Məhkəmə qərarları › İş №2(008)-4611/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4611/2022

30.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4611/2022 30.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Məmmədhüsyen oğlu Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28560 manat (16800 ABŞ dolları) məbləğində pulun, ona vurulmuş 2000 manat mənəvi zərərin, 3000 manat maddi ziyanın və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, yaxından tanıdığı, münasibəti olduğu X3 2017-ci ildə onun xahişi ilə borc pul vermişdir. Bir müddətdən sonra X5 borcumu qaytarmaq istədi. Bundan sonra o, qonşuluğunuda yaşayan, yaxşı münasibəti olan Cavabdeh xahiş etdi ki, Bakı şəhərində olmadığından , X1 borcunu alıb ona çatdırsın. Cavabdeh X1 09 noyabr 2017-ci il tarixindən 01 iyun 2019-cu il tarixə kimi borcunu alıb lakin onun etimadından sui istifadə edərək pulu mənimsəmiş, ona qaytarmamışdır. Cavabdeh pulunu təkidlə tələb etdikdən borcu qaytarmaq istəməmişdir. Bundan sonra o, onun dələduzluq hərəkəti barədə şikayət edəcəyini ona bildirmişdir. Sonra Cavabdeh xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə ona öz imzası ilə təsdiq etdiyi 2 ərizə verdi ki, 2020-ci ilin avqust ayının 10-na kimi 13000 manatı və avqust ayının 20-nə kimi 17000 manat qaytaracaqdır. Bundan sonra Cavabdeh X1 aldığı cəmi 1440 manat ona pul qaytarmışdır. Cavabdeh azərbaycan manatı nisbətində 28560 manat təşkil edən (16800 ABŞ dolları məbləğində) pulunu tələb etdikdə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Bundan sonra məlum oldu ki, cavabdeh digər şəxslərədə müxtəlif vədlər verməklə onlarında küllü miqdarda pullarını mənimsəmişdir. O və digər aldadılaraq pulu mənimsənilmiş şəxslər onun barəsində hüquq mühafizə orqanlarına şikayət etmişlər. Cavabdeh, barəsində cinayət işi başlanmış, istintaq aparılaraq Bakı şəhər Nərimanov rayon Məhkəməsinin l(005)- 33/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə barəsində azdlıqdan məhrum etmə ilə əlaqədar hökm çıxarıldı və hazırda Ədliyyə Nazirliyinin Pentinsiar Xidməti Bakı İstintaq Təcridxanasında saxlanılır. Cavabdeh tamah məqsədi ilə, onun etimadından sui istifadə etmə və aldatma yolu ilə onun əmlakını ələ keçirtmiş və ona 28500 manat məbləğində ziyan vurmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X11 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. xx.xx.2020-ci il tarixli Cavabdeh əlyazmasında görünür ki, İddiaçı Məmmədhüsyen oğluna 13000 (on üç min) manat borcu olduğunu etiraf etmiş və avqust ayının 10 qədər qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli Cavabdeh əlyazmasında görünür ki, İddiaçı Məmmədhüsyen oğluna 17000 (on yeddi min) manat borcu olduğunu etiraf etmiş və avqust ayının 20 qədər qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 33/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündə Cavabdeh vermiş olduğu izahatından görünür ki, o, X13 onun əsgər yoldaşı olmuş və o, 2006-cı ildə Xudat Sərhəd xidmətində onunla birlikdə hərbi xidmətdə olmuşdur. Qasımov X4 atası olmuş və Elnurla aralarında yoldaşlıq münasibəti olduğu üçün o, onların yaşadığı evə gedib gəlmişdir. O, onlara Xarici Kəşfiyyat İdarəsində işlədiyini bildirmişdir. Elnurun ailəsi ilə birlikdə yaşadığı evdə Yasin ona 2016-cı ilin sonlarında qohumu olan X2 ondan 30.000 ABŞ dolları borca pul istədiyi üçün pul verdiyini, Zahidin sonradan bankrot olduğu üçün pulunun bir hissəsinin qaytarsa da qalan pulu qaytara bilmədiyini, qohum olduqları üçün polisə şikayət edə bilmədiyini bildirmişdir. Həmin vaxtlar o, heç bir yerdə işləmədiyi üçün maddi cəhətdən sıxıntı çəkdiyi və pula ehtiyacı olduğu üçün Yasinin Zahidə borca verdiyi pulu alaraq şəxsi ehtiyaclarına xərcləmək qərarına gəlmişdir. Buna görə də, 2017-ci ilin oktyabr ayının sonlarında Elnurun ailəsi ilə birlikdə yaşadığı evə gedərək Yasinlə görüşmüşdür. Söhbət zamanı o, onun Zahidə verdiyi pulu qaytarmaqda köməklik edə biləcəyini bildirmişdir. Yasin də bunu necə edəcəyini soruşduqda o, ona Zahidlə danışan zaman pulu guya ondan alıb ona verdiyini deməsini, onun da gedib Zahiddən pulu alaraq ona verəcəyini bildirmişdir. O da ona inandığı üçün razılaşmış və Zahidlə danışan zaman pulu ondan alıb verdiyini deyəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra Yasin onunla əlaqə saxlayaraq Zahidlə görüşərək pulu ondan alıb ona verdiyini dediyini bildirmiş və Zahidin mobil nömrəsini ona verib əlaqə saxlamağını tapşırmışdır. Bundan sonra o, Zahidin istifadəsində olan mobil nömrəyə zəng vuraraq onunla görüşmüş və Yasinin ona verəsi olduğu pulu ondan alaraq ona verdiyini, Zahidə olan borcunu ona verməli olduğunu bildirib pulunu qaytarmasını ondan tələb etmişdir. Zahid ona inandığı üçün onunla razılaşmışdır. Zahid də maddi imkanının yaxşı olmadığı üçün pulu hissə-hissə qaytaracağını və pulu qaytaran zaman kitabçasında qeydiyyat aparıb verəcəyini bildirmişdir. O da onunla razılaşmış və 2017-ci ilin dekabr ayının əvvəllərindən başlayaraq 2019-cu ilin iyun ayının əvvəlinə kimi ondan hissə-hissə olmaqla ümumilikdə 16800 ABŞ dolları pul alaraq şəxsi işlərinə xərcləmişdir. Yasin hər dəfə onunla əlaqə saxlayıb Zahidin pulu verib-vermədiyini soruşan zaman ona Zahidin maddi imkanının yaxşı olmadığı üçün pulu verə bilmədiyini bildirmişdir. Bundan başqa, 2019-cu ilin noyabr ayında Yasin onunla əlaqə saxlayaraq Zahidin pulu verib vermədiyini soruşan zaman o, ona Zahidin vəziyyətinin pis olduğunu və pulu ödəyə bilmədiyini bildirmişdir. Əslində isə Zahiddən pulu alaraq artıq şəxsi işlərinə xərcləmişdir. Həmin gün Yasin yenidən onunla əlaqə saxlayıb görüşmək istədiyini bildirmiş və onunla Bakı şəhəri. Nizami rayonu, “Xalqlar dostluğu” metro stansiyasının çıxışında olan Heydər Əliyev adına parkda görüşmüşdür. X14 verdiyi dəftəri ona göstərmiş, nə üçün pulu Zahiddən alıb ona vermədiyimi soruşmuşdur. O, da ona səhv etdiyini, maddi imkanının olmadığı üçün pulu alaraq şəxsi işlərinə xərclədiyini, ona 2 ay müddət verməsini, 01 yanvar 2020-ci il tarixdə pulun hamısını ödəyəcəyini bildirmişdir. Yasin də ona inandığı və aralarında olan münasibətə görə ona vaxt vermişdir. Lakin buna baxmayaraq o, maddi imkanı olmadığı üçün Yasinə söz verdiyi vaxta pulu qaytara bilməmişdir. Sonradan Elmar onda olan pulu alıb qaytarmaq adı ilə Yasindən 3000 manat pul alaraq ələ keçirdiyini öyrənmişdir. Onun Yasindən pul alması barədə məlumatı olmamışdır. O, Zahiddən hissə- hissə olmaqla 16800 ABŞ dolları pul almışdır. Yasinlə aralarında olan razılığa əsasən o, Zahidə pulun ona məxsus olduğunu və ondan alıb ona verdiyini bildirdiyi üçün Zahid həmin pulları ona vermişdir. O, pulları Zahiddən alıb Yasinə qaytarmalı olsa da qaytarmamış, şəxsi işlərinə xərcləmişdir. Zahid pulu ona verən zaman özündə olan kitabçada pulun verilmə tarixini və miqdarını kitabçada qeyd etmiş və o da imza edərək pulu ondan götürürmüşdür. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 33/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Rəsulov X7 Respublikası Cinayət Məcəlləsi 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 3 (üç) ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülli Məcəlləsinin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə araşdırılması zamanı o cümlədən mülki işin matriallarına əlavə edilmiş sənədlərdən də görünür ki, Cavabdeh iddiaçıya məxsus olan X9 borca vermiş olduğu 28560 (iyirmi səkkiz min beş yüz almış) manat pulu, borcludan almasına baxmayaraq iddiaçıya qaytaramayaraq, şəxsi ehtiyacları üçün xərcləmiş, iddiaçıya verməmişidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 28560 (iyirmi səkkiz min beş yüz almış) manat pul tutularaq iddiaçıya İddiaçı ödənilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin 3000 manat maddi ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulması hisəsinə münasibət bildirərək qeyd edir ki, qeyd edilən maddi zərərin yaranma əsasları məhkəmədən sübut edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, işdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsi sübuta yetirilmir. Bununla bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən fiziki və mənəvi sarsıntılar keçirməsi, sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdehdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi də rədd olunmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh oğluna qarşı mənəvi ziyanın ödənilməsi tələbi hər hansı mötəbər sübutlar təsdiq olunmadığı üçün əsassızdır və iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, hazırkı iddiada iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsi ilə bağlı hər hansı bir tələb olmadığından dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 28560 (iyrmi səkkiz min beş yüz altmış) manat pul, 175.68 (yüz yetmiş beş manat altmış səkkiz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar