Məhkəmə qərarları › İş №2(008)-4615/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-4615/2024

07.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-4615/2024 07.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, İddiaçı Cavabdeh MMC İH-nin sədri Aris Şıxəliyev, üçüncü şəxs “Azad İstehlakçılar” İB-nin sədri Eyyub Hüseynov, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti olmaqla “maddi-mənəvi ziyanın ödənilməsi, dövlət rüsumunun və inzibati cərimənin ödənilməsi və cinayət işinin başlanılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC İH-nin sədri Aris Şıxəliyev, üçüncü şəxs “Azad İstehlakçılar” İB-nin sədri Eyyub Hüseynov, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti olmaqla “maddi-mənəvi ziyanın ödənilməsi, dövlət rüsumunun və inzibati cərimənin ödənilməsi və cinayət işinin başlanılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və zamininin cavabdeh “İrşad Electronics" MMC tərəfindən istehlakçı hüquqlarının və habelə pis rəftara məruz qalmağı barədə ədalətli, əsaslı və qanuni qərar çıxarılması, qanunsuz bağlanmış, deaktiv edilmiş Honor x9a 6GB/128GB Midnight Black telefon cihazını ondan geri götürməsini, onun ödədiyi 250 manat pulu ona qaytarmasını, həmin 250 manat pulun ƏDV-nin ona verilməsini, istehlakçıya dəymiş maddi, mənəvi ziyanın əvəzində 11070 manat məbləğində pulun cavabdehdən tutulmasını, ona ödənilməsini və 123,21 manat məbləğində dövlət rüsumunun və dörd min manatdan beş min manatadək məbləğdə inzibati cərimənin dövlət büdcəsinə ödənilməsini cavabdeh "xxxx" MMC-nin öhdəsinə vəzifə qoyulması barədə ədalətli, əsaslı, qanuni qərar çıxarılması, iinzibati xəta və cinayət əməli törədən cavabdehin vəzifəli şəxslərini layiqincə cəzalandırılmasını, ona qarşı hədəqorxu ilə sui-qəsd olunduğuna, telefonunun yandırıldığına, deaktiv edildiyinə, cinayət qanunu ilə nəzərdə tutulmuş qəsdlərdən müdafiəyə ehtiyacı olduğuna görə dövlət müdafiəsi üçün müvafiq tədbir görməklə təhlükəsizlik tədbirləri görülməsini qərarda göstərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər birlikdə geri qaytarılmalıdır. Belə ki, iddiaçı bir-biri ilə əlaqəsi olmayan bir neçə tələbi birləşdirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, ərizə geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC İH-nin sədri Aris Şıxəliyev, üçüncü şəxs “Azad İstehlakçılar” İB-nin sədri Eyyub Hüseynov, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti olmaqla “maddi-mənəvi ziyanın ödənilməsi, dövlət rüsumunun və inzibati cərimənin ödənilməsi və cinayət işinin başlanılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar