Məhkəmə qərarları › İş №2(008)-3767/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3767/2024

01.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3767/2024 01.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X12 qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlaka hüquqların qeydə alınması üçün ölçü işlərinin aparılmasına maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “əmlaka hüquqların qeydə alınması üçün ölçü işlərinin aparılmasına maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, açılmış vərəsəlik işi prosesində X7 Qafar-zadə oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 (Albalılıq-1) qəsəbəsində yerləşən 320 saylı bağ sahəsinə olan hüquqlarının dövlət qeydiyyatına alınması üçün AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən göstərilən bağ sahəsinin inventarlaşdırma işlərinin aparılması və texniki baxışın keçirilib sənədləşdirilməsi üçün şəraitin yaradılması öhdəliyini qeyd edilən bağ sahəsinin açarlarını əlində heç bir mülkiyyət hüququnu təsdiq edən sənədi olmadan qeyri-qanuni yolla mənimsəyən Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, xx.xx.1986-cı il tarixində vəfat etmiş atası X8-zadə oğlunun vərəsəsi olaraq, 30 noyabr 2023-cü il tarixində Bakı şəhəri 53 saylı notariat ofisinə müraciət edərək, vərəsəlik işi açmışdır. Vərəsəlik işi onun tərəfindən verilmiş etibarnamə əsasında qızı Nümayəndə ərizəsinə əsasən açılmışdır. X8-zadə oğlu 06 fevral 1981-ci il tarixində bağlanmış 1199 nömrəli uzunmüddətli icarə müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 (Albalılıq-1) qəsəbəsində yerləşən 320 saylı bağ sahəsini (0,25 ha) icarəyə götürmüşdür. İddiaçının mərhum atası X8-zadə oğlu 20 avqust 1986-cı il tarixində vəfat etmişdir. 07 avqust 1944-cü il tarixində rəsmi nikah bağladığı arvadı (iddiaçının anası) X9 isə 31 dekabr 1987-ci ildə rəhmətə getmişdir. X1 (qızlıq soyadı Qafarzadə) Natella Əsədulla qızı isə 16 fevral 2015-ci ildə rəhmətə getmiş, digər qızı Haşumova (qızlıq soyadı Qafar-zadə) Tamilla Əsədulla qızı isə 2019-cu ildə rəhmətə getmişdir. X7 Qafar-zadə oğlu rəhmətə getdiyi günədək, Bakı şəhəri, Hüseyn Cavid prospekti, 518-ci məhəllə, ev 15, mənzil 23-də (köhnə Nəriman Nərimanov pr., 518-ci məh., ev 15, m. 23) yaşamış ve qeydiyyatda olmuşdur. 158 saylı Mənzil Kommunal İstismar Sahəsinin verdiyi xx.xx.2023-cü il tarixli 254 nömrəli arayışında göstərildiyi kimi, X5 rəhmətə getdiyi günədək, onunla həmin ünvanda oğlu İddiaçı, oğlunun arvadı (gəlini) Qafar-zadə X11 və nəvəsi Qafar-zadə Əli Rasim oğlu yaşamış və qeydiyyatda olmuşdular. Həmin MKİS-in təqdim etdiyi qeydiyyat kartlarında qeyd edildiyi kimi, mərhumun qızları Qafar-zadə Natella Əsədulla qızı (ailə qurduqdan sonra soyadı Həsənova) xx.xx.1964-cü ildən xx.xx.1985-ci ilədək, Qafar-zadə Tamilla Əsədulla qızı (ailə qurduqdan sonra soyadı Haşumova) isə xx.xx.1964-cü ildən xx.xx.1977-ci ilədək həmin ünvanda qeydiyyatda olmuşdurlar. Hər ikisi ailə qurub ər evinə köçdükləri səbəbindən həmin ünvandan qeydiyyatdan çıxmışdılar. Beləliklə, X7 Qafar-zadə oğlu rəhmətə getdiyi günədək, həmin ünvanda mərhumun övladlarından yalnız İddiaçı yaşamış və qeydiyyatda olmuşdur. Göstərilən bağın icarə müqaviləsində icarəçi iddiaçının mərhum atası X8-zadə oğlu ilə yanaşı ailə üzvləri olan yalnız arvadı X9, uşaqları Natella (qızı) və Rasim (oğlu) qeyd edilmişdilər. Yəni icarə müqaviləsində nə cavabdeh Həşimov Muradın özü, nə də mərhumum digər qızı - Cavabdeh anası olan Tamilla heç qeyd edilməmişdirlər. Həmçinin, Cavabdeh X5 nə evində yaşamamış, nə də orada qeydiyyatda olmamışdır. İddiaçının qızı Nümayəndə onun tərəfindən ona verilmiş etibarnamə əsasında 30 noyabr 2023-cü il tarixində Bakı şəhəri 53 saylı notariat ofisinə müraciət edərək, vərəsəlik işini açdırmışdır. Qeyd edilmiş notariat ofisindən vərəsəlik şəhadətnaməsinin alınması üçün ilk növbədə X7 Qafar-zadə oğlunun adma həmin bağ sahəsi üçün mülkiyyət hüququnun təsdiq edən reyestrdən çıxarışın alınması üçün AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Müvafiq Ərazi İdarəsinə ünvanlanmış məktub təqdim edilmişdir. Bu məktub əsasında 01 dekabr 2023-cü il tarixində ASAN3 vasitəsi ilə AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ********** JSfe-li ərizə ilə müraciət edilmişdir. Lakin X7 Qafar-zadə oğlunun rəhmətə getmiş qızı X4 Murad Ağarəhim oğlu əlində heç bir mülkiyyət hüququnu təsdiq edən sənədi olmadan qeyri-qanuni yolla qeyd edilən bağ evinin darvazasını və açarlarını dəyişdirərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən həmin bağ sahəsinin inventarlaşdırma işlərinin aparılması və texniki baxışın keçirilib sənədləşdirilmə prosesinə qəsdən ciddi maneələr törətmişdir və nəticədə AR iqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi göstərilən bağ sahəsinin X5 adına daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Göstərilən məsələ ilə bağlı iddiaçının qızı Nümayəndə onun tərəfindən verilmiş etibarnamə əsasında 08 dekabr 2023-cü il tarixində Bakı şəhəri, Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinə yazılı müraciət etmişdir. İşi icra edən müvafiq sahə üzrə polis sahə müvəkkili Samir İmranov, Cavabdeh ilə telefon əlaqəsi yaradıb məsələni izah etməsinə baxmayaraq, sonuncu Polis bölməsinə gəlib izahat verməkdən boyun qaçırmışdır. Həmçinin Cavabdeh açarları təqdim etməkdən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən həmin bağ sahəsinin texniki baxışını keçirmələrinə şərait yaratmaqdan imtina etmişdir. Buna baxmayaraq, iddiaçının qızı Nümayəndə xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən göstərilən bağ sahəsinin texniki baxışını keçirmələrinə şərait yaratmaq və ya bunun üçün özündə saxladığı bağın açarlarını təqdim etməyi xahişi ilə Cavabdeh poçt vasitəsilə məktublar göndərmişdir. Hər üç məktubun şəxsən almasına baxmayaraq, Cavabdeh bu xahişə nə yazılı, nə şifahi formada cavab verməmişdir. Bu hərəkətləri ilə Cavabdeh həm X5 adına göstərilən bağ sahəsi üçün mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsinə, həm də laqeydlik göstərərək açılmış vərəsəlik işinin həyata keçirilməsinə məqsədyönlü şəkildə ciddi maneələr yaratmışdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin xahiş etdim hissəsi Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 (Albalılıq-1) qəsəbəsində yerləşən 320 saylı bağ sahəsinə olan hüquqlarının dövlət qeydiyyatına alınması üçün AR İN yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən göstərilən bağ sahəsinin inventarlaşdırma işlərinin aparılması və texniki baxışının keçirilib sənədləşdirilməsi üçün həmin bağ sahəsində yerləşən tikilinin qapısından kilidlərin qırılması, qapısının açarının açılması, həmin sahəyə baxış keçirilməsi üçün qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 158 saylı Mənzil Kommunal İstismar sahəsinin 254 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, 20 avqust 1986-ci ildə vəfat etmiş X7 Qafarzadə həqiqətən ölən günə kimi “H.Cavid prospekti 518-ci məhəllə ev 15 mənzil 23” ünvanında yaşamışdır. X5 rəhmətə getdiyi günədək, onunla həmin ünvanda oğlu İddiaçı, Qafar-zadə X11 və Qafar-zadə Əli Rasim oğlu yaşamış və qeydiyyatda olmuşdular. İş materiallarına əlavə olunan X8-zadə oğlu 06 fevral 1981-ci il tarixində bağlanmış 1199 nömrəli uzunmüddətli icarə müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 (Albalılıq-1) qəsəbəsində yerləşən 320 saylı bağ sahəsini (0,25 ha) icarəyə götürmüşdür. İş materiallarına əlavə olunan Ölüm haqqında şəhadətnamədən görünür ki, X8-zadə oğlu 20 avqust 1986-cı il tarixində vəfat etmişdir. İş materiallarına əlavə olunan Bakı şəhəri 53 saylı Notariat Ofisinin 7292 nömrəli, 30 noyabr 2023-cü il tarixli məktubla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin müvafiq idarəsinə müraciət edərək bildirilmişdir ki, xx.xx.1986-cı il tarixində vəfat etmiş - X8-zadə oğlunun vərəsəsi - İddiaçı adından Nümayəndə ərizəsinə əsasən vərəsəlik işi açılmışdır. qızının ərizəsinə əsasən vərəsəlik işi açılmışdır. Məlumat məqsədi ilə nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Həmin Məcəllənin 1151-ci maddəsinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquq və vəzifələri, ümumi mülkiyyətdən ölənə çatası pay, yaxud bu əmlakın dəyəri daxildir. Məlum olduğu kimi, Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Yəni qanunvericiliyin tələbinə görə vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışı təqdim edildikdən sonra verilə bilər. Eyni zamanda «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində göstərildiyi kimi müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilir. Həmçinin “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsinə uyğun olaraq ölmüş şəxsin adına tərtib edilmiş miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış verilməlidir. Qeyd olunanlarla bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinə uyğun olaraq X8-zadə oğluna məxsus Bakı şəhəri, Vişnyovka bağ sahəsi, 320 ünvanında yerləşən 0.25 ha torpaq sahəsinin hüquqmüəyyənedici sənədini sorğunu təqdim etmiş şəxs vasitəsilə Bakı şəhəri 53 saylı notariat ofisinə göndərilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3030/2-46482/**********646482 nömrəli, xx.xx.2023-cü il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivində yerləşən “320” saylı torpaq üzərində hüquqların X7 Qafar-zadə oğluna məxsus olması barədə arayışın verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizəyə tərəflərindən baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsipə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İş materiallarından görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən göstərilən bağ sahəsinin texniki baxışını keçirmələrinə şərait yaratmaq və ya bunun üçün özündə saxladığı bağın açarlarını təqdim etməyi xahişi ilə Cavabdeh poçt vasitəsilə məktublar göndərmişdir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin 3/2-Q-17036 nömrəli, xx.xx.2024-cü il tarixli X6 ünvanladığı cavab məktubunda bildirilmişdir ki, qeyd olunan xüsusatların araşdırılması məhkəmə səlahiyyətində olduğundan aidiyyəti üzrə rayon məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. 27 may 2024-cü il tarixdə yerli baxış keçirilən zamanı bağ sahəsinin faktiki olaraq 33 sot olduğu sənəd üzrə 25 sot olması, həmçinin bağ sahəsinin ön hissəsində olan hasarın sökülmüş olması, torpaq sahəsində 3 ədəd yarım tikili və 1 ədəd ev kimi istifadə olunan tikili müəyyən olunmuşdur. İddiaçının dediyi əsaslarla həmin tikilinin dəmir qapıda kilid olduğundan həmin sahəyə girib baxış keçirmək mümkün olmamış və iddia ərizəsində də qeyd olunduğu kimi həmin kilidlər açılaraq DƏDRX-nin nümayəndələri tərəfindən həmin sahəyə kilidlər açılmadan daxil olmaq mümkün deyildir. Beləliklə həm iddiaçı, həm də cavabdehin ortaq razılığına əsasən məhkəmə qərarından sonra qeyd olunan kilidlərin açarları olmadığından onların sındırılaraq, həmin sahəyə baxış keçirilməsi və sonradan qapının yeni kilidlə bağlanması barədə öhdəliyi iddiaçı öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.; 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). ; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. ; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. ; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. ; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. ; 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. ; 560-cı maddəsinə əsasən: 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; 560.3.5. bir və ya daha çox kommersiya hüquqi şəxslərinin bazarda və ya istehsal sektorunda özünün əlverişli vəziyyətindən sui-istifadə etməsi, əgər bu, mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə, məsələn: 560.3.5.1. alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə; 560.3.5.2. istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması; 560.3.5.3. müqavilə üzrə tərəfdaşlar üçün bərabər dəyərli xidmətlərdən ötrü rəqabətdə onların mənafelərinə toxunulmasına səbəb olan müxtəlif şərtlər tətbiq edilməsi; 560.3.5.4. müqavilənin bağlanmasının elə bir müəyyən şərtlə bağlılığı ki, həmin şərtə görə müqavilə üzrə tərəfdaşlar nə obyektiv surətdə, nə də ticarət adətlərinə görə müqavilənin predmeti ilə əlaqədar olmayan əlavə xidmətləri yerinə yetirməli olurlar; 560.3.6. kommersiya hüquqi şəxslərinin razılaşmaları, öz aralarında razılaşdırdıqları hərəkət metodları, əgər bunlar mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə və rəqabətin qarşısının alınması, məhdudlaşdırılması və ya təhrif edilməsi məqsədi daşıyarsa və ya buna kömək edərsə, o cümlədən: 560.3.6.1. qiymətlərin və ya əqdlərin digər şərtlərinin birbaşa və ya dolayısı ilə təyin edilməsi; 560.3.6.2. istehsala nəzarətin, satışın, texniki inkişafın və ya investisiyaların məhdudlaşdırılması; 560.3.6.3. bazarların və ya təchizat mənbələrinin bölünməsi; 560.3.6.4. bu Məcəllənin 560.3.5.3-cü və 560.3.5.4-cü maddələrində göstərilən praktika. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1157.-1.1-ci maddəsinə əsasən miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir. 1157.-1.2-ci maddəsinə əsasən mirasın mühafizəsi (qorunması) ilə bağlı tədbirləri hər bir vərəsə digər miras şəriklərinin razılığı olmadan da həyata keçirə bilər. 1159.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. 1243-cü maddəsinə əsasən: 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 7.2-ci maddəsinə əsasən “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. 8-ci maddəsinə əsasən: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən hüquqdan sui-istifadə edilməklə iddiaçının atasından qalmış mirasla bağlı vərəsəlik və mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə maneələr yaradılmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 (Albalılıq-1) qəsəbəsində yerləşən 320 saylı bağ sahəsinə olan hüquqlarının dövlət qeydiyyatına alınması üçün AR İN yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən göstərilən bağ sahəsinin inventarlaşdırma işlərinin aparılması və texniki baxışının keçirilib sənədləşdirilməsi üçün həmin bağ sahəsində yerləşən tikilinin qapısından kilidlərin qırılması, qapısının açarının açılması, həmin sahəyə baxış keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 (Albalılıq-1) qəsəbəsində yerləşən 320 saylı bağ sahəsinə olan hüquqlarının dövlət qeydiyyatına alınması üçün AR İN yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən göstərilən bağ sahəsinin inventarlaşdırma işlərinin aparılması və texniki baxışının keçirilib sənədləşdirilməsi üçün həmin bağ sahəsində yerləşən tikilinin qapısından kilidləri qırılaraq, qapı açılsın, həmin sahəyə baxış keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar