Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4146/2023 20.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı nümayəndəsi Əmrahov Xəyyam Rafail oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və oğlu X14 oğlu Sabunçu rayonu, Vişnyovka-2 qəsəbəsi, bağ evi 299 nömrəli evdə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X10 2016-cı il tarixdə dünyasını dəyişdikdən onra Sabunçu rayonu, Vişnyovka-2 qəsəbəsi, bağ evi 299 X7 adından vərəsəlik əsasında xx.xx.2017-ci il tarixdə onun adına rəsmiləşdirilmişdir. Bu barədə ona Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Bütün bunları nəzərə çatdırmaqla qeyd edir ki, oğlu X11 xx.xx.2002-ci il tarixdə Cavabdeh1 ilə ailə quraraq həmin evdə yaşamışlar. Bir neçə il yaşamaqlarına baxmayaraq, xx.xx.2009-cu il tarixdə Sabunçu Rayon Məhkəməsi tərəfindən nikahları pozulmuşdur. Cavabdehlər Cavabdeh1 və bir övladı ilə birlikdə 2009-cu il tarixdən onun xsusi mülkiyyətində olan evdə yaşamırlar. Cavabdehlərin ona məxsus mənzildə heç bir əşyası yoxdur. Hesab edir ki, cavabdehlərin ona məxsus evdə qeydiyyatda qalması onun mülkiyyət hüququnu pozmaqla müəyyən sənədləşmə işlərinin aparılmasında maneələr yaradır. Hesab edir ki, cavabdehlərin ona məxsus olan mənzildə qeydiyyatda olması formal xarakter daşıyır. Onları həmin ünvanda qeydiyyatda qalması onun mülkiyyət hüququnun əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Belə olan halda pozulmuş hüququnun bərpası üçün məhkəmə müdafiəsindən istifadə edərək, cavabdehlər Cavabdeh1 və X1 rayonu, Vişniyovka-2 qəsəbəsi, bağ evi 299 nömrəli evdə olan istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 147-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı, ******* nömrəli, xx.xx.2010-cu il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişniyovka-2 bağ sahəsi 299 nömrəli bağ evi X7 adına qeydiyyatdan keçmiş ona reyestr nömrəsi **********68-11301 nömrəli xx.xx.2010-cu il tarixli Çıxarış verilmişdir. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 2337/2009 nömrəli 29 sentyabr 2009-cu il tarixli qətnaməsinin surətindən görünür ki, X11 ilə Cavabdeh1 arasında 24 oktyabr 2002-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan AZ-İ 817768 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişniyovka-2 bağ sahəsi 299 nömrəli bağ evi İddiaçı adına qeydiyyatdan keçmiş ona reyestr nömrəsi **********68-11301 nömrəli xx.xx.2017-ci il tarixli Çıxarış verilmişdir Məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna Azərbaycan respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2- 29589/2023 nömrəli cavab məktubundan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Vişnyovka-2 qəsəbəsində yerləşən, 0,25 hektar torpaq sahəsi olan 299 nömrəli bağ sahəsi xx.xx.2002-ci il tarixli, 4667 nömrəli müqavilə ilə X5 istifadəsinə verilmiş. Həmin müqavilə əsasında sözügedən bağ evi xx.xx.2002-ci il tarixdə onun adına qeydiyyata alınmışdır. Daha sonra Vişnyovka -2 qəsəbəsində yerləşən 299 nömrəli bağm evi 17-ci dövlət notariat kontorunda təsdiq edilmiş 4Ə/1-06 reyestr nömrəli, xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2003-cü il tarixdə X7 adına qeydiyyata alınmış və seriya BM 000793 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Həmçinin həmin bağ evinin yerləşdiyi torpaq sahəsi xx.xx.2003-cü il tarixli 4667 nömrəli müqavilə əsasında X7 istifadəsinə verilmişdir. Bakı şəhəri, sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 0,25 hektar torpaq sahəsi və üzərində inşa edilmiş, ümumi sahəsi 85.39 kv.m olan 299 nömrəli bağ evi yuxarıda qeyd edilən qeydiyyat vəsiqəsi, xx.xx.2003-cü il tarixli 4667 nömrəli icarə müqaviləsi və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixdə 18733 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında vahid əmlak kimi xx.xx.2010-cu il tarixdə X7 adına qeydiyyata alınmışdır. İddiaçı məhkəmə iclasında izahat verərək cavabdehlərin artıq 14 il olar ki, daimi yaşamaq üçün başqa ünvana köçdüyünü həmin ünvanda yaşamadığını Cavabdeh1 başqa şəxslə ailə qurduğunu dedi. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Mülki Məcəllənin 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İşin hallarından məlum olur ki, iddiaçının oğlu X11 ilə Cavabdeh1 arasında nikah xx.xx.2002-ci ildə bağlanmışdır. İddiaçının mərhum əri X12 bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 qəsəbəsində yerləşən 299 nömrəli bağ evini 17 nömrəli notariat kontorunda təsdiq edilmiş 4Ə/1-06 reyestr nömrəli, xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X2 almış ona xx.xx.2003-cü il tarixdə BM 000793 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malkidirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notarial qaydada təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Qanunun tələbindən də göründüyü kimi cavabdehlərin həmin evdən istifadə hüququnun yaranması üçün onun mülkiyyətçi Rafail Əmrahovla notarial qaydada təstiqlənən yazılı razılaşma və həmin razılaşmanın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınması zəruri idi. İş materiallarından da göründüyü kimi cavabdehin belə bir razılaşması olmamışdır. Belə olan halda cavabdehlərin Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ evi 299 nömrəli bağ evinə istifadə hüququ yaranmamışdır. Məhkəmə qeyd edilən halları nəzərə alaraq hesab edir ki, nə qədər ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ evi 299 nömrəli evə cavabdehin istifadə hüququ yaranmayıb, həmin evə istifadə hüququnun itirilməsi tələbi yəni olmayan hüququn itirilməsi tələbi qanunvericiliyin tələblərinə əsasən aydınlaşdırlması mümkün deyildir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-4146/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4146/2023
20.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver