Məhkəmə qərarları › İş №2(008)-4720/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4720/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4720/2020 28.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "Toyota Prius" markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 950 manat sığorta ödənişinin və 30 manat dövlət rusumunun cavabdehdən tutulraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "Kia Rio" markalı ** UL *** dövlət qeydiyyat nişanlı avtomobil PAZ ********** nömrəli şəhadətnamə əsasında xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" ilə sığortalanmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə saat 22-30 radələrində Bakı şəhəri Bakıxanov qəsəbəsi ilə idiarə etdiyi "Kia Rio" markalı ** UL *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən yol nəqliyyatı hadisəsi törətmiş, nəticədə "Toyota Prius" markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobilə 950 maddi maddi ziyan vurmuşdur. Hadisə Sabunçu RPİ DYPŞ-si tərəfindən qeydə alınmış, araşdırma nəticəsində Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.1-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında AP ******* №-li protokol tərtib olunmuş və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla 100 manat məbləğində cərimə edilmişdir. "Toyota Prius" markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin qiyməti İddiaçı ASC tərəfindən 950 manat müəyyən edilmiş və həmin məbləğdə pul vəsaiti zərərçəkənin bank hesabına köçürülmüşdür. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, iddiaçı isə işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarına əlavə edilmiş iddiaçının vəsatətindən görünür ki, iddiaçı işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddələrnin tələblərini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adaları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). “Sığortaçı” İddiaçı ASC tərəfindən “sığortalı” X1 məxsus "Kia Rio" markalı ** UL *** dövlət qeydiyyat nişanlı avtomobil PAZ ********** nömrəli şəhadətnamə əsasında xx.xx.2019cu il tarixdən xx.xx.2020-ci il tarixədək "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" ilə sığortalanmışdır (İcbari Sığorta müqaviləsinə dair Məlumatın surəti) X2 xx.xx.2019-cu il tarixdə "Kia Rio" markalı ** UL *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasiətəsi ilə Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində hərəkət edərkən manevr qaydasını pozaraq dayanmış "Toyota Prius" markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobili vurub toqquşmuş və hadisə yerindən yayınmışdır. Bununla da X2 AR İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 -cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir (Sabunçu RPİ DYPŞ-si tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol). xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində "Kia Rio" markalı ** UL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1, 327.6 -cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir (Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin xx.xx.2019-cu il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarının surəti). Həmin qərardan Cavabdeh hadisə yerindən yayındığı görünür. "Toyota Prius" markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün dəymiş zərərin həcmi 950 manat müəyyən edilmişdir. (İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli dəymiş zərərin hesabtına dair Aktının təsdiq olunmuş surəti). "Kia Rio" markalı ** UL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Məmmədova Əfsanə Zöhrab qızına məxsus "Toyota Prius" markalı ** TH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə toqquşmuş və nəticədə yol-nəqliyyat hadisəsi törədilmişdir. Nəticədə nəqliyyat vasitəsinə 950 manat məbləğində ziyan dəymişdir (İddiaçı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli CML-2827/2019 №-li sığorta aktının təsdiq olunmuş surəti). İddiaçı ASC tərəfindən Məmmədova Əfsanə Zöhrab qızının hesabına 950 manat məbləğində pul köçürülmüşdür verilmiş (xx.xx.2019-cu il tarixli ödəniş tapşırığının təsdiq olunmuş sürəti). Hazırda iddiaçı cavabdehdən 950 manat məbəğində verilmiş sığorta ödənişinin tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 922.1-ci maddəsinə görə, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Azərbaycan Respublikası «İcbari sığorta haqqında» Qanunun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə yaranır. Qeyd edildiyi kimi,cavabdeh hadisə yerindən yayınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, "Toyota Prius" markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 950 manat sığorta ödənişi və 30 manat dövlət rusumu Cavabdeh tutulraq İddiaçı ASC- ya verilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. "Toyota Prius" markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 950 manat sığorta ödənişi və 30 manat dövlət rusumu Cavabdeh tutulraq İddiaçı ASC- ya verilsin. Qətnamədən 1 ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar