Məhkəmə qərarları › İş №2(008)-463/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-463/2023

25.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-463/2023 25.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə ½ hissədə payın müəyyən edilməsi, çıxarışın etibarsız hesab edilməklə ləğvi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “payın müəyyən edilməsi, çıxarışın etibarsız hesab edilməklə ləğvi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X8 küçəsi 14 B ünvanında yerləşən torpaq sahəsinə ½ hissədə payının müəyyən edilməsi, Cavabdeh adına həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatının etibarsız hesab edilməklə ləğv edilməsi və mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, Sabunçu Rayon Məhkəməsinin icraatında iddiaçı X2 Cavabdeh qarşı “payın müəyyən edilməsi, çıxarışın etibarsız hesab edilməklə ləğvi və mülkiyyət hüququnun tanınması”, müstəqil tələb irəli sürən 3-cü şəxs X3 Cavabdeh qarşı “payın müəyyən edilməsi, çıxarışın etibarsız hesab edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizələri üzrə e-2(008)- 702/2022 saylı əlaqəli mülki iş vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 izahatında bildirmişdir ki, mülki işlərin bir icraatda birləşdirilməsinə etiraz etmir və bu məsələnin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, mülki iş materallarını araşdıraraq hesab edir ki, ilkin olaraq icraata qəbul edilmiş payın müəyyən edilməsi, çıxarışın etibarsız hesab edilməklə ləğvi və mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş həmin mübahisəli predmetə payın müəyyən edilməsi, çıxarışın etibarsız hesab edilməklə ləğvi və mülkiyyət hüququnun tanınmasına dair sonradan icraata götürülmüş mülki işlə əlaqəlidir. Bir-biri ilə bağlı olan hər iki mülki iş üzrə həm mübahisə predmeti, həm də cavabdeh eynidir. Ona görə də ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalıdır. Odur ki, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə ½ hissədə payın müəyyən edilməsi, çıxarışın etibarsız hesab edilməklə ləğvi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə 2(008)-4809/2022 saylı mülki iş Sabunçu Rayon Məhkəməsinin icraatında olan ilkin olaraq icraata qəbul edilmiş e-2(008)-702/2022 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin e-2(008)-8025/2021 saylı (e- 2(008)-702/2022), xx.xx.2021-ci il tarixli qərardadına əsasən müəyyən olunur ki, iddiaçı X2 Cavabdeh qarşı “payın müəyyən edilməsi, çıxarışın etibarsız hesab edilməklə ləğvi və mülkiyyət hüququnun tanınması”, müstəqil tələb irəli sürən 3-cü şəxs X3 Cavabdeh qarşı “payın müəyyən edilməsi, çıxarışın etibarsız hesab edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizələri üzrə mülki iş xx.xx.2021-ci il tarixdə icraata götürülmüşdür. Mülki işlərin icraata götürülmə tarixlərinə nəzər sadıqda aydın olur ki, e-2(008)- 702/2022 saylı mülki iş Sabunçu Rayon Məhkəməsinin (hakim Əşir Səmədovun) icraatına daha tez qəbul edilmişdir və buna görə də 2(008)-4809/2022 saylı mülki iş e-2(008)- 702/2022 saylı mülki işin icraatında birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır, 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə hesab edir ki, Sabunçu Rayon Məhkəməsinin icraatında müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə iş olduğundan, həmin işlərə birlikdə baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 263- 264-cü maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə ½ hissədə payın müəyyən edilməsi, çıxarışın etibarsız hesab edilməklə ləğvi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə 2(008)-4809/2022 saylı mülki iş birlikdə baxılmaq üçün Sabunçu Rayon Məhkəməsinin icraatında olan iddiaçı X2 Cavabdeh qarşı “payın müəyyən edilməsi, çıxarışın etibarsız hesab edilməklə ləğvi və mülkiyyət hüququnun tanınması”, müstəqil tələb irəli sürən 3-cü şəxs X3 Cavabdeh qarşı “payın müəyyən edilməsi, çıxarışın etibarsız hesab edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizələri üzrə e-2(008)-702/2022 saylı mülki işlə bir icraatda birləşdirilsin. Hakim: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar