Məhkəmə qərarları › İş №2(008)-3611/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3611/2023

16.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3611/2023 16.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Novruzi Fı̇ dan Sabı̇ r qızı, Cavabdeh2 Sabı̇ r qızı və Cavabdeh3 qarşı mənzilə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Novruzi Fı̇ dan Sabı̇ r qızı, Cavabdeh2 Sabı̇ r qızı və Cavabdeh3 qarşı mənzilə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Novruzi Fı̇ dan Sabı̇ r qızı, Cavabdeh2 Sabı̇ r qızı və Cavabdeh3 iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, X11 küçəsi, ev 21, mənzil 1-dən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Firudun bəy Köçərli (Y.Qasımov) küçəsi, ev 21, mənzil 1 iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh3 iddiaçının qardaşı- X1 həyat yoldaşı, Cavabdeh1 və Cavabdeh2 isə qardaşının qızlarıdır. Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 bir gün də olsun iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, X11 küçəsi, ev 21, mənzil 1-də yaşamayıblar. Bu səbəbdən də onların iddiaçının mənzilindən istifadə hüquqları yaranmayıb. Qeyd edilən halı əsas götürərək, iddiaçı Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edib, Novruzi Fı̇ dan Sabı̇ r qızı, Cavabdeh2 Sabı̇ r qızı və Cavabdeh3 iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, X11 küçəsi, ev 21, mənzil 1-dən qeydiyyatdan çıxarılması öhdəliyinin Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Bakı İnzibati Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2-1(112)-1661/2023 saylı qərarı ilə iddiaçının iddia tələbi təmin edilmədi. Bakı İnzibati Məhkəməsində iddiaçıya izah olundu ki, iddianın təmin edilməsi üçün o, ilk növbədə Sabunçu Rayon Məhkəməsinə müraciət edib, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Firudun bəy Köçərli (Y.Qasımov) küçəsi, ev 21, mənzil 1-dən istifadə hüquqlarının olmaması barədə, istifadə hüquqları olduğu təqdirdə isə həmin hüquqların itirilmiş hesab edilməsi barədə qətnamə əldə etsin. Məhz bundan sonra cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmaları barədə iddia irəli sürə bilər. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının mənzilində heç vaxt yaşamamalarına baxmayaraq qeydiyyatda qalmaları bir mülkiyyətçi kimi iddiaçının bəzi hüquqularını əsassız olaraq məhdudlaşdırır. Qeyd olunanlara əsasən, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Firudun bəy Köçərli (Y.Qasımov) küçəsi, ev 21, mənzil 1-dən istifadə hüquqlarının olmaması məhkəmə qaydasında müəyyən edilməlidir. xx.xx.2023-cü il tarixdə Cavabdeh3 məhkəməyə etiraz ünvanlayaraq, İddiaçı cavabdehlər Novruzi Fı̇ dan Sabı̇ r qızı, Cavabdeh2 Sabı̇ r qızı və Cavabdeh3 qarşı mənzilə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə iddiaçı-X5 ilkin olaraq AR Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh3, Məmmədova (Əsədullayeva) Aydan Sabir qızının və Məmmədova (Novruzi) Fidan Sabir qızının guya özünün mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov (əvvəlki X10) küçəsi, ev 21, mənzil 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin iş üzrə cavabdeh- Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2-l(112)- 1661 saylı qərarı ilə X4 iddia tələbi təmin edilməmişdir. Bundan narazı qalan X5 Bakı İnzibati Məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti vermişdir. Hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarı ilə həmin inzibati işin icraatı (iddiçının vəsatəti əsasında) dayandırılmışdır. Bundan sonra iddiaçı- X5 cavabdehlərin- Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 cavabdehin mərhum qayınanasından qalmış Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov (əvvəlki X10) küçəsi, 21 saylı evin 1-ci mənzilindən "istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçının mülkiyyəti kimi kimi qeyd etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov (əvvəlki X10) küçəsi, 21 saylı evin 1-ci mənzili xx.xx.1995-ci il tarixli "Qeydiyyat Vəsiqəsi"nə əsasən cavabdehin mərhum qayınanası X2 xüsusi mülkiyyətində olmuşdur. Cavabdeh iddiaçının qardaşı olan X6 ilə rəsmi nikaha daxil olduqdan sonra o zaman dövlət mülkiyyətində olmuş mənzilə digər ailə üzvlərinin razılığı əsasında qeydiyyata düşmüşdür. Cavabdeh qeydiyyata düşdükdən sonra mənzil mərhum qayınanasının adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İşin məhkəmə tərəfindən obyektiv araşdırılması üçün bütün lazımi sənədlər məhkəməyə təqdim edilmişdir. İddiaçının ərizəsində istinad etmək istədiyi məqamlardan başlıcası cavbdehlərin yuxarıda göstərilən ünvanda yaşamamağını əsas kimi göstərməyə çalışmaqla cavabdehlərin həmin yaşayış sahəsinə istifadə hüququnun olub-olmamasının müəyyən edilməsi ilə bağlıdır. Cavabdeh iddiaçının qardaşı olan X6 ilə nikaha daxil olduqdan sonra yəni 1994-cü ildən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov (əvvəlki X10) küçəsi, 21saylı evin 1-ci mənzilinə bərabərhüquqlu ailə üzvü kimi qeydiyyata alınmışdır. Digər cavabdehlər isə nikahdan olan övladları olmaqla Fidan 1994-cü ildə, Aydan isə 1995-ci ilə həmin ünvana qeydiyyata alınmışlar. Hazırda cavabdehlərin mənzildən istifadəyə ehtiyacları var. Onun hər hansı başqa evi və ya mənzili yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 qeydiyyata düşmək üçün evinin olmamasını, qeydiyyata düşməsi üçün də hər hansı ünvana dair hüququnun olmamasını, bu səbəbdən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlər Novruzi Fı̇ dan Sabı̇ r qızı, Cavabdeh2 Sabı̇ r qızı xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə АR MPM-nin 185-ci maddəsini rəhbər tutaraq mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxs tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, X11 küçəsi, ev 21, mənzil 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmişdir. -Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1661/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Sabunçu Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər: Novruzi Fı̇ dan Sabı̇ r qızı, Cavabdeh2 Sabı̇ r qızı və Cavabdeh3) qeydiyyatdan çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, X11 küçəsi, ev 21, 1 saylı mənzil İddiaçı məxsusdur. Cavabdehlər onun qardaşının keçmiş həyat yoldaşı və qızlarıdır. Cavavbdehlər formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalırlar, həmin mənzildə heç vaxt yaşamayıblar. Bu hal iddiaçının xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2. maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. İşin araşdırılan halları ilə müəyyən edildi ki, cavabdehlər ilə mübahisəli mənzilin mülkiyyətçisi olan İddiaçı arasında mübahisəli mənzilə dair notariat qaydasında təsdiqlənən yazılı razılaşma yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərin İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, X11 küçəsi, ev 21, 1 saylı mənzilinə istifadə hüququ olmadığından, iddiaçı haqlı olaraq mövcud tələblə məhkəməyə müraciət etmişdir. Bundan başqa, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunununun müdəalarını nəzərə alaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin hər hansı ünvan üzrə qeydiyyatda olması onun həmin yaşayış yerinə istifadə hüququnun olması anlamına gəlmir, əsasən şəxslərin uçota alınmasının təmin edilməsi məqsədi daşıyır. Bu baxımdan cavabdehlərin Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, X11 küçəsi, ev 21, 1 saylı mənzilində qeydiyyatda olması onların həmin məzilə dair istifadə hüququnun olmasına dəlalət edə bilməz. Lakin, göründüyü kimi, cavabdehlərin sözügedən mənzildə qeydiyyatda olması səbəbindən iddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı cavabdehin həmin mənzildə qeydiyyatda olması ilə məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların həyata keçirilməsinə cavabdehlərin mənzildə qeydiyyatda olması maneçilik törədir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, qanunun qeyd olunan tələbinə uyğun qaydada iddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı cavabdehin həmin mənzildə qeydiyyatda olması ilə məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların həyata keçirilməsinə cavabdehlərin mənzildə qeydiyyatda olması maneçilik törədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mahiyyətindən görünür ki, əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və оnlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Novruzi Fı̇ dan Sabı̇ r qızı, Cavabdeh2 Sabı̇ r qızı və Cavabdeh3 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, X11 küçəsi, ev 21, 1 saylı mənzildən istifadə hüquqlarının olmaması müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar