Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3725/2020 19.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi iddiaçı «xxxxxxxxxxxxx» ASC-nin nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə İddiaçı «xxxxxxxxxxxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya qaydasında pul tələbi»nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya qaydasında pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 410 manat məbləğində verilmiş sığorta ödənişinin və 20,40 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq «xxxxxxxxxxxxx» ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxx" ASC-də xx xxxxxx 2017-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "Kia Cerato" markalı 99LS247 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx xxxxxxx 2018-ci il tarixdə Bakı şəhərində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X4 tərəfindən idarə olunan "Toyota Rav4" markalı 99XJ153 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Sabunçu DYPŞ-nin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verdikdən sonra, Cavabdeh1 hadisə yerinin tərk etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi ilə əlaqədar 410 manat məbləğində sığorta ödənişi verilmişdir. "Kia Cerato" markalı 99LS247 dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olduğundan, hadisə zamanı avtomobili Cavabdeh1 idarə etdiyindən zərərin əvəzi onların hər ikisindən tutulmalıdır. Məhkəmə iclasında iddiaçı «xxxxxxxxxxxxx» ASC-nin nümayəndəsi X5 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, o, etibarnamə əsasında avtomobili “xxxxxxxxxxxxxx” MMC-yə vermişdir. Həmin şirkət də öz növbəsində idarə etməsi üçün Şakirə vermişdir. Odur ki, onun heç bir təqsiri yoxdur. Bu səbəbdən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mül-ki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsa-sən işə onun iştirakı ol-ma-dan baxmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib iş üzrə sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan PGU-182410 saylı sığorta aktından görünür ki, Cavabdeh2 məxsus Kia Cerato markalı **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı «xxxxx»Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək sığortalanmışdır. X6 markalı **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilin "Toyota Rav4" markalı 99XJ153 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində avtomobilə dəymiş maddi ziynın ümumi məbləği 410 manat təşkil etmişdir. Dəymiş zərər 410 manat sığorta ödənişi X2 hesabına köçürülmüşdür. - xx.xx.2018-ci il tarixli qüsur aktından görünür ki, "Toyota Rav4" markalı 99XJ153 dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın məbləği cəmi 410 manat olduğu müəyyən edilmişdir. -Azərbaycan Respublikası DİN Baş Dövlət X9 İnzibati Tənbeh vermə haqqında TP seriyalı ******* saylı protokulunun surətindən görünür ki, Bağırlı X3 Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrinə əsasən təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. - İcbari Sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, Kia Cerato markalı **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobil bir il müddətinə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək «xxxxxxxxxxxxx» ASC-də sığortalanmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 idarə etdiyi Kia Cerato markalı **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobillə X4 tərəfindən idarə edilən "Toyota Rav4" markalı 99XJ153 dövlət qeydiyyat nişanlı avtomobili vurması və bunun nəticəsində Cavabdeh1 təqsiri ucbatından sığortalanmış avtomobilə zərər dəyməsi İnzibati Tənbeh vermə haqqında TP seriyalı ******* saylı protokolla və işin digər materialları ilə sübut olunur. X6 markalı **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilə "Toyota Rav4" markalı 99XJ153 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində vurulmuş ziyan iddiaçı «xxxxxxxxxxxxx» ASC tərəfindən aradan qaldırıldığından, göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçı «xxxxxxxxxxxxx» ASC-yə keçmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə həmçinin cavabdehlərin mülki məsuliyyətlərini araşdıraraq hesab edir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat vasitəsi Cavabdeh2 məxsus olsa da, qanunla yüksək təhlükə mənbəyi hesab olunan avtomobil Cavabdeh1 tərəfindən idarə edildiyindən və buna görə də ziyan bilavasitə Cavabdeh1 tərəfindən vurulduğundan, vurulmuş ziyan yalnız Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Avtomobilin Cavabdeh2 sahibliyindən qanuni əsaslarla “xxxxxxxxxxxxxx” MMC-yə verilməsinə dair etibarnamə məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikası MM-nin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası MM-nin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanundan görünür ki, hazırkı vəziyyətdə mülkiyyətçi məsuliyyət daşımır. Belə olan halda məhkəmə hesab edir ki, yüksək təhlükə mənbəyi olan avtomobilin vurduğu zərər üçün məsuliyyəti, onu qanuni əsaslarla idarə etmiş olan Cavabdeh1 daşımalı, Cavabdeh2 münasibətdə isə iddia əsaslı hesab edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddə-si-nə əsa-sən məh--kəmə xərcləri ödənilmiş tələblərinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 20.40 manat dövlət rüsumu ca-vabdehlərdən iddiaçı «xxxxxxxxxxxxx» ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki- Pro-ses-sual Məcəlləsinin 119, 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 410 (dörd yüz on) manat sığorta ödənişi və 20 (iyirmi manat) manat, 40 (qırx) qəpik ödənilmiş dövlət rüsumu tutularaq «xxxxxxxxxxxxx» ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-3725/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3725/2020
19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver