Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3778/2022 28.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlunun müalicəsi üçün sərf etdiyi 2000 manat pulun və onun tərəfindən ona və ailəsinə dəyən 5000 manat mənəvi ziyanın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ilin avqust ayında oğlu Ağa Nihad həyətdə olan zaman qonşusu Səadətin oğlu Hüseyn oğlu Nihadı ağacı məcbur çıxararaq orda qalan topu düşürməyi məcbur etmişdir. Sonra da ayğından onu dartaraq yerə yıxmışdır. Bu zaman oğlunun sağ qolunun iki sümükdən yerdəyişmiş sınığı baş vermişdir. O, oğlunu götürüb Semaşka adlanan 3 saylı şəhər xəstəxanasına aparmış, orda oğlu müayinə olunmuş və sonra onun qoluna gips qoyulmuşdur. O, orda olan vaxt elə 100 manat pulu çıxmışdır. Rengen də göstərdi ki, hər iki sümük sındığı üçün onları üst-üstə qoymaq qeyri mümkündür və bununla bağlı həkim bildirmişdir ki, açıq əməliyyət olunmalıdır ki, sümüklər ağız-ağıza otursun. O, da imkanı olmadığı üçün Hüseynin valideyninə bildirmişdir ki, əməliyyata maddi cəhətdən imkanı çatmır. Hüseynin valideyni Səadət bidirmişdir ki, o, köməklik edəcək. O, pul borc eləsin uşağı əməlliyyat elətdirsin, o, onu ödəyəkdir. O, da bir il uşağın qolunu müalicə etdirmək üçün 2000 pul xərcləmişdir. Səaət və uşağın atası Cavabdeh isə bu gün kimi ona bir qəpik də ödəmədi və ödəmək də istəmir. Həmçinin oğlunun başına açılan bu hadisədən sonra o və qızları da sarsıntı keçirmişdir. Bu hadisə nəticəsində ona və ailəsinə mənəvi ziyan dəymişdir. Oğlunun qolu düz bir il gipsdə qalmış və gipsdən çıxdıqdan sonra oğlu həmin qolun sərbəst işlədə bilmir, hətta dərs də yaza bilmir. Bu səbəbdən oğlu təhsildən də geri qalmışdır. Ona görə də məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh X4 dəfələrlə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddia ərizəsində adları qeyd edilən şəxsləri tanımadığını, iddanı əsassız hesab edərək rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəflərin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarında X8 izahat verərək bildirmişdir ki, o həyətdə dostu ilə futbol oynayan zaman ona məxsus top həyətdəki ağacın üstündə ilişərək qalmışdır. Həmin vact çörək almağa gedən Ağa Nihad görmüşdür ki, onlar topu ağacdan düşürmək isdəyirlər. Ağa Nihad onlaar gedib çörək almağı, onlar gələnə kimi topu ağacdan düşürəcəyini demişdir. O ağa Nihada bunu etməməsi üçün yalvarsada Ağa Nihad ağaca çıxmış və topu düşürən zaman yıxılaraq qolunu sındırmışdır. Ağa Nihadın anası Solmaz ona şər atır. O Ağa Nihadı dartmamış və onu yığmamışdır. Onlar bugünədək Ağa Nihadla birlikdə oynamışlar . - 1 saylı Bakı Asan Xidmət X3 05/Q-479/69 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı ailə üzvləri qızı X5, oğlu Hüseynli Ağa-Nihad Nurməmməd oğlu və qızı X2r. - Tibbi Ərazi Bölmələrinin X9 Tibbi Mərkəzinin 943 saylı xx.xx.2018-ci il tarixli çıxarışından görünür ki, Hüseynli Ağa-Nihad Nurməmməd oğlunun sağ said sümüklərinin orta 1/3 hissəsi yerdəyişən sınığı müəyyən olunmuşdur. - Avrasiya Hospitalın xx.xx.2022-ci il tarixli qəbzinin surətindən görünür ki, Hüseynli Ağa-Nihad Nurməmməd oğlunun qolunun müayinəsi üçün ümumilikdə 789.89 manat ödəniş etmişdir. - X6 xx.xx.2022-ci il tarixli qəbzlərinin surətindən görünür ki, Hüseynli Ağa-Nihad Nurməmməd oğlunun müayinəsi üçün 102.7 manat ödəniş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1103.1-ci maddəsinə əsasən On dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, davadərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1120.1-ci maddəsinə əsasən On dörd yaşı tamam olmamış və qazancı (gəliri) olmayan yetkinlik yaşına çatmayana (azyaşlıya) xəsarət yetirildikdə və ya onun sağlamlığı başqa şəkildə pozulduqda zərərin vurulması üçün məsuliyyət daşıyan şəxs sağlamlığın pozulması ilə bağlı çəkilən xərclərin əvəzini ödəməlidir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə araşdırılması zamanı, habelə cinayət işinin başlanmasının rədd qərarından da görünür ki, 2018-ci ilin avqust ayında qonşu Cavabdeh Nurəddin oğlunun övladı xx.xx.2009-cu il təvəllüdlü X10 ilə iddiaçının oğlu xx.xx.2007-ci il təvəllüdlü Hüseynli Ağa- Nihad Nurməmməd oğlu həyətda Hüseynə məxsus topu yerə salmağa çalışarkən iddiaçı övladı yerə yıxılmış və onun qolu sınmışdır. İddiaçı məhkəməyə müraciət edərək onun övladını Mehrazə Hüseynin yıxdığını, bunun üçün uşağın müalicəsinə çəkmiş olduğu xərcin X7 valdeynin üzərinə qoyulmasını məhkəmədən xahiş etsə də, məhkəməyə cavabdehin övladının təqsiri üzündən Hüseynli Ağa-Nihad Nurməmməd oğlunun ağacdan yıxılaraq qolunun sınmasını təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilmədi. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçınn cavabdeh X1 qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Nurəddin oğluna qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-3778/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3778/2022
28.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver