Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3698/2022 14.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı X3 və onun nümayəndələri və vəkilləri Vəkil2 və Vəkil1, Cavabdeh X9 iştirakı ilə, İddiaçı X3 cavabdeh X11 qarşı «pay hüququnun müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X6 cavabdeh X11 qarşı «pay hüququnun müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfidən xx.xx.2017-ci il tarixdə ********* qeydiyyat nömrəli Hüquqların Dövləı qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində qeydə alınan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin aralarında bölünərək, onun payının 2/3 hissə olmaqla, cavabdeh Mehriban Jamshidinin payının isə 1/3 hissə kimi pay hüququnun müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X6 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, X6 06 iyun 2011-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı Qurbanova (sonradan Jamshidi) Mehriban Absatar qızı ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Lakin xx.xx.2019-cu il tarixdə cavabdeh ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək nikahının pozulmasını tələb etmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5892/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, aralarında 06 iyun 2011-ci il tarixdə Səadət Sarayında (Bakı Nikah Evi) bağlanmış 973 №-li akt qeydli nikahın pozulması qət edilmişdir. Onun şəxsi vəsaiti hesabına əldə edilməsinə baxmayaraq. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfidən xx.xx.2017-ci il tarixdə ********* qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində qeydə alınan ünvan 1 ünvanında yerləşən torpaq sahəsi birgə nikah dövründə dövlət reyestrində rəsmiləşdirdiyinə görə keçmiş arvadı Mehriban Jamshidmin adma qeydə alınmışdır. Onun yaşadığı ünvanda olan bütün qonşuları da bilavasitə təsdiq edə bilər ki, cavabdeh onunla ailə qurarkən məhz həmin torpaq sahəsi onun stifadəsində idi. Ona görə də hesab edir ki, məhkəmə onun mülkiyyət hüquqlarını və mənafeyini nəzərə alaraq əmlak bölgüsünü ədalətli apararaq onun həmin torpaq sahəsindəki payını 2/3 hissə kmıi müəyyən edəcəkdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X6, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 və onun nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 və onun nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X12 iddia tələbini qəbul etməyərək iddiaçı X8 qarşı torpaq sahəsinin bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı, öz tələblərini təsdiqləyən və hər hansı hüquqlarının pozulmasını əks etdirən heç bir sübutu iddia ərizəsinə qoşmamış və məhkəmə prosesləri zamanı məhkəməyə təqdim etməmişdir. Öz iddia ərizəsində heç bir mötəbər sübut təqdim edə bilməmiş və iddiasını əsaslandırılmışdır. İddia ərizəsində sözügedən torpaq sahəsinə dair iddiaçı artıq məhkəmədə bir dəfə iddia qaldırmışdır. Bakı Apellyasiya Məhkəməsi 2(103)-9988/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-2072/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. - Belə ki, AN-İ seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanda yerləşən torpaq sahəsindən 0.0494 kv.m torpaq sahəsi 28 fevral 2017-ci il tarixdə X23 tərəfindən alıcı X2 6000 manata satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məktəbli küçəsi 127 ünvanında yerləşən 0.0494 ha torpaq sahəsi mülkiyyətçisi 09.03.207-ci il tarixdən X13 qeyd edilmişdir. Azərbaycan Respublikası yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən A seriyalı, 134671 nömrəl xx.xx.2021-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məktəbli küçəsi 127 ünvanında yerləşən 0.0494 ha torpaq sahəsinin hüquqi sahibi X4 qeyd edilmişdir. Bakı Nikah evində bağlanmış nikah haqqında şəahdətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında nikah xx.xx.2011-ci il tarixdə bağlanmışdır. - Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2021-ci il tarixli, 54 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması haqqında şəhadətnaməsinin surətindən görünür ki, X15 ilə X6 arasında bağlanmış nikah ləğv edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2072/2021 nömrəli, 28 aprel 2021-ci il tarixli qətnamənin surətindən görünür ki, iddiaçı X3 cavabdeh X11 qarşı «müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və torpağın mülkiyyətə verilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9988/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnamənin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2072/2021 saylı, 28 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnaməsi qəbul edilmiş, iddiaçı X3 cavabdeh X11 qarşı «müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və torpağın mülkiyyətə verilməsi» tələbinə dair iddiası rədd edilmişdir. - 20.09.2010-cu il tarixli qaima fakturanın surətindən görünür ki, davraza, podvalgiriş qapısı, talvarın qaynağına 1720 ABŞ dolları Davud Jamshidi tərəfindən ödənilmişdir. - 16.07.2010-cu il tarixili satış fakturasından görünür ki, 92.900.000 rial Davud Jamshidi tərəfindən ödənilmiş və məişət avadanlıqları alınmışdır. - 05.05.2010-cu il tarixili satış fakturasından görünür ki, 25.390.000 rial Davud Jamshidi tərəfindən ödənilmiş və məişət avadanlıqları alınmışdır. - 008785 nömrəli tədiyyə (vergi) bildirişinin surətindən görünür ki, X5 2011-ci ildən 2017-ci ilədək 121.55 manat vergi ödəmişdir. - 20.06.2010-cu il tarixli qaima-fakturanın surətindən görünür ki, divar dam 435 manat Davud Jamshidi tərəfindən ödənilmişdir. - 01.07.2010-cu il tarixli qaima-fakturanın surətindən görünür ki, dam örtüyü 495 manat Davud Jamshidi tərəfindən ödənilmişdir. - 10.09.2010-cu il tarixli qaima-fakturanın surətindən görünür ki, navalşa, boru 37.5 manat Davud Jamshidi tərəfindən ödənilmişdir. - 30.10.2010-cu il tarixli qaima-fakturanın surətindən görünür ki, dəmir barmaqlıq, kondisioner altlığı 350 ABŞ dolları Davud Jamshidi tərəfindən ödənilmişdir. - 03.08.2010-cu il tarixli qaimə fakura surətindən görünür ki, qaz ilə işləyən kondisioner 1.100.000 tümən Davud Jamshidi tərəfindən ödənilmişdir. - 00000007386259 nömrəli xx.xx.2021-ci il tarixli tədiyyə bildirişinin surətindən görünür ki, X6 82.17 manat məbəğində pul ödəmişdir. - 09.04.2021-ci il tarixli, 212 nömrəli Maştağa Bələdiyyəsinin sədrinin arayışdan görünür ki, 2019-2021-ci illər üçün isə torpaq və əmlak vergisi vətəndaş X27 Latif tərəfindən ödənilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********03 nömrəli, xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 2 ünvanda yerləşən torpaq sahəsi X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin qeydiyyatdan keçməsi haqqında məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvadın biri 2 üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Torpaq Məcəlləsinin 48-ci maddəsinin 3-cü bəndinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar. Beləliklə məhkəmə onu qeyd etməyi zərurui hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə məqsədi, cavabdehin onunla birgə nikahda olduğu dövründə notarial qaydada bağalnmış alqı –satqı müqaviləsi əsasında əldə etdiyi torpaq sahəsi üzərində pay hüququnun müəyyən edilməsindən ibarətdir. Məhkəmə araşdırılması zamanı məlum olur ki, iddiaçı xarici dövlət vətəndaşı olan fiziki şəxsdir. İmperativ xarakter daşıyan Azərbaycan Respublikası torpaq Məcəlləsinin 48ci maddəsindən görünür ki, xarici vətəndaşın Azərbayacn Respublikası ərazisində torpaq sahəsinə mülkiyyət hüququn əldə edilməsi qadağandır. Belə olan olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ olmadığından iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı X3 cavabdeh X11 qarşı «torpaq sahəsinə pay hüququnun müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-3698/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3698/2022
14.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver