Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3733/2025 01.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X9 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən mənzilin mülkiyyətçisidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5884/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qətnaməsi ilə Cavabdeh ilə, İddiaçı arasında 4 saylı Bakı “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 881 nömrəli akt qeydi ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli nikah pozulmuşdur. Nikahın pozulması haqqında şəhadətnəmədən görünür ki, Sabunçu rayon Qeydiyyat Şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2025-ci ildə 61 nömrəsi ilə qeyd edilmişdir. Onun mənzilində onunla birlikdə keçmiş arvadı Cavabdeh və övladları xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2004-cü il təvəllüdlü X5 qeydiyyatdadırlar. Cavabdeh və uşaqları mənzildə yaşamasalar da, onların mənzildə qeydiyyatda qalmaları onun üçün əlavə komunal haqları ödəməsinə səbəb olduğundan onların mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinin təmin olunmasını xahiş edir. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 11 iyun 2025-ci il tarixdə məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, cavabdehin 24 iyun 2024-cü ildən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində yaşamadığını,iddia tələbinin təmini edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5884/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə, İddiaçı arasında 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 881 nömrəli akt qeydi ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli nikahın pozulması, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 iddiaçı Cavabdeh himayəsində saxlanılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 506712 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh nikahı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən görünür ki, 22 iyun 2018-ci il tarixdə X2 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 50.3 kv.m olan 2 otaqlı mənzili İddiaçı hədiyyə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 3 İddiaçı adına qeydiyyatdan keçmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2- 23383/2025 nömrəli cavab məktubunda Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94, ev 2/6, 67 mənzilin ilkin qeydiyyatdan keçməsinə əsas olmuş sənədlər, 188979 nömrəli orderə əsasən ünvan 3 X6 verilmiş, xx.xx.2008-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən əmlak 12 mart 2008-ci ildə vəfat etmiş X4 vərəsəsi həyat yoldaşı X1 miras qalmış, daha sonra Daşınmaz Əmlakın bağışlanması müqaviləsinə əsasən 22 iyun 2018-ci il tarixdə X2 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 50.3 kv.m olan 2 otaqlı mənzili İddiaçı hədiyyə etmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən xx.xx.2018-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94, ev 2/6, 67 nömrəli mənzil xx.xx.2018-ci il tarixdən İddiaçı adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Hazırki mübahisə ilə bağlı cavabdehin həmin ünvana qeydiyyata düşməsi ilə bağlı hər hansı rəsmi razılıq ərizəsi olmamışdır. Tərəflər 4 iyun 2023-cü ildə nikaha girdiklərindən və mənzildən istifadə ilə əlaqədar aralarında başqa razılaşma olmadığından, həmin münasibətlər Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq olunmaqla müzakirə olunmalıdır. İş materiallarından göründüyü kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən, cavabdeh iddiaçının arvadı olmaqla onun ailə üzvü olmuş və onun mülkiyyətində olan mənzildən istifadə hüququ əldə etmişdir. Lakin, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən nikahları pozulduğundan, yəni cavabdehin ailə üzvlüyünə xitam verildiyi andan keçmiş ailə üzvü kimi onun mənzildən istifadə hüququna xitam verilmiş hesab olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsində göstərilir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Qanunun mənasından göründüyü kimi Cavabdeh mənzilə yaranmış istifadə hüququna ailə üzvlüyünə xitam verildiyi andan mənzildən istifadə hüququna qanunla xitam verildiyindən və hazırda belə bir hüquq mövcud olmadığından, olmayan hüququn itirilmiş hesab olunmasına dair tələb təmin edilə bilməz. İddiaçı cavabdehin hazırda onun mülkiyyətində olan mənzildə istifadə hüququnun olmasını sübuta yetirə bilmədiyindən, itirilmiş hesab olunacaq hüquq mövcud olmadığından iddia rədd edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Yəni Cavabdeh ünvan 3 dair istifadə hüququ yaranmadığından məhkəmə olmayan hüquqa xitam verə bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, cavabdehin mənzil 67-də qeydiyyatı formal xarakter daşımış, ümumiyyətlə onun qeyd edilən evdən istifadə hüquqları mövcud deyildir. Cavabdeh mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçının həmin mənzilə dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə və həmin əmlakdan istədiyi kimi istifadə etməsinə imkan vermir və maneə yaradır. Belə olan halda cavabdehin istifadə hüquqları olmadığı evə dair istifadə hüququna xitam verilməsi qanunvericiliyin tələblərinə zidd edildiyindən iddiaçının iddiası rədd edilməlidir. Lakin qeyd edilən qətnamə cavabdehlərin həmin evdən pasport qeydiyyatından çıxarılması üçün əsas hesab edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Plenum Qərarına əsasən Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-3733/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3733/2025
01.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver