Məhkəmə qərarları › İş №2(008)-4982/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-4982/2024

18.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-4982/2024 18.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X1 qızının katibliyi, Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin mülkiyyətindəki əraziyə daxil olmaqla apardığı tikinti işlərinin onların öz hesabına sökülərək, əvvəlki vəziyyətinə qaytarılması, gələcəyində onunla bu sahəyə görə mübahisə yaratmaq üçün əkdiyi ağacların onun mülkiyyətindəki sahədən çıxarması, ona məxsus hörgü daşlarından istifadə etməklə özləri üçün istifadə etməsi nəticəsində ona vurduğu zərərin müştərək qaydada tutulub ona ödənilməsi və cavabdehlərin bütün tikililərinin özünün hesabına sökülərək onun mülkiyyətindəki ərazidən çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin mülkiyyətindəki əraziyə daxil olmaqla apardığı tikinti işlərinin onların öz hesabına sökülərək, əvvəlki vəziyyətinə qaytarılması, gələcəyində onunla bu sahəyə görə mübahisə yaratmaq üçün əkdiyi ağacların onun mülkiyyətindəki sahədən çıxarması, ona məxsus hörgü daşlarından istifadə etməsi nəticəsində vurulmuş zərərin müştərək qaydada tutularaq ödənilməsi və cavabdehlərin bütün tikililərinin özünün hesabına sökülərək mülkiyyətindəki ərazidən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, valideyni əməliyyat olunduğundan və Bakı Apellyasiya Məhkəməsində təyin olunmuş iclaslar ilə bu iclas ilə üst-üstə düşdüyündən 18 sentyabr 2024-cü il tarixinə təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbədən iştirak edə bilmədiyinə görə məhkəmə hazırlıq iclasını 15 gün sonraya təxirə salınmasını və növbəti məhkəmə hazırlıq iclası barədə ona məlumat verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdehlər izahatlarında 2(008)- 4322/2024 nömrəli mülki işlə hazırki işin bir icraatda birləşdirilməsi ilə əlaqədar olaraq məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdirlər. Məhkəmə cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia tələbinə dair 2(008)-4982/2024 nömrəli mülki iş iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı servitut olaraq yüklü edilmə tələbinə dair 2(008)-4322/2024 nömrəli mülki işə birləşdirilərək bir icraatda baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, mülki-prosessual hüquq institutu olaraq “işlərin bir icraatda birləşdirilməsi” institutunun yuxarıda qeyd olunan iddia tələblərinə münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan “mübahisələrə mümkün olan qısa müddətlərdə baxılması” prinsipinə də uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 169.4-cü və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia tələbinə dair 2(008)-4982/2024 nömrəli mülki iş iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı servitut olaraq yüklü edilmə tələbinə dair 2(008)-4322/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilsin. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar