Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3568/2020 12.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbində dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən dəymiş maddi ziyanın əvəzi olaraq 30 000 manat, mənəvi ziyana görə isə 50 000 manat və dövlət rüsumu olaraq 30 manat olmaqla, ümumilikdə 80 030 manat kompensasiyanın tam həcmdə tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2003-cü ildən tanıyır. 2013-cü il tarixədək onunla birlikdə şərikli işi olmuşdur. Qeyd olunan tarixə kimi münasibətləri yaxşı olmuşdur. Lakin, sonra Cavabdeh qanunsuz və əsassız tələbləri münasibətlərinin pozulmasına gətirib çıxarmışdır. Bu səbəbdən onunla işləməkdən birdəfəlik imtina etmişdir. Aralarında mübahisələndiriləcək heç bir əmlakları qalmamışdır. Cavabdeh ona məxsus olan nə varsa hamısını artıqlaması ilə götürmüşdür. Onun cavabdeh qarşısında heç bir öhdəliyi yoxdur. Hətta ümumi tanışlarının xahişi ilə bir dəfədə ona yardım etmişdir. Ancaq o, yenədə ona qarşı qərəzli mövqe tutaraq barəsində yalan, böhtan xarakterli məlumatlar yayır, onu şantaj edir. Heç bir hüquqi əsası olmayan qanunsuz, əsassız, iftira və böhtan xarakterli iddialar irəli sürərək hüquq mühafizə orqanlarına ondan çoxsaylı şikayətlər vermişdir. İddia ərizəsinə əlavə etdiyi qərarlardan da görünür ki, onun əməllərində və hərəkətlərində cinayətin əlamətləri yoxdur. Çünki o, heç kimin hüququnu pozmamışdır. Cavabdehin hüquq mühafizə orqanlarına etdiyi çoxsaylı qanunsuz və əsassız şikayətlərin nəticəsi olaraq hərtərəfli, obyektiv və tam araşdırmadan sonra qərarlar qəbul olunmuşdur. Belə ki, cavabdeh Cavabdeh ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin xx.xx.2017-ci il tarixli qərarı, Cavabdeh şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsinə dair Sabunçu RPİ-nin 31-ci PB-nin xx.xx.2017-ci il tarixli qərarı, Cavabdeh ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin xx.xx.2017-ci il tarixli qərarı, Cavabdeh ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin xx.xx.2018-ci il tarixli qərarı, Cavabdeh ərizəsi mülki xarakter daşıdığından və cinayət hadisəsi olmadığı üçün İddiaçı haqqında başlanmış ********* saylı cinayət təqibi üzrə icraata xitam verilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin xx.xx.2018-ci il tarixli qərarı, Cavabdeh ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin xx.xx.2018-ci il tarixli qərarı, Cavabdeh ərizəsi mülki xarakter daşıdığından və cinayət hadisəsi olmadığı üçün İddiaçı haqqında başlanmış ********* saylı cinayət təqibi üzrə icraata xitam verilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin xx.xx.2019-cu il tarixli qərarı, Cavabdeh ərizəsi mülki xarakter daşıdığından və cinayət hadisəsi olmadığı üçün İddiaçı haqqında başlanmış ********* saylı cinayət təqibi üzrə icraata xitam verilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin xx.xx.2020-ci il tarixli qərarı və çoxsaylı digər qərarlar. Göründüyü kimi cavabdeh qanunsuz, əsassız böhtan xarakterli ərizələri düzgün olaraq rədd edilmişdir. Qanunvericiliyin tələbinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yol verilməzdir. Cavabdehin qanuna zidd hərəkətləri ilə ona küllü miqdarda maddi və mənəvi ziyan vurulmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında qeyd etdi ki, iddiaçı ona məxsus İcra Hakimiyyətinin binasının yanında yerləşən, qiyməti 80 000 dollardan yuxarı olan torpaq sahəsini o, Ukraynada olarkən onun ona olan etibarından suiistifadə edərək Ramanıda yerləşən 6 sot torpaq sahəsinə dəyişmiş və üstündə 40 000 ABŞ dolları pul almış və mənimsəmişdir. Torpaq sahəsinin ona məxsus olmasını izahatlarında da İddiaçı etiraf etmişdir. Bundan əlavə təkrarən İddiaçı Bakıxanov qəsəbsi Hacınski küçəsi, 39/44 ünvanında yerləşən yataqxanada olan bir otaqlı evin alınması üçün ondan 2050 ABŞ dolları almış, öz borcunu bağlamaq üçün yataqxanadakı otağı 21 000 manata satmış, lakin onun pulunu mənimsəmiş və verməmişdir. 2012-ci ilin dekabr ayında Bakıxanov qəsəbəsində "Kapital Bank"ın yanında Namiqin 10 000 dollara nisyə aldığı 1,5 sot torpaq sahəsi üzərində onun vəsiti hesabına ikimərtəbəli ev tikilmiş və bu evin tikilməsinə 61 055 ABŞ dolları vəsait sərf olunmuş, ona satıldıqda üstündə də 30 000 manat pul verəcəyini bildirmişdir. Bu evidə sataraq mənimsəmişdir. Əslində iddiaçının təqsiri ucbatından o, küllü miqdarda maddi və mənəvi zərərə məruz qalmış, ona məxsus torpaq sahələri və digər əmlaklar iddiaçı tərəfindən ələ keçirilərək ona olan etibarından sui –istifadə etmək yolu ilə başqa şəxslərə satılmış, ona məxsus küllü miqdarda pul vəsaitini ələ keçirilmişdir. Onun tərəfindən iddiaçıya heç bir maddi və mənəvi zərər vurulmamışdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçıyla cavabdeh arasında işgüzar münasibətlər olmuş, onlar bigə iş qurmağa çalışmışlar, lakin sonrad bu münasibətlər pozulmuş və cavabdeh dəfələrlə iddiaçıdan polisə şikayət etmişdir. Polis tərəfindən onun şikayətləri araşdırılmış, bəzi hallar üzrə münasibətlər mülki xarakter daşıdığından cinayət işinin başlanılması rədd edilmiş, başlanılmış cinayət işi üzrə işin icraatına xitam verilmişdir. Bir epizod üzrə iddiaçının əməlində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin əlamətlərinin olması müəyyən edilmiş, lakin şəraitin dəyişməsi ilə əlaqədar cinayət işi üzrə icraat xitam verilmişdir (xx xxx 2018-ci il atrixli qərar). İddiaçı hesab edir ki, cavabdehin qanunsuz, əsassız böhtan xarakterli ərizələri rədd edilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini istəyir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddia tələbinin əsassız olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Həmin Məcəllənin 1097.1 ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə, iddiaçı tərəfinin izahatına və mövqeyinə tənqidi yanaşaraq həmin tələbin əsası kimi irəli sürülmüş dəlilləri əsassız sayır və hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlar və məhkəmə iclasında tədqiq olunmuş həqiqi hallar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmamasına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. §68 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdehin ona qarşı qərəzli mövqe tutaraq barəsində yalan, böhtan xarakterli məlumatlar yayması, onu şantaj etməsi, bunun nəticəsində ona maddi və mənəvi ziyan vurulması ilə əlaqədar tələbinin əsası kimi istinad olunan halları sübut edə bilməmişdir. Məhkəmə tərəfindən iddiaçıya istinad etdiyi halları təsdiq edəcək sübutları məhkəməyə təqdim edilməsi təklif edilsə də, tərəf hər hansı bir əsaslı sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh qanunvericilik tərəfindən ona verilən imkanlardan istfadə edərək özünə uyğun üsullarla hüquqlarını müdafiə etmişdir. Ona görə də müəyyən edilən bu hallar sözügedən mübahisə üzrə iddia tələbinin rədd edilməsinə əsas verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, Q ə t e t d i: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-3568/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3568/2020
12.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver