Məhkəmə qərarları › İş №2(008)-3739/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-3739/2022

29.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-3739/2022 29.04.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Əsədova Tahirə Əlif qızı, İddiaçı1 Cavabdeh qarşı AZərbaycan Respublikası İqtisadiyyat NAZirliyi yanında DƏXRİnin Bakı ƏrAZi İdarəsi maraqlı şəxs qismində qeyd edilməklə çıxarışın etibarsız hesab edilməsi, torpağın sahiblikdə saxlanılması barədə iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı1 Cavabdeh qarşı AZərbaycan Respublikası İqtisadiyyat NAZirliyi yanında DƏXRİ-nin Bakı ƏrAZi İdarəsi maraqlı şəxs qismində qeyd edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin adına verilmiş AZərbaycan Respublikası Dövlət Əmlak Məsələləri Komitəsinin yanında Dövlət Reyestr Xidmətinin 26.10.2016-cı il tarixli RX seriyalı ******* saylı və 09411502 saylı çıxarışların qeyri-qanuni əsaslarla verildiyindən etibarsız hesab edilməsi, torpağın onların istifadəsində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirib hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddia icraatında tərəflər iddiaçı, cavabdeh və üçüncü şəxslər ola bilər. AR MPM-ə əsasən maraqlı şəxs xüsusi icraatda baxılan işlər üzrə proses iştirakçısıdır. Lakin, hAZırki iddai ərizəsində iddiaçı, cavabdehlə yanaşı maraqlı şəxs qeyd edilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi AR MPM-in tələblərinə uyğun olaraq tərtib edilməli, üçüncü şəxsin statusu (iddiaçı yoxsa cavabdeh tərəfindən müstəqil təlb irəli sürməyən) müəyyən edilməklə yenidən verilməlidir. Odur ki, hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. AZərbaycan Respublikası MPM-nin: 152.1, 152.1.1-cı maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 263.1-ci maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Beləliklə hesab edirəm ki, iddia ərizəsi MPM-in 152 və 149-cu maddələrinə riayət edilməməklə verildiyinə görə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və AZərbaycan Respublikası MPM-nin 152, 263, və 268-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı1 Cavabdeh qarşı AZərbaycan Respublikası İqtisadiyyat NAZirliyi yanında DƏXRİ-nin Bakı ƏrAZi İdarəsi maraqlı şəxs qismində qeyd edilməklə çıxarışın etibarsız hesab edilməsi, torpağın sahiblikdə saxlanılması barədə iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar