərə dair çıxarış və texniki pasport alamadan həmin mənzillərin faktiki ölçülərində məlumatı olması mümkün ola bilmədiyindən vəsatət təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, 160 manat məbləğində dövlət rüsumu iddia tələbi qismən təmin edildiyindən 133 manat olmaqla cavabdeh Ekran-1” MTK -dan alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh MTK -dan Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 241E saylı ünvanda (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 421, M5, m2 və m3) Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən yaşayış binasının 94 və 95 nömrəli mənzillərinə görə artıq ödədiyi 12889.50 (on iki min səkkiz yüz səksən doqquz manat əlli qəpik) manat, sayğaclara görə ödənilmiş 1750 (bir min yeddi yüz əlli) manatın cəmi 14639.5 (on dört min altı yüz otuz doqquz manat əlli qəpik) manat pulun və 133 (bir yüz otuz üç ) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X6
Məhkəmə qərarları › İş №2(008)-335/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-335/2023
14.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver