Məhkəmə qərarları › İş №2(008)-3647/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3647/2022

08.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3647/2022 08.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X9, Cavabdeh4 və onun nümayəndəsi və vəkili Vəkil1, X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, Cavabdeh4, Azırbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "əmrin, icarə müqaviləsinin və özəlləşdirilmənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, Cavabdeh4, Azırbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "əmrin, icarə müqaviləsinin və özəlləşdirilmənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.Aydınbəyov küçəsi, (indiki X2) ev 27, mənzil 8-ə dair Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf idarəsi Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 402 nömrəli əmrin etibarsız hesab edilməsi və həmin mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonra iddiaçi iddia tələbinin həcminin artırılması barədə ərizə verərək. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsi, (indiki X2) ev 27, mənzil 8-ə dair Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 402 nömrəli əmrin, həmin əmr əsasında Cavabdeh4 ilə bağlanmış icarə müqaviləsinin, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsi, (indiki X2) 27 saylı evin, 8 saylı mənzilinin özəlləşdirilməsinin etibarsız hesab edilməsi və həmin mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər X11 xx.xx.1987-ci il tarixli, 074349 saylı Orderinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.Aydınbəyov küçəsi, (indiki X2) ev 27, mənzil 8 ona məxsusdur. O, 1989-cu ilin təqribən mart ayında Rusiya Federasiyasına getmişdir. Azərbaycana qayıdanda evinə gəlib görmüş ki, evi məcburi köçkün Cavabdeh4 və onun ailəsi tərəfindən zəbt edilmişdir. Həmin dövrün qanununa əsasən o, onları mənzilindən çıxara bilməyəcək və bunun üçün məhkəməyə müraciət etməyib gözləmək qərarına gəlmişdir. 2013-cü il tarixdə bilmişdir ki, Cavabdeh4 maraqlı şəxs Sabunçu Rayon Polis İdarəsinə qarşı “mənzildən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon məhkəməsinə müraciət etmişdir və Sabunçu Rayon Məhkəməsinin 2-1418/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh4 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi, ev 27, mənzil 8-də yaşamaları faktı müəyyən edilmiş və onların həmin mənzilə pasport qeydiyyatına alınmaları qət edilmişdir. Həmin qətnamədən o, apellyasiya şikayəti versə də lakin prosessul müddətin ötürülməsi səbəbindən onun şikayəti geri qaytarılmışdır. 2013-cü il tarixdə baş tutmuş məhkəmə iclaslarında bəzi prosessul pozuntulara yol verilmiş, onun rusdilli olmağına, Azərbaycan dilində danışmağı, yazıb oxumağı bacarmamağına baxmayaraq məhkəmə iclaslarında tərcüməçinin iştirakı təmin edilməmiş, sənədlərin sürətləri ona verilməmişdir. Bu il ona məlum oldu ki, məcburi köçkünlərin zəbt etdiyi mənzillərdən çıxarılması barədə iddia ərizələri təmin edilir. Bu məqsədlə o, “mülki iş materialları ilə tanış olmaq” barədə ərizə ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edib, Məhkəmənin arxivində olan 2-1418/2007 saylı iş materialları ilə tanış olub, lazım olan sənədlərin surətini götürüb “mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi vermək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə iş materialları ilə tanış olan zaman müəyyən etdim ki, Cavabdeh4 onun mənzilini öz adına sənədləşdirərək, Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı, xx.xx.2013cü il tarixli çıxarış almışdır. Bundan sonra “Vəkil sorğusu” ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunaraq, Cavabdeh4 adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı, xx.xx.2013-cü il tarixli çıxarışın verilməsinə əsas olmuş sənəd barədə məlumat verilməsi xahiş olundu. 1 saylı Bakı Ərazi İdarəsindən verilən cavab məktubunda sözügedən çıxarışın verilməsinə əsas olmuş sənədin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf idarəsi Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 402 nömrəli əmr olduğu bildirildi. Bakı şəhər X11 xx.xx.1987-ci il tarixli, 074349 saylı Orderinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.Aydınbəyov küçəsi, (indiki X2) ev 27, mənzil 8 mənə məxsus olduğuna görə, həmin mənzilə dair Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf idarəsi Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən sözügedən mənzilin Cavabdeh4 verilməsi barədə xx.xx.2007-ci il tarixli, 402 nömrəli əmri qanunsuz və əsassızdır. Çünki, həmin mənzilə dair onun adına order mövcuddur və qüvvədədir. Bu səbəbdən də həmin əmr etibarsız hesab edilməli və Cavabdeh4 adına hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ******* saylı, xx.xx.2013-cü il tarixli çıxarış ləğv edilməlidir. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X16 iddia ərizəsini qəbul etməyərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 və onun nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini qəbul etməyərək izahatında bildirmişdir ki, o, xx.xx.1970-ci il tarixdə Bakı şəhərində doğulmuş və məcburi köçkün deyil. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsi, 33 saylı evin, 4 saylı mənzili Bakı şəhəri Lenin RİK-si tərəfindən 16 sentyabr 1965-ci il tarixli orderə əsasən atası X10 verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsi, 33 saylı evin, 4 saylı mənzili Lenin RİK-nin 14 may 1992-ci il tarixli qərarına əsasən yaşayış üçün yararsız hesab olunaraq, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsi, 27 saylı evin, 8 saylı mənzili ailə üzvləri nəzərə alınmaqla cavabdehin atası X10 verilmişdir. “Balaxanıneft” NQÇİ-nin həmkarlar ittifaqının Rəyasət Heyətinin xx.xx.1992-ci il tarixli birgə iclas protokoluna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi, 27 saylı evin, 8 saylı mənzili Ş.Şükürova təhvil verilmişdir. X3 xx.xx.1996-cı ildə rəhmətə getmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi, 27 saylı evin, 8 saylı mənzili onlara verilən vaxtdan etibarən mənzili Cavabdeh4 təmir etmiş və yaşayış üçün yararlı vəziyyətə gətirərək ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 20 iyun 2007-ci il tarixli, 2-4418/2007 saylı qətnaməsinə əsasən, onun ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsi, 27 saylı evin, 8 saylı mənzilində 1992-ci ildən yaşamağları faktı müəyyən edilmiş və onlar həmin mənzilə pasport qeydiyyatına alınmışlar. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 20 iyun 2007-ci il tarixli, 2-4418/2007 saylı qətnaməsinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamentinin 27 noyabr 2007-ci il tarixli, 402 nömrəli əmri ilə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi, 27 saylı evin, 8 saylı mənzilinə dair şəxsi hesabı 4 nəfər ailə üzvüm nəzərə alınmaqla onunla icarə müqaviləsi bağlanmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi, 27 saylı evin, 8 saylı mənzilinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 31 may 2013cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. O, Bakı şəhərində doğulmuş və məcburi köçkün deyildir. Bundan başqa iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsi, 27 saylı evin, 8 saylı mənzilinin onun istifadəsində və eyni zamanda mülkiyyətində olması barədə məlumatı olmuşdur. İddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsi, 27 saylı evin, 8 saylı mənzilinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 31 may 2013- cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən onun mülkiyyətində olması barədə məlumatı qanuni qüvvəyə minmiş Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2-1418/2007 saylı qəradadında öz əksini tapmışdır. Həmin məhkəmə iclasında iddiaçının özü və nümayəndəsi iştirak etmişdir. X12 2013-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 20 iyun 2007-ci il tarixli 2-1418/2007 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının üzürlü hesab edilməsi barədə ərizə ilə Sabunçu rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 03 iyun 2013-cü il tarixli, 2-1418/2007 saylı qərardadı ilə ərizə təmin edilərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 20 iyun 2007-ci il tarixli 2-1418/2007 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının səbəbi üzürlü hesab edilməklə buraxılmış prosessual müddət bərpa edilmişdir. O da həmin qərardaddan şikayət verərək, qərardaddan ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 14 iyun 2013-cü il tarixli, 2- 1418/2007 saylı qərardadı ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərardadından verdiyim şikayət təmin olunmamış və şikayət mülki işin materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasia Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsində şikayətə baxılarkən, məhkəmə qərardadın əsaslandırıcı hissəsində qeyd etmişdir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 20 iyun 2007-ci il tarixli, 2- 1418/2007 saylı qətnaməsi qanuni qüvvəsini almaqla icraya yönəlmiş və 2007-ci ilin dekabr ayında tam icra edilmişdir. Məhkəmə qərardadında həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ərizəyə baxarkən İddiaçı hazırki mülki işə münasibətdə prosessual tərəf olub-olmamasını və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 20 iyun 2007-ci il tarixli, 2- 1418/2007 saylı qətnaməsinin onun hər hansı hüquq və vəzifələrinə, maraqlarına toxunub-toxunmamasını müəyyən etməmişdir. Məhkəmə qərardadında onu da qeyd etmişdir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının səbəbini üzürlü hesab etməklə buraxılmış prosessual müddəti bərpa edərkən iş vərəqi 33-də olan 074349 saylı orderi əsas tutmuşdur. Həmin orderdə qeyd edilən X5 ərizə ilə məhkəməyə müraciət etmiş İddiaçı ilə ilə eyni şəxs olubolmamasını müəyyən etməmiş, qərardadın təsviri və əsaslandırıcı hissəsində ümumiyyətlə ərizəçinin soyadını qeyd etməmiş, nəticə hissəsində isə ərizəçinin adını “Mina” kimi qeyd etməklə yanlış nəticəyə gəlmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 22 iyun 2013-cü il tarixli, 2(103)-4254/2013 saylı qərardadına əsasən, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 20 iyun 2007-ci il tarixli, 2-1418/2007 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının üzürlü hesab edilməsinə dair İddiaçı ərizəsinə yenidən baxılması üçün işin həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsi müddətin bərpasına dair ərizəyə baxarkən müəyyən etmişdir ki, Bakı şəhəri X17 tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli 074349 nömrəli orderdə X13 qeyd edilsə də ərizəyə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətində isə X12 qeyd edilmişdir. Məhkəmə onu da qeyd etmişdir ki, Nina adının qanuni yolla Mina adı ilə əvəzləşdirilməsi və qeydiyyat orqanlarında qeydiyyata alınması barədə M.Qriqoryevna məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 08 noyabr 2013-cü il tarixli, 2-1418/2007 saylı qərardadına əsasən, X6 ərizəsi təmin edilməyərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 20 iyun 2007-ci il tarixli, 2-1418/2007 saylı qətnaməsində apellyasiya şikayətinin verilməsi üçün müddət bərpa edilməmişdir. İddiaçı hazırda müraciət etdiyi iddia ərizəsinə Bakı şəhəri X17 tərəfindən X8 verilmiş xx.xx.1987-ci il tarixli 074349 nömrəli orderi əlavə etmişdir. Məhkəməyə təqdim etdiyi şəxsiyyət vəsiqəsində isə İddiaçı kimi qeyd edilmişdir. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsi, 27 saylı evin, 8 saylı mənzilinə dair Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 402 nömrəli əmri və Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışı mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir. İddiaçının subyektiv hüquqa malik olmaması iddianın təmin edilməsini istisna etdiyindən, əqdlərin Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtlərə riayət edilib edilməməsi ilə bağlanması halının araşdırılması zəruriliyini də aradan qaldırır. İddiaçı onun mülkiyyətində olan mənzil dair verilmiş xx.xx.2007-ci il tarixli, 402 nömrəli əmri və RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışı mübahisələndirmək üçün subyektiv hüquqa malik olmadığından, iddia tələbi təmin edilə bilməz. Təqdim edilən sənədlərdən göründüyü kimi İddiaçı mənə qarşı məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Artıq X6 ərizəsi əsasında bu işə 2013-cü il tarixdə baxılmış, Bakı Apellyasiya Məhkəməsinin 22 iyun 2013-cü il tarixli, 2(103)- 4254/2013 saylı və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 08 noyabr 2013-cü il tarixli, 2-1418/2007 saylı qanuni qüvvəyə minmiş qərardadları mövcuddur. Bakı şəhəri Sabunçu rayon Məhkəməsində 2013-cü il tarixdə müddətin bərpasına dair işə baxılarkən, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsi, 27 saylı evin, 8 saylı mənzilinə dair Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 402 nömrəli əmri, onunla bağlanmış icarə müqaviləsi və Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarış iş materiallarında olmuş və məhkəmə tərəfindən həmin sənədlərə baxılmış, sübutlarla birlikdə tətqiq edilərək artıq hüquqi qiymət verilmişdir. Bundan başqa 2013-cü il tarixdə işə baxılarkən, iş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinin 30 oktyabr 2013-cü il tarixli məktubundan görünür ki, İddiaçı barəsində 1959-1965-ci illər üzrə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Eyni zamanda 2013-cü il tarixdə işə baxılarkən, iş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin 05 noyabr 2013-cü il tarixli məktubundan görünür ki, Muradova (Qazarova) Nina Qriqoryevnanın barəsində 1959- 1965-ci illərə dair ilkin, 1962-1979-cu illərə dair isə bərpa akt qeydləri üzrə yoxlanılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Göründüyü kimi Muradova (Qazarova) Nina Qriqoryevnanın doğum akt qeydi olmadığı halda şəxsiyyət vəsiqəsinin alınması qeyri mümkündür. Bütün bunlar əsas verir ki, Muradova (Qazarova) Nina Qriqoryevna saxta yolla şəxsiyyət vəsiqəsi almışdır. Məhkəmə tərəfindən işə baxılarkən bunlara hüquqi qiymət verilməlidir. Qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 22 iyun 2013-cü il tarixli, 2(103)-4254/2013 saylı qərardadının və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 08 noyabr 2013-cü il tarixli, 2-1418/2007 saylı qərardadının təsviri və əsaslandırıcı hissəsində də qeyd edilmişdir ki, Bakı şəhəri X17 tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli 074349 nömrəli orderdə X13 qeyd edilsə də ərizəyə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətində isə X12 qeyd edilmişdir. Qazarova soyadının Muradova soyadi ilə və Nina adının qanuni yolla Mina adı ilə əvəzləşdirilməsi və qeydiyyat orqanlarında qeydiyyata alınması barədə M.Qriqoryevna məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı ona qarşı məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ olsaydı belə əqdin etibarsızlığı ilə bağlı bir il müddətinə iddia qaldırmalıydı. Mən isə yuxarıda qeyd olunan mənzildə 22 ildən çoxdur ki, ailə üzvlərimlə birlikdə yaşayıram. İddiaçının da mübahisələndiridyi mənzilin mənim mülkiyyətmdə olması barədə məlumatı iddia ərizəsində qeyd etdiyi kimi 1990-cı ildə olmuşdur. Əlavə olaraq bildirirəm ki, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsi, 27 saylı evin, 8 saylı mənzilinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 31 may 2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən mənim mülkiyyətimdə olması barədə məlumatı qanuni qüvvəyə minmiş Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2-1418/2007 saylı qəradadında öz əksini tapmışdır. Cavabdeh4 xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə ddia müddətinin tətbiqi barədə ərizə verərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; Yuxarıda qeyd olunanlara əsasən, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı ərazi İdarəsinə və mənə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsi, (indiki X2) 27 saylı evin, 8 saylı mənzilinə dair Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən verilmiş xx.xx.2007ci il tarixli, 402 nömrəli əmrin, həmin əmr əsasında Cavabdeh4 ilə bağlanmış icarə müqaviləsinin, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsi, (indiki X2) 27 saylı evin, 8 saylı mənzilinin özəlləşdirilməsinin etibarsız hesab edilməsi və həmin mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası əsassız hesab olunaraq iddia müddəti tətbiq edilməli və İddiaçı iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Digər cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə digər cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin ümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş matriallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rafon Məhkəməsinin 2-1418/2007 saylı xx.xx.2007-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh4 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi 27 saylı evin, 8 saylı mənzilində yaşamaları faktı müəyyən edilsin və onlar həmin mənzilin pasport qeydiyyatına alınması qət edilmişdir. İş matriallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin xx.xx.2022-ci il tarixli SOCAR **********10210033B00003 saylı məktubunun surətindən görünür ki, Sosial İnkişaf İdarəsinin Mənzil Kamumunal Xidmətlər Departamentinin xx.xx.2007-ci il tarixli 402 nömrəli əmiri ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-1418 saylı qətnaməsi icra edilərək Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi 27 saylı evin, 8 saylı mənzilinə dair icarə müqaviləsi vətəndaş Cavabdeh4 adına bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin xx.xx.2007-ci il tarixli 402 saylı əmrinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1418/2007 saylı xx.xx.2007-ci il tarixli qətnaməsi icra edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi 27 saylı evin sahəsi 38.0 kv.m olan 2 otaqdan ibarət 8 saylı mənzilin şəxsi hesabı 4 nəfəri ailə üzvü olan (özü h/yoldaşı, Şükürova Arzu, qızı Şükürova Vüsalə, oğlu Şüküro Murad) vətəndaş Cavabdeh4 ilə icarə müqaviləsi bağlanmış, Cavabdeh4 adına yeni şəxsi hesab vərəqəsinin açılması MKXD-nin 11 saylı MİS-nə tapşırılmış, əmrin surətlərinin vətəndaş Cavabdeh4 Şiikür oğluna və 11 saydı MİS-nə göndərilməsi Mənzil İstismar Sahələri ilə iş şöbəsinə tapşırılmışdır. İş matriallarına əlavə edilmiş 148 saylı MKS-in arayışının surətindən görünür ki, İddiaçı Qriqoriyevna xx.xx.1991-ci il tarixdən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi 27 saylı evin, 8 saylı mənzilindən qeydiyyatdan çıxarılmışdır. Hal-hazırda həmin mənzildə yaşayan Cavabdeh4 xx.xx.2007-ci il tarixli ARDNŞSİİ MŞXDnin xx.xx.2007-ci il tarixli 402 saylı əmrinə əsasən qeydiyyatdadırlar və yaşayırlar. Azərbayjan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi 27 saylı evin, 8 saylı mənzilininin mülkikiyyətçisi Cavabdeh4dur və mənzil onun adına xx.xx.2013-cü il tarixdən qeydiyyata alınmışdır. Bakı şəhər X11 xx.xx.1987-ci il tarixli, 074349 saylı orderinin surətindən görünür ki, X8 Bakı şəhəri, Sabunçu rayonu, M.Aydınbəyov küçəsi, (indiki X2) ev 27, 8 saylı mənzilə dair order verilmişdir. Ukranyanın İ-KГ 382776 sayl nikah haqqında şəhadətnamədən görünür ki, X18 ilə X13 arasında xx.xx.1991-ci il tarixdə nikah bağlanmışdır. Arvada Muradova soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.2-ci maddəsi nəzərdə tutur ki, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsız hesab olunur (Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Azərbaycan Respublikası Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki işin matriallarına əlavə edilmiş sənədlərindən görünür ki, Cavabdeh4 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi 27 saylı evin, 8 saylı mənzilinn xx.xx.2013-cü il tarixdən mülkiyyətçisidir. Qeyd edilən daşınmaz əmlakın cavabdehinin mülkiyyətinə verilməsinə əsas olmuş sənədlər isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 402 nömrəli əmr və həmin əmr əsasında Cavabdeh4 ilə bağlanmış icarə müqaviləsidir. İddiaçı hal-hazırda məhkəməyə müraciət edərək qeyd edilən əmirin və icra müqavilənin etibarsız hesab edilməsini xahiş etsədə, məhkəmə araşdırılması zamanı etibarsızlığın qanunvericilik ilə müəyyən edilmiş konkret əsaslarının mövcudluğu müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, nəqədər ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 402 nömrəli əmr və həmin əmr əsasında Cavabdeh4 ilə bağlanmış icarə müqaviləsinin etibarsızlığ əsasları mövcud deyildir, bunun əsasında cavabdehə verilmiş xx.xx.2013-cü il tarixli ******* saylı çıxarışı ləğv edilə bilməz. Bundan başqa məhkəmə Cavabdeh4 tərəfindən iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirərək qeyd edir ki, iddia tələbi üzrə etibarsızlığ əsasları mövcud olmadığında müqavilənin etibarsızlığı üzrə qanunvericilikdə nəzərəd tutulmuş müddətin tətbiq edilməsinə dair zərurut aradan qalxmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunmadığı üçün məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, Cavabdeh4, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "əmrin, icarə müqaviləsinin və özəlləşdirilmənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar