Məhkəmə qərarları › İş №2(008)-4471/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4471/2024

08.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4471/2024 08.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “etibarnamənin bərpası” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “etibarnamənin bərpası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən verilmiş etibarnamənin bərpa olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2012-ci il tarixdə X2 Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsindən bir sotu 1000 (bir min) manat olmaqla, 12.000 (on iki min) manat ödəyərək 12 sot torpaq sahəsi almışdır. 2018-ci il tarixdə həmin torpaq sahəsinə çıxarış sənədi almaq istədikdə məlum olmuşdur ki, sözügedən torpaq sahəsi yüklüdür. Bu barədə Rafiqlə danışmaq istədikdə onun müraciətinə heç bir məhəl qoymamışdır. Bundan sonra o, Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmə prosesi gedişatında Cavabdeh etibarnaməni ləğv etdirmişdir. İddiaçı həmin torpaq sahəsini 2016-cı ildə yaxını olan X3 şifahi razılıq əsasında satmışdır. Həmin zaman Cavabdeh verdiyi 30 illik etibarnaməni ləğv etdirib, bir qədər baha qiymətə, yəni, bir sotu 3000 (üç min) manat olmaqla başqa bir şəxsə satmaq istəmişdir. Bununla bağlı o, Nərimanov Rayon Polis İdarəsinə müraciət etmiş, xx.xx.2023-cü il tarixli qərara əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı və istismarı Birliyi Goradıl ərazisindəki 1751 nömrəli bağın istifadəyə verilməsi haqqında 37332 nömrəli 27 mart 2006-cı il tarixli müqavilədən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən, gələcəkdə “Birlik” adlandırılacaq X1 və İstismarı Birliyi, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 70 nömrəli Sərəncamı, Yaxud Birliyin pratokolu əsasında hərəkət edən gələcəkdə istifadəçi adlandırılacaq Cavabdeh ilə müqavilə bağlanmışdır. Birlik Binəqədi rayonun, Goradıl ərazisində 0,12 hektar torpaq sahəsi olan 1751 nömrəli bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağacları istifadəçiyə verir və istifadəçi həmin bağı istifadəsinə götütür. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli, **********44 nömrəli Daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, Cavabdeh, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi bildirilmişdir. Belə ki, göstərilən bağ sahəsi JN-29651 nömrəli şəhadətnamə ilə üst-üstə düşür. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İş materiallarına əlavə olunan AR-İ seriyalı, 178915 nömrəli etibarnamədən görünür ki, Cavabdeh, İddiaçı 30 il müddətinə etibarnamə verilmişdir. Həmin etibarnamə Bakı səhəri icra Hakimiyyəti Bascısı Aparatının Abadlaşdırma və Park-Bad Təsərrüfatının inkişafı Departamentinin xx.xx.2006-cı il tarixli 37332 nömrəli müqaviləyə əsasən Binəqədi rayonu, Goradil ərazisində yerləşən sahəsi 0.12 ha olan 1751 nömrəli baq sahəsinin özəlləşməsi ilə əlaqədar Azərbaycan Respublikasının bütün dövlət idarə, müəssisə və təşkilatlarında və digər aidiyyəti orqanlarda, o cümlədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Revestri Xidmətinin Müvafiq Ərazi İdarəsində, Dövlət Torpaq və Xərıtəçəkmə Komitəsininin müvafiq rayon şöbəsində onun nümayəndəsi olmağı, adından sənədləşmə islərini aparmağı, ona məxsus olan evin və torpaq sahəsinin sənədləri toplamağı, özəlləşdirmə işlərini aparmağı, özəlləşdikdən sonra zəruri sənədləri və arayışları (Forma № 1) almağı, üzərində sərəncam verməyi, satmağı, bağışmağı, dəyişməyi, İpoteka (girov) qovmağı, pulunu almağı, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan onun adından sənədləri təqdim etməyi və ona çatası sənədləri almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai teşkilatlarda, müvafiq icra hakimiyyəti orqanlarında onun adından ərizə vərməyi, arayışlar toplamağı və təqdim etməyi, onun adına reyestrdən çıxarış, texniki pasport, kadastr planı almağı, adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün digər hərəkətləri etməyi etibar etmişdir. İş materiallarına əlavə olunan Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardadan görünür ki, Qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq, İddiaçı şikayət ərizəsi üzrə Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2-ci maddəsinə əsasən Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 365.1-ci maddəsinə əsasən Etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir: 365.1.1. etibarnamənin müddətinin bitməsi; 365.1.2. etibarnamədə nəzərdə tutulan hərəkətlərin həyata keçirilməsi; 365.1.3. etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi; 365.1.4. etibarnamə verilmiş şəxsin imtinası; 365.1.5. adından etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi; 365.1.6. adına etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi; 365.1.7. etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması; 365.1.8. etibarnamə verilmiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması. 365.2-ci maddəsinə əsasən Etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, etibarnamənin bərpası barədə iddia qəbul edilməz haldır. Yəni etibarnaməni verən şəxs Cavabdeh həmin etibarnaməni ləğv etdirmiş, hazırki halda hansı etibarnamənin bərpası barədə müraciət oluna bilər. Eyni zamanda etibarnamə verən səlahiyyətli şəxs bu gün məhkəmədən kənar qaydada iddiaçıya yenidən etibarnamə verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia tələbi rədd edildiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “etibarnamənin bərpası” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar