Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4186/2025 22.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi ilə, Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbin dair ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 2347412,74 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 3803743,68 manat, işsizlikdən sığorta fonduna olan 89994,94 manat, İcbari Tibbi Sığorta Fonduna olan 0 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxx 1958-ci il, Doğulduğu yer - AZƏRBAYCAN, ZƏNGİLAN, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfati Birliyinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 3803743,68 manat, dövlət büdcəsinə 2347412,74 manat məbləğində (o cümlədən, vergilər üzrə 1465490,65 manat, faizlər üzrə 881922,09 manat) , işsizlikdən sığorta fonduna 89994,94 manat olmaqla, ümumilikdə 6241151,36 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********498600, xx.xx.2024-cü il tarixli **********294800, xx.xx.2024-cü il tarixli **********325700, xx.xx.2024-cü il tarixli **********360700 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs etiraz ərizəsi iə məhkəməy müraciət edərək bildirmişdir ki, İqtisadiyyat Nazirliyiyaninda Dövlət Vergixidməti Baki Şəhəri Lokal Gəlirlər Baş İdarəsi hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 2347412,74 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 3803743,68 manat, işsizlikdən sığorta fonduna olan 89994,94 manat, İcbari Tibbi Sığorta Fonduna olan 0 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxx 1958-ci il, Doğulduğu yer - AZƏRBAYCAN, ZƏNGİLAN, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir iddia tələbi qanunsuz və əsassızdır. Belə ki işin halları ərizəçinin qeyd etdiyi və qətnamədə əks olunan kimi deyil. Belə ki, Məhkəmə Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfati Birliyi tərəfindən rəhbər olduğu dövrdə edilən ödənişləri, rəhbər olduğum dövrdə vaxtlı vaxtında dövlət büdcəsinə və eləcə də digər ödənişləri etməyini və etdiyi ödənişlərin əvvəlki borclara silinməsini, cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarın olmasını, Borc məbləğini hazırkı direktor Maraqlı şəxs rəhbər olduğu dövrdə deyil, əvvələr yaranmış borc olmasını nəzərə almalıdır. Eyni zamanda bu məsələyə hazırkı cavadehlə bağlı artıq bir dəfə baxılıb qərar qəbul edilmişdir. (Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli Qərarı əlavə olunur) İşin halları odur ki, 1) Maraqlı şəxs hər hansı sahibkarlıq fəaliyyəti məşğul olan şirkət rəhbəri deyil. O, dövlət qurumuna dövlət tərəfindən təyin olunan rəhbərdir 2) Rəhbəri olduğu qurumun dövrdə dövlət qarşısında olan öhdəlikləri tam və vaxtında yerinə yetirilmişdir. Ali Məhkəmənin xx.xx.2022-ci il 2-2(102)-232/2022 saylı Qərarında göstərilir ki, vergi orqanının hazırkı işlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsi (tələb olunan vəsaitin MKTBnin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, MKT-nin əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi) iş materiallarından görünmür. Qeyd etmək lazımdır ki, qanunvericilikdə vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanlarının səlahiyyətli olduqları məcburiyyət tədbirlərinin seçilməsi zamanı “növbəliliyə” riayət edilməsi barədə hər hansı müddəa nəzərdə tutulmamışdır. Lakin belə müddəanın olmaması ilkin mərhələdə istənilən növ məcburiyyət tədbirinin tətbiq edilməsi imkanı kimi qiymətləndirilməməlidir. Çünki hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə, hüquqa müdaxilənin yolverilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi öz-özlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır. Yuxarıdakıları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul etməyini xahiş edir. İş materiallarına əlavə olunmuş X2 haqqında 02 iyul 2013-cü il tarixli Müqavilədən görünür ki, vergi orqanı ilə vergi ödəyicisi arasında aparılan yazışmaların elektron şəkildə həyata keçirilməsini, o cümlədən vergi orqanı tərəfindən vergi ödəyicisinə sənədlərin elektron şəkildə göndərilməsini, elektron sənədlərin vergi ödəyicisinə verilmiş sayılması razılaşdırılmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsi ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Xəbərdarlıq haqqında məlumatdan görünür ki, Maraqlı şəxs 7215713,68 manat borcun 15 gün müddətində ödənilməsi tələb olunur. **********0 nömrəli xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfati Birliyinin xx.xx.2024-cü il tarixinə ümumilikdə 4249986.05 manat, o cümlədən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 313029.23 manat, faizlər üzrə 1114956.82 borcu olduğunu barədə məlumatlandırılmışdır. **********3 nömrəli xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfati Birliyinin xx.xx.2024-cü il tarixinə ümumilikdə 41504.38 manat o cümlədən icbari tibbi siğorta haqları üzrə 38707.09 manat, faizlər üzrə isə 2797.29 manat borcu olduğunu barədə məlumatlandırılmışdır. **********9 nömrəli xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfati Birliyinin xx.xx.2024-cü il tarixinə ümumilikdə 102201.02 manat o cümlədən işsizlikdən siğorta haqları üzrə 60735.38 manat, faizlər üzrə isə 41465.64 manat borcu olduğunu barədə məlumatlandırılmışdır. **********2 nömrəli xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfati Birliyinin xx.xx.2024-cü il tarixinə ümumilikdə 262637.11 manat o cümlədən vergilər üzrə 1729539.68 manat, faizlər üzrə isə 897097.43 manat borcu olduğunu barədə məlumatlandırılmışdır. Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfati Birliyinin vergilər üzrə şəxsi hesab vərəqəsindən görünür ki, 2024-cü ilin noyabr ayının 6-dan 2025-ci ilin aprel ayının 28-ə dək mütamadi ödənişlər olmuş qalıq borc məbləği 2084712.14 manat, faiz məbləği ilə 1017357.12 manat olması müəyyən edilir. Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfati Birliyinin muzdlu işlə əlaqədar işsizlikdən siğorta haqqı üzrə şəxsi hesab vərəqəsindən görünür ki, 2024-cü ilin noyabr ayının 6-dan 2025-ci ilin aprel ayının 18-ə dək mütamadi ödənişlər olmuş qalıq borc məbləği 75933.81 manat, penya məbləği ilə 61.036.36 manat olması müəyyən edilir. Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfati Birliyinin işsizlik siğortasına cəlb olunan hüquqi şəxslər üzrə şəxsi hesab vərəqəsindən görünür ki, 2024-cü ilin noyabr ayının 6-dan 2025-ci ilin aprel ayının 28-ə dək mütamadi ödənişlər olmuş qalıq borc məbləği 3206250.52 manat, penya məbləği ilə 881466.84 manat olması müəyyən edilir. Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfati Birliyinin icbari tibbi siğorta üzrə şəxsi hesab vərəqəsindən görünür ki, 2024-cü ilin noyabr ayının 11-dan 2025-ci ilin aprel ayının 15-ə dək mütamadi ödənişlər olmuş, qalıq borc məbləği 33858.10 manat, faiz məbləği ilə 11255.79 manat olması müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin birici bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Bu maddənin digər müddəalarından asılı olmayaraq, xarici dövlətlərin səlahiyyətli orqanlarından sorğu və ya xaricdə əldə olunan gəlirlər üzrə müvafiq məlumatlar daxil olduğu hallarda, kameral vergi yoxlamaları sorğu və ya məlumat daxil olduğu tarixdən, səyyar vergi yoxlamaları isə yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlbetmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. Vergi Məcəlləsinin 93.1.1-ci və 93.1.3-cü maddəsinə əsasən Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. silinir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə mülki işi və ona əlavə edilmiş sənədlərlə birlikdə araşdıraraq hesab edir ki, vergi ödəyicisi olan Maraqlı şəxs ölkədən getmə hüququnun mühdydlaşdırılmasına dair ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əriəsi təmin edilə bilməz. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfati Birliyinin dövlət büdcəsinə olan ümumilikdə 2347412,74 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 3803743,68 manat, işsizlikdən sığorta fonduna olan 89994,94 manat məbləğində vergi borcunun olduğunu bildirsədə, sözügedən borcların yaranma tarixinə dair xranoloji ardıcıllığı məhkəməyə təqdim etməmiş, həmçinin ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş müddətlərin bitib-bitməməsinə dair məhkəməyə məlumat habelə qanunvericilik ilə nəzərdə tutulmuş müddətin bitmiş olsada müddəti bitmiş borcun hazırki borcun hansı hissəsini təşkil etməsinə dair məlumatları məhkəməyə verməmişdir. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi MKTB-nin vergi borcunun olmasını əsas gətirərək məhkəməyə onun rəhbərinin ölkədən çıxmaq hüququnun məhdudlaşdırılmasını xahiş etsədə, mülki iş matriallarına məhkəməyə müraciə edənədək hansı tədbirlərin görülməsi barədə (tələb olunan vəsaitin MKTB-nin hesabından silinməsi üçün banklara müraciət edilməsi, onlardan vəsaitin çatışmamasına dair cavab alması, MKT-ın əmlaklarının üzərinə ixtisaslaşdırılmış hərracdan satılması məqsədi ilə həbs qoyulması və yaxudda ki kifayət qədər əmlakının olmamasına dair cavab alımasına) məlumatı mülki iş matriallarına əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-in 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbin dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-4186/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4186/2025
22.05.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver