Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4033/2021 29.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı Kərimova (Nəcəfova) Günay Sürəddin qızının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Kərimova (Nəcəfova) Günay Sürəddin qızının Cavabdeh qarşı paylı mülkiyyətdə olan nəqliyyat vasitəsinin açıq hərracdan satılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Kərimova (Nəcəfova) Günay Sürəddin qızı Cavabdeh qarşı paylı mülkiyyətdə olan nəqliyyat vasitəsinin açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh paylı mülkiyyətində olan 2009-cu il buraxılışlı, gümüşü rəngli “Subaru İmpreza” markalı, **-NV-*** dövlət nömrə nişanlı avtomaşının açıq hərracdan satılması, satış pulunun aralarında paylara uyğun şəkildə bərabər bölünüb verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış nikah pozulduqdan sonra soyadını dəyişdirdiyini bildirmiş, ona görə də, iddia ərizəsində və digər sənədlərdə soyadının “Kərimova” kimi qeyd olunmasını, eləcə də onunla Cavabdeh paylı mülkiyyətində olan 2009-cu il buraxılışlı, gümüşü rəngli “Subaru İmpreza” markalı, **-NV-*** dövlət nömrə nişanlı avtomaşının dəyəri qiymətləndirilməklə, açıq hərracdan satılması, satış pulunun aralarında paylara uyğun şəkildə bərabər bölünməsi, satış pulunun yarı hissəsinin ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi bununla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 30.11.2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 27.08.2008 il təvəllüdlü X4 və 24.10.2010-cu il təvəllüdlü X2 adlı iki uşağı anadan olmuşdur. Sabunçu Rayon Məhkəməsinin 22.02.2021-ci il tarixli, 2(008)-381/2021 saylı qətnaməsi ilə nikahları pozulmuş, cavabdehdən alimentin tutulması, uşaqların onun himayəsində saxlanılması, birgə nikah dövründə əldə edilmiş mənzil və avtomaşının aralarında bölünməsi qət edilmişdir. Mənzilə və “Subaru İmpreza” markalı, **-NV-*** dövlət nömrə nişanlı avtomaşına onun 1/2 pay hüququ tanınsa da, cavabdeh onun həmin avtomaşından istifadəsinə maneə yaradır, avtomaşını ondan gizlədir, eləcə də, könüllü olaraq atomaşının satılaraq satış pulunun yarısını ona verməkdən imtina edir. Hesab edir ki, belə olan halda həmin avtomaşın açıq hərrac yolu ilə satılmalı, satış pulu paylarına uyğun şəkildə aralarında bölünməlidir. Hal-hazırda “Subaru İmpreza” markalı, **-NV-*** dövlət nömrə nişanlı avtomaşın cavabdehin adına qeydiyyatdadır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Sabunçu Rayon Məhkəməsinin 22.02.2021-ci il tarixli, 2(008)-381/2021 saylı qətnaməsi ilə “Subaru İmpreza” markalı, **-NV-*** dövlət nömrə nişanlı avtomaşına İddiaçı 1/2 pay hüququ tanınsa da, həmin avtomaşın hal-hazırda onun istifadəsində deyil. Belə ki, 13.08.2021-ci il tarixdə qeyd olunan avtomaşınla avtoqəza törətmiş, bundan sonra həmin avtomaşını 2500 manata başqa şəxsə satmışdır. Hazırkı iddia təmin olunsa belə, avtomaşın onda olmadığına görə qətnamənin icrası mümkün olmayacaq. O, qeyd olunanlara əsasən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyatimtahan kompüter uçot bazasının məlumatından görünür ki, Cavabdeh mülkiyyətində 2009-cu il buraxılışlı, gümüşü rəngli, “Subaru İmpreza” markalı, **-NV-*** dövlət nömrə nişanlı minik avtomobil vardır. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinin 05.06.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh ilə X1 30.11.2007-ci il tarixdə nikaha daxil olmuşdur. Nikah bağlandıqdan sonra arvada Nəcəfova soyadı verilmişdir. İş materiallarında olan Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin 13.06.2020-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh İddiaçı döyməsi faktı ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01.02.2021-ci il tarixli, 2(008)-381/2021 saylı qərardadının surətindən görünür ki, Cavabdeh adına olan 2009-cu il buraxılışlı, gümüşü rəngli, “Subaru İmpreza” markalı, **-NV-*** dövlət nömrə nişanlı minik avtomaşının üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22.02.2021-ci il tarixli, 2(008)-381/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması, Cavabdeh adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Vazeh küçəsi, 6 saylı evin, 26 saylı, 2 otaqlı mənzili və “Subaru İmpreza” markalı, **-NV-*** dövlət nömrə nişanlı minik avtomaşını tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak kimi bərabər paylara bölünməklə, həmin əmlaklar üzərində Cavabdeh ½ pay hüququ və İddiaçı ½ pay hüququ üzrə mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. İş materiallarında olan 26.04.2021-ci il tarixli ərizədən (pretenziya məktubu) görünür ki, 2009-cu il buraxılışlı, gümüşü rəngli, “Subaru İmpreza” markalı, **-NV-*** dövlət nömrə nişanlı minik avtomaşının naturada bölgüsü mümkün olmadığından, həmin əmlakın satılaraq, satış pulunun aralarında bölünməsi və ya əmlak satılmadan bazar dəyərinin yarı pulunun kompensasiya qismində ona verilməsi Kərimova (Nəcəfova) Günay Sürəddin qızı tərəfindən Cavabdeh təklif edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/5283 saylı, 14.10.2021-ci il tarixli rəyinə əsasən, 2009-cu il buraxılışlı, gümüşü rəngli, parça oturacaqlı, mühərrik tutumu 2000 kub/sm olan “Subaru İmpreza” markalı, **-NV-*** dövlət nömrə nişanlı minik avtomobilin hazırkı vəziyyətdə orta bazar qiyməti təxminən 11000,0 (on bir min) manat müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinin tələbinə görə, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsində göstərilmişdir ki, bu Məcəllənin 220.3-220.5ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 221-ci maddəsində qeyd edilmişdir ki, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsi haqqında" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcılıqla tətbiq edilməsindən sonra mümkündür. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən olundu ki, Kərimova (Nəcəfova) Günay Sürəddin qızı ilə Cavabdeh rəsmi nikaha daxil olaraq ailə qurmuş, həmin nikah 22.02.2021-ci il tarixdə məhkəmə tərəfindən pozulmuş, məhkəmənin müvafiq qətnaməsi ilə Cavabdeh adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış “Subaru İmpreza” markalı, **-NV-*** dövlət nömrə nişanlı minik avtomaşının tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak kimi bərabər paylara bölünməklə, həmin əmlak üzərində Cavabdeh ½ pay hüququ və İddiaçı ½ pay hüququ üzrə mülkiyyət hüquqları tanınmışdır. Həmin əmlakın bölünməsi qaydası və üsulları barədə iddiaçı tərəfindən cavabdehə təkliflər edilsə də, tərəflər arasında bununla bağlı razılıq əldə olunmamışdır. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, tərəflərin paylı mülkiyyətində olan 2009-cu il buraxılışlı, gümüşü rəngli, “Subaru İmpreza” markalı, **-NV-*** dövlət nömrə nişanlı minik avtomaşını açıq hərracda satılmalı, avtomaşının satışından əldə olunan pul vəsaiti iddiaçı Kərimova (Nəcəfova) Günay Sürəddin qızı ilə Cavabdeh paylarına uyğun bölünməklə, həmin vəsaitin yarısı iddiaçı Kərimova (Nəcəfova) Günay Sürəddin qızına verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin edildiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Kərimova (Nəcəfova) Günay Sürəddin qızı ilə Cavabdeh paylı mülkiyyətində olan 2009-cu il buraxılışlı, gümüşü rəngli, “Subaru İmpreza” markalı, **-NV-*** dövlət nömrə nişanlı minik avtomaşını açıq hərracda satılsın. 2009-cu il buraxılışlı, gümüşü rəngli, “Subaru İmpreza” markalı, **-NV-*** dövlət nömrə nişanlı minik avtomaşının satışından əldə olunan pul vəsaiti iddiaçı Kərimova (Nəcəfova) Günay Sürəddin qızı ilə Cavabdeh paylarına uyğun bölünməklə, həmin vəsaitin yarısı iddiaçı Kərimova (Nəcəfova) Günay Sürəddin qızına verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq, iddiaçıya verilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-4033/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4033/2021
29.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver