Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3782/2025 18.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “İcarə müqaviləsinin ləğv edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair mülki işə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “İcarə müqaviləsinin ləğv edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 iyul 2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi və Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov küçəsi, ev 8, giriş E, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 178.4 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq, ona təhvil verilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 24 iyul 2024-cü il tarixdə notariat qaydasında bağlanmış icarə müqaviləsinə əsasən mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov küçəsi, ev 8, giriş E, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 178.4 kv.m olan qeyri-yaşayış sahəsini Cavabdeh icarəyə vermişdir. Müqavilənin şərtlərinə əsasən, cavabdeh hər ay 1600 manat məbləğində icarə haqqı ödəməli və əmlakdan təyinatı üzrə istifadə etməli idi. Müqavilənin 4-cü bəndinə əsasən 31 yanvar 2025-ci il tarixdən inflyasiya nəzərə alınmaqla icarə haqqının artırılması nəzərdə tutulmuşdur. 07 mart 2025-ci il tarixdə cavabdehə pretenziya göndərərək, aylıq icarə haqqının mövcud bazar qiyməti nəzərə alınmaqla 7000 manat məbləğində müəyyən edilməsi əks halda müqavilənin ləğvi və əmlakın geri qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilsə də, Cavabdeh pretenziyaya cavab olaraq müqavilə şərti ilə razı olmadığını bildirmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 24 iyul 2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi və Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov küçəsi, ev 8, giriş E, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 178.4 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi, xx.xx.2025-ci il tarixdən icarə obyekti faktiki təhvil verildiyi günədək aylıq 6700 manat məbləğində icarə haqqı, 325 manat hüquqi yardıma görə çəkilən xərc və 333 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı idda ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, cavabdeh tərəfindən 24 iyul 2024-cü il tarixli müqavilənin 7-ci bəndinə əsasən müqaviləyə xitam verilməsi barədə Cavabdeh bir ay qabaqcadan xəbərdarlıq edildiyini, həmçinin müqavilənin 6-cı bəndində göstərilən icarəyə verilmiş sahənin subicarəyə verilməsi ilə bağlı şərtlərin pozularaq, icarəyə verilmiş sahənin ikinci əldən "xxxx" MMC-yə (Azea Construction) subicarəyə verildiyini əks etdirən 1 ədəd flaşkartı məhkəməyə təqdim etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, etməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin faktiki halları: İş materiallarında görünür ki, xx.xx.2024-cü il tarixli qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov küçəsi, ev 8, giriş E, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 178.4 kv.m olan qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarından görünür ki, 24 iyul 2024-cü il tarixli, icarəyə verən İddiaçı ilə, icarəçi Cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov küçəsi, ev 8, giriş E, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 178.4 kv.m olan qeyri-yaşayış sahəsi barədə İcarə müqaviləsi imzalanmışdır. İş materiallarında görünür ki, İddiaçı tərəfindən, icarəçi Cavabdeh xx.xx.2025-ci il tarixdə Pretenziya məktubu ünvanlanaraq icarə müqaviləısinin 4-cü bəndinə əsasən inflyasiya nəzərə alınmaqla, icarə müqaviləsindəki aylıq icarə haqqının dəyişdirilərək, 7000 manat müəyyən edilməsi təklif olunmuşdur. Cavabdeh tərəfindən Pretanziyaya cavab məktubu göndərilərək, aylıq icarə haqqının artırılmasına razı olmadığı icarəyə verənə bildirilmişdir. İş materiallarından görünür ki, icarəçi Cavabdeh tərəfindən icarəyə götürülən sahə "xxxx" MMC-yə subicarəyə verilməsini əks etdirən video görüntülərdə reklam çarxı çəkilərək, Azea Group şirkətinin logosu əks olunan reklam videosunda icarəyə verilmiş sahənin ünvanının lokasiyası obyektin içərisində bahalı işləmələr olan lepkaların satışı ilə məşğul olmasını əks etdirən videogörüntülərin olduğu 1 ədəd fləşkart iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuşdur. Həmçinin həmin fləşkartda Cavabdeh ilə, iddiaçının vatsap yazı və səsli yazışmalar zamanı Cavabdeh tərəfindən ona icarəyə verilmiş sahənin İddiaçı icazəsi olmadan üçüncü şəxsə subicarəyə verməsi barədə yazışmalar olduğu müəyyən edilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 433.2. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. 433.3. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. 675-ci maddəyə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 685.1. Əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə və ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. 686-cı maddəyə əsasən əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur. 692.2. Kirayəyə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu aşağıdakı hallarda əsaslı sayılır: 692.2.1. kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda 699.1. Kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır. Bu cür məsuliyyət mülkiyyət hüququnun keçməsinin kirayəyə verənə məlum olmasından altı ay keçənədək mövcud olur. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2,424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarı: Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: - digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda üəyyən edildiyi kimi - Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (məsələn, Mülki Məcəllənin 786.1-ci maddəsində göstərilən hal). Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; - ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sübutları ətraflı araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddia ərizəsində irəli sürülmüş tələblərin əsaslandığı bütün hallar tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərinin pozulması ilə əlaqəli olduğundan ilkin olaraq müəyyən olunmalı məsələ müqavilə şərtlərinin pozulub-pozulmamasıdır. İddiaçı tələbini əsaslandırır ki, cavabdeh icarə müqaviləsinin tələblərini kobud şəkildə pozmuş, onun rəftarı müqavilənin əhəmiyyətli dərəcədə pozulmasına gətirib çıxarmış və bu da son nəticə olaraq müqavilənin birtərəfli qaydada ləğv edilməsinə zərurət yaratmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin 6-cı bəndinə əsasən icarəçi icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilməz. Göründüyü kimi icarəçi müqavilə şərtlərinə əməl etməyərək, icarəyə götürdüyü sahəni "xxxx" MMC-yə (Azea Construction) subicarəyə vermişdir. Bu hallar iş materiallarına əlavə edilmiş 1 ədəd flaşkartda olan görüntülərlə öz təstiqini tapır. Video görüntülər mövcud olan fləşkartda müşahidələrimiz zamanı müəyyən edilir ki, cavabdeh icarə müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozaraq, icarədarın iradəsinin ziddinə olaraq, obyekti qanunsuz olaraq üçüncü şəxslərin icarəsinə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.3-cü maddəsində göstərilir ki, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Kirayəyə verənin hüquqi müdafiə vasitələrini nəzərdə tutan Mülki Məcəllənin 685ci maddəsində nəzərdə tutulur ki, əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. İş materiallarından göründüyü kimi cavabdeh müqavilənin 6-cı bəndi ilə xəbərdar olunmasına baxmayaraq, iddiaçıdan icarəyə götürdüyü sahəni qanunsuz olaraq üçüncü şəxsə subicarəyə verməklə icarədarın hüquqlarını əhəmiyyətli dərəcədə pozmaqda davam etdiyindən, iddiaçının tələbi əsaslı hesab olunmalı müqavilə onun tələbinə əsasən ləğv olunmalıdır. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsin 4-cü bəndinə əsasən icarə haqqı 1600 manat göstərilsə də, inflyasiya nəzərə alınmaqla aylıq icarə haqqı məbləğinin xx.xx.2025-ci ildə yenidən müzakirə olunacağı və qiymət dəyişikliyi məsələsinə baxılacağı barədə tərəflər razılığa gəlmişlər. Lakin, icarəçi Cavabdeh müqavilə şərtlərinə əməl etməyərək, xx.xx.2025-ci il tarixdən inflyasiya ilə əlaqədar qiymət dəyişikliyi məsələsinə baxmaqdan imtina etmiş, bununla da müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Nəticədə icarədar müqavilə bağlanan zaman ümid etməyə haqqı çatanlardan, yəni inflyasiyaya uyğun yeni icarə haqqı almaq hüququndan xeyli dərəcədə məhrum olmuşdur. İddiaçı tələbində xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin ləğv edilmiş hesab edilməsini xahiş edir. Məhkəmə iclasında izahat verən zaman öz fikrini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı ilə əsaslandırır. Lakin, cavabdehə göndərilmiş xx.xx.2025-ci il tarixli Pretenziyanın məzmunundan göründüyü kimi, pretenziyada müqavilənin 7-ci bəndinə istinad olunaraq aralarında bağlanmış icarə müqaviləsinin birtərəfli qaydada ləğvi qeyd olunmuşdur. Pretenziyanın məzmunundan göründüyü kimi bu sənəd müqavilənin ləğvinə dair bildirişdir, bu bildirişin göndərilməsindən sonra iddiaçı icarə müqaviləsinin ləğv olunması barədə iddia ərizəsi vermişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulması nəticəsində iddiaçı ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olduğundan tərəflər arasında bağlanmış icarə müqaviləsi ləğv olunmalı, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov küçəsi, ev 8, giriş E, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 178.4 kv.m olan qeyri-yaşayış sahəsi boşaldılaraq ona təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində göstərilir ki, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Eləcə də, Konstitusiya Məhkəməsinin Plenumun xx.xx.2023-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Şərh olunanlardan göründüyü kimi icarəçi tərəflər arasında bağlanmış xx.xx.2024cü il tarixli müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan, icarəyə verənin tələbinə əsasən onların arasındaki müqavilə birtərəfli qaydada, yəni icarəyə verənin tələbinə əsasən pozulmalıdır. İddia tələbinin xx.xx.2025-ci il tarixdən icarə obyekti faktiki təhvil verildiyi günədək aylıq 6700 manat icarə haqqının tutulması ilə bağlı hissəsinə məhkəmə münasibət bildirərək qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsində icarə haqqı 1600 manat qeyd olunduğundan tələb bu hissədə qismən təmin olunmalı və 2025-ci ilin 31 yanvar tarixindən başlayaraq Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov küçəsi, ev 8, giriş E, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 178.4 kv.m olan qeyri-yaşayış sahəsi boşaldılaraq təhvil verildiyi tarixədək hər ay 1600 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 100 manat rüsum cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 325 manat cavabdehdən tutularaq, iddiaçıya qaytarılmalıdır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsi ləğv edilsin, Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov küçəsi, ev 8, giriş E, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 178.4 kv.m olan qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçı təhvil verilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov küçəsi, ev 8, giriş E, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 178.4 kv.m olan qeyri-yaşayış sahəsi boşaldılaraq təhvil verildiyi tarixədək hər ay 1600 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Hüquqi yardıma görə vəkilə ödənilmiş 325 manat və 100 manat dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-3782/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3782/2025
18.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver