Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-345/2023 28.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızıın sədrliyi ilə, Məhkəmə iclas katibi X5, Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi qeyd edilməklə tikililərin sökülməsi, yolun açılması və sair tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi qeyd edilməklə cavabdeh X1 hərəkətlərinin mülki hüquq normalarına zidd hesab edilməsi, onun mülkiyyət hüququndan istifadəsinə cavabdeh tərəfindən maneələrin aradan qaldırılması, ona məxsus Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 558 saylı bağ sahəsinə gedən yolda cavabdeh tərəfindən qanunsuz tikilmiş hasarın cavabdehin hesabına sökülməsi və yolu boşaldaraq əvvəlki vəziyyətinə bərpa edilməsi, dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2021- ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 558 saylı bağ sahəsi onun xüsusi mülkiyyətindədir. Cavabdeh X4 ona məxsus bağ sahəsinin yolunun yerləşdiyi torpaq sahəsinin qanunsuz zəbt edərək, hasar çəkmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əlavə torpaq sahəsinin plan və ölçüsündən göründüyü kimi (1, 2 və 3 döngə nöqtələri) ona məxsus torpaq sahəsinin yolunun zəbt edildiyi sahə yol xətti kimi nəzərdə tutulmuşdur və həmin ərazidə qonşu torpaq sahəsi göstərilməmişdir. Hazırda cavabdehin qanunsuz və özbaşına hərəkətləri nəticəsində onun bağ sahəsinə gedən yol sahəsi bağlanmışdır. Nəticədə onun əmlakından istifadə və sahiblik hüququ məhdudlaşmış, mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə xx.xx.2022-ci il tarixli qərardadla əsl olmayan cavabdeh X3, əsl Cavabdeh ilə əvəz etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, cavabdeh məhkəmə iclasına gəlmiş, iddiaçı, onun nümayəndəsi (vəkili) məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə işə mahiyyəti üzrə baxılmasını tələb etmədi. Eyni zamanda bildirdi ki, iddiaçı ilə aralarında razılaşma var, iddiaçı o səbəbdən gəlməmiş ola bilər. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanır; 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-345/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-345/2023
28.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver