Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3469/2020 05.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Sultanlı Mələk Rövşən qızının iştirakı ilə İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 Cəman oğluna və Cavabdeh2 qarşı «subroqasiya qaydasında pul tələbi»nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 Cəman oğluna və Cavabdeh2 qarşı «subroqasiya qaydasında pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Mercedes Benz” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 4937,99 manat sığorta ödənişi və 30,40 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2012-ci il tarixdə idarə etdiyi “Mercedez Benz” markalı, ** HR *** dövlət qeydiyyat nişanlı avtomobilli Bakı şəh, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İ.Aslanov küçəsində idarə edərkən yol hərəkəti qaydasını pozaraq X2 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Mercedes Benz” markalı, ** GG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, “Mercedez Benz” markalı, ** HR *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə tarixində icbari sığorta şəhadətnaməsi olmamışdır. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh1 mülkiyyətində olan idarə etdiyi “Mercedez Benz” markalı, ** HR *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Belə ki həmin qanunun 53.2-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olması Bakı şəhər Sabunçu rayon məhkəməsinin 3(008)-526/2012 saylı X4 Qərarında öz əksini tapmışdır. “xxxxxxxxx” Şirkətinin təqdim etdiyi xx.xx.2012-ci il tarixli Qüsur Aktına uyğun olaraq, “Mercedes Benz” markalı, ** GG *** dövlət qeydiyyat nişanlı avtomobilə 5775 zərər təyin edilmişdir. Sığortalanmış nəqliyyat vasitəsinin sığortası natamam şəkildə həyata keçirildiyi üçün avtonəqliyat vasitəsinə dəymiş zərər 5237.99 müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Sultanlı Mələk Rövşən qızı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavab-dehlərin gəlmə-mə-si-nin sə-bəb-ləri haqqında məlumat olma-dı-ğından məh---kəmə Azərbaycan Respublika-sı-nın Mül-ki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsa-sən işə cavabdehlə-rin iştirakı ol-ma-dan baxmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş üzrə sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan MİP-114432-B05 saylı sığorta şəhadətnaməsindən görünür ki, X2 məxsus Mercedes Benz E320 markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı İddiaçıSığorta Şirkəti ASC tərəfindən xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək sığortalanmışdır. -MİP-1 seriyalı 1538/2012 saylı sığorta aktından görünür ki, sığortalanmış “Mercedes Benz E320” markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Mercedes Benz” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində avtomobilə dəymiş maddi ziynın ümumi məbləği 5775 manat təşkil etmişdir. Dəymiş zərər məbləğdən sığorta müqaviləsində nəzərdə tutulmuş 300 manat franşiza çıxılmaqla sığorta ödənişi 4937,99 manat X2 köçürülmüşdür. - xx.xx.2012-ci il tarixli qüsur aktından görünür ki, Mercedes Benz E320 markalı **- GG-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın cəmi 5775 manat olduğu müəyyən edilmişdir. - Sabunçu rayon Məhkəməsinn 3(008)-526/2012 saylı, xx.xx.2012-ci il tarixli qərarından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.5-ci maddəsi ilə təqsirli bilinərək və barəsində Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsi tətbiq edilməklə hüquqazidd əməlin yolverilməzliyi barədə ona xəbərdarlıq edilmişdir. -İddiaçıSığorta ASC-nin xx.xx.2020-ci il tarixli preteniziya məktubunun surətindən görünür ki, İddiaçıSığorta Şirkəti ASC subroqasiya hüququ əsasında Cavabdeh2 4937,99 manat məbləğində pulun ödənilməsi xahiş etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 idarə etdiyi “Mercedes Benz” markalı ** HR *** dövlət qeydiyyat nişanlı avtomobillə X3 tərəfindən idarə edilən “Mercedez Benz” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobili vurması və bunun nəticəsində Cavabdeh2 təqsiri ucbatından sığortalanmış avtomobilə zərər dəyməsi Sabunçu rayon Məhkəməsinn 3(008)-526/2012 saylı, xx.xx.2012-ci il tarixli qərarıvə işin digər materialları ilə sübut olunur. X1 E320 markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilə “Mercedez Benz” markalı, ** HR *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində vurulmuş ziyan İddiaçı ASC tərəfindən aradan qaldırıldığından, göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ İddiaçı ASC-yə keçmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə həmçinin cavabdehlərin mülki məsuliyyətlərini araşdıraraq hesab edir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat vasitəsi Cavabdeh1 məxsus olsa da, qanunla yüksək təhlükə mənbəyi hesab olunan avtomobil Cavabdeh2 tərəfindən idarə edildiyindən və buna görə də ziyan bilavasitə Cavabdeh2 tərəfindən vurulduğundan, vurulmuş ziyan yalnız Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İş materiallarından aydın olur ki, “Mercedez Benz” markalı, ** HR *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 məxsus olsa da, etibarnamə əsasında Cavabdeh2 tərəfindən idarə edilmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanundan görünür ki, həm mülkiyyətçi, həm də digər qanuni sahib birgə məsuliyyət daşıya bilməzlər. Belə olan halda məhkəmə hesab edir ki, yüksək təhlükə mənbəyi olan avtomobilin vurduğu zərər üçün məsuliyyəti, onu qanuni əsaslarla idarə etmiş olan Cavabdeh2 daşımalı, Cavabdeh1 münasibətdə isə iddia əsaslı hesab edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddə-si-nə əsa-sən məh--kəmə xərcləri ödənilmiş tələblərinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 30.40 ma-na-t dövlət rüsu-mu ca-vabdehlərdən id-diaçı İddiaçı ASC-nin xey-rinə tu-tul-ma-lı-dır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki- Pro-ses-sual Məcəlləsinin 119, 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 4937 (dörd min doqquz yüz otuz yeddi) manat, 99 (doxsan doqquz) qəpik sığorta ödənişi və 30 (otuz) manat, 40 (qırx) qəpik ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-3469/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3469/2020
05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver