Məhkəmə qərarları › İş №2(008)-4319/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4319/2024

15.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4319/2024 15.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh1 iştirakları ilə İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Sabunçu rayon İcra hakimiyyəti Başçısının Zabrat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, "xxxx" ASC göstərilməklə istifadəyə maneələrin qadağan olunması və sair tələblərə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Sabunçu rayon İcra hakimiyyəti Başçısının Zabrat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, "xxxx" ASC göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 faktiki sahibliyində olan Bakı şəhəri Sabunçu qəsəbəsi Qambay Vəzirov küçəsində yerləşən özbaşına tikilidə yerləşən mənzildən istifadəsinə süni maneələr törətmələrinə qadağa qoyulması, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 göstərdiyi yazılı və şifahi məsləhətlərin qərəzli, tərtib etdiyi sorğuların isə qanunsuz hesab edilməsi, cavabdehlərə kommunal xidmətlərin öz adlarına dəyişmək istəmələri kimi hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 2024-cü ildə ona qarşı "Sabunçu rayonu Q.Vəzirov küçəsində yerləşən mənə məxsus özbaşına tikilidən kirayənişinlərin çıxarılması, anası İddiaçı mənzilə müdaxilə edilməsinə qadağa qoyulması" və.s tələblər irəli sürüb. Qeyd edilən ərizədə mənzil mübahisəsinə aid olmayan, onu nüfuzdan salan qeydlər verməklə məhkəmədə fikir formalaşdırmağa çalışmışdır (həmin iddia ərizəsi işə əlavə olunur). Məhkəmədə iddiaçını nümayəndəsi qismində atası Cavabdeh2 təmsil etmişdir. İddia onunla əsaslandırılmışdır ki, guya Cavabdeh1 xeyli müddət idi ki, həmin evdə yaşayırmış, 2013-cü ildən qaz, işıq, su sayğacları onun adınadır. Məhkəmədə nümayəndə Cavabdeh2 iddia ərizəsinə uyğun izahat verməklə yanaşı ərizə verərək, vəsatətlərinin təmin edilməsini, işıq, qaz, su idarələrinə və Dövlət Sərhəd Xidmətinə müvafiq məhkəmə sorğuları göndərilməsini tələb etmişdir. xx.xx.2024-cü il tarixli iclasa 20 dəqiqə gecikib, iclasın sonuna çatanda iclas bağlı elan edilmişdi, Cavabdeh1, Cavabdeh2 qurduğu planla ərizənin baxılmamış saxlanması barədə ərizə verib, qərardad qəbul edilməsinə nail oldu, xx.xx.2024cü ildə Cavabdeh2 və X19 İstehsalat Birliyinin əməkdaşları ilə mübahisəli mənzilə hücum edib kirayənişin X7 iradəsi ziddinə mənzilə daxil olub, qaz qurğularını siyahılaşdırma adı ilə qanunsuz hərəktlər etmişdilər. Məsələ ilə əlaqədar 102 xidmətinə zəng etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, vaxtilə NZS-də olan ünvan 1 ünvanında 640 kv.m-də yerləşən torpaq sahəsində mövcud olmuş istixananın 2008-ci ildə sökülməsi ilə bağlı onun saatlarla onların evində oturub ərizələrinin yazılmasını, təmsilçiliyini təmin etmiş Cavabdeh3 Sabunçu RİHB-nin Sabunçu qəsəbəsi üzrə nümayəndəliyinə sorğu göndərmiş və sorğuda "Cavabdeh1 faktiki istifadəsində olan mənzillə bağlı araşdırma aparılması" qeydini verməklə artıq mənzilin Cavabdeh1 məxsusluğunu vurğulamağa çalışmışdır. Bununla bağlı Ağamalıyevlə Qaraçuxurda söhbət etdikdən sonra xx.xx.2024 cü ildə onun tərəfindən yeni sorğu tərtib edilmiş, 1132 №-li poçt vasitəsilə nümayəndəliyə göndərilmişdir. Cavabdeh1 bir gün belə yaşamadığı nə atası, nə anası almadığı, tikmədiyi evə yiyələnmək istəyir, bu yiyələnmə də iddiaçının keçmiş əri, onun atası Cavabdeh2 fırıldaq oyunlarıdı. Böyük qızı Nərgizi evləndirəndən sonra iddiaçının bacısı Zəminə, onun orada yaşamağına razılıq verdi ki, Cavabdeh2la NZS-də yaşamaq mümkün deyildi, ailənin dağılmasına sonunda nail oldu. Bütün kommunalları onun adına keçirdi. O qızı 2013-cü ildə öləndən sonra bütün komunalları 19 yaşlı digər qızı cavabdeh Sadıqova Təranənin adına keçirdi. 11.2013-cü ildən bu günə kimi cavabdehlərin heç biri həmin evdə yaşamamış, kirayəşinlər yaşamış, bəzən isə boş olaraq heç kəs tərəfindən istifadə edilməmişdir. Oktyabr 2021-ci ildə Cavabdeh2 arasında mübahisələri başlamış, iddiaçını şərləyərək guya Tərtər rayon Qazyan kənd sakini kimi təqdim etdiyi X8 (2001 təvəllüdlü) ərə getmək kimi biabırçı böhtandan sonra, 12000 manatın itməsi kimi digər böhtanla 13-cü polis bölməsinə şikayət versə də fakt təsdiqini tapmamışdı. Noyabr 2021-ci ildə Xətai rayon məhkəməsində qeydiyyatda olduğu mənzilə köçməyi ilə bağlı iddia qaldırmış, 2023-cü ildə iddia qismən təmin edilmiş, qeydiyyatda olduğu Bakı şəhəri, Xətai rayon, Aşıq Qurban küçəsi 25/19A köçürülməyi barədə qətnamə qəbul edilmiş, lakin Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermiş, şikayət təmin edilməmiş, həmin qətnamədən Ali məhkəməyə kassasıya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Sabunçu qəsəbəsi Qambay Vəzirov küçəsində yerləşən faktiki sahibliyində olan yaşayış sahəsini 8 aydan artıqdır ki, X1 vermiş, rəsmi olaraq xx.xx.2024-cü ildə kirayə müqaviləsi bağlamışdır. Mübahisə edilən qanunsuz hərəkətlərin edildiyi yer mənzil Sabunçu rayon məhkəməsinin ərazisində yerləşdiyindən aidiyyət Sabunçu rayon məhkəməsidir. Cavabdeh2 iddia ərizəsinə aşağıdakı məzmunda etiraz vermişdir. İddiaçı iddia ərizəsində özünü Sabunçu rayonu, Q.Vəzirov küçəsində yerləşən evin faktiki mülkiyyətçisi kimi təqdim edir. İddia ərizəsinin 10-cu bəndində elə yazır ki, guya mənzilin faktiki mülkiyyətçisi bacısı Zəminədir və həmin mənzildən istifadə yalnız onun razılığı əsasında həyata keçirilə bilər. Digər tərəfdən keçən məhkəmə hazırlıq iclasında İddiaçı belə bir fikir səsləndirirdi ki, guya evi Zəminə alıb, İddiaçı bacısı Zəminə Cəlilovadan etibarnaməsi var və s. bu kimi qeyri-müəyyən iddiaçının bu bacılardan hansı olmasını dəqiqləşdirməyən fikirlər səsləndirirdi. Əvvəla Zəminə və Əzizə kimdirlər? Onların mübahisəsi gedən mənzilə heç bir aidiyyatları yoxdur. Belə ki, 2012-ci ildən mənzilə kommunal xidmət göstərən qaz, işıq və su sayğacları mənzilin faktiki mülkiyyətçisi Cavabdeh1 məxsusdur. 2012-ci ildə Cavabdeh1 həmin ünvanda yaşaması barədə notariat qaydada ətraf qonşuların iştirakı ilə aktlar tərtib olunub və həmin aktların əsasında Yerli İcra nümayəndəliyinin əməkdaşının iştirakı ilə yerli baxış keçirilib və X3 həmin ünvanda yaşaması və həmin ünvanda yerləşən özbaşına tikilinin X17ma məxsus olması o vaxtdan müəyyən olunub. İddiaçı onun qeyri-rəsmi arvadı olsa da, o, həmişə ona inanmamış, ona görə də onunla nikaha daxil olub, nikah müqaviləsi bağlamamışdır. NZS qəsəbəsi, A.Qurban küçəsi, 25/19 ünvanında isə 2 ayrı-ayrı evi var (Cavabdeh2). Evin birinin təqribən sahəsi 70 kv, digəri isə ondan 150 metr aralı olmaqla 8 sotun içində tikililərdən ibarətdir. 2020-ci ildə İddiaçı arzusu ilə bina evi danışıb almışdır (İddia ərzizəsində iddiaçının faktiki yaşadığı ünvan kimi göstərdiyi mənzil). O evi də 90000 manata danışmış, 50000 manatını ilkin ödəniş etmiş, 40000 manatın isə ipoteka krediti ilə Əzizənin bacısı Zəminənin qaynı oğlu hərbçi olduğu üçün bank faizi aşağı olması əsası ilə o hərbiçinin adına etibar edib almışdır. Sözü gedən mənzili isə İddiaçı əxlaqsızlıq yuvasına çevirmiş, Əzizənin özünü isə xx.xx.2021-ci il tarixdə gecə təqribən saat 3:00 radələrində Tərtər rayon Qaziyan kənd sakini 2001-ci il təvəllüdlü X14 ilə yataq otağında yataq dəstində tutmuşdur (Sadıqova Təranə və nəvələri də hadisənin şahidləridirlər). Mövcud faktla əlaqədar anası X4 çağırmış, anasına mövcud faktı olduğu kimi danışmış və mənzildə ona məxsus geyim əşyalarını götürüb, mənzilə və İddiaçı tüpürüb, sözügedən mənzili birdəfəlik tərk etmişdir. Mənzildəki şifonerin içərisindəki kostyumumun cibindən kağıza bükülmüş 12000 manatın oğurlanması, yaxın rəfiqələri Məlahətin, Mehparənin kişilərlə görüş keçirməsi və həmin şəxslərin 12000 manatı oğurlaya biləcəyi barədə Sabunçu rayon prokuroruna ərizələr yazmış, araşdırmalar aparılmışdır. Yalan, böhtan xarakterli ərizələr yazmaqla Xətai rayonu, A.Qurban küçəsində olan evlərindən hər ay üçün 1500 manat kirayə pulunu əldə etmək üçün Xətai rayon Məhkəməsində müxtəlif iddialar qaldırıb. Məhkəmədə yalan ifadələr səsləndirmiş, guya 1990-cı ildə həmin evləri İddiaçı tikmişdir. Guya o evlərin hamısı ona məxsusdur. Belə yalan fikirlər səsləndirməklə məhkəməni aldatmaq istəmişdir. Məhkəmədə məlum olmuşdur ki, İddiaçı 1974-cü il təvəllüdlüdür, 1990-cı ildə onun 16 yaşı olmaqla Ermənistan SSRİ-dən qaçqın gəlmiş və 16 yaşında həddi-buluğa çatmamış qız uşağının belə bir həcmdə ev tikməsi, onun belə bir vəsaiti olması inandırıcı olmamışdır. X13 iddiasını ciddi qəbul etmir. İddiaçı qızları Cavabdeh1 aldadıb mənzili ona təhvil verməmişdir. T.Sadıqova vəziyyətdən çıxış yolu kimi xx.xx.2023-cü ildə Bakı Qazın Satışı Departamentinə Sabunçu rayonu, Q.Vəzirov küçəsində yerləşən evin qaz təchizatının dayandırılması üçün rəsmi ərizə yazmışdır. Həmçinin o cümlədən işıq idarəsinə və su idarəsinə də kommunal təchizatların dayandırılması üçün ərizələr yazıb vermişdir. Sabunçu rayonu, Q.Vəzirov küçəsi X9 mənzilin qaz və su təchizatı dayandırılmışdır. Mənzildə olan kirayəşinlər xahiş etsələr də, xahişlər nəzərə alınmamışdır, qazın və suyun olmaması səbəbindən kirayəşinlər mənzili tərk etmişlər. Bu mövcud vəziyyətlə bağlı Cavabdeh1 ilə anası İddiaçı arasında kəskin mübahisələr olmuşdur. Bundan sonra İddiaçı Rusiya Federasiyasının, Sankt-Peterburq şəhərində 2000-ci illərdən orada yaşayan heç vaxt Sabunçu rayonu, Q.Vəzirov küçəsindəki evdə yaşamayan və həmin mənzili ümumiyyətlə tanımayan bacısı X5 adına Sabunçu rayonu Sabunçu Bələdiyyəsindən hansısa yolla arayışlar almış və evin komunalların X5 adına rəsmiləşdirmişdir. Mövcud vəziyyətlə əlaqədar qanun pozuntusu mövcuddur, edilən xahişlərə görə araşdırmanı dayandırmış və bu barədə heç bir şikayət etməyəcəyinə söz vermişdir. Lakin Sabunçu rayonu, Q.Vəzirov küçəsində Cavabdeh1 məxsus evin komunallarının yenidən X3 adına bərpa etdirmiş və yenidən rəsmi müqavilələr bağlamışdır. Digər tərəfdən 87 №-li xx.xx.2024-cü il tarixli Sabunçu rayonu Sabunçu Bələdiyyəsindin arayışından görünür ki, mübahisəsi gedən mənzilin vergi ödəyicisi Cavabdeh1dır və portalda T.Sadıqovanın adına rəsmiləşdirilibdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə iddia ərizəsində qeyd olunan ünvana bildiriş göndərilməklə məlumat verilsə də o, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə adıçəkilən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Cavabdeh2 verdiyi etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sadalanan sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı Cavabdeh1 anası, Cavabdeh2 keçmiş qeyri-rəsmi arvadıdır. Mübahisə predmeti olan Bakı şəhəri Sabunçu qəsəbəsi Qambay Vəzirov küçəsində yerləşən ev özbaşına tikilidir. Həmin evdə qaz, işıq, su xidmətlərinin göstərilməsi ilə əlaqədar abonent kimi Cavabdeh1 qeydiyyata alınmışdır. Saldolardan həmin evə görə 2012-ci ildən xidmətlərin göstərilməsi görünür. Cavabdeh1: "xxxx" ASC ilə xx.xx.2013-cü, "xxxx" ASC ilə xx.xx.2022-ci, «Azəriqaz» İB ilə xx.xx.2024-cü il tarixlərində müqavilələr bağlamışdır. Cavabdeh1 həmin ünvanda yerləşən evə görə əmlak vergi ödəyicisi kimi Sabunçu qəsəbə Bələdiyyəsində qeydiyyatdadır (Bələdiyyə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 87 №-li məktub). İşin mübahisəsiz halı ondan ibartdir ki, həmin ev İddiaçı faktiki istifadəsindədir, o, evi kirayəyə verib kirayə pulunu özü üçün istifadə edir, Cavabdeh1 evin boşaldımasını və evə girib yaşamasını istəyir, bu səbəbdən səlahiyyətlərindən istifadə edib iddiaçının evdən istifadəsinə maneələr yaradır. Belə ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə «Azəriqz» İB-yə müraciət edərək, evdə özü yaşamadığı üçün qaz xəttinin qaynaq vasitəsilə kəsilməsini xahiş etmişdir (qaz kəsilmişdir). Həmin evə dair "xxxx" ASC və «Azəriqaz» İB ilə 2023-cü ilin fervral ayında iddiaçının bacısı X15 ilə bağlanmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə həmin evə dair X6 adına «Hesabat Cədvəli» tərtib edilmişdir. X10 tərəfindən mübahisəli evi X11 4200 ABŞ dollarına satması barədə yazılmış aktı təqdim etmişdir. İddiaçı 2021-ci ildə Xətai rayon məhkəməsində Bakı şəhəri, Xətai rayon, Aşıq Qurban küçəsi 25/19A mənzilə köçməyi ilə bağlı iddia qaldırmış, 2023-cü ildə iddiası qismən təmin edilmiş, apellyasiya və kassasıya şikayətləri təmin edilməmişdir. Həmin mülki işdə Cavabdeh3 digər Cavabdeh2 və Cavabdeh1 hüquqi yardım göstərərək bəzi sorğular tərtib etmişdir. Hazırda iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mübahisəli evdən istifadəsinə maneələr törətmələrinə qadağa qoyulması, Cavabdeh3 digər cavabdehlərə göstərdiyi yazılı və şifahi məsləhətlərin qərəzli, tərtib etdiyi sorğuların isə qanunsuz hesab edilməsi, cavabdehlərə kommunal xidmətlərin öz adlarına dəyişmək istəmələri kimi hərəkətlərinin qanunsuz hesab edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.2.-ci maddəsinə əsasən özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilmiş hallarda şəxsin valideynlik hüquqlarından məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması üçün, dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz». Göründüyü kimi, iddiaçı öz hərəkətlərinə hüquqi ixtiyar, yəni mübahisəli evə hər-hansı hüququnun olması barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Yuxarıda işin yaktiki hallarından göründüyü kimi, mübahisəli evdə abonent kimi həm Cavabdeh1, həm iddiaçının bacısı Cəlilova Zəminə olmuşdur. Məhkəmə abonentin dəyişməsi səbəbinin araşdırılmasına zərurət görməmişdir, çünki iddiaçı heç bir vaxt evdə abonent kimi qeydiyyatda olmamışdır. İddiaçının həmin evə hüququ olmadığı halda evi kirayəyə vermiş və ondan yararlanmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı evə olan hüququnu təsdiq etmədiyindən həmin evlə əlaqədar iddia qaldırmağa subyekt hüququ mövcud deyil. İddiaçı digər Cavabdeh3 qarşı «cavabdehlərə göstərdiyi yazılı və şifahi məsləhətlərin qərəzli, tərtib etdiyi sorğuların isə qanunsuz hesab edilməsi” iddiasının əsasına dair hər-hansı sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar