Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4979/2021 06.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Hökumalı oğlunun, Cavabdeh, müstəqil tələb irəli sürən üçüncü şəxslər X4 və X33 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “xüsusi mülkiyyətdə müəyyən edilmiş əmlakın ½ payın naturada bölünməsi və həmin paydan istifadə etmək üçün cavabdehin maneəsinin qadağan edilməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı, müstəqil tələb irəli sürən üçüncü şəxslər X4 və X33 İddiaçı qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “xüsusi mülkiyyətdə müəyyən edilmiş əmlakın ½ payın naturada bölünməsi və həmin paydan istifadə etmək üçün cavabdehin maneəsinin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində müəyyən edilmiş əmlakın ½ payın naturada, real, mütənasib-bərabər hissələrdə bölünməsinə və iddiaçının hissəsinə düşən xüsusi mülkiyyətindən istifadə etmək üçün cavabdehin maneəsinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 24.08.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışına əsasən mərhum anası X19 miras qalmış, ünvan 2 ünvanında yerləşən əmlak Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 29.09.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışına əsasən ½ hissəsi onun xüsusi mülkiyyətinə verilmişdir. Əmlakın digər ½ hissəsini isə Cavabdeh Mirəlsəttar oğlu rəsmən qəbul etməmiş və əmlakın həmin hissəsi X20 adında açıq qalmışdır. Cavabdeh faktiki olaraq mərhum X20 adında olan əmlakın ½ hissəsini qəbul etmiş və hal-hazırda həmin əmlakın ½ hissəsini istifadə etməkdədir. İddiaçının xüsusi mülkiyyətində müəyyən edilmiş əmlakın ½ payının naturada bölünməməsi səbəbindən cavabdehlə tez-tez mübahisə baş verir və Cavabdeh iddiaçının həmin paydan istifadə etməsinə mane olur. Mərhum anası X20 adına verilmiş Çıxarışın texniki passportunda qeyd olunan, 1940-cı ildə tikilmiş “B” tikilisi birmərtəbəli olduğundan, həmin birmərtəbəli yaşayış evinin əlavə tikililərini və 2-ci mərtəbəsini iddiaçı öz vəsaiti hesabına tikdirmiş və daha sonra həyətdə mövcud olan boş torpaq sahəsində yenə də öz vəsaiti hesabına əlavə ev inşa etdirmiş, lakin cavabdehin mane olması səbəbindən həmin evin dam örtüyünü başa çatdıra bilməmişdir. 08.05.1973-cü il və 25.11.1978-ci il təvəllüdlü oğlan övladları müvəqqəti olaraq Rusiya Federasiyasında yaşayırlar. Cavabdeh onun övladlarının da ünvan 1 ünvanında yaşamasına mane olur. Halbuki, onların mübahisəli əmlaka hüquqları bərabərdir. Belə olan şəraitdə onun xüsusi mülkiyyətində müəyyən edilmiş əmlakın ½ payının naturada, real, mütənasib-bərabər hissələrdə bölünməsi və onun hissəsinə düşən xüsusi mülkiyyətdən istifadə etmək üçün Cavabdeh maneəsinin qadağan olunması zərurəti yaranmışdır. İlk iddia üzrə Cavabdeh ilk iddiaya etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı iddia tələbi tam qanunsuz və əsassızdır. Belə ki, o, qanunsuz yolla əldə etdiyi, guya vərəsəlik yolu ilə əldə etdiyi 29.09.2020-ci il tarixli, ********** saylı qeydiyyat nömrəli Çıxarışa istinad etsə də, bununla bağlı 2019-cu ildə onun iddiası ilə bağlı keçirilmiş və qəbul edilmiş qanuni qüvvəsini almış məhkəmə qərarlarını bilə-bilə iddiasında qeyd etməmişdir. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04.02.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı ona qarşı “miras əmlakının naturada bölünərək ½ payın müəyyən edilməsi, qiymətləndirilməsi və evə köçürülməsi” tələbinə dair iddiası təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 31.05.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04.02.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 21.10.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, “tərəflərin anası vəfat etdikdən sonra iddiaçı miras əmlaka dair vərəsəlik hüququnu reallaşdırmaq, bir vərəsə kimi miras əmlakı qəbul etmək üçün qanunla müəyyən edilmiş müddətdə hər hansı bir hərəkət etməmiş, bununla da həmin əmlakdan kənarda qalmışdır. Çünki artıq mübahisəli evə dair Çıxarış alınmışdır. İddiaçı bu məsələni həbsdə olması ilə əlaqələndirsə də, yuxarıda qeyd olunduğu kimi, 1992-ci ildə azadlığa buraxıldıqdan sonra onun miras əmlaka sahiblik etməyə, həmin əmlakdan öz payını vərəsəlik qaydasında əldə etməyə imkanı və vaxtı olmuşdur. Lakin bu hərəkətlər onun tərəfindən həyata keçirilmədiyi üçün hesab edilməlidir ki, iddiaçının mübahisəli evə vərəsəlik qaydasında da hər hansı hüququ yaranmamışdır”. Göstərilənlərə əsasən iddianın rədd edilməsini, iddiaçının mərhum anasına məxsus mənzilin ½ hissəsinin naturada bölünərək, həmin hissəyə özünün köçürülməsinə dair iddia tələbinin rədd olunmasına dair qanuni qüvvəsini almış məhkəmə qərarları mövcud olduğu təqdirdə, guya vərəsəlik yolu ilə ona 29.09.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın hansı əsaslarla verilməsinin araşdırılmasını və saxtakarlıq faktı müəyyən edildiyi halda, xüsusi qərardad çıxarılmasını xahiş etmiş, həmçinin məlumat üçün bildirmişdir ki, İddiaçı guya vərəsəlik yolu ilə 29.09.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın hansı əsaslarla verilməsinin araşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə rəsmi məktubla müraciət etmişdir. İlk iddia üzrə Cavabdehlər İddiaçı və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı guya vərəsəlik yolu ilə verilmiş 29.09.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın qanunsuz olduğu üçün ləğv edilməsi barədə qətnamə çıxarılmasını, İddiaçı adına 29.09.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın verilməsində saxtakarlıq faktı ilə bağlı xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk iddiaya etiraza əlavə edilmiş qanuni qüvvəsini almış məhkəmə qərarları mübahisələndirilən 29.09.020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın qanuni əsaslar olmadan verilməsini təsdiq edir. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, “İddiaçı ilə Cavabdeh qardaşdırlar; mübahisəli ev onların anasına məxsus olmuşdur; hazırda iddiaçı həmin evdə qeydiyyatdadır; evə faktiki sahibliyi isə cavabdeh edir. Hazırda iddiaçı mərhum anasına məxsus mənzilin ½ hissəsinin naturada bölünərək, həmin hissəyə özünün köçürülməsini tələb edir. İddiaçı iddia ərizəsində anasından qalmış miras əmlakın bölüşdürülməsini və öz payına düşən hissəyə köçürülməsini özü xahiş edir. Belə olan halda, iddiaçının miras əmlakdan pay almaq hüququnun olub-olmamasını müəyyən etmək zərurəti yaranır. Müəyyən edilmişdir ki, tərəflərin anası vəfat etdikdən sonra iddiaçı miras əmlaka dair vərəsəlik hüququnu reallaşdırmaq, bir vərəsə kimi miras əmlakı qəbul etmək üçün qanunla müəyyən edilmiş müddətdə hər hansı bir hərəkət etməmiş, bununla da həmin əmlakdan kənarda qalmışdır. Çünki artıq mübahisəli evə dair Çıxarış alınmışdır və bu Çıxarışın alınması ilə bağlı iddiaçının heç bir rolu olmamışdır. İddiaçı bu məsələni həbsdə olması ilə əlaqələndirsə də, yuxarıda qeyd olunduğu kimi, 1992-ci ildə azadlığa buraxıldıqdan sonra onun mirasa əmlaka sahiblik etməyə, həmin əmlakdan öz payını vərəsəlik qaydasında əldə etməyə imkanı və vaxtı olmuşdur. Lakin bu hərəkətlər onun tərəfindən həyata keçirilmədiyi üçün hesab edilməlidir ki, iddiaçının mübahisəli evə vərəsəlik qaydasında da hər hansı hüququ yaranmamışdır.” Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, İddiaçı vərəsə kimi qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməməklə həmin hüququnu itirməsi faktı mərhum analarına məxsus evin ½ hissəsinin naturada bölünərək, həmin hissəyə özünün köçürülməsinə dair iddia tələbinin rədd olunmasına dair qanuni qüvvəsini almış məhkəmə aktları tam təsdiq edilmişdir. Belə olan halda, ona məhkəmə aktlarından sonra guya vərəsəlik yolu ilə 29.09.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın verilməsinin qanuni əsasları mövcud ola bilməzdi və olmamışdır. Həmin sənəd saxtakarlıq yolu ilə verilmişdir ki, cavabdeh də bundan sui-istifadə edərək yenidən ona qarşı hazırkı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu Çıxarışın hansı əsaslarla verilməsinin araşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə rəsmi məktubla müraciət edilmiş və artıq araşdırılmalara başlanılmışdır. Həmçinin qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə aktları qeyd edilən Çıxarışın verilməsini tam istisna etsə də, bu sənəd həm də ona görə qanunsuzdur ki, həmin evdə ondan başqa digər mərhum qardaşı X5 övladları Azad və Mirəlisəttar ailəsi, uşaqları ilə yaşayırlar. Başqa sözlə, mübahisəli əmlakda həm də mərhum qardaşının uşaqlarının vərəsəlik payı mövcud olduğu halda, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mirəliyev küçəsi, 102 saylı evin ½ hissəsi İddiaçı mülkiyyət payı kimi tanına və bu barədə ona müvafiq Çıxarış verilə bilməzdi. Qeyd edilən Çıxarışın İddiaçı verilməsinə əsas olan notariat sənədi barədə hələ ki, məlumatı yoxdur və məhkəmə baxışı gedişində bununla bağlı əldə edilən məlumatlar əsasında iddia tələbinə müəyyən əlavələrlə müraciət ediləcəkdir. Məhkəmə baxışı dövründə müstəqil tələb irəli sürən üçüncü şəxslər X16 və X43 cavabdehlər İddiaçı və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı guya vərəsəlik yolu ilə verilmiş 29.09.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın qanunsuz olduğu üçün ləğv edilməsi barədə qətnamə çıxarılmasını, İddiaçı adına 29.09.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın verilməsində saxtakarlıq faktı ilə bağlı xüsusi qərardad çıxarılmasını xahiş etmişlər. Müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia ərizəsi qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə baxışı dövründə elektron məhkəmə portalı vasitəsilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxslər X4 və X33 nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər İddiaçı və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı (Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu X46 müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi cəlb edilməklə) Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə uyğun olaraq, qarşılıqlı iddia ərizəsinə və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia ərizəsinə əlavələrlə müraciət edərək, qarşılıqlı iddia ərizəsində və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia ərizəsində göstərilən tələbin təmin edilməsi ilə yanaşı, Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu X46 tərəfindən İddiaçı adına verilmiş 04.09.2020-ci il tarixli, 2v-62 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin qanunsuz olduğu üçün etibarsız hesab edilməsi barədə də qətnamə çıxarılması, İddiaçı adına 04.09.2020-ci il tarixli, 2v-62 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin və 29.09.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın verilməsində saxtakarlıq faktları ilə bağlı xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsinə və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia ərizəsinə əlavələr onunla əsaslandırılmışdır ki, iddia tələbinin həcminin artırılmasına səbəb ondan ibarətdir ki, iddia ərizələri ilə müraciət edərkən ilk iddiaya əlavə edilmiş İddiaçı adına 29.09.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan başqa bir sənəd olmadığı üçün məhz həmin sənədin qanuniliyi mübahisələndirilmişdir. Belə ki, həmin vaxt ilk iddiaçı sözügedən çıxarışın verilməsinə əsas olan sənədləri təqdim etməmiş, qarşı tərəf isə həmin Çıxarışın verilməsinə əsas olan şəhadətnamə barədə tam məlumatsız olmuşdur. Vəsatət əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmənin verdiyi 05.08.2021-ci il tarixli sorğuya cavab olaraq 06.09.2021-ci il tarixli məktubla məhkəməyə göndərilmiş sənədlərin arasında Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu X46 tərəfindən İddiaçı adına 04.09.2020-ci il tarixli, 2v-62 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin olması müəyyən edilmişdir. Həmin şəhadətnaməyə əsasən Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu X46 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, 28.02.1988-ci il tarixdə ölmüş X20 vərəsəsi ünvan 3 ünvanında yaşayan oğlu İddiaçı miras əmlakdan ½ hisssədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 24.08.2018-ci il tarixdə mərhum X24 verilmiş **********51-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və mülkiyyətində olan 0,25446 ha torpaq sahəsindən ibarətdir. Həmin şəhadətnamə qanunsuz verildiyi üçün etibarsızdır. Belə ki, qarşılıqlı iddia ərizəsində göstərildiyi kimi, İddiaçı vərəsə kimi qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməməklə həmin hüququnu itirməsi faktı mərhum analarına məxsus evin ½ hissəsinin naturada bölünərək, həmin hissəyə özünün köçürülməsinə dair iddia tələbinin rədd olunmasına dair qanuni qüvvəsini almış məhkəmə aktları tam təsdiq edilmişdir. Belə olan halda, ona qanuni qüvvəsini almış məhkəmə aktlarından sonra Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu X46 Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən Maştağa qəsəbəsi, Mirəli Mirəliyev küçəsi, ev 102 ünvanında yerləşən fərdi yaşayış evi və mülkiyyətində olan 0,25446 ha torpaq sahəsinə ½ hisssədə payla bağlı İddiaçı adına 04.09.2020-ci il tarixli, 2v-62 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi verməsi tam qanunsuz olmuşdur. Hesab edir ki, İddiaçı Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu X41 aldadaraq, məhkəmə aktları barədə məlumat verməmiş, həmçinin notariusdan özündən başqa digər vərəsələrin dairəsi barəsində düzgün məlumatı gizlətmişdir. Belə olmasa idi, notarius ona ½ hissədə pay verərək, digər ½ payı isə mərhum mülkiyyətçinin adına açıq saxlamazdı. Bundan başqa, notarius İddiaçı miras əmlakla bağlı iddiaları üzrə qəbul edilmiş məhkəmə aktlarının mövcudluğunu bilsə idi, çox güman ki, notariat hərəkətini aparmaqdan imtina edərdi. Sözügedən şəhadətnamə həm də ona görə qanunsuzdur ki, həmin evdə qarşılıqlı iddiaçıdan başqa, digər mərhum qardaşı X5 oğlanları Azad və Mirəlisəttar ailəsi, uşaqları ilə yaşayırlar. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40 və 59-cu maddələrinə əsasən hesab edir ki, İddiaçı adına 04.09.2020-ci il tarixli, 2v-62 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi qanuni qüvvəsini almış məhkəmə aktlarının ziddinə və notariat haqqında qanunvericiliyin tələblərinə uyğun olmadan verildiyi üçün etibarsız sayılmalıdır. Həmin şəhadətnamənin mövcudluğundan və məzmunundan çıxarışda olan məlumatlar əsasında nəzəri olaraq ilk iddia qaldırılarkən və ona qarşı qarşılıqlı iddianı verərkən, faktiki olaraq isə məhkəmənin sorğusuna verilən cavab məktubuna əlavə edilməsindən sonra məlumatlı olması nəzərə alınmalıdır. Belə ki, sözügedən qanun üzrə vərəsəlik şəhadətnaməsinin surəti vəsatət əsasında məhkəmənin verdiyi 05.08.2021-ci il tarixli sorğuya cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 06.09.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilənə qədər tərəflərindən 29.09.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın hansı əsaslarla verilməsi ilə bağlı müxtəlif orqanlara şikayətlər etsə də, bu barədə ona dəqiq və müfəssəl cavablar deyil, ümumi sözlərlə cavab verilmişdir. Məsələn, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cavabdeh Mirəlissətar oğluna ünvanladığı 04.08.2021-ci il tarixli, **********42 saylı cavab məktubunda göstərilmişdir ki, Maştağa qəsəbəsi, Mirəli Mirəliyev küçəsi, ev 102 ünvanında yerləşən daşınmaz əmlaka dair reyestrdən çıxarışın hansı əsaslarla verilməsi barədə müraciətə baxılmış və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən bildirilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən məlumatın verildiyi şəxslərin dairəsinə hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslər daxildir. Həmçinin məlumat üçün də bildirilmişdir ki, vərəsələrin dairəsi qanunvericiliklə müəyyən edilmiş qaydada notarius tərəfindən müəyyən edilir. Göründüyü kimi, çıxarışın verilmə mənbəyi notarius tərəfindən verilən sənəd olsa da, hansı notariat kontoru tərəfindən verilməsi barədə məlumat verilməmişdir. Həmin notariat ofisinin Bakı şəhəri 39 saylı notariat ofisi olması və onun xüsusi notariusu X38 da İddiaçı adına 04.09.2020-ci il tarixli, 2v-62 reyestr saylı qanun üzrə vərəsəlik şəhadətnaməsi verməsi yuxarıda qeyd edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 06.09.2021-ci il tarixli məktuba əlavə edilən sənədlər əsasında müəyyən edilmişdir. Məhkəmə baxışı dövründə qarşılıqlı iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxslərin vəsatəti əsasında Azərbaycan Respublikası MPM-in 57.1-ci maddəsinə uyğun olaraq, Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu X46 vəsatət müəllifinin iddiaları üzrə onlar tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir. Həmçinin məhkəmə baxışı zamanı İddiaçı adına verilmiş 04.09.2020-ci il tarixli, 2v- 62 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin qanuniliyi mübahisələndirildiyi üçün Azərbaycan Respublikası MPM-in 51.3-cü maddəsinə əsasən iddiaçının razılığı ilə 39 saylı notariat ofisinin xüsusi notariusu X46 cavabdeh kimi işə cəlb edilmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən ilk iddia üzrə İddiaçı məhkəmə iclasında ilk iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiasını qəbul etməyərək, rədd edilməsini xahiş etmiş, həmçinin yazılı izahatını məhkəməyə təqdim etmişdir. İlk iddia üzrə İddiaçı yazılı izahatından görünür ki, o uzun illər məhkumluq həyata yaşayaraq Azərbaycan Respublikası Prezidentinin və İ Vitse-prezidentinin köməkliyi ilə 2018-ci ilin yanvarında İspaniyadan Azərbaycana ekstradisiya olmuşdur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 14.03.2018-ci il tarixli, 15/4225 saylı arayışı ilə və "Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının 30.09.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olması müəyyən edilmiş və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mirəli Mirəliyev küçəsi, (keçmiş C.Cabbarlı küçəsi) ev 102 ünvanına passport qeydiyyatına alınmışdır. 1968-1970-ci illərdə Rusiyada qazandığı pullarla anası X20 adına verilmiş Çıxarışın texniki pasportunda qeyd olunan 1940-cı ildə inşa edilmiş "B" tikilisi birmərtəbəli olduğundan, həmin birmərtəbəli yaşayış evinin əlavə tikililərini və 2-ci mərtəbəsini özü tikdirmiş və həmin evdə yaşamaq istəmişdir. Lakin yaxınları, doğmaları buna imkan verməmişlər. Bu illər ərzində ailə üzvlərindən heç kim X19 miras qalmış əmlakı dövlət reyestrindən qeydiyyatdan keçirməmişdir. 03.07.2018-ci il tarixdə mərhum anası X19 miras qalmış əmlaka dair "Vərəsəlik hüququ haqqında şəhadətnamə"nin verilməsi ilə bağlı Bakı şəhəri 39 saylı notariat ofisinə müraciət etmişdir. Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu 28.02.1988-ci il tarixdə vəfat etmiş X19 miras qalmış əmlaka dair vərəsələrin dairəsini müəyyən edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 4 ünvanlamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX, 136040 saylı "Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mirəli Mirəliyev küçəsində yerləşən (keçmiş C.Cabbarlı küçəsi) 102 saylı ev və torpaq sahəsi mərhum anası X20 adına 24.08.2018-ci il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Cavabdeh əmlakı bölməyi və ya özünə düşən hissəni qiymətləndirərək həmin məbləğdə onun üçün ayrıca ev almasını təklif etsə də, o silahlanmış oğulları ilə birlikdə hədə-qorxu gələrək anadan olduğu, boya-başa çatdığı, halal zəhməti ilə iki ev tikdirdiyi, 1964-1978-ci ilə qədər əmlak və torpaq vergisini ödədiyi ata həyətindən qovmuşlar. 30 il məhkumluq həyatı yaşadığına görə, bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmədiyi üçün bu halların təsdiqinə dair heç bir mötəbər sübut təqdim edə bilmir. Cavabdeh miras əmlaka dair vərəsəlik hüququnu reallaşdırmaq üçün qanunla müəyyən edilmiş qaydalara nəinki riayət etməmiş, hətta bunun üçün müəyyən edilmiş müddətləri də üzrsüz səbəbdən buraxmışdır. "Miras əmlakın naturada bölünərək ½ payın müəyyən edilməsi, qiymətləndirilməsi və evə köcürülməsi tələbi barədə” Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. "Vərəsəlik hüququ haqqında şəhadətnamə" alınmadığı və paylar bölünmədiyi üçün Sabunçu Rayon Məhkəməsinin 04.02.2019-cu il tarixli, 2(008)-1005/2019 saylı qətnaməsi ilə iddiası rədd edilmişdir. Sabunçu Rayon Məhkəməsinin gəldiyi bu nəticə həqiqətəuyğun deyildir. Onun iddia tələbi "Vərəsəlik hüququ haqqında şəhadətnamə"nin verilməsi ilə bağlı olmamış və belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. Bu səbəbdən o, yenidən Cavabdeh mirasın ½ payının qəbul etməsini təklif etmiş, lakin sonuncu, mirası qəbul etməyəcəyini bildirdikdən sonra Bakı şəhəri 39 saylı notariat ofisinə müraciət etmiş və onun payına düşən ½ hissəyə dair şəhadətnamənin verilməsini, digər ½ payın mərhum anası X20 adında açıq qalmasını xahiş etmişdir. Cavabdeh istədiyi vaxt həmin payı özünküləşdirə bilər. Mərhum anası X20 digər övladı nə miras əmlakı qəbul etmiş və nə də ki miras əmlakı tələb etmişdir. Cavabdeh mərhum anaları X19 miras qalmış əmlaka tam sahib olmaq üçün digər qardaşının övladlarını bu işə təhrik edir. Sabunçu RİHB-nın Maştağa qəsəbə üzrə nümayəndəliyindən verilmiş 2915 saylı, 26.04.2018-ci il tarixli arayışda bildirilmişdir ki, ünvan 2 ünvanında yerləşən mülkiyyətə mərhum Sara Salman qızının oğlu İddiaçı faktiki sahiblik edir və həmin ünvanda daimi passport qeydiyyatındadır. Həmçinin həmin ünvandakı evdə daimi passport qeydiyyatında olan mərhumun digər övladı, 1948-ci il təvəllüdlü Cavabdeh yaşayır. Onun mübahisəli mülkdə qeydiyyatda olmağı, yaşamağı və faktiki sahiblik etməyi, başqa sözlə, vərəsəliyi faktiki qəbul etdiyi təsdiq olunur. O da doğma qardaşı Ağasəf kimi rəsmi olaraq valideynlərindən miras qalmış əmlakın qanuni vərəsəsidir. Digər tərəfdən, faktiki olaraq o, ünvan 2 ünvandakı evdə daimi passport qeydiyyatındadır. Bura onun yeganə yaşayış yeridir və onun mübahisəli mülkə köçürülməsi ilə yanaşı, yaşayış hüququ da tanınmalıdır. Əslində cavabdeh onunla razılığa gəlməli, aralarındakı mübahisələrə son qoyulmaqla hər ikisinin vərəsəlik və miras əmlakına yarı pay hüququ məhkəmədənkənar, onun xüsusi mülkiyyətində müəyyən edilmiş əmlakın ½ payın naturada, real, mütənasib-bərabər hissələrdə bölünməsinə və onun hissəsinə düşən xüsusi mülkiyyətdən istifadə etmək üçün tanınmaqla aralarında real bölgü aparılmalı idi. Lakin növbəti məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh, müstəqil tələb irəli sürən üçüncü şəxslər X16 və X43, qarşılıqlı iddia və üçüncü şəxslərin iddiası üzrə digər cavabdeh Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndəsi, qarşılıqlı iddia və üçüncü şəxslərin iddiası üzrə cavabdeh qismində cəlb edilmiş Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu X46 məhkəmə iclasında iştirak etməmiş, etməmələrinin səbəblərinin üzürlü olmasına dair heç bir məlumat verməmişlər Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq, işə gəlməyən proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Hokümalı oğlu ilk iddianı müdafiə etməklə, onun məzmununa uyğun izahat verərək təmin edilməsini, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, müstəqil tələb irəli sürən üçüncü şəxslər X4 və X33 iddialarının rədd edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, müstəqil tələb irəli sürən üçüncü şəxslər X4 və X33 nümayəndəsi və vəkili Vəkil1 ilk iddiaya etirazın, qarşılıqlı iddianın və üçüncü şəxslərin iddialarının, həmin iddialara edilmiş əlavələrin məzmununa uyğun izahat verərək ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın və üçüncü şəxslərin iddialarının təmin edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını, çıxışlarını dinləyərək, izahatları və çıxışları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər üç iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan və təqdim edilən sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iddia rədd edilməli, qarşılıqlı iddia və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiaları isə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”ına əsasən, ünvan 2 ünvanında yerləşən əmlakın (yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mirəli Mirəliyev küçəsi, ev 210) ½ hissəsi İddiaçı adına 29.09.2020-ci ildə qeydə alınmış, ½ hissə isə X20 adına açıq qalır. - “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid Passport”dan görünür ki, həmin sənəd Maştağa qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 102-ə aid X20 adına 16.11.1961-ci ildə tərtib edilmişdir. - Sabunçu RİHB-nın Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinin məhkəməyə ünvanladığı 23.11.2021-ci il tarixli, 397 saylı cavab məktubundan görünür ki, qəsəbə nümayəndəliyində olan məlumata əsasən Maştağa qəsəbəsi, M.Mirəliyev küçəsi, ev 102 ünvanında qeydiyyatda olan Əli Əskərov X45 04.02.1971-ci il və İddiaçı 31.10.2009-cu il tarixindən qeydiyyatdadırlar, lakin evə sahiblik edib-etməməsi və yaşayıb-yaşamaması barədə məlumat yoxdur. X10 0.04.2014-cü ildə, övladları Əliəsgərov Mirəlisəttar Vaqif oğlu 17.07.1997-ci il və X43 28.08.2003-cü ildə qeydiyyata düşmüşlər. - Səlahiyyətli orqanlara ünvanlanmış, imzaları 24.07.2021-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ünvan 6 ünvanında qeydiyyatda olan X50, ünvan 7 ünvanında qeydiyyatda olan X8, ünvan 8 ünvanında qeydiyyatda olan X51 imzaları ilə təsdiq etmişlər ki, X6 ailə üzvləri, X34 və X11 ilə birlikdə ünvan 9 ünvanında pasport qeydiyyatsız yaşayırlar. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 23.07.2021-ci il tarixli «Yaşayış yeri üzrə qeydiyyat haqqında» ******* saylı arayışdan görünür ki, X43 28.03.2003-cü ildən ünvan 9 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər 11.05.1977-ci il təvəlllüdlü X44, 04.07.1948-ci il təvəllüdlü X9, 02.05.2006-cı il təvəllüdlü Ələsgərov Sahib Mİrəlisəttar oğlu, 09.01.2008-ci il təvəllüdlü X12, xx.xx.1944-cü il təvəllüdlü X13, 21.04.1975-ci il təvəllüdlü X16, 18.01.2014-cü il təvəllüdlü X48. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X2 ünvanladığı 04.08.2021-ci il tarixli, **********42 saylı cavab məktubundan görünür ki, Maştağa qəsəbəsi, Mirəli Mirəliyev küçəsi, ev 102 ünvanında yerləşən daşınmaz əmlaka dair reyestrdən çıxarışın hansı əsaslarla verilməsi barədə müraciətə baxılmış və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən bildirilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən məlumatın verildiyi şəxslərin dairəsinə hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslər daixildir. Həmçinin məlumat üçün bildirilmişdir ki, vərəsələrin dairəsi qanunvericiliklə müəyyən edilmiş qaydada notarius tərəfindən müəyyən edilir. - 24.09.1952-ci ildə Maştağa rayon ZAQS Bürosu tərəfindən verilmiş, surəti notariat qaydada təsdiq edilmiş İN № 921218 saylı “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, 31.03.1941-ci il təvəllüdlü X3 atası X7 oğlu, anası X25r. - 21.09.1975-ci il təvəllüdlü Əliəsgərov Mirəlisəttar Vaqif oğlunun və 09.03.1979-cu il təvəllüdlü X33 notarial qaydada təsdiq edilmiş “doğum haqqında şəhadətnamə”lərinin surətlərindən görünür ki, onların valieynləri X14 və X18r. - 01.04.2014-cü ildə Sabunçu rayon X40 qəsəbə bölməsi tərəfindən verilmiş AZ-İ № 662564 saylı “ölüm haqqında şəhadətnamə”nin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 24.03.2014-cü ildə vəfat etmişdir. - Bakı şəhər İcra Hakimiyyətinin İddiaçı ünvanladığı 16.03.2020-ci il tarixli cavab məktubundan görünür ki, mənzil məsələsi barədə daxil olmuş müraciətinə baxılaraq, nəzərinə çatdırılmışdır ki, mövcud Mənzil Məcəlləsinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan mənzil növbəsində dayanan vətəndaşlara mənzillər, onların uçota götürüldüyü vaxt əsasında və siyahı ilə müəyyən edilən növbə qaydası ilə ayrılır. Bildirilir ki, onun mənzil məsələsi Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş qaydada həll oluna bilər və hazırda həmin məsələnin həllinə köməklik göstərilməsi imkan xaricindədir. - Sabunçu rayon İcra Hakimiyyətinin İddiaçı ünvanladığı 24.02.2020-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının İ Vitse-prezidentinin Katibliyindən Sabunçu rayon İcra Hakimiyyətinə daxil olmuş mənzillə təmin olunmasına köməklik göstərilməsi barədə Ə-83-068 saylı 06.02.2020-ci il tarixli ərizəsinə baxılmış və bildirilmişdir ki, İcra Hakimiyyətinin balansında boş mənzil olmadığından, vətəndaşların mənzillə və ya hər hansı sığınacaqla təmin edilməsi məsələsinə baxılmır. İcra Hakimiyyətinin balansında boş mənzil fondu yaranarsa Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq, qaldırdığı məsələyə yenidən baxılacaq. - Bakı Apellyasiya Məhkəməsinin İddiaçı ünvanlıdığı 12.11.2020-ci il tarixli cavab məktubundan görünür ki, onun apellyasiya instansiyası məhkəməsinin 31.05.2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinə əsasən 2(103)-7020/2019 saylı mülki işə Azərbaycan Respublikasının Ali Məhkəməsinin mülki kollegiyasında baxılmış və sözügedən qətnamə 2(102)-6872/2019 saylı, 21.10.2019-cu il tarixli qərarla dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə xahişinə əsasən qeyd edilir ki, 2(103)-7020/2019 saylı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası tərəfindən əmlakın üzərinə həbs qoyulması barədə hər hansı qərardad mövcud deyildir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04.02.2019-cu il tarixli, 2(008)- 1005/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “miras əmlakının naturada bölünərək ½ payın müəyyən edilməsi, qiymətləndirilməsi və evə köçürülməsi tələbinə dair” iddiası təmin olunmamışdır. - Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 31.05.2019-cu il tarixli, 2(103)- 7020/2019 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin mülki kollegiyasının 21.10.2019-cu il tarixli, 2(102)-6872/2019 saylı qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının bu iş üzrə 31.05.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmçinin, Bakı şəhəri 39 saylı notariat ofisindən təqdim edilmiş vərəsəlik işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X39 28.02.1988-ci ildə vəfat etmişdir. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əliəsgərov Mirəlisəttar Mirağa oğlu 05.11.1950-ci ildə vəfat etmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1944-cü il təvəllüdlü X1 atası X7 oğlu, anası X25r. - Sabunçu RİHB-nın Maştağa qəsəbəsi üzrə nümayədəsi və onun müavini tərəfindən imzalanmış 26.04.2018-ci il tarixli, 2915 saylı arayışa əsasən İddiaçı (AZE № ********) anası mərhum X42 (ölüm haqqında şəhadətnamə № 510498) ünvan: ünvan 13ləsi ilə birlikdə yaşamışdır. 26.11.2011-ci ildə vəfat etmiş kimi qeydiyyatda olduğu Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Mirəliyev küçəsi, ev 102 ünvanın daimi passport qeydiyyatından silinmişdir. Hal-hazırda bu ünvanda olan mülkiyyətə mərhum X26 oğlu İddiaçı faktiki sahiblik edir və həmin evdə daimi passport qeydiyyatında yaşayır. Bu ünvanda olan evin daimi pasport qeydiyyatında mərhumun digər övladı 04.06.1948-ci il təvəllüdlü Cavabdeh Mirəlisətar oğlu yaşayır. - X1 Bakı şəhəri 39 saylı notariat ofisinə yazdığı 03.07.2018-ci il tarixli ərizədən görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Mirəliyev küçəsi, ev 102 ünvanında yaşamış X42 28.02.1988-ci ildə vəfat etmişdir. Miras əmlak daşınmaz əmlakdan ibarətdir. Ondan başqa, eyni ünvanda oğlu Cavabdeh Mirəlisətar oğlu yaşayır. - Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu R.Y.Qasımlının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə ünvanladığı 03.07.2018-ci il tarixli, 189 saylı məktubundan görünür ki, mərhum X19 miras qalmış əmlaka dair “Vərəsəlik hüququ haqqında şəhadətnamə”nin verilməsi ilə bağlı vətəndaş İddiaçı tərəfindən Bakı şəhəri 39 saylı notariat ofisinə müraciət daxil olmuşdur. X20 28.02.1988-ci il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsələrin ərizəsi əsasında tərəfindən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən İddiaçı miras qoyanın vərəsəsi olması barədə məlumat verilərək, Bakı şəhəri, ünvan 15 ünvanında yerləşən fərdi yaşayış evinə dair çıxarış verilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya RX, ******* saylı “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Maştağa qəsəbəsi, Mirəli Mirəliyev küçəsi, ev 102 - yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mirəli Mirəliyev küçəsi, ev 210 X20 adına 24.08.2018-ci il tarixdə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınmışdır. - 04.09.2020-ci il tarixdə Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu R.Y.Qasımlı tərəfindən çap edilmiş “daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış”a əsasən X20 adına 24.08.2018-ci il tarixdə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınmış əmlak üzərində məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin ünvan 16 ünvanladığı 12.06.2018-ci il tarixli cavab məktubundan görünür ki, 28.02.1988-ci il tarixdə vəfat etmiş X26 adına vərəsəlik işinin açılıb-açılmaması barədə məlumatın istənilməsi ilə əlaqədar dövlət notariat arxivinə daxil olmuş müraciətinə baxılmışdır. Bildirilir ki, Bakı şəhəri Sabunçu rayonunda fəaliyyət göstərən 4, 16, 17, 39 saylı dövlət notariat ofisləri tərəfindən arxivə təhvil verilmiş vərəsəlik işlərinə baxış keçirilərkən X26 hər hansı miras əmlakına dair vərəsəlik işi aşkar edilməmişdir. - Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu X46 tərəfindən İddiaçı adına verilmiş 04.09.2020-ci il tarixli, 2v-62 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən notarius Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, 28.02.1988-ci il tarixdə ölmüş X20 vərəsəsi ünvan 3 ünvanında yaşayan oğlu İddiaçı miras əmlakdan ½ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 24.08.2018-ci il tarixdə mərhum X24 verilmiş **********51-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və mülkiyyətində olan 0,25446 ha torpaq sahəsindən ibarətdir. Məhkəmə hər üç iddia tələbi ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların mövcud olmasını və ya olmamasını Azərbaycan Respublikası MPM-in 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05.10.2012-ci il tarixli (Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 06.10.2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanmasına dair) Qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, miras əmlaka qanunla müəyyən olunmuş qaydada mülkiyyət hüququnu əldə etmiş və onu dövlət qeydiyyatından keçirmiş şəxslərin belə hüququ ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsini daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 06.08.2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13.07.2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır Məhkəmə həmçinin qeyd edir ki, mülki qanunvericilik vərəsəlik hüququnun mahiyyətini, tərkibini və əsaslarını açıqlamaqla qanun və ya vəsiyyət üzrə vərəsəlik münasibətlərini tənzmləyir və vərəsəlik hüququnun yaranması əsaslarına uyğun olaraq bu hüququn həyata keçirilməsinə təminat verir. Məhkəmə hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğvi məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən digər qanuni vərəsələrin) miras əmlakı qəbul edibetməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, ilk İddiaçı mərhum anası, X20 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlaka dair ½ hissədə vərəsəlik hüququnun olması ilə bağlı mərhum anasından miras qalmış əmlaka dair “Vərəsəlik hüququ haqqında şəhadətnamə”nin verilməsi ilə əlaqədar Bakı şəhəri 39 saylı notariat ofisinə 03.07.2018-ci ildə müraciət etmişdir. Notariat orqanı tərəfindən X20 28.02.1988-ci ildə vəfat etməsi ilə əlaqədar olaraq onun ərizəsi əsasında tərəfindən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi iki nəfər, yəni, İddiaçı və Cavabdeh olması müəyyən edilərək, qanunvericiliyin tələbinə əsasən ilk iddiaçının miras qoyanın vərəsəsi olması barədə 03.07.2018-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə məlumat verməklə miras əmlaka dair çıxarış verməsi xahiş edilmiş və bu xahiş sözügedən xidmət tərəfindən yerinə yetirilərək mərhumun adına 24.08.2018-ci il tarixdə müvafiq çıxarış verilmişdir. Lakin iş materiallarından görünür ki, Çıxarış alındıqdan sonra həmin vaxt Bakı şəhəri 39 saylı notariat ofisi tərəfindən İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmiş, o, 2018-ci ilin noyabr ayında Cavabdeh, maraqlı tərəf Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “miras əmlakının naturada bölünərək ½ payın müəyyən edilməsi, qiymətləndirilməsi və evə köçürülməsi barədə” iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək mərhum anası, X20 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlakın naturada ½ hissəyə bölünməsinə və özünün payına düşən hissəyə köçürülməsinə, əmlakın qiymətləndirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, həmin iddia tələbi birinci instansiya məhkəməsinin 04.02.2019-cu il tarixli qətnaməsi ilə rədd edilmiş, sözügedən qətnamə apellyasiya instansiyası məhkəməsinin 31.05.2019cu il tarixli qətnaməsi ilə, sonuncunun qətnamə isə kassasiya instansiyası məhkəməsinin 21.10.2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışlar. Sözügedən məhkəmə aktlarından görünür ki, həmin işə baxılarkən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh qardaşdırlar; mübahisəli ev onların anasına məxsus olmuşdur; hazırda iddiaçı həmin evdə qeydiyyatdadır; evə faktiki sahibliyi isə cavabdeh edir. Hazırda İddiaçı iddia ərizəsində anasından qalmış miras əmlakın bölüşdürülməsini və öz payına düşən hissəyə köçürülməsini özü xahiş edir. Belə olan halda, iddiaçının miras əmlakdan pay almaq hüququnun olub-olmamasını müəyyən edilməsi zərurəti yaranır. Qanuni qüvvəsini almış məhkəmə aktlarından daha sonra görünür ki, mərhumun adına müvafiq çıxarış verilməsi qanunauyğun olsa da və qanunvericiliyin tələbinə əsasən İddiaçı miras qoyanın vərəsələrindən biri olsa da, (tərəflərin izahatlarına əsasən mərhumun 3 övladı olmuş, biri vəfat etmiş, hazırda miras əmlakda cavabdeh və mərhum qardaşının övladları yaşayır) müəyyən edilmişdir ki, notariat ofisi tərəfindən onun miras qoyanın vərəsəsi olması qeyd edilməsinə baxmayaraq, ona mərhumdan miras qalmış əmlaka dair “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilməmiş və buna görə də iddiaçı hazırkı (“miras əmlakının naturada bölünərək ½ payın müəyyən edilməsi, qiymətləndirilməsi və evə köçürülməsi barədə”) iddia ilə məhkəməyə müraciət etmişdir. Həmçinin qanuni qüvvəsini almış məhkəmə aktlarında İddiaçı 2018-ci ildə vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməsinə qiymət verilərək göstərilmişdir ki, notariat orqanın onun ərizəsi əsasında tərəfindən vərəsəlik işi açılması və vərəsələrin dairəsini müəyyən etməklə qanunvericiliyin tələbinə əsasən onun miras qoyanın vərəsəsi olmasına dair rəsmi məktub verməsinə baxmayaraq, hazırkı vaxta kimi “Vərəsəlik hüququ haqqında şəhadətnamə”nin verilməməsi onun mirası qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə qəbul etməməsi ilə bağlı olmuşdur. Buna görə də onun ərizəsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Mirəliyev küçəsi (keçmiş C.Cabbarlı küçəsi), ev 102 ünvanında yerləşən fərdi yaşayış evinə dair anasının adına Çıxarış verilməsinə baxmayaraq, bu sadalanan hallar iddiaçının hazırkı iddiasının əsaslı olmasını təsdiqi kimi qiymətləndirilə bilməz və məhkəmə iddiaçını mirası qəbul etməmiş şəxs kimi qiymətləndirir. Beləliklə də, qeyd edilən iş üzrə qanuni qüvvəsini almış məhkəmə aktları ilə birmənalı olaraq müəyyən edilmişdir ki, tərəflərin anası vəfat etdikdən sonra iddiaçı miras əmlaka dair vərəsəlik hüququnu reallaşdırmaq, bir vərəsə kimi miras əmlakı qəbul etmək üçün qanunla müəyyən edilmiş müddətdə hər hansı bir hərəkət etməmiş, bununla da həmin əmlakdan kənarda qalmışdır. İddiaçı bu məsələni həbsdə olması ilə əlaqələndirsə də, yuxarıda qeyd olunduğu kimi 1992-ci ildə azadlığa buraxıldıqdan sonra onun miras əmlaka sahiblik etməyə, həmin əmlakdan öz payını vərəsəlik qaydasında əldə etməyə imkanı və vaxtı olmuşdur. Lakin bu hərəkətlər onun tərəfindən həyata keçirilmədiyi üçün hesab edilməlidir ki, iddiaçının mübahisəli evə vərəsəlik qaydasında da hər hansı hüququ yaranmamışdır. Məhkəmə qarşılıqlı iddia və üçüncü şəxslərin iddiaları üzrə cavabdeh tərəfin həmin iddialara etirazının əsası kimi istinad etdiyi hala, yəni, qeyd edilən məhkəmə aktlarının hazırkı iş üzrə preyudisiyal əhəmiyyətə malik olmaması ilə bağlı dəlilini əsassız sayır və bu qənaətini onunla əsaslandırır ki, Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13.02.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25.03.2004-cü il tarixli qərarında göstərilmişdir ki, işə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş hallar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 30.10.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15.07.2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhkəmə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24.07.2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Məhkəmə hesab edir ki, İddiaçı vərəsə kimi qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməməklə həmin hüququnu itirməsinin mübahisəli evin ½ hissəsinin naturada bölünərək, həmin hissəyə özünün köçürülməsinə dair iddia tələbinin rədd olunmasına dair qanuni qüvvəsini almış məhkəmə aktları ilə tam təsdiq edilməsinə baxmayaraq, bu barədə məlumatlı olan Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu R.Y.Qasımlı həmin qərarların surətlərini notariat icraatına əlavə etsə də, onların məzmununu nəzərə almayaraq ilk iddiaçının adına qanunsuz olaraq 04.09.2020-ci il tarixli, 2v-62 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi vermişdir ki, bu şəhadətnaməyə əsasən ilk iddiaçı adına qanuniliyi mübahisləndirilən 29.09.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış almış, yenidən, artıq bu dəfə mübahisəli evin ½ hissədə payı olan mülkiyyətçi kimi hazırkı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, bu hərəkəti ilə ilk iddiaçı məhkəmə qətnamələrinə əhəmiyyət vermədən öz mənafeyi üçün, yəni vərəsəlik hüququnu rəsmiləşdirmək məqsədi ilə faktiki olaraq hüquqdan sui-istifadə etmiş, məhkəmə qərarları ilə mübahisəli evə vərəsəlik qaydasında da hər hansı hüququ yaranmaması təsdiq edildiyi halda, niyyəti əsassız olaraq miras əmlakın ½ hissəsinə malik olmaq olmuşdur. Bu ilk iddiaçının məhkəməyə təqdim etdiyi yazılı izahatının məzmununda öz əksini tapmışdır ki, həmin izahatında o, məhkəmənin gəldiyi nəticənin həqiqətəuyğun olmamasını qeyd etmiş, hər bir halda vərəsə olduğu üçün onun miras əmlakda vərəsə kimi payının olmasını israr etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. - 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. - 560.2-ci maddəsinə görə, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 21.12.2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe X49 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09.03.1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Məhkəmə həmçinin qeyd edir ki, notariat icraatında “miras əmlakının naturada bölünərək ½ payın müəyyən edilməsi, qiymətləndirilməsi və evə köçürülməsi barədə” iddia ərizəsi ilə bağlı qəbul edilmiş bütün məhkəmə qərarlarının surətləri əlavə edilməsi halı notariusun həmin qərarlardan məlumatsız olmamasının göstəricisidir. Məhkəmə hesab edir ki, qanuni qüvvəsini almış məhkəmə aktları ilə İddiaçı vərəsə kimi qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməməklə həmin hüququnun itirməsinin təsdiq edilməsini nəzərə alınmadan notarius tərəfindən ona 04.09.2020-ci il tarixli, 2v-62 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi, onun da əsasında 29.09.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın verilməsinin qanuni əsasları mövcud olmamışdır. Məhkəmə eyni zamanda hesab edir ki, qanuni qüvvəsini almış məhkəmə aktlarının mövcudluğundan məlumatlı olan notariusun notariat hərəkətini aparması qanunazidd olmuşdur. Halbuki, vərəsəliklə bağlı 03.07.2018-ci ildə notariat əməliyyatlarına başlayandan və müəyyən hərəkətləri etdikdən sonra mərhumun adına Çıxarış alınmasına baxmayaraq, qanun üzrə vərəsəlik hüququ barədə şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən ilk iddiaçının qanun üzrə vərəsəliyə çağırılması üçün qanunvericiliklə müəyyən edilmiş əsasların olmamasını təsdiq edən qanuni qüvvəsini almış məhkəmə aktları artıq qəbul edilmişdir. Belə olan halda notarius “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinin məzmununa əsasən notariat hərəkətlərini aparmaqdan imtina etməli idi. Belə ki, həmin normada hərəkətin aparılmasının qanunazidd olması notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslərin notariat hərəkətlərini aparmaqdan imtina etməli olması hallarından biri kimi göstərilmişdir. Həmçinin məhkəmə notariat icraatında olan Sabunçu RİHB-nin Maştağa qəsəbəsi üzrə nümayədəsi və onun müavini tərəfindən imzalanmış 26.04.2018-ci il tarixli, 2915 saylı arayışla bağlı qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən şəhadətnamənin verilməsinə əsas verən bu arayışın məzmununda göstərilənlərin işin faktiki və həqiqi araşdırılmış hallarına uyğun olmaması müəyyən edilmişdir. Belə ki, həmin arayışda İddiaçı anası mərhum X26 vəfatına qədər Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Mirəliyev küçəsi, ev 102 ünvanında ailəsi ilə birlikdə yaşaması göstərilsə də, qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, X39 28.02.1988-ci il tarixdə vəfat edərkən iddiaçı 1978-ci ildə törətdiyi cinayətə görə məhkumluq həyatı yaşamışdır. 1992-ci ildə isə azadlığa çıxdıqdan sonra miras əmlakda yaşamamış, onu faktiki qəbul etməmiş, 1992-ci ildə Rusiya Federasiyasına getmiş, 1997ci ildə İspaniyaya getmiş, 2009-cu ildə Azərbaycana qayıtmış, sonra isə yenidən İspaniyaya getmiş, 2010-cu ildə orada cinayət törədərək 2018-ci ilin yanvar ayında Azərbaycan Respublikasına ekstradisiya olunmuşdur. Beləliklə də, iddiaçı 1992-ci ildən 1997-ci ilə qədər və 1997-ci ildən 2009-cu ilə qədər olan müddət ərzində mübahisəli evdə yaşamamasını, bu müddət ərzində dostunun evində, həmçinin Bülbül prospekti, ev 25, mənzil 26 ünvanında sahəsi 30 kv.m olan 1 otaqlı evdə yaşamasını təsdiq etmişdir. Həmçinin məhkəmə 26.04.2018-ci il tarixli, 2915 saylı arayışa hüquqi qiymət verməyə davam edərək hesab edir ki, həmin sənəddə hal-hazırda bu ünvanda yerləşən mülkiyyətə mərhum X26 oğlu İddiaçı faktiki sahiblik etməklə yaşaması faktı da düzgün göstərilməmişdir. Belə ki, yenə də qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, İddiaçı 1978-ci ildə həbs olunsa da, 1992-ci ildə azadlığa buraxıldıqdan sonra Rusiya Federasiyasına, oradan isə İspaniyaya getmiş və uzun müddət vətəndən kənarda yaşamışdır. Bununla da müəyyən olunur ki, o, 6 aydan artıq müddətə mübahisəli evi tərk etmiş və beləliklə də onun həmin evə istifadə hüququ itirilmişdir. Sözügedən arayışda İddiaçı həmin evdə daimi passport qeydiyyatında olmasına istinad edilsə də, əvvəlki iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarında göstərildiyi kimi, qüvvədə olan qanunvericilik mənzildə qeydiyyatda olmanı mənzildən istifadə hüququnun olması kimi qəbul etmir. Məhkəmə daha sonra qeyd edir ki, mübahisəli evə faktiki sahibliyin X15 tərəfindən edilməsinin işin mübahisəsiz halı olması, eləcə də, İddiaçı son 30 ildə həmin evdə yaşmaması və bunun təsdiqinə dair şahid ifadələri də sözügedən, qanuni qüvvəsini almış məhkəmə aktlarında öz əksini tapmışdır. İşin bu halları məhkəməyə Sabunçu RİHB-nin Maştağa qəsəbəsi üzrə nümayədəsi və onun müavini tərəfindən imzalanmış 26.04.2018-ci il tarixli, 2915 saylı arayışının məzmununda göstərilənlərin həqiqətə uyğun olmayan yalan məlumatlar olması qənaətinə gəlməyə tam əsas verir. Həmçinin Sabunçu RİHB-nin Maştağa qəsəbəsi Nümayəndəliyinin məhkəməyə ünvanladığı 23.11.2021-ci il tarixli, 397 saylı cavab məktubunun məzmunu da sözügedən arayışda İddiaçı barədə göstərilənlərin doğru olmamasını bir daha təsdiq edir. Belə ki, sözügedən cavab məktubunda İddiaçı mübahisəli evə sahiblik edib-etməməsi və yaşayıb-yaşamaması barədə nümayəndəlikdə məlumatın olmaması göstərilmişdir. Qeyd edilən cavab məktubunda Cavabdeh mübahisəli evə sahiblik edib-etməməsi və yaşayıb-yaşamaması barədə məlumat olmamasının göstərilməsini isə məhkəmə əhəmiyyətsiz sayaraq tənqidi yanaşır. Belə ki, Cavabdeh 04.02.1971-ci ildən sözüegedən evə sahiblik etməklə orada hazırkı vaxtadək yaşaması həm iş materialları, həm də qanuni qüvvəsini almış məhkəmə aktlarının məzmunu ilə təsdiq edilir. İlk İddiaçı isə mübahisəli evdə sahiblik etməməklə orada 1978-ci ildən hazırkı vaxtadək yaşamaması faktı işin mübahisəsiz hallarındadır. Bundan da əlavə, məhkəmə baxışı zamanı ilk İddiaçı özü də izahatında azadlığa çıxandan sonra mübahisəli evdə deyil, dost-tanışının evində yaşamasını, bunun səbəbi kimi qardaşı və digər qardaşının övladlarının buna mane olmasını göstərmişdir. İlk İddiaçı onun övladlarının da ünvan 1 ünvanında yaşamasına cavabdehin mane olması barədə dəlilinə münasibətdə ilk iddia üzrə cavabdeh tərəf göstərmişdir ki, həbsdən qayıtdıqdan sonra Cavabdeh sözügedən ünvanda yaşamasına heç bir hüquqi əsas olmamışdır. Qanunvericiliyə görə, qeydiyyat evdən istifadə hüququ yaratmır. Digər tərəfdən, özünün bildirdiyinə görə, İddiaçı övladarı Azərbaycan Respublikasında yaşamır. Məhkəmə qeyd edir ki, yenə də qanuni qüvvəsini almış məhkəmə aktlarında əksini tapmış İddiaçı həmin iş üzrə iddia ərizəsinin məzmununda göstərmişdir ki, hal-hazırda yaşamağa evi yoxdur, arvadı vəfat edib, uşaqları isə Rusiya Federasiyasının Çelyabinsk şəhərində yaşayırlar. Məhkəmə bununla bağlı həmçinin qeyd edir ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, ilk İddiaçı ünvan 1 ünvanında yaşamasına heç bir hüquqi əsas olmamış, adına olan çıxarışın verilməsinə əsas olan sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmamasına yuxarıda hüquqi qiymət verilmişdir. Bundan əlavə, məhkəmə araşdırma zamanı həmçinin müəyyən etmişdir ki, 39 saylı notariat ofisinin xüsusi notariusu X46 tərəfindən İddiaçı adına 04.09.2020-ci il tarixli, 2v-62 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi verilərkən Sabunçu RİHB-nin Maştağa qəsəbəsi nümayədəsi və onun müavini tərəfindən imzalanmış 26.04.2018-ci il tarixli, 2915 saylı arayışın məzmununda real faktlar təhrif edildiyindən, başqa sözlə, orada faktiki olaraq kimlərin yaşaması və qeydiyyatda olmaları göstərilmədiyindən, notarius tərəfindən vərəsələrin dairəsi düzgün müəyyənləşdirilməmişdir. Belə ki, İddiaçı da izahatında qardaşı X5 olmasını və vəfat etməsini təsdiq etmişdir. Lakin onun vəfatından sonra uşaqlarının həmin həyətdən ayrılmış digər yerdə yaşamalarını göstərərək onların ünvan 1 ünvanına vərəsəliklə bağlı aidiyyatları olmamasını da qeyd etmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, X20 iki deyil, üç oğlu olmuş, onlardan X17 ünvan 1 ünvanında 24.03.2014-cü ildə vəfat etmiş, onun vəfatından sonra övladları Azad və Mirəlisəttar Əliəsgərovlar qeydiyyatda olduqları həmin evdə öz ailələri ilə yaşamaqda davam edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Həmin Məcəllənin 1253.1-ci maddəsinə əsasən, mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. İşin materiallarından görünür ki, X20 28.02.1988-ci ildə vəfatından sonra miras açılmış, onun vərəsəsi X17 isə 24.03.2014-cü ildə miras əmlak yerləşən ünvanda vəfat etmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinin İ hissəsinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Yuxarıda şərh olunanlardan göründüyü kimi, notariat orqanı öz vəzifəsini yerinə yetirməmiş, İddiaçı adına verdiyi şəhadətnamə ilə digər vərəsəlik hüququ olan üçüncü şəxslərin hüquqlarının pozulmasına şərait yaratmışdır. Məhkəmə hesab edir ki, bu səbəbdən də mübahisələndirilən vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Məhkəmə qarşılıqlı və üçüncü şəxslərin iddiaları üzrə cavabdeh tərəfin həmin iddialara etirazının əsasları kimi istinad etdiyi hala, yəni İddiaçı adına 29.09.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın verilməsi və bu sənədin ona mübahisəli əmlakın ½ hissəsi üzərində mülkiyyət hüququnun artıq tanınmasının və qüvvədə olmasının nəzərə alınmasına dair dəlilinə hüquqi qiymət verərək hesab edir ki, sözügedən sənədin verilməsi üçün əsas olmuş 04.09.2020-ci il tarixli, 2v-62 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi qanuni qüvvəsin almış məhkəmə aktları ilə müəyyən edilmiş hallara zidd və qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün sözügedən Çıxarış hüquqi qüvvəyə malik ola bilməz və işin materiallarından göründüyü kimi, onun qanuniliyi artıq mübahisələndirilmiş, məhkəmə həmin çıxarışla, onun verilməsinə əsas olmuş şəhadətnamənin də qanunsuz olmasına dair irəli sürülən dəlillərin əsaslı olması qənaətinə gəlmişdir. Məhkəmə həmçinin qarşılıqlı və üçüncü şəxslərin iddiaları üzrə cavabdeh tərəfin həmin iddialara etirazının əsası kimi istinad etdiyi digər hala, yəni hazırkı mübahisəyə kəsici müdddətin tətbiq edilməsinə qiymət verərək hesab edir ki, qarşılıqlı iddiaçının və üçüncü şəxslərin sözügedən qanun üzrə vərəsəlik şəhadətnaməsi barədə verildiyi vaxtdan məlumatlı olmalarına dair iş materiallarında sübutlar mövcud deyil. Belə ki, işin materiallarından görünür ki, İddiaçı əvvəlki iddiası üzrə qəbul edilmiş məhkəmə aktlarında sözügedən şəhadətnamənin alınmaması göstərilmiş, həmçinin ilk iddiaçı onun adına 04.09.2020-ci il tarixli, 2v-62 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi barədə ilk iddiasında qeyd etməyərək onun surətini əlavə etməmişdir İş materiallarından məlum olur ki, qarşılıqlı iddiaçı və üçüncü şəxslər əvvəl verdikləri iddialarında İddiaçı adına verilmiş 29.09.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın qanunsuz olduğu üçün ləğv edilməsini xahiş etmiş və ərizələrində qeyd edilən Çıxarışın verilməsinə əsas olan notariat sənədi barədə hələ ki məlumatları olmamasını, eləcə də məhkəmə baxışı gedişatında bununla bağlı əldə edilən məlumatlar əsasında iddia tələblərinə müəyyən əlavələrlə müraciət ediləcəklərini göstərmişlər. İşin materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmənin verdiyi 05.08.2021-ci il tarixli sorğuya cavab olaraq 06.09.2021-ci il tarixli məktubla İddiaçı adına 04.09.2020-ci il tarixli, 2v-62 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin surəti məhkəməyə təqdim edildikdən sonra qarşılıqlı iddiaçı və üçüncü şəxslər sözügedən şəhadətnamənin etibarsızlığı ilə bağlı iddialarına əlavə ilə müraciət etmişlər. Beləliklə də məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı və üçüncü şəxslər sözügedən şəhadətnamənin məzmunundan rəsmi qaydada məlumatlandırıldıqdan sonra onu qanunvericiliyə uyğun qaydada və müddətdə mübahisələndirdiklərindən hazırkı mübahisəyə kəsici müddət tətbiq edilməsinə hüquqi əsaslar mövcud deyildir. Azərbaycan Respublikasının MPM-in: - 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. - 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsas vəzifələrindən biri mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (maddə 1.2.) prinsiplərindən isə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması (maddə 6.1.7), pozulmuş hüquqların bərpasının təmin edilməsidir (maddə 6.1.8). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Beləliklə, mülki-prosessual qanunvericiliyinə müvafiq olaraq, məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilk iddia rədd edilməli, qarşılıqlı iddia və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiası qismən təmin edilərək, Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu X46 tərəfindən İddiaçı adına verilmiş 04.09.2020-ci il tarixli, 2v-62 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilməli, İddiaçı adına verilmiş 29.09.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilməli, qarşılıqlı iddia və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiası qalan hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə Ağasəf Mirəlisəttar oğlunun qarşılıqlı iddiası və müstəqil tələb irəli sürən üçüncü şəxslər X4 və X33 iddia tələblərinin cavabdeh şəxslərin qanunsuz hərəkətlərində cinayət əlamətləri olduğundan xüsusi qərardad çıxarılaraq aidiyyəti orqanlara məlumat verilməsi hissəsi ilə bağlı qeyd edir ki, bu tələb hüquqi mahiyyəti etibarilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə, öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Lakin bu barədə məsələ iddia ərizələrində qaldırıldığından, ona hüquqi qiymət verilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası MPM-in 265-ci maddəsinin tələbinə görə, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə cavabdeh şəxslərin hərəkətlərində yuxarıda göstərilən qanunsuzluqları aşkar etsə də, həmin hərəkətlərdə cinayət əlamətləri müəyyən edilmədiyindən hesab edir ki, qarşılıqlı iddia və üçüncü şəxslərin iddia tələbi xüsusi qərardad çıxarılması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “xüsusi mülkiyyətdə müəyyən edilmiş əmlakın ½ payın naturada bölünməsi və həmin paydan istifadə etmək üçün cavabdehin maneəsinin qadağan edilməsi” tələbinə dair ilk iddiası rədd edilsin. Cavabdeh İddiaçı qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X4 və X33 İddiaçı qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı adına verilmiş 04.09.2020-ci il tarixli, 2v-62 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilsin. İddiaçı adına verilmiş 29.09.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilsin. Cavabdeh qarşılıqlı iddiası və müstəqil tələb irəli sürən üçüncü şəxslər X4 və X33 iddiaları qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-4979/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4979/2021
06.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver