Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5135/2024 27.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X21, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil2, Cavavbdehby nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vəsiyyətnamənin etibğarsızlığına dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X35 adından tərtib olunmuş xx.xx.2010-cu il tarixli vəsiyyətnamənin etibarsız hesab olunmas ı haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun babası X50 qardaşı X11n xx.xx.2010-cu ildə bütün əmlakını Cavabdeh vəsiyyət etməsinə dair vəsiyyətnamə mövcuddur. Lakin sözügedən vəsiyyətnamənin etibarsızlığına dair ciddi əsaslar vardır. Belə ki, iddiaçının babası X50 üç qardaşı (Yəhyabala Musa oğlu, Yaqub Musa oğlu, Yusif Musa oğlu) və bir bacısı olmuşdur. Onların ataları X36 xx.xx.1951-ci il tarixində Məktəb küçəsi, ev 54 ünvanında yerləşən əmlakı oğlu Yəhyabala Musa oğluna vermişdir. Bu barədə Maştağa qəsəbə Soveti İcraiyyə Komitəsinin sədrinin imzası ilə akt tərtib edilmişdir. Yəhyabala Musa oğlu həmin torpaq sahəsində 4 ev tikmişdir. Həmin evlərdən birini böyük qardaşı, iddiaçının da babası olan İsa Musa oğluna müvəqqəti yaşayış üçün vermişdir. Evlərdən birini isə digər qardaşı Yaqub Musa oğlunun xahişi ilə onun istifadəsinə vermişdir. Yaqub Musa oğlu xx.xx.2010-cu il tarixinədək öldüyü günə qədər həmin evdə tənha yaşamışdır. X51 və cavabdehin ögey bacısı X2 Yusif Musa oğlunun ölümünə 48 gün qalmış, Cavabdeh isə Yusif Musa oğlunun ölümündən 1 il, 20 gündən sonra həmin ünvana daimi qeydiyyata düşmüşlər. Belə ki, Yəhyabala Musa oğlu kiçik qardaşı Yusif Musa oğlunu xx.xx.1997-ci il tarixində qəflətən xəstələndiyindən onu Maştağa qəsəbəsi, Məktəb küçəsi, ev 54 ünvanında yerləşən mənzilə gətirmişdir. Həmin dövrdə qeyri-rəsmi olaraq Yusif Musa oğlu ilə birlikdə yaşayan cavabdehin anası X10 qulluq etməyi bəhanə gətirərək onun yanında yaşamağa icazə verməsini israrla xahiş etdiyi üçün Yəhyabala Musa oğlu həmin evdə onun müvəqqəti yaşamasına icazə vermişdir. Yusif Musa oğlu xx.xx.2005-ci il tarixində 68 yaşında olarkən qeyri-rəsmi yaşadığı X51 ilə sonradan rəsmi nikah bağlamışdır. Məmmədova Nailə daha sonra Yəhyabala Musa oğlundan onu və oğlu Cavabdeh Məktəb küçəsi, ev 54 ünvanına qeydiyyata almağı xahiş etmişdir. Yəhyabala buna razılıq verməsə də, digər qardaşı iddiaçının babası olan İsa Musa oğluna dəfələrlə israrlı xahişlərdən sonra onların razılığını almağa nail olmuşdur. X35 ölümündə xeyrinə vəsiyyətnamə tərtib edilmiş Cavabdeh və anası Nailə Məmmədova əsas şübhəli şəxslərdir. Nailə Məmmədova hazırda AR CM-in 178-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş qardaşı, “X34” İB-in sədri Rasim Məmmədova arxalanaraq X29 tərəfindən müvəqqəti verilmiş Yaqub Musa oğlunun evini zəbt etmək istəmiş və Maştağa qəsəbəsi, Məktəb küçəsi, ev 54 ünvanında yerləşən evə dair sənədləri tələb etmişdir. Yaqub Musa oğlu ona etirazını bildirdikdə onu şərləyərək həbs etdirəcəyinə dair hədələmişdir. Məmmədov Yaqubun bu cür təhdidlərə məruz qalması onun yaxınları və qohumlar arasında hər kəsə məlum olmuşdur. 2010-cu ilin avqust ayında Yaqub Musa oğlu qəflətən xəstələnərək iki ay sonra xx.xx.2010-cu il tarixində vəfat etmişdir. Xəstələnən zaman qardaşı Yəhyabala Musa oğlunun dediyinə görə zəhərləndiyinə dair ona məlumat verərək xəbərdar etmişdir. X7 müvəqqəti yaşadığı həmin evi onun ölümündən sonra heç bir hüquqmüəyyənedici sənəd olmadan kənar şəxslərə satmışdır. X35 adından tərtib olunmuş və onun öz imzası ilə təsdiq olunmuş kifayət qədər sənədlər mövcuddur. X56 tərəfindən əvvəllər tərtib olunmuş vəsiyyətnamələr və digər sənədlər vardır ki, bunlar da şəxsin elə məhz öz imzası ilə təsdiq olunmuşdur. Belə ki, qardaşı X38 adına tərtib olunmuş xx.xx.1994-cü il tarixli vəsiyyətnamənin və daha sonra xx.xx.2007-ci il tarixində həmin vəsiyyətnamənin ləğvinə dair ərizənin X35 öz imzası ilə təsdiq olunduğu açıq-aşkardır. AR Mülki Məcəlləsinin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. İşin yuxarıda qeyd edilən faktiki hallarına əsasən müəyyən olunur ki, xx.xx.2010-cu il tarixli vəsiyyətnamə necə və hansı şərtlər altında tərtib olunmuşdur. Belə ki, X31 Yusif Musa oğlunun ölümündən çox az müddət əvvəl onunla nikaha daxil olması, Məmmədov Yaqubu dəfələrlə təhdid edərək evə dair sənədləri tələb etməsi, iki qardaşın - həm Məmmədov Yusif, həm də Məmmədov Yaqubun müəmmalı ölümü, Məmmədov Yaqubun ölümündən sonra qanunsuz şəkildə onun evini kənar şəxslərə satması- bütün bunlar X51 və oğlu Məmmədov X3 zorakılıq göstərərək və ya onu hədələməklə vəsiyyətnamə tərtib etməyə məcbur etdiklərini deməyə əsas verir. X35 “savadsızlığı” səbəbindən vəsiyyətnamənin başqa şəxs tərəfindən imzalanması qeyri-mümkündür. Belə ki, sözügedən vəsiyyətnamədə qeyd olunur ki, vəsiyyətnamə başqa şəxs tərəfindən imzalanmışdır. Və buna səbəb olaraq Yaqub Musa oğlunun savadsızlığı göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 64-cü bəndində qeyd olunur ki, vəsiyyətnamə, tərtib edildiyi yer və vaxt göstərilməklə, yazdı şəkildə tərtib edilməli və vəsiyyət edən tərəfindən şəxsən imzalanmalıdır. Vəsiyyət edən fiziki qüsurlarına, xəstəliyinə və ya başqa səbəblərə görə vəsiyyətnaməni şəxsən imzalaya bilmirsə, vəsiyyətnaməni onun xahişi və iştirakı ilə digər şəxs imzalaya bilər. Bu zaman təsdiq qeydində vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir. Qanunvericiliyin tələbindən aydın şəkildə görünür ki, vəsiyyətnaməni vəsiyyət edənin əvəzinə başqa şəxsin imzalaması üçün ciddi bir səbəb olmalıdır. Və bu səbəbin fiziki problemlərlə bağlı olmasını qanunverici xüsusi olaraq vurğulamışdır. Şəxsin “savadsız” olması kimi qeyrimüəyyən və əsassız bir səbəb göstərilməklə vəsiyyətnaməni başqa şəxsin imzalaması isə ağlabatan deyildir. Şəxsin savadsızlığı dedikdə onun heç bir təhsil səviyyəsinə, oxuma-yazma qabiliyyətinə sahib olmaması başa düşülür. Amma bir halda ki, X56 orta məktəbi bitirmiş və kollec təhsili də almışdır, bu zaman həmin şəxsin savadsızlığından söhbət belə gedə bilməz. Və ümumiyyətlə bir sənədi imzalamaq üçün hər hansı xüsusi savad göstəricisinə zərurətin olmadığı da aydındır. Bundan başqa, Məmmədov Yaqub tərəfindən şəxsən öz imzası ilə təsdiq olunmuş digər vəsiyyətnamə və sənədlərin mövcudluğu onun savadsız olmasına dair fikri tamamilə aradan qaldırır. Belə olan halda sonuncu vəsiyyətnaməni Məmmədov Yaqubun əvəzinə başqa şəxsin imzalamasına səbəb olaraq Məmmədov Yaqubun hətta sənədi imzalayacaq qədər savadının olmamasınının göstərilməsi absurddur. Həmin vəsiyyətnamə mərhumun əvəzindən tamamilə ona yad bir şəxs olan X22 tərəfindən imzalanmış, mərhuma digər yad şəxslər olan X40 və X32 isə guya buna şahidlik etmişlər. Halbuki, qeyd olunan şəxslərin hər üçü, xeyrinə vəsiyyət edilən Cavabdeh anası X31 direktor vəzifəsində çalışdığı 187 nömrəli orta məktəbin işçiləri olması müəyyən edilmiş və sonuncuların bu saxta sənədləşdirmədə məhz tabeliyində olduqları məktəb direktorunun diqtəsi ilə iştirak etmişdirlər. Göründüyü kimi, 3 vəsiyyətnamədən birinin etibarsızlığı tam sübuta yetirilməklə yanaşı, digər 2 vəsiyyətnamənin etibarlılığına dair əsaslı şübhələr olduğu öz əksini tapmışdır. Birtərəfli əqd olan vəsiyyətnamənin etibarlılığı üçün vəsiyyət edənin iradə ifadəsi mütləq şəkildə təzahür etməlidir. X35 adından Cavabdeh xeyrinə tərtib olunmuş vəsiyyətnamənin tərtibində isə məcburetmə faktının mövcudluğu, Məmmədov Yaqubun savadızlığı səbəbilə vəsiyyətnaməni başqa şəxsin imzalamasının qeyrimümkün olması, şəxsin adından və öz imzası ilə təsdiq olunan kifayət qədər sənədlərin mövcud olması sözügedən vəsiyyətnamədə iradə ifadəsinin qüsurlu olduğunu deməyə əsas verir. Cavabdeh aşağıdakı məzmunda iddia ərizəsinə etiraz vermişdir. İddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Ona görə ki, etibarsızlığını tələb etdiyi vəsiyyətnamə ilə bağlı mülki mübahisə üzrə o, 1-ci dərəcəli vərəsələr dairəsinə aid deyildir. Vəsiyyət qoyan şəxs - əmisi X56 cavabdehin atasının əmisidir. İsa Musa oğlu 1995-ci ildə dünyadan köçüb, X57 isə sağdır. Musayev Abasağa sağ ola-ola Musayev X12 vəsiyyətnamənin etibarsızlığı məsələsini qaldıra bilməz. Ən azı, onun tələbi bu nöqteyi-nəzərdən əsassızdır. İddiaçı ilə arasında başqa məhkəmələrdə mülki mübahisə - vərəsəliklə bağlı mübahisələr vardır. Həmin işlərdə o, qaldırdığı bütün iddialar üzrə haqsız tərəfdir, əsassız iddia və tələbləri rədd olunan tərəfdir. Cavabdehin iddiası əsasında Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X17 miras qalmış, ünvan 1 ünvanında yerləşən 0,549 ha torpaq sahəsinin Yusif Musa oğluna məxsus miras payının 1/4 hissəsinə Cavabdeh və X31 vərəsəlik hüquqlarının tanınmasına dair yeni qanun üzrə vərəsəlik hüququ haqqında səhadətnamənin verilməsi və hər birinin miras paylarının müəyyən edilməsi Bakı səhəri 39 saylı notariat ofisinə həvalə edilmiş, həmin torpaq sahəsi ilə bağlı X19 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında səhadətnamə qismən - 3/4 hissədə etibarsız hesab edilmiş, X14 adına tam mülkiyyət hüquqlarına dair aparılmış, qeydiyyat qismən - 3/4 hissədə silinməklə eyni nisbətdə çıxarıs ləğv edilmiş, X14 həmin torpaq sahəsinin 0.06 ha hissəsini X8 bağışlamasına dair “bağıslama müqaviləsi”, həmin torpaq sahəsindən 0.429 ha hissənin Musayev X5 barədə alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, X72 Bala oğlu, X27, Musayev X53 adına mülkiyyət hüququna dair aparılmış qeydiyyat silinməklə çıxarıslar ləgv edilmişdir. Hal-hazırda həmin iş apellyasiya məhkəməsinin icraatındadır. Həmin işin icraatı iddiaçının əsassız iddiası üzrə başlanmış hazırki işlə bağlı dayandırılıb. Həmin işin hallarından və qətnamədən aydın olur ki, miras qoyan X41 ölmuş, onun Musa adlı ərindən 5 övladı (4 oğlan,bir qız) olmuş, bunlardan da 4 oğlan vərəsə olmuşlar - Yəhya Bala, İsa (bəzi yerlərdə "İsabala" şəklində yazılır), Yaqub,Yusif. Cavabdeh Yusif Musa oğlunun övladıdır və həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsəsidir. İddiaçı isə İsa Musa oğlunun nəvəsidir. Həsənağanın atası Abasağa da sağdır. xx.xx.2023-cu il tarixli qətnamə ilə müəyyən edilmişdir ki, Maştağa qəsəbəsində olan 55 sot ölçüdəki mübahisəli dədə-baba torpaq sahəsini də o, vərəsəlik yolu ilə deyil, əhəmiyyətsiz və etibarsız alqı-satqı əqdi ilə adına rəsmiləşdirmişdir. O, mülkünü alqısatqı müqaviləsi ilə saxta sənədlərlə vərəsəlik işi açdıran və digər vərəsələrdən xəbərsiz bütün mülkü haqsızcasına öz adına rəsmiləşdirən X59 (bu şəxs İddiaçı atasının əmisi olmuş, artıq vəfat etmişdir), guya ki, alqı-satıq yolu ilə "almışdır" ki, bu da görünüş üçün bağlanmış əqd hesab olunaraq məhkəmə tərəfindən etibarsız hesab edilmişdir. Göründüyü kimi, İddiaçı vərəsə deyildir. Bu üzdən onun bu cür tələblə məhkəmədə iddia qaldırmağa hüquq yoxdur. Musayev X53 vərəsəlik dərəcəsi növbəliliyinə görə ondan oncə olan varislər vardır, bu üzdən də onun vərəsəlik mübahisəsinə heç bir aidiyyəti yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Eyni zamanda qeyd etdi ki, mübahisələndirilən vəsiyyatnamə sonradan tərtib edilmişdir, notariusun jurnalından boş yer olduğundan vəsiyyatnamə arxa tarixdə reyestrdə salınmışdır, vəsiyyatnamə saxtadır və etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). ünvan 2 ünvanında yerləşən 0.549 ha torpaq sahəsi (sonradan – mübahisəli torpaq) X23 mülkiyyətində olmuşdur (RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarış). İddiaçının atası ilə cavabdeh əmi oğludurlar, X41 iddiaçının atasının nənəsi, cavabdehin isə öz nənəsidir (atasının anası). Hazırki mübahisənin yaranma səbəbi məhz həmin torpaqla bağlı olmuşdur. Belə ki, hazırki işin mübahisəsiz halı ondan ibarətdir ki, X23 vərəsəsi olan dörd oğlu olmuşdur: İsabala Musa oğlu (iddiaçının atası Abbasağanın atası), X28 (onun digər üç övladı ilə bərabər Musa və İbrahim adında oğlanları var), X60 (cavabdehin atası, cavabdehdən başqa övladı yoxdur), X56 (övladı yoxdur). İddiaçı xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğlumşdur, miras qoyan X23 oğlu İsabala Musa oğlunun nəvəsidir. Cavabdeh xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, mübahisəli torpağın yerləşdiyi evdə qeydiyyatdadır, onun atası X60, anası X42r (AZE seriyalı 16071978 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, AZ-İİİ seriyalı 743662 №-li doğum haqqında şəhadətnamə), yəni miras qoyan X23 oğlu Məmmədov Yusifin oğludur. Cavabdehin valideynləri - xx.xx.1937-ci il tarixdə Bakı şəhərində doğulmuş Yusif Musa oğlu və xx.xx.1960-cı il tarixdə İmişli rayonunda doğulmuş X51 xx.xx.2005-ci il tarixdə nikahlarını bağlamışlar (AZ-İ seriyalı 161797 №-li nikah haqqında şəhadətnamə). Cavabdehin atası Yusif Musa oğlu nikah bağlanandan 10 ay sonra xx.xx.2006-cı il tarixdə ölmüşdür (AZ-İ seriyalı 196041 №-li ölüm haqqında şəhadətnamə). X77 ilə nikahda olmuş X51 1990-cı ildən qeydiyyatdadır və yaşayır, oğlu xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh anası ilə birlikdə mübahisəli evdə qeydiyyatda olmaqla yaşayırlar (Bakı şəhəri Sabunçu RİH başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 153 №-li xx.xx.2022-ci il tarixli arayış). xx.xx.1937-ci ildə doğulmuş Yusif Musa oğlunun (cavabdehin atası) atası Musa Məmməd, anası Qudurət Ağaəli qızıdır (DA-01090-2022 №-li xx.xx.2022-ci il tarixli arxiv arayışı). X41 xx.xx.1987-ci il tarixdə Bakı şəhərində ölmüşdür (AZ-İİ seriyalı 346509 №-li ölüm haqqında şəhadətnamə). XX.XX.1900-cu il təvəllüdlü X41 vəfat edən günə kimi (xx.xx.1987) oğlanları xx.xx.1937-ci il təvəllüdlü Yusif Musa oğlu, 21,02.1936-cı il təvəllüdlü X56 (xx.xx.2010-cu ildə vəfat edib) ilə bir ünvanda qeydiyyatda olmuşlar (Bakı şəhəri Sabunçu RİH başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 143 nömrəli xx.xx.2022-ci il tarixli arayış). X23 ölümündən sonra onun yalnız bir qanun üzrə vərəsəsi - oğlu X28 mübahisəli əmlakdan tam irs almışdır (Bakı şəhəri 39 saylı notariat ofisindən 2V-61 reyestr nömrəli xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, digər qətnamədə sənəd əks etdirilmişdir, işin mübahisəsiz halıdır). X14 adına həmin əmlaka dair tam mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. X28 həmin 0.549 ha torpaq sahəsindən: 0.06 ha hissəsini oğlu X8, 0.06 ha hissəsini digər oğlu X20 bağışlamışdır, hazırda onların mülkiyyətindədir; qalan 0.429 ha hissəsini İddiaçı xx.xx.2017-ci il tarixdə AN-İ seriyalı ******* №-li alqı-satqı müqaviləsi əsasında satmışdır, hazırda onun mülkiyyətindədir (**********52 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi, xx.xx.2017 qeydiyyat tarixi). İddiaçı adına həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır (**********52 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi, xx.xx.2017 qeydiyyat tarixi). xx.xx.2004-cü il tarixli vəsiyyətnamə əsasında Yusuf Musa oğlu ölən günədək ona məxsus olan bütün əmlakını oğlu Cavabdeh vəsiyyət etmişdir. Eyni zamanda, X56 xx.xx.2010-cu il tarixli vəsiyyətnamə əsasında ölən günədək ona məxsus olan bütün əmlakını Cavabdeh vəsiyyət etmişdir (hazırda mübahisələndirilən vəsiyyətnamə). Həmin vəsiyyətnamə 17 saylı notariat kontorunda tərtib edilmiş, X1 olması ilə əlaqədar oz xahişi əsasında əvəzinə X22 imzalamış, X40 və X32 şahidlik etmişlər. X56 xx.xx.2010-cu il tarixdə ölmüş, xx.xx.2012-ci il tarixdə vərəsəlik işi açılmış, hazırki işdə cavabdeh olan Cavabdeh miras qoyan X35 vərəsəsi hesab edilmişdir (Bakı şəhəri 17 saylı dövlət notariat kontoru tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 84.1.19/46 nömrəli xx.xx.2012-ci il tarixli məktub). 2022-ci ildə hazırki mülki iş üzrə tərəflər arasında məhkəmə mübahisəsi yaranmışdır. Belə ki, iddiaçı Cavabdehlər İddiaçı, 39 saylı notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Şəxsi 1 saylı Ərazi İdarəsinə qarşı iddia ilə müraciət edərək, mübahisəli torpaq sahəsinin 1/4 hissəsinə onun və anası X31 vərəsəlik hüquqlarının tanınması, əmisi X35 vəsiyyət üzrə vərəsəsi olaraq ona məxsus 1/4 hissəyə onun vərəsəlik hüququnun tanınması, həmin torpaq sahəsi ilə bağlı Bakı şəhəri 39 saylı notariat ofisi tərəfindən X19 verilmiş xx.xx.2017-ci il tarixli 2V-61 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən - 3/4 hissədə etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən X14 adına tam mülkiyyət hüquqlarına dair aparılmış qeydiyyatın qismən - 3/4 hissədə silinməsi, eyni nisbətdə çıxarışın ləğvi, həmin torpaq sahəsindən 0.429 ha hissənin Musayev X6 ilə bağlı Bakı şəhəri 13 saylı notariat ofisində bağlanmış xx.xx.2017-ci il tarixli 4Ə-171 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı adına mülkiyyət hüququna dair aparılmış qeydiyyatın tam silinməsi, çıxarışın tam ləğvi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Onun anası X51 eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cavabdehlər İddiaçı və Bakı şəhəri 39 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddia tələblərinin təmin olunması, miras əmlakdan 1/4 hissəyə onun və Cavabdeh vərəsəlik hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə hər iki iddia qismən təmin edilməklə: X17 miras qalmış mübahisəli torpaq sahəsinin Yusif Musa oğluna məxsus miras payının 1/4 hissəsinə Cavabdeh və X31 vərəsəlik hüquqlarının tanınmasına dair yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və hər birinin miras payının müəyyən edilməsinin Bakı şəhəri 39 saylı notariat ofisinə həvalə edilməsi, həmin əmlakla bağlı Bakı şəhəri 39 saylı notariat ofisi tərəfindən X19 verilmiş xx.xx.2017-ci il tarixli 2V-61 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən – 3/4 hissədə etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən X14 adına tam mülkiyyət hüquqlarına dair aparılmış qeydiyyatın qismən - 3/4 hissədə silinməklə eyni nisbətdə çıxarışın ləğv edilməsi, X14 həmin torpaq sahəsinin 0.06 ha hissəsini X8 bağışlamasına dair xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinin, 0.06 ha hissəsinin X20 bağışlamasına dair xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinin, həmin torpaq sahəsindən 0.429 ha hissənin Musayev X6 barədə xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən X4, X15, habelə İddiaçı adına mülkiyyət hüququna dair aparılmış qeydiyyatın silinməklə çıxarışın ləğv edilməsi, iddia tələblərinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş, hazırda Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qəradadı ilə hazırki işlə əlaqədar həmin işin icraatı dayandırılmışdır. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aşağıdakılar müəyyən edilmişdir. X41 xx.xx.1987-ci il tarixdə öldükdən sonra mübahisəli torpaq onun birinci növbə vərəsələri - oğlanları İsabala Musa oğlu, X84, Yaqub Musa oğlu və Yusif Musa oğlu tərəfindən faktiki olaraq qəbul edilmiş və sonuncular həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayaraq miras əmlakı idarə etmişlər. Onların dördü də ölmüşdür. Yusif Musa oğlu (cavabdehin atası) ölən günə qədər mübahisəli torpaqda yerləşən fərdi yaşayış evində yaşamışdır; Cavabdeh anası X51 ilə həmin evdə qeydiyyatdadırlar və yaşayırlar. X16 Qüdrət Ağaəli qızının övladı olduğundan, ölümünədək ailəsi ilə birlikdə anasından miras qalmış evdə yaşamaqla miras əmlakı qəbul etdiyindən, məhkəmə onun qanun üzrə birinci növbə olan vərəsələri – oğlu (hazırki cavabdeh) və arvadının ona çatacaq miras əmlakdan paylarını müəyyən etmişdir. Eyni zamanada məhkəmə qeyd emişdir ki, X35 xx.xx.2010-cu il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsənin ərizəsi əsasında xx.xx.2012-ci il tarixdə vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən edilmiş və iddiaçı Cavabdeh artıq miras qoyanın vərəsəsi olaraq tanınmışdır (Cavabdeh qətnamədən apellyasiya şikayəti verməmişdir). Adıçəkilən qətnamə ilə iddiaçı Cavabdeh «X45 məxsus 1/4 hissəyə vəsiyyət üzrə vərəsəsi olaraq vərəsəlik hüququnun tanınması» barədə idldia tələbinin rədd edilməsinin səbəbi ondan ibarət olmuşdur ki, X45 məxsus miras payına münasibətdə iddiaçı Cavabdeh notarius tərəfindən artıq vərəsə kimi tanınmışdır və bununla bağlı hər hansı mübahisə mövcud deyil. Hazırki mülki iş üzrə iddiaçı olan İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə Sabunçu RPİ-nə müraciət edərək bildirmişdir ki, mərhum qohumu X35 xx.xx.2010-cu il tarixli vəsiyyətnaməsi Bakı şəhəri 17 saylı Notariat Kontorunda saxtalaşdırılmış, faktiki olaraq mərhumun özünün savadlı və yazı qabilliyyətli olmasına baxmayaraq notarius tərəfindən guya onun savadsız olması nəzərə alınmaqla vəsiyyətnamə mərhumun əvəzindən tamamilə ona yad bir şəxs olan X22 adlı şəxs tərəfindən imzalanmış, mərhuma digər yad bir şəxslər olan X40 və X32 adlı şəxslər isə guya buna şahidlik etmiş, halbuki, qeyd olunan şəxslərin üçüdə, xeyrinə vəsiyyət edilən Cavabdeh anası X31 direktor vəzifəsində çalışdığı 187 nömrəli orta məktəbin işçiləri olmuş və bu saxta sənədləşdirmədə məhz tabeliyində olduqları məktəb direktorunun diqtəsi ilə iştirak etmişlər. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi İ.M.Həmidov tərəfindən xx.xx.2024-cü il tarixdə cinayəti işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərardan aşağıdakılar görünür. İddiaçı vəsiyyətnamənin saxtalığına dair göstərdiyi xüsusatların təsdiqi kimi istintaq orqanına bir ədəd CD-ni təqdim etmişdir. Həmin CD-də bir ədəd 15 dəqiqə 51 saniyyə müddətli səsyazma var. Həmin səsyazma müstəntiq tərəfindən xidməti kompüter vasitəsi ilə dinlənilərkən müəyyən olunmuşdur ki, səsyazmada İddiaçı “Həci” kimi müraciət etdiyi bir nəfər şəxsə, dinləmədə iştirak edən İddiaçı deməsinə görə, X13 müraciət edərək mərhum qohumu X35 adından Bakı şəhəri 17 saylı Notariat Kontorunda tərtib olunmuş xx.xx.2010-cu il tarixli vəsiyyətnamədən məlumatlı olub-olmadığını soruşur, sonuncu heç bir vaxt mərhum X56 ilə heç bir notariat kontoruna getmədiyini, onun əvəzindən heç bir sənədə imza atmadığını bildirir, bundan sonra İddiaçı qeyd olunan vəsiyyətnaməni Nizami Məmmədova təqdim edir, sonuncu həmin vəsiyyətnaməni nəzərdən keçirərək vəsiyyətnamədə əks olunan imzanın onun imzasına bənzədiyini bildirsə də yenə də tam əminliklə mərhum X56 ilə heç bir notariat kontoruna getmədiyini, onun əvəzindən heç bir sənədə imza atmadığını təsdiqləyir, İddiaçı bununla bağlı gedən məhkəmə prosesində şahidlik etməyi ona təklif etdikdə isə Nizami Məmmədov ehtiyatlanaraq imtina etməyə başlayır. Həmçinin, İddiaçı istintaq orqanına mərhum qohumu X35 xx.xx.1958-ci il tarixli Bakı Sovet Ticarəti Texnikumunda 2-ci kursdan 3-cü kursa keçirilməsi, sinif nümayəndəsi seçilməsi barədə Sənaye və Texnologiya Kollecinin xx.xx.2023-cü il tarixli 124 №-li arxiv arayışını, arayışda qeyd olunan müvafiq əmirlərin surətlərini, X11n Dövlət Notariat Arxivinə ünvanladığı xx.xx.2007-ci il tarixli əlyazma ərizələrinin surətlərini təqdim etmişdir. xx.xx.2010-cu il tarixli vəsiyyətnamədə şahid qismində iştirak etmiş X40 və X18 öldükləri müəyyən edilmiş, X18 X31 həmin dövürdə direktor vəzifəsində çalışdığı 187 nömrəli orta məktəbin bufetində oğlu X33 ilə birlikdə çalışdığı müəyyən edildiyindən sonuncunun izahatı alınmışdır. O, xx.xx.2010-cu il tarixli vərəsəlik işi, anasının həmin vərəsəlik işində şahidlik etməsi ilə bağlı heç bir məlumatının olmadığı, anasının savadsız olduğu səbəbindən anasının hansısa bir sənədləşdirmə işlərində iştirak etməsinin inandırıcı olmadığını, anasının məktəbin direktoru ilə notariat kontoruna getmiş olduğu təqdirdə onun bunu biləcəyəni, anasının adından icra olunmuş imza və xəttin anasının imzasına və xəttinə bənzərliyinin müəyyən olunmadığını bildirmişdir. "xxxx" MMC-dən alınmış məlumata əsasən vəsiyyatnamə tərtib edilən gün və saatda X9 istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefonun anten dairəsinin 17 saylı notariat kontorunun yerləşdiyi inzibati ərazi vahidində qeydə alınmadığı müəyyən edilmişdir. X22 izahatında göstərmişdir ki, 1974-cü ildən 2021-ci ilədək olan müddət ərzində 187 nömrəli orta məktəbdə pedaqoq və direktor müavini işləyib. X11 qəsəbə sakini və Nailə Məmmədovanın qaynı kimi tanıyıb, yaxşı münasibətlərdə olmuşlar. Təxmini xatırlayır ki, 2010-cü ilin avqust ayının sonlarında Yaqub məktəbə gələrək bildirmişdir ki, artıq xəstədir, qocalıb, özünə məxsus torpaq sahəsini ona qocalığında dayaq duran qardaşı oğlu, Nailə xanımın oğlu Qüdrətə vəsiyət etmək istəyir, ondan notariat kontoruna gedərək vəsiyyətnamə yazmaqda ona köməklik etməyini xahiş etmiş, onlar 17 saylı notariat kontoruna getmişlər. Orada Yaqub notariusa iradəsini bildirmiş, notarius vəsiyyətnaməni tərtib etmiş, Yaqub, latın qrafikalı əlifba ilə oxuya bilmədiyi üçün həmin vəsiyyətnaməni oxuyaraq düzgün tərtib olunmasına əmin olaraq əvəzinə imza atmağı xahiş etmiş, o, vəsiyyətnamədə Yaqubun iradəsinə zidd hər hansı bir artıq söz yazılmadığını müəyyən etmiş, bu barədə Yaquba demiş, həmin vəsiyyətnaməyə onun əvəzindən imza çəkmişdir. Bundan sonra notarius bildirmişdir ki, vəsiyyətnaməyə başqa şəxs imza etdiyi üçün bunu təsdiq edən iki nəfər də əlavə şahid olmalıdır. Bundan sonra o, notariat kontorunun binasından bayıra çıxmış, içəridə gedən proseslərdən məlumatı olmamış, təxminən saat yarımdan sonra Yaqub oradakı işlərini bitirdikdən sonra onlar birlikdə Maştağa qəsəbəsinə qayıtmış, həmin vaxt orada şahidlik edən qadınları görməmiş, yalnız sonradan artıq bu hadisə barədə araşdırma başlandıqdan sonra həmin vəsiyyətnamədə şahid kimi adları qeyd olunmuş iki nəfər qadının iştirak etdiyini bilmiş, şahid qadınlardan yalnız X24 tanıdığını, lakin notariat kontorunda Firəngizi görmədiyini bildirmişdir. Son vaxtlar ona bir nəfər Həsənağa adlı qəsəbə sakini yaxınlaşaraq vəsiyyətnamədəki imza ilə bağlı onu sorğu-sual etməyə başlamışdır, o, həmin hadisədən artıq xeyli müddət keçdiyi üçün heç bir notariusda olmadığını bildirmiş, lakin sonradan həmin şəxs ona vəsiyyətnamədəki imzasını göstərəndən sonra o, həmin vəsiyyətnaməyə imza atdığını xatırlamışdır. Həsənağa məhkəmədə onlara şahidlik etməyi xahiş etmiş, lakin o, razılaşmamışdır. Məmmədov Nizami o mobil telefonun anten dairəsinin 17 saylı notariat kontorunun yerləşdiyi inzibati ərazi vahidində qeydə alınmadığını onun yaşadığı yerlə notariat kontorunun yaxın məsafədə olduğu ilə izah etmişdir. Adıçəkilən qərara əsasən vəsiyyətnamənin orta ixtisas təhsilli, yazıb-oxumaq qabiliyyətli, əqli və fiziki cəhətdən sağlam olan X35 tərəfindən deyil, guya savadsız olması göstərilməklə digər bir şəxs, vəsiyyətnamənin tərtib olunduğu vaxtda və yerdə faktiki olaraq orada olmaması sübuta yetirilmiş X22 tərəfindən imzalanması, vəsiyyətnamənin tərtib olunduğu vaxtda və yerdə faktiki olaraq orada olmamaları sübuta yetirilmiş mərhumlar X40 və X18 şahidliyi ilə təsdiq edilməsi, vəsiyyətnaməni tərtib etmiş sabiq notariusun istintaq orqanından qərəzli olaraq yayınması əsasılarından vəsiyyətnamənin saxta yolla tərtib edilməsi faktı təsdiq edilmiş, baş vermiş hadisədə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 308.1, 313-cü maddələrin tərkib əlamətləri olduğu müəyyən edilmiş, lakin hadisədən artıq 13 ildən artıq bir müddət keçdiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Sabunçu rayon Məhkəməsinin 6(008)-84,2024 №-li xx.xx.2024-cü il tarixli qərarı ilə Sabunçu rayon Polis İdarəsinin müstəntiqi İ.M.Həmidov tərəfindən lazımi qaydada araşdırma aparılmayaraq qərar qəbul edildiyindən xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi, əlavə araşdırmanın aparılması qərara alınmışdır. Eyni müstəntiq tərəfindən material üzrə aparılmış əlavə araşdırma zamanı baş vermiş hadisədə hər hansı bir cinayət əməlinin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən xx.xx.2024-cü il tarixdə cinayəti işinin başlanmasının rədd edilməsi barədə yeni qərar qəbul edilmişdir. İkinci dəfə araşdırma aparılan zaman bir neçə şahid təsdiq etmişdir ki, Yaqub öz iradə ifadəsi ilə Qüdrətə vəsiyyətnamə vermişdir, belə ki, Yaquba cavabdehin anası Nailə müəllimə baxmış və qulluq etmişdir, Yaqubun onlardan başqa heç kimi yox idi. Bundan başqa, müstəntiq X26 və X25 xx.xx.2010-cu il tarixdə qeyd olunan məktəbdə işləmədiklərini, məktəbin direktoru olan Nailə Məmmədovadan heç bir qulluq mövqeyi asılılığı vəziyyətində olmadıqlarını müəyyən etmiş və bu halın sonuncunun onlara öz mənəfei naminə şahidlik etmələri üçün heç bir təsir etmə imkanına malik olmadığına dalalət etdiyi qənaətinə gəlmişdir. İzahatı alınmış Cavabdeh ikinci araşdırmanın gedişatında X9 istifadəsində olmuş mobil telefonun anten dairəsi vəsiyyətnamənin tərtib edildiyi yer kimi göstərilən 17 saylı notariat kontorunun yerləşdiyi inzibati ərazi vahidində qeydə alınmadığına dair aşağıdakı qaydada münasibət bildirmişdir: həmin nömrəli mobil telefonun X9 üstündə olub-olmaması, olmuşdursa, anten dalğası dairəsinin, yəni şəbəkənin hansı ölçüdə olması, olmamışdırsa, bunun səbəbləri araşdırılmamışdır, ümumiyyətlə, bu növ sübutu mötəbər hesab etmək mümkün deyildir, bəlkə telefon üstündə olmayıb, bəlkə, telefonu evində, yaxud iş yerində unudub, bəlkə telefon həmin zaman qapalı olub, bəlkə, telefonun şarjı olmadığı səbəbindən qapalı olub, anten dalğası tutmayıb, bəlkə, telefonu evində ve iş yerində şarja qoyaraq buraxıb gedib, hal-hazırda, bunları xatırlama, yada salmaq da mümkün deyildir, çünki şahid Nizami müəllimin 70-den çox yaşı vardır, xəstədir, yaddaşı da əvvəlki zamanlarda olduğu kimi deyildir, üstəlik de Əfqanıstan müharibəsindən aldığı kontuziyaları vardır. Əlavə araşdırma zamanı notarius X43 izahatında göstərmişdir ki, Yaqub Məmmədov savadsız və fiziki cəhətdən məhdud hərəkət qabiliyyətli olmasını bildirdikdə o, ona özünün tanıdığı və etibar etdiyi şahidlərlə birlikdə gəlməyi təklif etmiş, Yaqub Məmmədov xx.xx.2010-cu il tarixdə şahidləri ilə birlikdə notariat kontoruna gəlmiş, şahidlərə də hüquq və vəzifələrini izah etmiş, daha sonra onların razılığı ilə vəsiyyətnaməni tərtib etmış, hər hansı qanun pozuntusuna yol verməmişdir. Hazırda iddiaçı adıçəkilən vəsiyyətnamənin etibarsız hesab edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin əsassız olduğu qənaətinə gəlmişdir. Cavabdehin subyektiv hüquqla bağlı mövqeyinə dair məhkəmə aşağıdakıları qeyd etmək istəyir. Yuxarıda adıçəkilən Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin X19 verilmiş xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ən azından X35 payına düşən 1/4 hissədə və Yusif Musa oğlu oğlunun payına düşən 1/4 hissədə etibarsız hesab edilməsi hissəsində qüvvədə qaldığı təqdirdə hazırki iş üzrə cavabdeh olan Cavabdeh həm atasının 1/4 hissəsinin qanun üzrə vərəsəsi, həm də əmisi X35 1/4 hissəsinin vəsiyyət üzrə vərəsəsi olacaqdır. Belə ki, mübahisəli əmlak X14 payına düşən 1/4 hissədə sərbəst qalmalıdır ki, cavabdeh vəsiyyətnamə əsasında vərəsəlik hüqunun həyata gerçəkləşdirə bilsin. Qeyd edildiyi kimi, hazırki iş üzrə iddiaçı olan İddiaçı məhz X19 verilmiş xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin əsasında mübahisəli torpağın təxmini 42 sotunun mülkiyyətçisi olmuşdur və həmin şəhadətnamənin X35 1/4 hissəsinində etbarsız hesab edildiyi təqdirdə əmlakının müəyyən hissəsindən mərhum olacaqdır. Odur ki, məhkəmə hesab edir ki, mübahisə predmeti olan vəsiyyətnaməni mübahisələndirməyə iddiaçının subyektiv hüququ mövcuddur. Belə olan halda mübahisə predmeti olan vəsiyyətnamənin etibarlı olubolmadığının araşdırılmasına zərurət yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 1168-ci maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. 180.1-ci maddəsinə əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. 1180.2-ci maddəsinə əsasən vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. 1182-ci maddəsinə əsasən əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir. 1225.1-ci maddəsinə əsasən vəssiyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 1225.3-cü maddəsinə əsasən əgər vəssiyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəktlərinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız hesab edilə biəlr. 1230-ci maddəsinə əsasən qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. Göründüyü kimi, mübahisə predmeti olan vəsiyyətnaməni vəsiyyət edənin xahişi ilə başqa şəxs imzalamış, şahidlər təsdiq etmişlər, vəsiyyət edənin savadsızlığı səbəbindən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilmişdir. Qanun notariusun üzərinə vəsiyyət edənin savadlı olub-olmadığını araşdırmaq öhdəliyini qoymamışdır. İddiaçı iddia tələbini Mülki Məcəllənin 339.4-cü maddəsi ilə əsaslandırmışdır. Həmin maddəyə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Lakin, iddiaçı vəsiyyətnaməni verən şəxsə qarşı zorakılıq və ya hədələmə tədbiq edilməsinə dair sübutlar məhkəməyə təqdim etməmişdir. Bu mövqeyinə zidd olaraq iddiaçı ümumiyyətlə vəsiyyətnamənin saxta olmasını, vəsiyyət edənin bundan xəbərinin olmaması, onun iradə ifadəsinin olmamasını, vəsiyyətnamənin onun iştirakı olmadını başqa şəxslər tərəfindən imzalandığını, arxa tarixlə notariusun reyestrinə salındığını iddia etmiş, lakin buna da dair birmənalı, mötəbər sübutlar təqdim etməmiş, lakin ehtimallar əsasında bu halı sübut etməyə çalışmışdır. Ümumiyyətlə, iddia ərizəsində iddiaçı işin faktiki hallarını deyil, həqiqiliyi təsdiq edilməyən hansısa hadisələri sadalamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi iddiaçı tərəfindən sübuta yeirilmədiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən 1 ay müddətində Sabunçu rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-5135/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5135/2024
27.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver