Məhkəmə qərarları › İş №2(008)-410/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-410/2025

03.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-410/2025 03.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, Münabisə predmenti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Bakı şəhəri 17 saylı Notariat Ofisinə qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 cəlb edilməklə “Bakı şəhəri 17 saylı Notariat Ofisində 8İ-2938 və 8İ-2939 reyestr nömrəsi ilə qeyd olunmuş xx.xx.2024-cü il tarixli ərizələrin etibarsız hesab ediməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 maraqlı şəxs Bakı şəhəri 17 saylı Notariat Ofisinə qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 cəlb edilməklə “xx.xx.2017-ci il tarixdə vəfat etmiş ataları Əlixan Əmircan oğlundan qalan miras pay gölgüsündən onların mirası qəbul etməməkləri haqqında Bakı şəhəri 17 saylı Notariat Ofisində 8 İ-2938 və 8İ-2939 reyestr nömrəsi ilə qeyd olunmuş xx.xx.2024-cü il tarixli ərizələrin etibarsız hesab ediməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası Əlixan Əmircan oğlu xx.xx.2017-ci ildə vəfat etmişdir. Mərhum atasından Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ sahəsi 2126 saylı bağ sahəsi və ünvan 1 ünvanda ev qalmışdır. Hazırda atasının üç vərəsəsi var. Onlar iddiaçılar və qardaşı X4. Atası sağlığında Ələkbəri məhkəmə qaydasında miras paydan məhrum etmişdi. Onun ərizəsi ilə cavabdeh notariat ofisində vərəsilik işi açılmışdır. Qardaşı mirasdan məhrum olunmasını gizlətmiş və onları notariat ofisinə dəvət edib ondan guya mirası qəbul etməməyi haqqında 8İ-2938 və 8İ- 2939 reyestr nömrəsi ilə qeyd olunmuş xx.xx.2024-cü il tarixli ərizələr alıblar. İddiaçılardan biri İddiaçı2 1-ci qrup gözdən əlildir və nəyə qol çəkdiyini belə bilməmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ sahəsi 2126 saylı bağ sahəsini atası hələ sağlığında onlara rəsmi qaydada bağışladığından həmin bağ sahəsi miras əmlak hesab edilə bilməz. O ki, qaldı evə iddiaçılardan biri İddiaçı1 atanın sağlığından onunla həmin ünvanda yaşamış və atanı dəfn etdikdən də sonra bu günə kimi yaşamağa davam edir ki, bu də mirasın faktiki qəbulu sayılır. Onların guya mirası qəbul etməməyi haqqında 8İ-2938 və 8İ-2939 reyestr nömrəsi ilə qeyd olunmuş xx.xx.2024-cü il tarixli ərizələrin ləğv edilməsini xahiş etdik, lakin onlara 27 may 2024-cü il tarixli 237N9-lİ məktubla imtina cavabı verildi və onlara məhkəməyə müraciət etmək tövsiyə olundu. Məhkəmə iclasında iştirak edən İddiaçı2 ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, notarius ofisində ərizəyə imza atan zaman ərizənin mətni ona oxunmamışdır, o gözdən əlil olduğundan mətni oxuya bilməmişdir, mirası qəbul etmək məqsədi ilə ərizəni yazdığını sanmışdır. Sonradan məlumat aldıqdan sonra dərhal ərizələrin etibarsız sayılması üçün müraciət etsələr də, müraciətdən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı1 ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, notarius ofisində ərizəyə imza atan zaman ərizənin mətni həmçinin ona da oxunmamış, mirası qəbul etmək məqsədi ilə ərizəni yazdığını sanmışdır. Sonradan məlumat aldıqdan sonra dərhal ərizələrin etibarsız sayılması üçün müraciət etsələr də, müraciətdən imtina edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iddianı qəbul etməyərək rədd olunmasını xahiş etdi. Bundan əlavə bildirdi ki, əgər ataları miras əmlakı onlara qoymaq istəyirdisə, əmlakı sağ ikən onların mülkiyyətinə keçirdərdi. Ərizələrin etibarsız sayılaraq onların miras əmlaka paylarının tanınmasına etiraz etmədiyini, lakin özünün də payçı olaraq tanınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmş cavabdeh məhkəmədə öz nümayəndəsinin iştirakını təmin etməmiş, etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. Məhkəmə işin hallarını tam araşdıraraq və işdə olan sübutları əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* nömrəli, MA seriyalı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 196.7 kv.metr olan fərdi yaşayış evinin mülkiyyətçisi Əlixan Əmircan oğludur. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* nömrəli, RX seriyalı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2126 saylı bağ sahəsinin mülkiyyətçisi Əlixan Əmircan oğludur. AЗ 144568 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1962-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası Əlixan Əmircan oğlu, anası isə X5r. АЗ ******* nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1966-cı il tarixdə Bakı şəhərində doğulmuş, atası Əlixan Əmircan oğlu, anası isə X5r. АЗ 477936 Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 qızı xx.xx.1963-cü il tarixdə Bakı şəhərində doğulmuş, atası Əlixan Əmircan oğlu, anası isə X5r. 4 saylı Bakı “ASAN Xİdmət” X8 tərəfindən verilmiş AZ-İ 910198 nömrəli 13 noyabr 2017-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əlixan Əmircan oğlu xx.xx.2017-ci il tarixdə Bakı şəhərində ölmüşdür. xx.xx.2017-ci il tarixli 2234 nömrəli akt qeydi ilə qeydə alınmışdır. xx.xx.2012-ci il tarixli Əlixan Əmircan oğlu tərəfindən yazılan ərizədən görünür ki, oğlu X2 onun sağlığında və ölümündən sonra bütün hüquqlarından məhrum edilməsini, ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Ələsgər Şahbazov küçəsi 23 nömrəli evdən yaşayış qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. İddiaçı2 17 saylı notariat ofisində yazmış olduğu xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, atas Əlixan Əmircan oğlundan miras qalmış əmlaklara dair vərəsəliyi qəbul etmədiyini və etmək fikrində də olmadığı bildirmişdir. İddiaçı1 17 saylı notariat ofisində yazmış olduğu xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Əlixan Əmircan oğlundan miras qalmış əmlaklara dair vərəsəliyi qəbul etmədiyini və etmək fikrində də olmadığı bildirmişdir. X117 saylı notariat ofisində yazmış olduğu xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş atası Əlixan Əmircan oğlundan miras qalmış Bakı şəhəri, Sabbunçu rayonu, Ləhiş bağı ərazisində yerləşən 1848 saylı ümumi sahəsi 0.25 ha olan bağ sahəsini ondan irs qalmış mirası qəbul etdiyini bildirmişdir. İddiaçı2 və İddiaçı1 17 saylı notariat ofisində yazmış olduğu xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, onlar xx.xx.2024-cü il tarixdə xx.xx.2017-ci il tarixdə vəfat etmiş ataları Əlixan Əmircan oğlundan miras qalmış əmlaklara dair vərəsəlik hüququndan imtina etmişdir, müəyyən səbəblərdən həmin ərizələrəxitam verilməsini xahiş etmişlər. Bakı şəhəri 17 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 237 nömrəli İddiaçı2 və İddiaçı1 ərizələrinə cavab verən məktubundan görünür ki, 8İ-2938 və 8İ-2939 reyestr nömrəsi ilə qeyd olunmuş xx.xx.2024-cü il tarixli ərizələrin ləğv olunmasını imkan xaricindədir. İddiaçı2 tərəfindən verilmiş elektron sistemdən olan çıxarışdan görünür ki, İddiaçı2 1-ci dərəcəli müddətsiz gözdən əlildir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-17-7/2-Ə-27698/2024 nömrəli arayışından görünür ki, İddiaçı2 ümumi səbəblərdən 1-ci dərəcə gözdən əlilliyə görə 300 (üç yüz) manat məbləğində Prezident təqaüdü alır. xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, Əlixan Əmircan oğlu mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2126 saylı bağ sahəsində yerləşən 0.25 ha torpaq sahəsinin 1250kv.m olan hissəsini qızı İddiaçı2,1250 kv.m olan digər hissəsini isə oğlu İddiaçı1 bağışlamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5766/2012 nömrəli, xx.xx.2012ci il tarixli qətnamədən görünür ki, X4 atası Əlixan Əmircan oğlunun mirasdan məcburi pay almaq hüququndan məhrum edilməsi qət edilmişdir. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsi nəzərdə tutur ki, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mulki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən 1-ci növbədə – Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mulki Məcəlləsinin 1159.1.3 –cü maddəsinə əsasən Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.1, 1243.2 və 1243.3-cu maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfındən qəbul edilmiş sayılır; Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-cı maddəsinə əsasən Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 6-cı bəndində qeyd edilmişdir ki, Notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün kömək göstərməlidir, hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir. Beləliklə məhkəmə iddia tələbinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçılar məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixdə vəfat etmiş atalarında miras qalan əmlakdan imtina etmələrinə dair 17 saylı notariat orqanında vermiş olduğları ərizənin məzmunundan məlumatları olmadığını, onlar ərizə verərkən əslində miras əmlakını qəbul etmək isdədiklərini bildirmiş, cavabdeh notariat orqanını nümyəndəsi isə iddiaçılar miras əmlakdan imtina etmələrinə dair ərizə verərəkən iddiaçılara hüquq və vəzifələrini izah etməsinə, habelə həmin ərizənin hüququ nəticələri barədə ərizə verənləri xəbərdar etdiyini dair sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə məhkəməonuda qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin mənasındadnda görünür ki, vərəsələr yalnız vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bildiyi halda, hazırki işin hallarından müəyyən olunurki, miras qoyan xx.xx.2017-ci il tarixdə vəfat etməsinə baxmayayarq iddiaçılar miras əmlakdan 7 ildən çox müddətdən sonra miras əmlakdan imtinaya dair notariat orqanında ərizələr vermişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. xx.xx.2017-ci il tarixdə vəfat etmiş Əlixan Əmircan oğlundan miras qalmış əmlakın qəbulundan imtina edilməsinə dair Bakı şəhəri 17 saylı Notariat Ofisində İddiaçı1 tərəfindən imzalanan xx.xx.2024-cü il tarixli 8İ-2939 nömrəli və İddiaçı2 tərəfindən imzalanan xx.xx.2024-cü il tarixli 8İ-2938 reyestr nömrəli ərizələr etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar