Məhkəmə qərarları › İş №2(008)-387/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-387/2024

01.03.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-387/2024 01.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə şərif Hümbət oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh1 və onun övladları Cavabdeh2, X4 ünvan 1-dan istifadə hüquqları itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, oğlu X1 Nargilə Aslan qızı ilə 2008-ci ilə Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş şəhadətnaməyə əsasən rəsmi nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra oğlu X7 müvafiq orqana müraciət edərək cavabdehi öz arvadı kimi ona məxsus olan ünvan 1 ünvanına qeydiyyata salmaqla ona həmin ünvanda yaşamaq hüququ vermişdir. Rəsmi nikahdan iki övladları var (Cavabdeh2, X10). 2023-cü ilin iyul ayında aralarında bağlanan nikah rəsmi olaraq pozulmuşdur. Hal-hazırda cavabdeh onun ailə üzvü olmadığı üçün ona məxsus evdə qeydiyyatda olması formal xarakter daşıyır. Cavabdehlərin onun evində qeydiyyatda qalması mülkiyyətiçi kimi onun hüquqlarını pozur, öz əmlakı ilə bağlı müstəqil sərəncam vermək hüququnda maneələr yarandığından istifadə hüquqlraının itirilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4094, 6, mənzil 6 İddiaçı adına qeydiyyatdan keçmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-46847/2023-**********47 nömrəli cavab məktubunda Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4094, ev 6, 6 nömrəli mənzilin ilkin qeydiyyatdan keçməsinə əsas olmuş sənədlər, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4094, ev 6, 6 saylı mənzil keçmiş Nərimanov rayon XDS İK-in 31 nömrəli xx.xx.1984-cü il tarixli protokoluna, ******* nömrəli 29.100.2019-cu il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa, X2, X5, X3, X9 razılıq ərizələrinə əsasən xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4094, 6, 6 nömrəli mənzil xx.xx.2019-cu il tarixdən İddiaçı adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Hazırki mübahisə ilə bağlı cavabdehlərin həmin ünvana qeydiyyata düşməsi ilə bağlı hər hansı rəsmi razılıq ərizəsi olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malkidirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notarial qaydada təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2- 46847/2023-**********47 nömrəli cavab məktubunda Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4094, ev 6, 6 nömrəli mənzilin ilkin qeydiyyatdan keçməsinə əsas olmuş sənədlər, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4094, ev 6, 6 saylı mənzil keçmiş Nərimanov rayon XDS İK-in 31 nömrəli xx.xx.1984-cü il tarixli protokoluna, ******* nömrəli 29.100.2019-cu il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa, X2, X5, X3, X9 razılıq ərizələrinə əsasən xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınan zaman Cavabdeh1 adının olmaması bir daha öz təstiqini tapır ki, onun qeyd olunan ünvanda heç bir hüququ yaranmamışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Yəni cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 ünvan 1 dair istifadə hüququ yaranmadığından məhkəmə olmayan hüquqa xitam verə bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, cavabdehin ünvan 1-da qeydiyyatı formal xarakter daşımış, ümumiyyətlə onun qeyd edilən evdən istifadə hüquqları mövcud deyildir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçıların həmin mənzilə dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə və həmin əmlakdan istədiyi kimi istifadə etməsinə imkan vermir və maneə yaradır. Belə olan halda cavabdehlərin istifadə hüquqları olmadığı evə dair istifadə hüququna xitam verilməsi qanunvericiliyin tələblərinə zidd edildiyindən iddiaçının iddiası rədd edilməlidir. Lakin qeyd edilən qətnamə cavabdehlərin həmin evdən pasport qeydiyyatından çıxarılması üçün əsas hesab edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Plenum Qərarına əsasən Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Bundan başqa məhkəmə iddia tələbininin yetkinlik yaşma çatmayan övladları Cavabdeh2 və X4 mənzildə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, yetkinlik yaşına çatmayanın yaşayış yeri valdeyinin yanı olduğundan iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar