Məhkəmə qərarları › İş №2(008)-4124/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4124/2024

01.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4124/2024 01.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı, Cavabdehnın iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətin satışından əldə olunmuş vəsaitin bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətin satışından əldə olunmuş vəsaitin bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri, “Mercedes-Benz” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə olunmuş 8000 manat məbləğinin yarısının, yəni 4000 manatın, ödənilmiş 100 manat dövlət rüsumunun, 55 manat mediasiya xərcinin Cavabdeh tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3912/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan X4 və X1 onun yanında qalmaları qət edilmişdir. Daha sonra İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək birgə nikah dövründə əldə olunmuş **-VF-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı avtomobilə ½ payı hüququnun müəyyən edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli 2(008)-2354/2022 nömrəli qətnaməsinə əsasən **-VF-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı avtomobilə ½ pay hüququ müəyyən edilmişdir. Qətnaməsinin icrası zamanı Azərbaycan Respublikası DİN BDYPİ-nin Sabunçu Rayon İcra Şöbəsinə ünvanlanmış məktubuna əsasən müəyyən edilmişdir ki, “Mercedes-Benz” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə Cavabdeh adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirildiyindən icra vərəqəsinin icrası mümkün olmamışdır. Əldə etdiyi məlumata əsasən avtomobil 8000 manata satılmışdır. Avtomobilin satışından əldə olunmuş məbləğin ona ödənilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh ona heç bir ödəniş etməyəciyini bildirmişdir. Hazırda məhkəməyə müraciət edərək, birgə nikah müddətində əldə olunmuş avtomobilin satışından əldə olunan pul məbləğindən ona çatası hissəsinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-2354/2022 nömrəli qətnaməsinə əsasən **-VF-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı avtomobilə İddiaçı ½ payı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-27420 nömrəli məktubunda, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-2354/2022 nömrəli icra vərəqəsinin icrası ilə əlaqədar olaraq, “Mercedes- Benz” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə Cavabdeh adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmiş, bu səbəbdən icra vərəqəsinin icrasının mümkün olmaması bildirilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(008)-4124/2024 nömrəli məktubuna cavab olaraq, Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən “Mercedes Benz ML320” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2016-cı il tarixdə Cavabdeh adına qeydiyyata alındığı, xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında adından çıxarılmış və nəqliyyat vasitəsinə yeni **-CS-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq X2 adına rəsmiləşdirilmişdir. Eyni zamanda “Mercedes Benz ML320 markalı” **-VF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh adından qeydiyyatdan çıxarılmasına əsas olmuş xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əlavə olaraq digər sənədlərin surəti və qeydiyyat hərəkətləri barədə məlumatların komputer çıxarışı məhkəməyə göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh “Mercedes Benz ML320” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı, **********7048 mühərrik nömrəli, 4JGAB54E21A230714 ban nömrəli və AC685228 nömrəli qeydiyyat şəhadətnaməsi olan nəqliyyat vasitəsini X3 5000 manata satmışdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu (bundan sonra – Konstitusiya Məhkəməsi) 2021-ci il 23 iyul tarixli Qərarında vurğulayır ki, qanunverici birgə nikah dövründə ər-arvadın əldə etmiş olduğu əmlakın ümumiliyi prezumpsiyasını qəbul etmiş, ümumi birgə mülkiyyət ər-arvadın əmlakının qanuni rejimi olaraq tanınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il, 1/2024 nömrəli Qərarına əsasən, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ərarvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ərarvadın ümumi birgə mülkiyyəti sayılır. O cümlədən, nikah münasibətlərinə xitam verildikdən sonra ər-arvaddan biri onların ümumi əmlakı hesabına yeni əmlak əldə etdikdə (məsələn, pul vəsaiti hesabına avtomobil alındıqda və s.) tərəflər nikahda olmadıqları üçün əldə edilən əşya ər-arvadın ümumi birgə mülkiyyəti sayılmır. Bu halda tələb ərin (arvadın) əmlakının birgə qanuni rejimindən irəli gəldiyindən, iddiaçı ər (arvad) mülkiyyətindən çıxmış əmlak predmetinin dəyərini cavabdeh arvaddan (ərdən) tələb etməkdə haqlıdır. Göründüyü kimi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-2354/2022 nömrəli qətnaməsi ilə, **-VF-*** dövlət qeydiyyat nişanlı “Mercedes- Benz” markalı avtomobilə İddiaçı ½ payı müəyyən edilsə də, avtomobil cavabdeh tərəfindən özgəninkiləşdirildiyindən icrası mümkün olmamaış və hazırda iddiaçı tərəfindən avtomobilin satışından əldə olunan pulun ½ hissəsinin ona ödənilməsi barədə müraciət etməsini məhkəmə qanuni və əsaslı hesab edir. İddia tələbinin qismən təmin olunması ilə bağlı qeyd olunmalıdır ki, İddiaçı məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri, “Mercedes-Benz” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə olunmuş 8000 manat məbləğinin yarısının, yəni 4000 manatın bölünməsi barədə qətnamə qəbul etməsini xahiş etsə də, iş materialları ilə, “Mercedes-Benz” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, X3 5000 manata satılması müəyyən olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətin satışından əldə olunmuş vəsaitin bölünməsi” tələbinə dair iddiası qismən təmin olunaraq, avtomobilin satışından əldə olunmuş 5000 manatın ½ hissəsi olan 2500 manat cavabdehdən tutularaq İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi qismən təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş 45 manat dövlət rüsumu və 55 manat mediasiya xərci cavabdehdən tutularaq, iddiaçıya verilməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətin satışından əldə olunmuş vəsaitin bölünməsi” tələbinə dair iddia tələbi qismən təmin edilsin. “Mercedes-Benz” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə olunmuş 5000 manat məbləğinin yarısı 2500 manat, 45 manat dövlət rüsumu və 55 manat mediasiya xərci Cavabdeh tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar