Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-383/2025 13.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “payların naturada ayrılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “payların naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Axundzadə küçəsi ev 54 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair payların naturada ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında çıxarışa əsasən qeydiyyat tarixi xx.xx.2024-cü il, qeydiyyat nömrəsi ********** nömrəli çıxarışa əsasən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Axundzadə küçəsi ev 54 (Yeni qaydalarla: Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Axundzadə küçəsi giriş 60 ) - 1/3 hissə- A tikilisi ona; qeydiyyat tarixi xx.xx.2006-cı il, qeydiyyat nömrəsi ********* nömrəli çıxarışa əsasən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Axundzadə küçəsi ev 54 (Yeni qaydalarla: Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Axundzadə küçəsi giriş 60 ) 2/3 hissə-B tikilisi X3 paylı mülkiyyət hüququ ilə məxsusdur. Evin giriş-çıxışı fərqli olsa da, reyestrdə vahid əmlak kimi qeydiyyatdan keçmişdir. Hal-hazırda ona məxsus evi satmaq, bağışlamaq və ya müəyyən hüquqi hərəkətlər etmək istədikdə cavabdehin anası olan X1 həmin evdə payçı olması hüquqi prosedurları reallaşdırmağa mane olur. Mübahisəli fərdi yaşayış evi vahid konstruktiv quruluşa malik olsa da, giriş-çıxış qapıları ayrı-ayrıdır. Cavabdehlə aralarında mübahisə olduğundan onlara müraciət edə bilmir. Paylı mülkiyyət sahibi olan 2/3 hissə-B tikilisi X4 vəfat etmişdir. Vəfat edən 2/3 hissə-B tikilisinin pay sahibi X1 oğlu olan Cavabdeh anasından qalan miras payı üzrə vərəsəlik işi açmayıb, mərhum X1 oğlu Cavabdeh hal-hazırda miras əmlaka faktiki sahiblik edir. Cavabdehlə dəfələrlə payların naturada ayrılması üçün lazımi hüquqi hərəkətlərin edilməsi ilə bağlı hər növ təkliflər etməsinə baxmayaraq, müxtəlif bəhanələr gətirdiyindən o, özünə aid olan payı satmaq və ya digər hüquqi hərəkətləri etmək istəsə də, həmin ünvanda digər payçı və onun ailə üzləri olduğundan onların razılığı olmadan hüquqi hərəkətləri (alqı-satqı, bağışlama və sairə) rəsmiləşdirə bilmir. Buna görə də payların naturada ayrılması üçün müraciət etmək məcburiyyətində qalmışdır. Fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Məhkəmə baxışı iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi C.Axundzadə küçəsi ev 54 (Yeni qaydalarla: AZ 1092, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 188.04 kv.m olan fərdi yaşayış evinin 1/3 hissəsi-A tikilisi xx.xx.2024-cü il tarixdə İddiaçı, 2/3 hissəsi-B tikilisi xx.xx.2006-cı il tarixdə X1 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Fərdi yaşayış evinin yerləşdiyi 0.0149 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla istifadədədir. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - AZ-İ seriyalı 295848 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı və Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi C.Axundzadə küçəsi ev 54 (Yeni qaydalarla: ünvan 1 ünvanında qeydiyyatdadırlar. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisəli daşınmaz əmlakın (fərdi yaşayış evinin) 1/3 hissəsi-A tikilisi iddiaçıya məxsusdur. Lakin iddiaçı payının naturada ayrılması barədə cavabdehlə razılıq əldə edə bilməmişdir. Bu səbəbdən iddiaçı ümumi birgə mülkiyyətdə olan əmlakdan öz payına düşən hissəyə (1/3) dair mülkiyyət hüququnu təsdiq edən ayrıca sənəd (çıxarış) ala bilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli 10/9702 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Axundzadə küçəsində yerləşən 54 saylı fərdi yaşayış evinin İddiaçı faktiki istifadəsində olan tikililərin faktiki təyinatlılığına uyğun olaraq, tikililərin planlı yerləşməsini, faktiki olaraq yaşayış və yardımçı otaqların sayını, tərəflərin istifadəsində olan tikililərə ayrı-ayrı giriş-çıxışın olduğunu, tərəflərin hər birinin sərəncamında olan tikililərin ayrı-ayrı tikililər olduğunu, yəni bir dam altında olan tikililər olmadığını, yaşayış və yardımçı sahələrin olduğunu, həmin tikililərin faktiki vəziyyətinin və texniki parametrlərinin Tikinti Norma və Qaydaları 2.08.01.89-un 2.2., 2.4., 2.7. bəndlərinin və metodik tövsiyənin uyğun olduğunu, eləcə də, İddiaçı istifadəsində olan tikililərin ümumi sahəsinin sözügedən evə dair olan çıxarışda göstərilən 1/3 hissəyə uyğun olduğunu nəzərə alaraq, İddiaçı istifadəsində olan tikililərin faktiki istifadəsinə uyğun olaraq naturada ayrılmasının Tikinti Norma və Qaydaları 2.08.01.89-un 2.2., 2.4., 2.7. bəndlərinin və metodik tövsiyənin tələblərinə uyğun olaraq bölünməsi texniki cəhətdən mümkündür. X4 baxışda iştirak etmədiyindən, onun istifadəsində olan sahəyə baxış keçirilməsi və ölçü işlərinin aparılması mümkün olmadığından, onun istifadəsində olan yaşayış evi üzrə tədqiqat aparılması mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə, ekspert rəyini nəzərdən keçirərək hesab edir ki, iş üzrə alınmış ekspert rəyi elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Bununla əlaqədar olaraq, məhkəmə, ekspert rəyini obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymətləndirmiş və mövcd qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi C.Axundzadə küçəsi ev 54 (Yeni qaydalarla: AZ 1092, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 188.04 kv.m olan fərdi yaşayış evinin İddiaçı payına düşən 1/3 hissəsi-A tikilisi naturada ayrılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməli, həmçinin, məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı və Cavabdeh müştərək qaydada, hər birindən 50 manat olmaqla tutulmalı və X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi C.Axundzadə küçəsi ev 54 (Yeni qaydalarla: AZ 1092, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 188.04 kv.m olan fərdi yaşayış evinin İddiaçı payına düşən 1/3 hissəsi - A tikilisi X1 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmiş və hazırda Cavabdeh istifadəsində olan 2/3 hissəsindən - B tikilisindən naturada ayrılsın. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı və Cavabdeh müştərək qaydada, hər birindən 50 manat olmaqla tutulsun və X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-383/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-383/2025
13.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver