Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4064/2024 28.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, İddiaçı1 və İddiaçı2 nümayəndəsi X13, cavabdeh Abdullayev Nı̇ zami Məmmədhüseyn oğlu, İddiaçı2̇hüseyn Məmmədhüseyn oğlu, Abdullazadə Cavı̇ d Nı̇ zamı̇ oğlu, Abdullayev İ̇smayıl Nı̇ zami oğlu, Cavabdeh6 Nı̇ zami qızı, İddiaçı2̇əsgər Əlı̇ hüseyn oğlu, Abdullayeva Gültəkı̇ n Əlı̇ hüseyn qızı və Məmmədova Aytəkı̇ n Əlı̇ hüseyn qızının iştirakı ilə, İddiaçı1, İddiaçı2 cavabdehlər Abdullayev Nı̇ zami Məmmədhüseyn oğluna, İddiaçı2̇hüseyn Məmmədhüseyn oğluna, Abdullazadə Cavı̇ d Nı̇ zamı̇ oğluna, Abdullayev İ̇smayıl Nı̇ zami oğluna, Cavabdeh5 Nı̇ zami oğluna, Cavabdeh6 Nı̇ zami qızına, İddiaçı2̇əsgər Əlı̇ hüseyn oğluna, Abdullayeva Gültəkı̇ n Əlı̇ hüseyn qızına, Məmmədova Aytəkı̇ n Əlı̇ hüseyn qızına qarşı "mənzilə istifadə hüququna xitam verilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2 cavabdehlər Abdullayev Nı̇ zami Məmmədhüseyn oğluna, İddiaçı2̇hüseyn Məmmədhüseyn oğluna, Abdullazadə Cavı̇ d Nı̇ zamı̇ oğluna, Abdullayev İ̇smayıl Nı̇ zami oğluna, Cavabdeh5 Nı̇ zami oğluna, Cavabdeh6 Nı̇ zami qızına, İddiaçı2̇əsgər Əlı̇ hüseyn oğluna, Abdullayeva Gültəkı̇ n Əlı̇ hüseyn qızına, Məmmədova Aytəkı̇ n Əlı̇ hüseyn qızına qarşı "mənzilə istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1954-cü il təvəllüdlü Cavabdeh1, xx.xx.1963-cü il təvəllüdlü Abdullayev X6, xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh4, xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh5, xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh6, xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh7, xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh8, xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh9 və yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X27,xx.xx.2018-ci il təvəllüdlü X28 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Zərdabi küçəsində yerləşən 3 nömrəli mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak mülkiyyətindədir. Həmin ev dövlət reyestr xidmətində qeydə alınaraq çıxarış verilmişdir. Bildirirlər ki, yaşayış yeri üzrə qeydiyyat haqqında arayışı əldə etdikdə məlum olmuşdur ki, onlara məxsus evdə faktiki həmin ünvanda hazırda yaşamayan aşağıda qeyd edilən şəxslər rasport qeydiyyatındadırlar: xx.xx.1954-cü il təvəllüdlü Cavabdeh1, xx.xx.1963-cü il təvəllüdlü Abdullayev X14, xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh4,xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh5, xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh6, xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh7, xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh8, xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh9 və yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X27, xx.xx.2018-ci il təvəllüdlü X28. Cavabdeh1 faktiki Ramana qəsəbə ərazisində fərdi yaşayış evi tikərək övladları Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə birlikdə yaşayırlar. Cavabdeh1 qızı Cavabdeh6 ərdədir və hazırda ər evində uşaqları ilə birlikdə yaşayırlar. Evlərində qeydiyyatda olan Abdullayev X14 isə 30 ildir ki, Bilgəh qəsəbəsində oğlu Cavabdeh7 ilə birlikdə yaşayırlar. Cavabdeh2in qızları Cavabdeh8 və Cavabdeh9 ərdədilər və hazırda ər evində uşaqları ilə birlikdə yaşayırlar. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddianı müdafiə edərək bildirdi ki, 18 yaşından o evdən çıxmışdır. Cavabdehlərin heç bir orada yaşamırlar, evi kirayə vermişlər. Kommunal xidmətlər qardaşının uşaqlarının adınadır, onlar yaşayıb deyə onlar ödəmişlər. Vaxtilə o ev iddiaçının atasının adına olub, atası isə 1933-cü ildə arvadının, yəni iddiaçıların anaların adına keçirmişdir. Qulamova Əsmət anaları, İbad isə atalarıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, Abdullayev Məmmədhüseynin oğludur, atası orada yaşamış, böyümüş və vəfat etmişdir. Ev əvvəl babasının adına olmuşdur, 1963-cü ildə ögey nənəsin adına keçirilmişdir. 1970-ci ildə çıxarış almışlar. Ev kitabçası atasının adına olmuşdur, orada qeyd olunan şəxslər atasının uşaqları və gəlinidir. Zülfiyyə arvadıdır, yay fəslində həmin evdə yaşayırlar, qışda isə Ramanada qalırlar. Həyətdə 4 ev var, atası evləri vaxtilə hamının arasında bölüb. Bu evi babası atasına şifahi vəsiyyət etmişdir. - İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Zərdabi küçəsində olan 3 nömrəli evin xüsusi mülkiyyət hüququ əsasında 1/3 hissəsi İddiaçı2, 2/3 hissəsi İddiaçı1 məxsusdur. - Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-49/2-H- 9505/11/24 nömrəli məktubundan görünür ki, Ərizənin icrası ilə əlaqədar olaraq bildiririk ki, vətəndaş Cavabdeh1, Abdullayev X14, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, X3, X27 və X15 Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılmaları Sabunçu RPİ-nin QMB-nin səlahiyyətləri daxilində deyildir. - AR DİN "Yaşayış yeri üzrə qeydiyyat haqqında" ******* nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Zərdabi küçəsində olan 3 nömrəli evdə Cavabdeh1, X7, Abdullayev X14, X21, X22, Cavabdeh3, X4, X8, X23, X9, X10, Cavabdeh5, X5, X24, X27, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X11, X28 qeydiyyatdadırlar. - Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ-İ seriyalı 384723 nömrəli "Ölüm haqqında şəhadətnamə"sindən görünür ki, X2 xx.xx.2010-cu ildə vəfat etmişdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Zərdabi küçəsində olan 3 nömrəli ev əvvəl həm iddiaçıların, həm cavabdehlərdən bir neçəsinin ataları olmuş X1, daha sonra isə iddiaçıların analarına məxsus olmuşdur. Bundan sonra mübahisəli ev analarından vərəsəlik qaydasında iddiaçılara keçmişdir. Halhazırda Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Zərdabi küçəsində olan 3 nömrəli ev İddiaçı1 və İddiaçı2 mülkiyyət hüququ əsasında məxsusdur. İşin mübahisəli halı cavabdehlərin həmin mənzildən istifadə hüququnun olub-olmamasıdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehlər hər biri dünyaya gəldikləri andan (1954-c ildən etibarən) mübahisəli evdə yaşamışlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, araşdırılan hüquq münasibətləri 2000-ci il tarixədək əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60-ci maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Həmin maddəyə əsasən, şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir və yaşayış sahəsinə hüququ itirilir. Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli 2 saylı 4 qərarının 9-cu bəndinə əsasən, Mənzil Məcəlləsinin 87-ci maddəsinə müvafiq olaraq, yaşayış sahəsinin kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yaşayış sahəsinə köçdükləri gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitutsiya məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Göründüyü kimi yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mübahisənin hansı normativ-hüquqi aktla tənzimlənməsini məhz mübahisəli hüquq münasibətinin yaranma tarixi ilə əlaqələndirmişdir. Hazırkı iş üzrə işin mübahisəsiz qəbul edilmiş hallarından biri cavabdehlər qeyd edilən mənzildə 1954-cü ildən həmin mənzildə yaşamağa başlaması faktıdır. Həmçinin, işin hallarından göründüyü kimi, cavabdehlərin mübahisə predmeti olan mənzildə yaşamamaları və ya daimi yaşamaq üçün başqa ünvana getmələri ilə bağlı heç bir mötəbər sübut təqdim etməmişdir, əksinə cavabdehlər həmin mənzildə yaşayırlar və başqa yaşayış yerləri yoxdur. Bunu onlar tərəfindən mütəmadi edilən kommunal ödənişlərlə müəyən etmək olur. Buna görə də, cavabdehlərin həmin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia təmin edilməməlidir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanuna əsasən, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1, İddiaçı2 cavabdehlər Abdullayev Nı̇ zami Məmmədhüseyn oğluna, İddiaçı2̇hüseyn Məmmədhüseyn oğluna, Abdullazadə Cavı̇ d Nı̇ zamı̇ oğluna, Abdullayev İ̇smayıl Nı̇ zami oğluna, Cavabdeh5 Nı̇ zami oğluna, Cavabdeh6 Nı̇ zami qızına, İddiaçı2̇əsgər Əlı̇ hüseyn oğluna, Abdullayeva Gültəkı̇ n Əlı̇ hüseyn qızına, Məmmədova Aytəkı̇ n Əlı̇ hüseyn qızına qarşı "mənzilə istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-4064/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4064/2024
28.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver