Məhkəmə qərarları › İş №2(008)-504/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-504/2023

31.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-504/2023 31.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı Oktay oğlunun və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Oktay oğlunun Cavabdeh qarşı «mühafizə zolağının ayrılması, mühafizə hasarının tikilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Oktay oğlu Cavabdeh qarşı «mühafizə zolağının ayrılması, mühafizə hasarının tikilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanındakı yeni tikili ilə onun mülkiyyətində olan ünvan 5 ünvandakı mənzil arasında 4 metrlik ara məsafəsinin müəyən edilməsi, Cavabdeh ünvan 2 ünvanındakı yeni tikili ilə onun mülkiyyətində olan ünvan 5 ünvandakı mənzil arasında 4 metrlik ara məsafəsinin ortasında və cavabdehin qanunsuz olaraq yol kimi istifadə etdiyi hissədə evinin 1.4 metrlik məsafəsində ara hasarının tikilməsi, ona vurduğu maddi zərərin əvəzi olaraq 9680 (doqquz min altı yüz səksən) manatın, vurduğu mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manatın, ödədiyi dövlət rüsumunun Cavabdeh tutularaq ona, İddiaçı ödənilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Oktay oğlu ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı işlədiyi “Balaxanınefit” NQCİ-də növbəlilik əsasında 1992-ci ildə ünvan 5 ünvanda fərdi yaşayış evi ilə təmin edilmişdir. Mənzili balaca olduğundan fəaliyyət göstərdiyi təşkilatın qərarı və vəsaiti hesabına mənzili təmir edilmiş və genişləndirilmişdir. Ona yaşadığı mənzilə mülkiyyət hüququ verilməsinə dair 04 yanvar 1994-cü il tarixdə texniki pasport verilmişdir. Həmin zaman evinin ona məxsus həyətinin kənarından arxada yaşayan qonşuya 90 sm piyada yolu ayrılmışdı. Onun yaşadığı mənzilin yanından heç zaman maşın yolu olmamışdır. Cavabdeh X3 ünvan 2 ünvana ona qonşu köçdükdən sonra bütün qonşuluq qaydalarını və qanunvericiliyin tələbini pozaraq, onun şəxsi mənzilində yaşamağına maneçilik törədir. Cavabdeh onun və digər qonşunun istinad divarlarını qismən içəri çəkməyindən istifadə edərək, evinin divarının yaxınlığından yol salmış, özünə irihəcmli ev tikməyə başlamışdır. Hər dəfə irad bildirdikdə isə evin tikintisi başa çadıqdan sonra həmin yerdən yol kimi istifadə etməyəcəyini, birgə evinin ətrafında mühafizə zolağını yaradaraq, mühafizə hasarını tikəcəyini bildirmişdir. Lakin cavabdeh evini başa çatdırdıqda bu sözlərindən imtina etməklə qonşu hüquqlarını və qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdeh X2 qanunsuz tikinti aparması, maşın mexanizmlərin bizdən heç bir razılıq almadan yüksək səs-küylə evinin divarının dibində işləməsi, pompa qurğusunu onun divarının dibində quraraq evinin üstündən beton vurması, onun aldadaraq iki aydan artıq ara divarının tikintisinə və köhnə evinin sökülməsinə cəlb etməsi, pompa qurğusunun və digər maşın mexanizmlərin işləməsi nəticəsində evinin mətbəxinin və sanuzelinin yararsız hala düşməsi, onların bərpa edilməsi üçün xeyli fiziki güc və maddi vəsait sərf etməyi, bəzən gecələr də səsli-küylü vəziyyət yarandığından dövlət işində işləməyinə, iş günləri səhər saat 9-da işdə olmalı olduğu halda gecələr yata bilməməyi nəticəsində o və ailə üzvləri xeyli mənəvi sarsıntıya və iztiraba məruz qalmışlar. Cavabdeh ona vurduğu mənəvi zərərin əvəzini də tam ödəməlidir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı tərəf vəsatətlə müraciət edərək cavabdeh X2 əsl Cavabdeh ilə əvəz edilməsini məhkəmədən xahiş etmiş, məhkəmə ttəəfindən isə vəsatət təmin edilərk cavabdeh əsl Cavabdeh ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Oktay oğlu iddia tələbinin məzumununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı Oktay oğlunun nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməmiş, iddianın rədd edilməsini məhkəmədn xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X1 və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən təqdim edilmiş 0 4.01.1994-cü il tarixlitexniki pasportdan görünür ki, Sabunçu rayonu, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı Oktay oğlunun mülkiyyətinə verilmişdir. Azərbaycan Respublaikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən verilmiş ******* saylı çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi, bina 5, 2 saylı mənzilin hüquqi subyekti Cavabdehdır. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 88 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamının surətindən görünür ki, Cavabdeh Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H.Ağayev küçəsində yerləşən 5 saylı evin 2 saylı mənzilinin təsdiq olunmuş layihə əsasında yenidən qurulmasına icazə verilmişdir. "xxxx" MMC-nin 2019-cu il tarixli Memarlıq – Planlaşdırma Bölməsinin layihə sxemindən görünür ki, ünvan 4 ünvanında yerləşən Cavabdeh məxsus olan fərdi yaşayış evinin layihəsi sxemi hazırlanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/8694 nömrəli rəyindən müəyyən edildi ki, Cavabdeh mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən yeni tikilinin giriş-çıxış yolu ayrı ayrılıqda olduğunu nəzərə alaraq İddiaçı mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin istifadəsinə hər hansı bir məhdudiyyət yaratmadığı müəyyən edilmişdir, Cavabdeh mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən yeni tikimiş fərdi yaşayış evinin (iki mərtəbəli fərdi yaşayış evi) inşa olunmasına dair müvafiq icra hakimiyəti orqanlarından icazə sənədləri olmadığından həmin tikilinin inşaası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160№-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanlan ilə razılaşdırılması Qaydalarının» 4.1. və 4.2. bəndlərin tələblərinə riayət olunmadığı müəyyən edilmişdir, həmçinin rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Cavabdeh mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində yeni tikilmiş tikili ilə İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi arasında məsafə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsində tələblərinə tələbinə uyğun inşa edilmiş, xx.xx.2012-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəllənin 69-cu maddəsində tələblərinə əsasən sərhəd hasarı yaşayış evinin divar hündürlüyü 0,3 əmsalına vurulmaqla müəyyən olunan ara məsafə inşa edilməli olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Məhkəmə ilk növbədə iddia tələbinin ilkin hissəsinə-Cavabdeh ünvan 1 ünvanındakı yeni tikili ilə onun mülkiyyətində olan ünvan 5 ünvandakı mənzil arasında 4 metrlik ara məsafəsinin müəyən edilməsi, Cavabdeh ünvan 2 ünvanındakı yeni tikili ilə onun mülkiyyətində olan ünvan 5 ünvandakı mənzil arasında 4 metrlik ara məsafəsinin ortasında və cavabdehin qanunsuz olaraq yol kimi istifadə etdiyi hissədə evinin 1.4 metrlik məsafəsində ara hasarının tikilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərək onun mülkiyyətində olan ev ilə qonşu olan cavabdehin mülkiyyətindəki evin həyətində yerləşən yeni tikilinin tikilməsi zamanı ara məsəfə qaydalarının gözlənilmədiyini bildirsədə, məhkəmə tərərfindən təyin edilmiş ekspert rəyindən də görünür ki, cavabdeh tərəfindən inşa edilmiş yeni tikili ilə iddiaçının mülkiyyətindəki ev arasında saxlanılmalı olan ara məsfəsi qaydası Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun inşa edilmiş olduğundan iddia tələbi bu hissədə təmin edilə bilməz. Bundan sonra məhkəmə iddia tələbinin maddi zərərin ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərək cavabdeh tərəfindən inşa edilmiş yeni tikilinin tikintisi zamanı onun mülkiyyətində olan evə 9680 manat məbləğində maddi zərər vurulmuş olduğunu bildirsədə, bu halı təsdiq edəcək ilkin sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi bu hissədə də təmin edilə bilməz. Həmçinin məhkəmə onuda qeyd etməyi zərurui hesab edir ki, iddiaçı tərəfindən maddi ziyan vurulmasına dair əlavə edilmiş siyahı isə heç bir hüquqi əhəmiyyət kəsb etmədiyindən məhkəmə tərərfindən zəruri sübut kimi qiymətləndirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, işdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsi sübuta yetirilmir. Bununla bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən fiziki və mənəvi sarsıntılar keçirməsi, sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdehdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi də rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Oktay oğlunun Cavabdeh qarşı «mühafizə zolağının ayrılması, mühafizə hasarının tikilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar