Məhkəmə qərarları › İş №2(008)-3831/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-3831/2025

28.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-3831/2025 28.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “yeni abunə kodunun açılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “yeni abunə kodunun açılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumata əsasən İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olduğu və cavabdeh "xxxx" ASC-nin hüquqi ünvanının ünvan 2mişdir. İddia ərizəsindən göründüyü kimi İddiaçı 1999-cu ildən bu günədək isə Bakı şəhəri, Sabunçu qəsəbəsi, Ə.Əliyev (keçmiş Anaşkin küçəsi) küçəsində özbaşına inşa edilmiş 11 saylı evdə məcburi köçkün olaraq müvəqqəti məskunlaşaraq yaşayır. Axırıncı daimi yaşayış yerinə, yəni Laçın şəhərində, köçürüldükdən, ’’ASAN Kommunal ”Mərkəzinə müraciət edərək işıq, qaz abunə kartlarını adına rəsmiləşdirilməsi, istifadəçi olaraq müvafiq müqavilələrin onunla bağlanması ilə bağlı müraciəti evə dair mülkiyyət hüququnu verən sənədin və hazırki abunəçinin razılığı olmaması səbəbindən imtina edilmişdir. Göründüyü kimi elekrtik sayğacın qurlaşdırılması tələb olunan ev ünvan 3 ünvanında yerləşsə də, hazırda tərəflər arasında elektrik enerjisinin verilməsinə dair müqavilə bağlanmamış və bu hal iş materialları ilə müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 36.9. İstehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə, hesab edir ki, iddiaçı istehlakçıdır, Laçın rayonunda qeydiyyatdadır, onunla müqavilə bağlanmamışdır. İddiaçı istehlakçı olaraq Laçın qeydiyyatdadır, tərəflər arasında müqavilə bağlanmadığından, cavabdehin hüquqi ünvanı Nəsimi rayonu olduğundan, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya hazırkı tələblə bağlı seçməsinə görə ərazi aidiyyəti üzrə Laçın Rayon və ya Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5.-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə, həmçinin Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən qeyd edir ki, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “yeni abunə kodunun açılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırkı iddia tələbi ilə bağlı, o, seçməsinə görə ərazi aidiyyəti üzrə Laçın Rayon və ya Nəsimi Rayon Məhkəməsinə müraciət edə bilər. İddiaçı tərəfindən ödənilmiş 100 manat (qəbzin nömrəsi **********51) məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar