Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4359/2025 18.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil Cavabdeh1 X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X9 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X9 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində yerləşən 12 saylı evin, 36 saylı mənzilinə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində yerləşən 12 saylı evin 36 saylı mənzili əvvəllər mərhum qaynatası X24 Tağıyeviçə məxsus olmuş, onun ölmündən sonra isə mənzil vərəsəlik qaydasında əri X6 adına rəsmiləşdirilməklə onun mülkiyyətində olmuşdur. Daha sonra xx.xx.2009-cu il tarixdə həyat yoldaşı X10 dünyasını dəyişdiyindən, Bakı şəhəri 16 saylı notariat ofisində açılmış vərəsəlik işi üzrə mənzil onun adına rəsmiləşdirilməklə daşınmaz əmlakın dövlət reyestrindən adına RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Qeyd edir ki, ona məxsus olan həmin mənzildə cavabdehlər də daxil olmaqla ümumilikdə 9 nəfər – özü, qızı X15, onun əri X20, nəvələri X4, X13 və X21 pasport qeydiyyatında olmaqla, hazırda mənzildə 6 nəfərdən ibarət ailə tərkibi ilə (özü, qızı Ellada Səfərova, onun əri Ruslan Səfərov və nəvələri Məhəmmədtağı, Tamerlan və Elif Səfərli) yaşayır. Cavabdehlərdən Cavabdeh1 onun qızıdır. Cavabdeh2 və azyaşlı X14 isə Cavabdeh1 uşaqlarıdırlar. İşə əlavə edilmiş Sabunçu rayon MKTB-nin 81 saylı MKİS-nin xx.xx.2025-ci il tarixli, 01/11 nömrəli arayışından, həmçinin xx.xx.2025-ci il tarixli qonşuların aktından göründüyü kimi, Cavabdeh1 hələ 2005-ci ildə ailə qurub, daimi yaşamaq üçün mənzildən köçüb getmiş və elə həmin vaxtdan hal-hazıra qədər də ona məxsus olan mənzildə yaşamır. Onun uşaqları Cavabdeh2 və Şamil Abdulkərimov isə heç zaman mülkiyyətində olan mənzildə yaşamamışlar. Qeyd edilənlərə istinadən hesab edir ki, hazırkı mübahisəyə Cavabdeh1 həmin mənzilə hüquq münasibətinin yarandığı və 2005-ci ildə ailə qurub, daimi yaşamaq üçün mənzildən köçüb getdiyi zaman (xx.xx.2009ci il tarixədək) qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Məhkəmənin nəzərinə onu da çatdırır ki, Cavabdeh1 xx.xx.2009-cu il tarixdə, əri X10 dünyasını dəyişdikdən sonra Bakı şəhəri 16 saylı notariat ofisində açılmış vərəsəlik işi üzrə notariusa ərizə təqdim edərək, atası X2 özünə çatası miras paydan imtina etmişdir. Cavabdeh 20 ildən artıq bir müddətdir ki, ailə qurub, onun mülkiyyətində olan mənzildən köçüb gedərək daimi olaraq Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yaşamasına və onun mülkiyyətində olan mənzilə ümumiyyətlə ehtiyacının olmamasına baxmayaraq, onun və uşaqlarının yalnız formal olaraq mülkiyyətində olan mənzildə qeydiyyatda olmaları nəticə etibarı ilə, öz mülkiyyəti üzərində konstitusion hüquqlarının kəskin pozulması ilə yanaşı, həmçinin onların da əvəzinə mənzilin günbəgün artan bəzi kommunal xərclərini ödəmək zərurətini də yaratmışdır. Həmin səbəblərdən, hesab edir ki, mülkiyyət hüququ ilə ona məxsus mənzildə cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı və nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məzmununa uyğun izahat verib təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, o, 2005-ci ildə ailə qurub həmin evdən getsə də, övladları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində yerləşən 12 saylı evin 36 saylı mənzilində qeydiyyatdadır. Cavabdeh2 onun böyük oğludur, atasının salığında atası özü onu həmin evə qeydiyyata salmışdır. Hazırda Hövsan qəsəbəsində yaşasalar da, müəyyən səbəblərə görə həmin evə qeydiyyata düşə bilmirlər. Qeydiyyata düşə biləcəkləri başqa ünvan yoxdur. Göstərilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2 və X9 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o, illərdir ki, İddiaçı qonşusudur. 4-cü blokda İddiaçı, 1-ci blokda o qalır. Cavabdeh1 2005-ci ildə toyu olmuşdur. O vaxtdan sonra o, həmin evdən köçüb getmişdir. Cavabdeh1 daimi olaraq orda yaşamır, qonaq kimi gəlib gedir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, İddiaçı qonşusudur. O, 2005-ci ildə əsgərlikdən təzə gəlmiş, həmin il Cavabdeh1 toyu olmuş, toydan sonra o, həmin evdən köçüb getmişdir. Cavabdeh1 həmin evdə daimi yaşadığını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, İddiaçı qonşusudur, 4-cü blokda İddiaçı, 3-cü blokda o qalır. Cavabdeh1 toyu olandan sonra o, həmin evdən köçüb getmişdir. Hazırda İddiaçı digər qızı, yeznəsi və nəvələri ilə həmin evdə qalır. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, iddia ərizəsini iş materialları ilə əlaqəli qaydada araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, X14, X20, X4, X13, X21 və X15 xx.xx.2003-cü ildən ünvan 1 ünvanında qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, vətəndaşlar Cavabdeh1, Cavabdeh2 və X7 ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılmaları Sabunçu RPİ-nin QMB-nin səlahiyyətləri daxilində deyildir. - X12, X5 və X18 tərəfindən imza edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, həqiqətən Cavabdeh1 2005-ci ildə ailə quraraq ünvan 1 ünvanından köçüb getmiş və elə həmin vaxtdan da sözügedən mənzildə yaşamırlar. - Azərbaycan Respublikası Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 81 saylı Mənzil-Kommunal istismar sahəsinin xx.xx.2025-ciil tarixli 01/11 nömrəli arayışından görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində yerləşən 12 saylı evin 36 saylı mənzilində vət İddiaçı özü, qızı X15, onun həyat yoldaşı X20, nəvələri X4, X13 və X21 daimi olaraq yaşamaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində yerləşən 12 saylı evin 36 saylı mənzilində pasport qeydiyyatında olanlar Cavabdeh1 2005-ci ildə ailə qurub mənzildən köçüb getməklə, onun uşaqları Cavabdeh2 və X14 isə heç zaman həmin mənzildə yaşamamışlar. - X11 xx.xx.2015-ci il tarixli ərizəsinə əsasən, o, atası X3 sonra qalmış və ona çatası miras paydan imtina etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində yerləşən 12 saylı evin, 36 saylı mənzili xx.xx.2015-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh1 onun qızı, Cavabdeh2 və X14 isə nəvələridir. Cavabdehlər sözügedən mənzilə formal qeydiyyata düşsələr də, Cavabdeh1 etirafına və şahidlərin ifadələrinə görə, cavabdeh İradə Abdulkərimov 2005-ci ildən, övladları isə ümumiyyətlə orada yaşamamışlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının ratifikasiya etdiyi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Avropa Konvensiyanın 1 saylı 20 mart 1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən uzun müddət davamlı olaraq istifadə etməmələrinin səbəbi onların məhz həmin yaşayış sahəsinə ehtiyacları olmamasından irəli gəlir. Çünki məhkəmə tədqiqi zamanı cavabdehlərin qeyd olunan mübahisəli mənzildən həqiqətən istifadə etmək ehtiyacının olduğuna, lakin iddiaçı yaxud hər hansı digər şəxslər tərəfindən buna maneçilik yaradılmasına dair hər hansı bir hallar aşkar edilməmişdir. Hazırkı iş üzrə müəyyən edilir ki, cavabdehlər faktiki yaşamadıqları və istifadə etmədikləri ünvan üzrə qeydiyyatdadırlar. Cavabdehlərin göstərilən ünvanda qeydiyyatda olmaları iddiaçının öz mülkiyyətindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını məhdudlaşdırır. İddiaçının mənzilə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Belə olan halda cavabdehlər iddiaçıya məxsus mənzilə dair əmlak hüquqları olmayan şəxslər olduğundan, mənzilin hazırkı mülkiyyətçisi onların istifadə hüququnun itirilmiş hesab edilməsini tələb etməkdə haqlı olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində yerləşən 12 saylı evin, 36 saylı mənzilinə dair istifadə hüquqları aradan qalxdığından, onların həmin mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində yerləşən 12 saylı evin, 36 saylı mənzilinə dair istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-4359/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4359/2025
18.09.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver