Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-375/2023 28.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsi Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, idarənin balansında olan 720 mm diametrlik “Hövsan-Digah-Qaradağ” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-2 qazpaylayıcı stansiyasının yaxınlığından keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş daş hasarın və 2 fərdi yaşayış evinin hesabına sökülməsi, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsi iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X6 balans və istismarında olan 720 mm diametrli «Hövsan-Digah-Qaradağ» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-2 Qazpaylayıcı Stansiyanın yaxınlığından keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında, daha dəqiqliklə qaz kəmərindən 18 metr məsafədə qanunsuz olaraq daş hasar, 25 metr məsafədə isə 2 fərdi yaşayış evi inşa edilmişdir. Tikintinin qarşısının alınması və mühafizə zonasında yerləşən tikilinin sökülərək ləğv edilməsi istiqamətində müvafiq tədbirlər görülməsi üçün tərəflərindən xx.xx.2022-ci il tarixli MV-01/58 saylı məktubla Sabunçu Rayon İcra Hakimiyyətinin başçısına və xx.xx.2022-ci il tarixli MV-01/59 saylı məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə “yüksək təzyiqli magistral qaz qəmərinin mühafizə zonasında yaranmış təhlükəli vəziyyət barədə” rəsmi məlumat verilmişdir. Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 1/101 saylı cavab məktubunda bildirilir ki, qeyd olunan məsələ ilə əlaqədar əraziyə baxış keçirilmişdir. Baxış zamanı vətəndaş Cavabdeh tikinti işləri aparılan torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən ona məxsus olduğunu bildirsə də, hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməkdən imtina etmişdir. Aparılan işlər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri kobud şəkildə pozulmaqla həyata keçirildiyindən, tikinti sahibinə tikintinin dayandırılması və ərazinin boşaldılması barədə ciddi şəkildə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, tikinti işləri davam etdirilmişdir. Eyni zamanda, Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə müraciətlər edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin **********95 saylı cavab məktubunda bildirilir ki, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi 0.7642 ha olmaqla Sabunçı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci ıl tarixli 92 saylı sərəncamı əsasında sahibkarlıq məqsədilə icarəyə verilmişdir. Lakin qeyd olunan sərəncamın surəti göndərilməmişdir. xx.xx.2022-ci il tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsindən keçən 720 diametrli «Hövsan-Digah-Qaradağ” yüksək təzyiqli (12 atm.) yerüstü magistral kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən kəmərindən 18 metr məsafədə daş hasar və 25 metrdə 2 fərdi yaşayış evi inşa edilməsi barədə 4 say Xətti İstismar Xidmətinin əməkdaşları tərəfindən akt edilmişdir. Cavabdeh onun tərəfindən inşa edilən tikilinin sökülərək magistral qaz kəmərindən 50 metr məsafədə kənarlaşdırılması barədə xəbərdarlıq məktubu təqdim edilsə də, o, xəbərdarlıq məktubunu qəbul etməmişdir. Cavabdeh həmin özbaşına tikiliyə mülkiyyət hüququ əldə etməmişdir. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hazırda iddiaçının qanuni istifadəsindədir. Buradan da müəyyən olunur ki, cavabdehin buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili onun öz hesabına sökülməlidir. Bu səbəbdən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəs Magistral X6 balans və istismarında olan 720 «Hövsan-Dıgah-Qaradağ» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat- 2 Qazpaylayıcı Stansiyanın keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş daş hasarın və 2 fərdi yaşayış hesabına sökülməsi, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı “Qaz İxrac” İdarəsinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qanuni əsası olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli akt və ona əlavə edilmiş fotoşəkildən məlum olur ki, həmin tarixdə 720 mm diametrlik “Hövsan-Digah-Qaradağ” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-2 qazpaylayıcı stansiyasının yaxınlığından keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən qeyri-qanuni daş hasar və 2 fərdi yaşayış evinin inşa edildiyi aşkar edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi 0.7642 ha olmaqla Sabunçı İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 92 saylı sərəncamı əsasında X4 adına sahibkarlıq məqsədilə icarəyə verilmiş, sonradan həmin torpaq sahəsi hissələrə bölünməklə ayrı-ayrıl şəxslərin adına icarə hüquqları dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3067 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evi və hasar tikilisinin 720 mm metrlik “Hövsan-Digah-Qaradağ” yüksək təzyiqli yerüstü magistral qaz kəmərinin mühafizəsi zonasının hüdudları daxilində yerləşdiyi müəyyən olunur. Həmçinin göstərilmişdir ki, tikililərin qaz kəmərinin istismarına hər hansı maneçilik yaradıbyaradmamasının müəyyən edilməsi Mühəndis-Texniki Ekspertizalar şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından qərardadın 2-ci sualı üzrə tədqiqat aparılmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.3 və 67.4-cü maddələrinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydaları”nın 5-ci bəndinə əsasən yerli icra hakimiyyəti ilə obyektdə dəyişiklik edilməsi razılaşdırıldıqdan və bu məqsədlə işlənmiş layihə-smeta sənədləri Bakı şəhər Baş Memarlıq və Şəhərsalma idarəsi tərəfindən təsdiq olunduqdan sonra bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma, yenidənqurma işlərinin aparılması və müvafiq qaydada tikinti işlərinin icrasının başlanmasına yol verilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin 2-ci hissəsinin tələbinə əsasən qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Həmin Qanunun 22ci maddəsində göstərilir ki, bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın 2.7-ci bəndindən görünür ki, boru kəmərlərinin çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədilə mühafizə zonası təyin edilir. Boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. “İnsan Hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 2-ci maddəsində nəzərdə tutulur ki, yaşamaq hüququnu qorumaq üçün bütün tədbirləri görmə öhdəliyi hər şeydən əvvəl dövlətin üzərinə vətəndaşların yaşamaq hüququna təhlükə yaradan hallara qarşı mübarizə mexanizmini təmin edən qanuni və inzibati resurslar yaratmaq və həmin fəaliyyətin insan həyatı baxımından yaratdığı riskə uyğun olaraq müxtəlif tədbirlərin həyata keçirilməsini zəruri edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq belə hesab edir ki, Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-2 qazpaylayıcı stansiyasının yaxınlığından keçən hissəsində inşa edilmiş daş hasar və iki fərdi yaşayış evi yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yerləşir və həmin tikililər iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin balansında olan yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında, qanunla müəyyən olunmuş qaydada lazımi icazələr olmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilmişdir, Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarına əsasən belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin balansında olan 720 mm diametrlik “Hövsan-Digah-Qaradağ” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-2 qazpaylayıcı stansiyasının yaxınlığından keçən hissəsində Cavabdeh tərəfindən inşa edilmiş daş hasar və iki fərdi yaşayış evi onun hesabına sökülməli və kəmərin mühafizə zonasından çıxarılmalıdır. Bundan başqa, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmçinin ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin istismarında olan 720 mm diametrlik “Hövsan-Digah-Qaradağ” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin mühafizə zonası hüdudlarında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-2 ünvanında, qazpaylayıcı stansiyasının yaxınlığından keçən hissəsində Cavabdeh tərəfindən inşa edilmiş daş hasar və iki fərdi yaşayış evi cavabdehin hesabına sökülsün və cavabdeh həmin sahədən çıxarılaraq torpaq sahəsi idarənin istifadəsinə qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinə ödənilsin. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-375/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-375/2023
28.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver