Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-3475/2021 09.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 nümayəndəsi Əli-zade Dürdanə Tahir qızının, İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 qarşı “əmlakın naturada bölgüsü” ilkin, “çıxarışın etibarsız hesab edilməsi” qarşılıqlı iddia tələblərinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 qarşı “əmlakın naturada bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində olan 0.12 hektar torpaq sahəsinə və həmin sahədə yerləşən ümumi sahəsi 66.0 kvadrat metr olan bağ evinə 1/3 hissəyə uyğun paylarının naturada ayrılması və ayrı-ayrılıqda giriş-çıxışın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 qarşı vərəsəlik haqqında şəhadətnamənin və 18.01.2021-ci il tarixli, ********** nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İlkin iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində olan 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.9 kv.m yaşayış, 35.8 kv.m köməkçi sahədən ibarət 85 a nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə iddiaçıların babası Əli-X4 adına daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 1351 nömrəli vərəqində qeydiyyata alınmışdır. X1 30.05.2016-cı ildə ağır xəstəlikdən vəfat etmişdir. İddiaçıların atası isə Əli-X20 24.01.2014-cü il tarixdə ürəyin dekompensasiyası xəstəliyindən vəfat etmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışına əsasən, 0.12 hektar torpaq sahəsinə və həmin sahədə yerləşən ümumi sahəsi 66 kv.m olan bağ evinə 1/6 hissədə onun payı müəyyən edilmiş və 18.01.2021-ci il tarixdə qeydiyyata alınmışdır. DƏDRX-nin 18.01.2021-ci il tarixli çıxarışına əsasən, X2 yuxarıda qeyd edilən torpaq sahəsinə və bağ evinə müəyyən olunmuş 2/3 hissə pay açıq saxlanılmışdır. Belə ki, cavabdehlər mirası qəbul etdiklərini bildirsələr də, bunu qanunvericiklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməmişdir. Hal-hazırki vəziyyətdə sözügedən torpaq sahəsinə və onun üzərində yerləşən evin naturada bölünməsinə, hissələrə müvafiq payların ayrılmasına və ayrı ayrılıqda giriş –çıxışın müəyyən edilməsinə zərurət yaranmışdır. Hesab edir ki, tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 və X17 bizə qarşı məhkəmədə iddia qaldıraraq Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində olan 0.12 ha torpaq sahəsinə və həmin sahədə yerləşən ümumi sahəsi 66.0 kv.m olan bağ evinə 1/3 hissəyə uyğun olaraq paylarının naturada ayrılması və ayrı-ayrılıqda müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməlidir. Belə ki, mərhum ataları Əli-X3 onlar qanuni vərəsələrə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30,8 kv.m yaşayış, 35,8 kv.m köməkçi sahədən ibarət 85a nömrəli bağ evi miras qalmışdır. Məhkəmənin nəzərinə çatdırmağı vacib hesab etmişlər ki, onlar ailədə üç övlad olmuşlar. Qardaşları Əli-X20 24 yanvar 2014-cü il tarixində vəfat etmişdir. Ataları Əli-zadə X21 isə 30 may 2016-cı il tarixində vəfat etmişdir. Atalarının vəfatından sonra miras əmlakını ikisi faktiki olaraq qəbul etmişlər. 2020-ci ilin ortalarında mərhim qardaşı Əli-X13 həyat yoldaşı Əli-X15 onlardan miras əmlakından pay istəməyə başladı. Ona miras əmlakından pay çatmadığını izah edərək bildirmişlər ki, qardaşılarının övladlarına müəyyən məbləğdə pul vəsaiti hədiyyə edə bilərlər. Sonra miras əmlakın vərəsəlik yolu ilə qəbul edib vərəsəlik şəhadətnaməsi almaq üçün notariat kontoruna müraciət edən zaman bildirdilər ki, 14 saylı notariat ofisində mərhum ataları Əli X4 vərəsəlik işi ilə əlaqədar vərəsəlik işi açılmışdır. Sənədləri qeyd edilən notariat ofisinə təqdim edən zaman bilavasitə notarius X6 iradlarını bildirərək, cavabdehlərin ərizəsi əsasında vərəsəlik işini açdığının qanunsuz olduğunu, həmin şəxslərə vərəsəlikm haqqında şəhadətnamənin verilməsini isə korrupsiya cinayəti olduğunu bildirmişlər. Onu da məhkəmənin nəzərinə çatdırmağı vacib hesab edir ki, cavabdehlər onlara qarşı Sabunçu Rayon Məhkəməsində iddia qaldıraraq qeyd edilən əmlak üzərində vərəsəlik qaydasında paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsələr də, sonra ərizə verərək iddialarını geri götürmüşlər. 26 yanvar 2021-ci il tarixində vərəsəlik haqqında şəhadətnaməni alan zaman onlara 1/3 hissədə payın tanınması barədə şəhadətnamə verildi. Sonra isə cavabdehlər onlara məxsus əmlak üzərində hüquqlarını qeydiyyata aldıraraq bu barədə 18.01.2021-ci il arixli ********** qeydiyyat nömrəli çıxarış almışlar və bundan sonra hazırki iddia ilə məhkəmədə iddia qaldırmışlar. Hesab edirlər ki, pozulmuş hüquqları məhkəmə müdafiəsi yolu ilə bərpa olunmalıdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 nümayəndəsi nümayəndəsi Əli-zade Dürdanə Tahir qızı cavabdehlə aralarında razılıq əldə olunduğunu və bu barədə 24.11.2021-ci il tarixdə barışıq sazişi imzalandığnı, barışıq sazişinin onların iradəsinə uyğun olduğunu və barışıq sazişinin hüquqi nəticələrinin ona aydın olduğunu bildirdi. Məhkəmənin vaxtı və yeri barədə məlumatlandırılmış ilkin iddia üzrə cavabdehlər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə ilkin iddia üzrə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. 24.11.2021-ci il tarixində keçirilmiş məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlərlə aralarında razılıq əldə olunduğunu və bu barədə 24.11.2021-ci il tarixdə barışıq sazişi imzalandığnı, barışıq sazişinin ilkin iddia üzrə cavabdehlərin iradəsinə uyğun olduğunu və barışıq sazişinin hüquqi nəticələrinin ona aydın olduğunu bildirdi. Məhkəməyə təqdim edilmiş ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 ilə ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 24.11.2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışdır.
1. İş üzrə tərəflər razılaşırlar ki, mərhum ƏliX3 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30,8 kv.m yaşayış, 35,8 kv.m köməkçi sahədən ibarət 85a nömrəli bağ ev, qarşılıqlı iddia üzrə cavabdehlərin həyətyanı torpaq sahəsində, tikinti altına düşməyən boş torpaq sahəsinin 0,4 ha hissəsi ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və X10 mülkiyətinə verilsin.
2. Qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, X17 (ilkin iddia üzrə iddiaçı) qarşılıqlı iddia üzrə iddiaçılar- X8 və X7 təklif etdiyi hissəni qəbul edərək, hazırki iddia tələbinin qalan hissəsindən tam şəkildə imtina edir və ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar qarşılıqlı iddia tələblərindən imtina edirlər və bu barışıq sazişini imzalayırlar.
3. Tərəflər öz üzərinə götürürlər ki, bu saziş məhkəmə tərəfindən təsdiq edildiyi andan hazırki iddia tələbi ilə bağlı onların bir-birilərinə qarşı gələcəkdə də məhkəmə və digər oqanlarda hər hansı tələbləri olmayacaqdır.
Tərəflər razılaşırlar ki, bu saziş imzalanaraq məhkəməyə təqdim edilir və məhkəmə tərəfindən təsdiq edildiyi andan andan qüvvəyə minir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını və barışıq sazişini araşdırıb, barışıq sazişinin şərtlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə tərəfin izahatını dinləyib, barışıq sazişinin şərtlərinə tətbiq edilməli olan hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından barışıq sazişinin şərtləri təsdiq olunmalı və hazırkı mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-nin 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Tərəflər arasınada bağlanmış barışıq sazişi təsdiq edilməklə məhkəmə tərəflərə izah edir ki, barışıq sazişin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırılmasını istisna edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 qarşı “əmlakın naturada bölgüsü” ilkin, “çıxarışın etibarsız hesab edilməsi” qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə 24.11.2021-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin.
4. İş üzrə tərəflər razılaşırlar ki, mərhum Əli X3 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30,8 kv.m yaşayış, 35,8 kv.m köməkçi sahədən ibarət 85a nömrəli bağ ev, qarşılıqlı iddia üzrə cavabdehlərin həyətyanı torpaq sahəsində, tikinti altına düşməyən boş torpaq sahəsinin 0,4 ha hissəsi ilikin iddia üzrə iddiaçılar İddiaçı1 və X10 mülkiyətinə verilsin.
5. Qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, X17 (ilkin iddia üzrə iddiaçı) qarşılıqlı iddia üzrə iddiaçılar- X8 və X7 təklif etdiyi hissəni qəbul edərək, hazırki iddia tələbinin qalan hissəsindən tam şəkildə imtina edir və ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar qarşılıqlı iddia tələblərindən imtina edirlər və bu barışıq sazişini imzalayırlar.
6. Tərəflər öz üzərinə götürürlər ki, bu saziş məhkəmə tərəfindən təsdiq edildiyi andan hazırki iddia tələbi ilə bağlı onların bir-birilərinə qarşı gələcəkdə də məhkəmə və digər oqanlarda hər hansı tələbləri olmayacaqdır.
Tərəflər razılaşırlar ki, bu saziş imzalanaraq məhkəməyə təqdim edilir və məhkəmə tərəfindən təsdiq edildiyi andan andan qüvvəyə minir.
İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 ilə ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 24.11.2021-ci il tarixli barışıq sazişi təsdiq edildiyindən ilkin və qarşılıqlı iddia üzrə mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Nilufər Cəfərli