Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4580/2024 23.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurmuş olduğu maddi ziyana görə 7450 (yeddi min dörd yüz əlli) manat və mənəvi ziyanın əvəzi olaraq 5000 (beş min) manat olmaqla, cəmi 12450 (on iki min dörd yüz əlli) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh, təqsirləndirilən şəxs Cavabdeh 2023-cü ilin aprel ayından tanımışdır. Həmin vaxt Cavabdeh onu Bakı şəhəri Baş Polis İdarəsinin dəftərxanasına polis nəfəri - operator vəzifəsinə işə düzəldə biləcəyini demişdir. Belə ki, onun həmin idarədə Zaur adlı tanışının olduğunu və 8000 (səkkiz min) manat pul müqabilində onu Baş Polis İdarəsinin dəftərxanasına işə düzəldəcəyini vəd etmişdir. O da cavabdehin bu sözlərinə inanmışdır. Çünki özü uşaq vaxtlarından polis olmağı arzulayırdı. O, Cavabdeh ilə görüşən zaman 8000 manat məbləğdə pulunun olmadığını, ilkin olaraq ona 4600 manat məbləğində pul verə biləcəyini, yerdə qalan 3400 manat məbləğində pulu isə hissə-hissə ödəyə biləcəyini demişdir. Zamiq də onunla razılaşmışdır. Beləliklə, o, Bakı şəhəri Baş Polis İdarəsinin dəftərxanasında işə düzəlmək üçün 06 iyun 2023-cü ildə Cavabdeh ilkin olaraq 4600 (dörd min altı yüz) manat, 2023-cü ilin avqust ayına kimi olan dövr ərzində hissə-hissə olmaqla, 3650 (üç min altı yüz əlli) manat məbləğdə pul olmaqla, cəmi 8250 (səkkiz min iki yüz əlli) manat pul vermişdir. Aralarında olan danışığa əsasən o, 2023-cü ilin avqust ayında işə başlamalı idi. Lakin bu belə olmadı. Bundan sonra o, cavabdehə nə vaxt işə başlayacağını bildirdikdə, cavabdeh müxtəlif bəhanələr gətirərək, vaxtı uzatmağa çalışırdı. Elə bu zaman başa düşdü ki, cavabdeh onu dələduzluq yolu ilə aldadıb pulunu ələ keçirmişdir. Bundan sonra o, şikayət ərizəsi ilə Polis Şöbəsinə müraciət etmiş və cavabdehin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Təqsirləndirilən şəxsin qanunsuz hərəkətləri nəticəsində ona 8250 manat məbləğdə maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs 8250 manat məbləğdə puldan ona 800 manat qaytarmış, qalan pulu isə qaytarmamışdır. Eyni zamanda da təqsirləndirilən şəxsin qanunsuz hərəkətləri nəticəsində o, mənəvi sarsıntı, iztirablar keçirmişdir. Belə ki, o, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsində icra məmurunun köməkçisi işləyir. Hər dəfə iş yoldaşları təqsirləndirilən şəxsə verdiyi pulu alıb-almadığını soruşanda onda dərin stress baş verir. Təqsirləndirilən şəxsin hərəkətləri nəticəsində psixi pozuntular keçirir və bununla bağlı müalicə alır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AA seriyalı 317581 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-261/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, iş üzrə maddi sübut kimi tanınmış İddiaçı istintaqa təqdim etdiyi bank qəbzlərinin, “WhatsApp” yazışmalarının, səsyazının olduğu 1 (bir) ədəd diskin, "xxxx" Telekom MMC-dən alınmış telefon məlumatlarını özündə əks etdirən 1 (bir) ədəd diskin cinayət işinin materiallarında saxlanılması, iş üzrə zərərçəkmiş şəxs İddiaçı cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməmiş hissəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olmasının izah edilməsi hökm edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1346/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-261/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı məcburi köçkün statusu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin sentyabr ayında “Tik-tok” adlı internet sosial şəbəkəsində tanış olduğu İddiaçı Bakı şəhəri Baş Polis İdarəsinin dəftərxanasına polis nəfəri-operator vəzifəsi üzrə işə qəbul etdirəcəyini yalan vəd verib aldadaraq bu məqsədlə İddiaçı müxtəlif məbləğlərdə pul vəsaiti alaraq dələduzluq etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 261/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda iddiaçı cinayət nəticəsində ona dəymiş maddi zərərin cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İşin faktiki əsasları və sübut kimi qəbul olunan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-261/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ...3360 manat almasına baxmayaraq, xanım hərkəsi yığmağa başlamışdır ki, “onu işə düzəltməsi üçün 8000 manat pul alıbdı”...Onlar 5000 manat üçün sözləşmişlər. İstintaqda 4600 ilə tanış olmuşdur. O, Gültaca 3350 manatdan 600 manat və 200 manat olmaqla 2 dəfə pulu qaytarmışdır... Gültac xanım tərəfindən ona 4600 manat pul verilməmişdir... O, işlədiyi əməldən peşmandır, lakin o qədər pul almamışdır. Aldığı pulun 800 manatını 600 və 200 manat olaraq 2 hissəyə qaytarmışdır. Zərərçəkmiş şəxs İddiaçı ifadəsində göstərmişdir ki, o, Cavabdeh 8250 manat pulu tam şəkildə nəğd və əlbəəl olaraq vermişdir...Dayanmadan etdiyi zənglər nəticəsində sentyabr ayında 600 və 200 olmaqla 2 dəfəyə 800 manat pul almış və həmin puldan başqa ondan heç bir məbləğdə pul geri ala bilməmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, pulu verməsi ilə bağlı şahidi yoxdur. O, pulu sənədin arasında təqdim etmiş, özü də 2 dəfə saymışdır. Pulun miqdarı mesajlarda vardır. Qayıdan pullarla bağlı çekləri istintaqa təqdim etmişdir. Onlar iyul ayının 5 və 6-da saat 12-1 raddələrində görüşmüşlər. 4600 manat nəğd şəkildə əlində idi. Bu günə kimi olan bütün mesajlar durur və hamısını istintaqa təqdim etmişdir. Cavabdeh tərəfindən ona vurulmuş ziyandan cəmi 800 manat pul ödənilmiş, qalan pul isə bugünədək ödənilməmişdir. Baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs İddiaçı istintaqa təqdim etdiyi bank qəbzləri, WhatsApp yazışmaları və səsyazının olduğu bir ədəd “CD” diski tərəfimdən götürülərək baxış keçirilmişdir. 06 iyul 2023-cü il tarixli qəbzdən görünür ki, həmin tarixdə saat 12:45 dəqiqədə İddiaçı özünə məxsus “Leo bank” kartından Cavabdeh məxsus 4098 58 **** 7043 nömrəli “Leobank” hesabına 150,00 manat pul köçürmüşdür. 06 iyul 2023-cü il tarixli qəbzdən görünür ki, həmin tarixdə saat 13:15 dəqiqədə İddiaçı özünə məxsus “Leo bank” kartından Cavabdeh məxsus 4098 58 **** 7043 nömrəli “Leobank” hesabına 800,00 manat pul köçürmüşdür. ********** nömrəli qəbzdən görünür ki, 06 iyul 2023-cü il tarixdə saat 13:37 dəqiqədə İddiaçı məxsus 416973******1495 nömrəli kartdan Cavabdeh məxsus kart hesabına 200,00 AZN məbləğ köçürmə əməliyyatı icra olunmuşdur. 08 iyul 2023-cü il tarixli qəbzdən görünür ki, həmin tarixdə saat 14:33 dəqiqədə İddiaçı özünə məxsus “Leo bank” kartından Cavabdeh məxsus 4098 58 **** 7043 nömrəli “Leobank” hesabına 500,00 manat pul köçürmüşdür. ********** nömrəli qəbzdən görünür ki, 09 iyul 2023-cü il tarixdə saat 18:16 dəqiqədə İddiaçı məxsus 416973******1495 nömrəli kartdan Cavabdeh məxsus 416973******5281 nömrəli kart hesabına 1500,00 AZN məbləğ köçürmə əməliyyatı icra olunmuşdur. 7065 nömrəli qəbzdən görünür ki, 20 iyul 2023-cü il tarixdə saat 15:51 dəqiqədə Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 167 Referans Stomoloji ünvanından Cavabdeh məxsus ****58417043 nömrəli bank kartına “Mpay” ödəmə sistemi ilə 150,00 manat ödəniş edilmişdir. 5851 nömrəli qəbzdən görünür ki, 26 iyul 2023-cü il tarixdə saat 09:17 dəqiqədə Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 167 Referans Stomoloji ünvanından Cavabdeh məxsus ****58417043 nömrəli bank kartına “Mpay” ödəmə sistemi ilə 100,00 manat ödəniş edilmişdir. 04 avqust 2023-cü il tarixli qəbzdən görünür ki, həmin tarixdə saat 15:11 dəqiqədə İddiaçı özünə məxsus “Leo bank” kartından Cavabdeh məxsus 4098 58 **** 7043 nömrəli “Leobank” hesabına 250,00 manat pul köçürmüşdür. “WhatsApp” yazışmalarında İddiaçı istifadə etdiyi ***-***-**-** saylı telefon nömrəsi ilə Cavabdeh istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında aparılmış yazışmaların məzmunu qeyd edilmişdir. Həmin yazışmada İddiaçı Cavabdeh işə qəbul olunması ilə bağlı pul verməsi, sonuncunun onu iş qəbul etdirməməsi və pulunu qaytarmaması ilə bağlı yazışmalar qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Qanunvericiliyin tələbinə görə zərərin mövcud olması, həmin zərərin cavabdehin qanunsuz hərəkəti nəticəsində vurulması, vurulmuş maddi zərərlə törədilmiş cinayət arasında səbəbli əlaqənin olması və cavabdehin təqsiri işin halları və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 1(001)-261/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmü ilə müəyyən edilmişdir. Vurulmuş maddi zərərin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin ona 8250 manat maddi zərər vurduğunu, həmin zərərdən ona cəmi 800 manat qaytardığını (bu faktı hər ikisi etiraf edir, işin mübahisəsiz halıdır), qalan 7450 manatı isə hazırkı vaxtadək ödəmədiyini iddia etsə də, məhkəmə araşdırması zamanı iddia tələbi həmin hissədə qismən öz təsdiqini tapmışdır. Belə ki, 1(001)-261/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmdən görünür ki, iddiaçı özünə məxsus “Leo bank” kartından cavabdehə məxsus bank hesabına xx.xx.2023xx.xx.2023-cü il tarixlərində 150,00 manat 800,00 manat 200,00 manat, 500,00 manat, 1500,00 manat, 150,00 manat, 100,00 manat, 250,00 manat olmaqla, ümumilikdə 3650 manat pul köçürmüşdür. Ona görə də məhkəmə hesab edir ki, maddi zərərin ödənilməsi hissəsində iddia tələbi qismən əsaslıdır və Cavabdeh 2850 (3650-800) manat məbləğində maddi zərər tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, mənəvi zərərin ödənilməsi hissəsində iddianı əsassız hesab edir. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərhedilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Lakin iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsini məhkəmədə sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2850 (iki min səkkiz yüz əlli) manat məbləğində maddi zərər tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı məcburi köçkün olduğundan, 48.50 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2850 (iki min səkkiz yüz əlli) manat məbləğində maddi zərər tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 48.50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-4580/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4580/2024
23.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver