Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5325/2023 20.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı4 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona nəqliyyat vasitələrinə dəymiş faktiki zərərin əvəzi olaraq 30.122,10 manat, nəqliyyat vasitələrinin əmtəə dəyərini itirməsinin əvəzi olaraq 21.000 manat və mənəvi zərərin əvəzi olaraq 30.000 manat, ümumilikdə 81.122,10 manat məbləğin, o cümlədən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 335 manat dövlət rüsumunun Cavabdeh Əlmədət oğlundan tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2022-ci ilin fevral ayının axırları ona məxsus olan 7 ədəd «Toyota Prius» markalı maşınları Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Nərimanov parkının yaxınlığında Cavabdeh Əlmədət oğlu ilə görüşüb icarəyə sürmək üçün ona təhvil vermişdir. Maşınları təhvil verməzdən əvvəl Elşən avtomobillərin hər birini yoxlatdırmışdı və tam saz vəziyyətdə olduğunu dəqiqləşdirmişdi. Maşınları təhvil verərkən Elşənlə aralarında olan şifahi razılaşmaya görə həmin maşınları 1 il müddətinə yəni 2023-cü ilin fevral ayına kimi ona təhvil vermişdir. Elşən təhvil aldığı hər bir maşının gündəik sürülməsinə görə onlara 22 manat, yəni 1 ayına görə 660 manat məbləğində icarə pulu verəcəyini öhdəsinə götürmüşdü. Bununla yanaşı aralarında olan razılaşmaya görə maşınlardan hansısa xarab olduğu halda təmir işini Elşən tərəfindən görüləcəyini və maşınların idarəsi zamanı yol qaydalarının pozulması ilə bağlı yaranmış cərimələrin ödənilməsinidə Elşən öhdəliyinə götürərək hər hansı problem yarandığı halda məsuliyyətini onun tərəfindən daşıyacağını demişdir. Qeyd olunanlarla bağlı aralarında tam razılıq olduqdan sonra maşınlan ona təhvil vermişdir. Sonradan Elşən maşınları ondan təhvil aldıqdan sonra qazanc əldə etmək üçün özü ayrılıqda başqa şəxslərə baha qiymətə icarəyə vermişdir və həmin şəxslərə maşınları icarəyə verərkən müxtəlif məbləğlərdə depozit pulları almışdır. Elşən maşınları təhvil aldıqdan sonra 10 ay müddətində bütün maşınların icarə pulunu qeyri stabil ödədiyi üçün 2022-ci ilin dekabr ayında onun icarə puluna görə 5000 manat borcu yaranmışdır və hər dəfə pulun ödənilməsini tələb etdikdə tez bir zamanda ödəyəcəyinə söz verirdi. Həmin vaxta kimi o, maşınların hansı vəziyyətdə olması və ya cərimələrinin olub-olmaması ilə maraqlanmamışdır. Belə ki, aralarında olan razılaşmaya görə Elşən bütün məsuliyyəti öz öhtəsinə götürdüyü üçün ona inandığına görə onda hər hansı narahatçılıq yaranmamışdır. 2022-ci ilin dekabr ayında dəqiq xatırlamadığı tarixdə Elşən onunla əlaqə saxlayıb ona icarəyə verdiyi **-EX-*** nömrəli maşının qəzaya uğradığını bildirdi və dəymiş ziyanını ödənilməsi məqsədilə sığortadan pul almaq üçün ona köməklik etməyini xahiş etdi. O, onun istəyini yerinə yetirdi və 2023-cü ilin yanvar ayında sığortadan qeyd olunan maşının təmir etdirilməsi üçün 3150 mana pul alındı və həmin pulu o, Elşənə verdi. Həmin pulu aldıqdan sonra Elşən ona dedi ki, 2050 manat pulu maşının təmirinə xərcləyib. Qalan 1100 manatını ona verərək borcu olduğu 5000 manat icarə pulundan çıxmağını xahiş etdi. O, həmin pulu Elşəndən aldıqdan sonra onun 2023-cü ilin yanvar ayında ona 3900 manat icarə borcu qalmışdır. 2023- cü ilin yanvar ayının axırları ona məlum oldu ki, Elşənə icarə verdiyi 50-EH- 773 nömrəli maşının mühərriki sıradan çıxdığı üçün həmin maşın bir müddətdir sürülmür və Elşən həmin maşının mühərrikini təmir etmədən haradasa saxlayır. Bununla yanaşı Elşən həmin maşının sürülməyə yararsız vəziyyətdə olduğunu ondan gizlətmişdir və ona məlumat verməmişdir. Bu barədə kənar şəxslərdən öyrəndikdən sonra Elşənlə əlaqə saxlayıb ondan bu barədə soruşdu. Elşən ona dedi ki, narahat olma o, yaxın vaxtda həmin maşını təmir etdirəcək. Bununla yanaşı ona məlum oldu ki, Elşən sığortadan aldığı puldan 2050 manatını **-EX-*** nömrəli maşının təmir olunmasına xərclədiyini ona bildirsədə, onu aldadaraq həmin pulu maşının təmir etdirilməsi üçün xərcləməmişdir və şəxsi tələbatları üçün xərcləmişdir. Buna görə həmin maşın qəzalı vəziyyətdə təmir etdirmək üçün cəhd edilmədən Dərnəgül adlanan yerdə yerləşən maşın dayanacağında saxlanılmışdır. Elşənin onu aldatması gələcəkdə problemlər yaradacağı şübhəsini yaratdı və buna görə Elşənə icarə verdiyi bütün maşınların vəziyəti ilə maraqlandı. Maraqlandıqda məlum oldu ki, Elşənin icarəyə götürdüyü maşınların əksəriyyəti sürməyə yararsız vəziyyətdədir, hər bir maşının üzərində yol hərəkəti qaydalarının pozulması nəticəsində yaranmış cərimə borcları var və həmin borclar uzun müddətdir ödənilmədiyi üçün əlavə dəppə borcları yaranmışdır. Elşənin icarəyə götürdüyü maşınlara etinatsız və məsuliyyətsiz yanaşdığı məlum olduqdan sonra qərara gəldi ki, Elşənlə aralarında olan 1 il müqavilə vaxtı tamam olduğuna görə icarə verilmiş 7 ədəd maşınları ondan geri alsınlar. Buna görə Elşənlə əlaqə saxlayb ondan manışları geri qaytarmağını tələb etsə də o, müxtəlif bəhanələr edərək maşınları geri qaytarmaqdan boyun qaçırmağa başladı. Buna görə o, maşınların geri qaytarılması üçün əvvəl həmin maşınların saxlanılaraq cərimə meydançasına gətirilməsinin təmin olunması ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə ərizə ilə müraciət etdi və sonra Elşənin məsuliyyətə cəlb olunması üçün maşınların ona təhvil verdiyi əraziyə görə Nərimanov rayon Polis İdarəsinə gələrək rəsmi şikayət ərizəsi yazdı. Avtomobillərin yeri polis əməkdaşları tərəfindən müəyyən edilərək ona təhvil verilmişdir və məlum oldu ki, həmin avtomobillərin hər biri sürülməyə yararsız vəziyyətə salınmışdır, iki maşında isə ehtiyyat hissələri onlara məlum olmayan səbəbdən Elşən tərəfindən söküldüyü üçün yerində yoxdur. Həmçinin maşınlardan biri, yəni **-VM-*** nömrəli maşın Elşən tərəfindən Əbülfət adlı şəxsə icarəyə verilmişdir və həmin şəxsdən 620 manat depozit pulu almışdır.Əbülfət maşını icarəyə götürdükdən sonra yaranmış problemlərlə bağlı sürmədiyi üçün Elşəndən verdiyi pulu geri qaytararaq maşını təhvil almağını tələb etmişdir. Elşən aldığı depozit pulunu Əbülfətə ödəmədiyi üçün o, həmin maşını pul almadan təhvil verməkdən boyun qaçırırdı. O, bu barədə Elşənə desə də o, ona Əbülfətdən aldığı depozit pulundan 200 manatını versədə qalanını verməmişdir. O, məcbur olub onun verdiyi 200 manat pulun üstünə öz cibindən 420 manat pul əlavə edib Əbülfət adlı şəxsə ödəyərək maşını ondan təhvil almışdır. Maşınları tam təhvil aldıqdan sonra ona məlum oldu ki, Elşən ondan həmin maşınları saz vəziyyətdə aldıqdan sonra hər birinin müxtəlif ehtiyyat hissələrini yararsız vəziyyətə salmaqla və ya yerindən söküb çıxarmaqla ona maddi zərər vurmuşdur. Bununla yanaşı hər bir maşının üzərinə cərimələr var idi. Mənə məlum oldu ki, Elşən icarəyə aldığı «Toyota Prius» markalı **-EX-*** nömrəli maşını saz vəziyyətdə icarəyə götürdükdən sonra həmin maşının 4 ədəd qapılarını, sağ qabaq qənədini, qabaq kapotunu və digər hissələrini əzik vəziyyətə salaraq bizə 2160 manat maddi ziyan vurmuşdur. Bununla yanaşı həmin maşının üzərində 890,30 manat ödənilməmiş cəriməsinin olmasını nəzərə alaraq qeyd olunan maşınla bağlı onlara ümumilikdə 3050,30 manat maddi zərər vurmuşdur. Elşən icarəyə aldığı «Toyota Prius» markalı **-EH-*** nömrəli maşının yan güzgülərini, qabaq alın şüşəsini qırıq vəziyətə salmaqla, oturacaqları, yanacaq çənini, batareyalarını yerindən söküb çıxarmaqla, maşının mühərrikini kilidə salmaqla onlara 5470 manat maddi ziyan vurmuşdur. Bununla yanaşı həmin maşının üzərində 242,80 manat ödənilməmiş cəriməsinin olmasını nəzərə alaraq qeyd olunan maşınla bağlı ona ümumilikdə 5712,80 manat maddi zərər vurmuşdur. Elşən icarəyə aldığı «Toyota Prius» markalı **-EV-*** nömrəli maşının mühərrikini sıradan çıxarmaqla və üzərində olan disk və təkərləri dəyişdirməklə ona 1740 manat maddi ziyan vurmuşdur. Bununla yanaşı həmin maşının üzərində 40 manat ödənilməmiş cəriməsinin olmasını nəzərə alaraq qeyd olunan maşınla bağlı onlara ümumilikdə 1780 manat maddi zərər vurmuşdur. Elşən icarəyə aldığı «Toyota Prius» markalı **-EH-*** nömrəli maşının müxləlif ehtiyyat hissələrini yararsız vəziyyətdə salmaqla onlara 450 manat maddi ziyan vurmuşdur. Bununla yanaşı həmin maşının üzərində 492,80 manat ödənilməmiş cəriməsini olmasını nəzərə alaraq qeyd olunan maşınla bağlı onlara ümumilikdə 942,80 manat maddi zərər vurmuşdur. Elşən icarəyə aldığı «Toyota Prius» markalı **-BG-*** nömrəli maşının əyləc sistemini yararsız vəziyyətə salmaqla, yük yerini və sol arxa qənədini əzərək, su radiatorunun yararsız vəziyyətdə salaraq bizə 1155 manat maddi ziyan vurmuşdur. Bununla yanaşı həmin maşının üzərində 802 manat ödənilməmiş cəriməsinin olmasını nəzərə alaraq qeyd olunan maşınla bağlı onlara ümumiliklə 1957 manat maddi zərər vurmuşdur. Elşən icarəyə aldığı «Toyota Prius» markalı **-EX-*** nömrəli maşının qəzaya uğradıqdan sonra təmiri üçün 2050 manat pul alsada maşını təmir etdirməmişdir və maşın qəza vəziyyətində olduğu üçün onlara maşınla bağlı 7400 manat maddi ziyan vurmuşdur. Həmin maşının üzərində 375 manat ödənilməmiş cəriməsinin olmasını, Elşənin həmin maşının təmiri adı ilə alıb şəxsi tələbatları üçün xərclədiyi 2050 manat pulu və hazırda maşının olan 7400 manat ziyanın olmasını nəzərə alaraq qeyd olunan maşınla bağlı ona ümumilikdə 9825 manat maddi zərər vurmuşdur. Elşən icarəyə aldığı «Toyota Prius» markalı **-VM-*** nömrəli maşının əyləc sistemini və digər hissələrini nasaz vəziyyətə salmaqla 1360 manat maddi ziyan vurmuşdur. Həmin maşının üzərində 274,20 manat ödənilməmiş cəriməsinin olmasını, Elşənin əvəzində onun icarəyə verdiyi Əbülfət adlı şəxsə 420 manat ödədiyim pulu və hazırda maşının üzərində olan 1360 manat ziyanın olmasını nəzərə alaraq qeyd olunan maşınla bağlı ona ümumilikdə 2054,20 manat maddi zərər vumuşdur. Bundan başqa Elşənin bizə aramızda olan razılığa görə ödəyəcəyi icarə pulundan 4800 manat borcu qalmışdır. Qeyd olunan maşınlara görə vurulan göstərdiyim ziyanları hesablamaqla ümumilikdə 25.322,10 manat ziyanı və 4800 manat icarə pulunu nəzərə alaraq Elşən ona 30.122,1 manat maddi ziyan vurmuşdur. Cavabdeh qanunsuz hərəkətləri ilə bağlı 22 fevral 2023-cü il tarixdə ərizə ilə Nərimanov rayon Polis İdarəsinə müraciət etmişdir. Həmin müraciət əsasında istintaq Şöbəsində araşdırma aparılmışdır və 10 mart 2023-cü il tarixdə ərizə əsasında toplanmış material üzrə müstəntiq polis mayoru Hüseyn Nuriyev tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşur. Qeyd olunan qərarda Cavabdeh mənə vurduğu maddi ziyanla bağlı məhkəməyə müraciət etmək hüququmun olması izah edilmişdir. Həmçinin avtomobillərə dəymiş maddi zərərləri müəyyən edən qüsur aktları və istismar dövründə yaranmış ödənilməmiş cərimələrin qəbzləri istintaq orqanına təqdim edilərək toplanmış materiala əlavə olunmuşdur. Cavabdeh qeyd olunan hərəkətləri nəticəsində ona məxsus nəqliyyat vasitələri əmtəə dəyərini müəyyən miqdarda itirmiş, bununla da ona əlavə zərər də dəymişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı4 iddia tələblərinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş mülki iş üzrə digər iddiaçılar İddiaçı2, İddiaçı3, Cavabdeh məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçılar İddiaçı2, İddiaçı3, Cavabdeh iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Nəzarət Xidmətinin müstəqil ekspertinin xx.xx.2023 arayışından görünür ki, avto yol nəqliyyat qəzasına uğramış “Toyota Prius” markalı ** EX *** dövlət nömrə nişanlı, 2007-ci il buraxılışlı, metallik rəngli olan nəqliyyat vasitəsinin zədələnmiş hissələrin yenisi ilə əvəz edilib təmir olunmasına və usta xərcləri-zəhmət haqqı 1300 manat, ehtiyat hissələri 6100 manat, cəmi 7400 manat vəsaitlər tələb olunur. İş materiallarında olan xx.xx.2023-vü il tarixli 616 saylı arayışa əlavədən görünür ki, “Toyota Prius” markalı ** EX *** dövlət nömrə nişanlı avtomobilə ümumilikdə 7400 manat ziyan dəymişdir. İş materiallarında olan cərimə xx.xx.2023-cü il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-cu il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci iltarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022 qəbzlərindən görünür ki, “Toyota Prius” markalı ** EX *** dövlət nömrə nişanlı avtomobilin ümumi ödənilməmiş 375 manat cəriməsi vardır. İş materiallarında olan nəqliyyat vasitəsinin uçot kartoçkasından görünür ki, “Toyota Prius” markalı ** EX *** dövlət nömrə nişanlı avtomobil İddiaçı3 sahibliyindədir. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Nəzarət Xidmətinin müstəqil ekspertinin arayışından görünür ki, avto yol nəqliyyat qəzasına uğramış “Toyota Prius (Hibrid)” markalı ** EX *** dövlət nömrə nişanlı, 2006-cı il buraxılışlı, boz göy metallik rəngli olan nəqliyyat vasitəsinin zədələnmiş hissələrin yenisi ilə əvəz edilib təmir olunmasına və usta xərcləri-zəhmət haqqı 1150 manat, ehtiyat hissələri 1010 manat, cəmi 2160 manat vəsaitlər tələb olunur. İş materiallarında olan xx.xx.2023-vü il tarixli 603 saylı arayışa əlavədən görünür ki, “Toyota Prius (Hibrid)” markalı ** EX *** dövlət nömrə nişanlı avtomobilə ümumilikdə 2160 manat ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il,xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2022ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, 0xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli cərimə qəbzlərindən görünür ki, “Toyota Prius (Hibrid)” markalı ** EX *** dövlət nömrə nişanlı avtomobilin ödənilməmiş 890,3 manat cəriməsi vardır. İş materiallarında olan nəqliyyat vasitəsinin uçot kartoçkasından görünür ki, “Toyota Prius” markalı ** EX *** dövlət nömrə nişanlı avtomobil İddiaçı3 sahibliyindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nəzarət Xidmətinin müstəqil ekspertinin 618 nömrəli 29 aprel 2023-cü il tarixli arayışından görünür ki, avto yol nəqliyyat qəzasına uğramış “Toyota Prius” markalı ** VM *** dövlət nömrə nişanlı, 2007-ci il buraxılışlı, yaşıl metallik rəngli olan nəqliyyat vasitəsinin zədələnmiş hissələrin yenisi ilə əvəz edilib təmir olunmasına və usta xərcləri-zəhmət haqqı 190 manat, ehtiyat hissələri 1170 manat, cəmi 1360 manat vəsaitlər tələb olunur. İş materiallarında olan xx.xx.2023-vü il tarixli 618 saylı arayışa əlavədən görünür ki, “Toyota Prius” markalı ** VM *** dövlət nömrə nişanlı avtomobilə ümumilikdə 1360 manat ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2022-ci il tarixli xx.xx.2023-cü il, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli cərimə qəbzlərindən görünür ki, “Toyota Prius” markalı ** VM *** dövlət nömrə nişanlı avtomobilin ödənilməmiş cəmi 274 manat cəriməsi vardır. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prius” markalı ** VM *** dövlət nömrə nişanlı avtomobil İddiaçı1 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nəzarət Xidmətinin müstəqil ekspertinin arayışından görünür ki, avto yol nəqliyyat qəzasına uğramış “Toyota Prius (Hibrid)” markalı ** BG *** dövlət nömrə nişanlı, 2008-ci il buraxılışlı, boz göy rəngli olan nəqliyyat vasitəsinin zədələnmiş hissələrin yenisi ilə əvəz edilib təmir olunmasına və usta xərcləri-zəhmət haqqı 100 manat, ehtiyat hissələri 1055 manat, cəmi 1155 manat vəsaitlər tələb olunur. İş materiallarında olan xx.xx.2023-vü il tarixli 604 saylı arayışa əlavədən görünür ki, “Toyota Prius (Hibrid)” markalı ** BG *** dövlət nömrə nişanlı avtomobilə ümumilikdə 1155 manat ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il , xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022ci il, 16.03.202-ci il tarixli cərimə qəbzlərindən görünür ki, “Toyota Prius (Hibrid)” markalı ** BG *** dövlət nömrə nişanlı avtomobilin ödənilməmiş 802 manat cəriməsi vardır. İş materiallarında olan nəqliyyat vasitəsinin uçot kartoçkasından görünür ki, “Toyota Prius (Hibrid)” markalı ** BG *** dövlət nömrə nişanlı avtomobil İddiaçı4 sahibliyindədir. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Nəzarət Xidmətinin müstəqil ekspertinin arayışından görünür ki, avto yol nəqliyyat qəzasına uğramış “Toyota Prius (Hibrid)” markalı ** EV *** dövlət nömrə nişanlı, 2005-ci il buraxılışlı, qara rəngli olan nəqliyyat vasitəsinin zədələnmiş hissələrin yenisi ilə əvəz edilib təmir olunmasına və usta xərcləri-zəhmət haqqı 440 manat, ehtiyat hissələri 1300 manat, cəmi 1740 manat vəsaitlər tələb olunur. İş materiallarında olan xx.xx.2023-vü il tarixli 605 saylı arayışa əlavədən görünür ki, “Toyota Prius (Hibrid)” markalı ** EV *** dövlət nömrə nişanlı avtomobilə ümumilikdə 1740 manat ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2023-cü il cərimə qəbzindən görünür ki, “Toyota Prius (Hibrid)” markalı ** EV *** dövlət nömrə nişanlı avtomobilin ödənilməmiş 40 manat cəriməsi vardır. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prius (Hibrid)” markalı ** EV *** dövlət nömrə nişanlı avtomobil İddiaçı4 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nəzarət Xidmətinin müstəqil ekspertinin arayışından görünür ki, avto yol nəqliyyat qəzasına uğramış “Toyota Prius (Hibrid)” markalı ** EH *** dövlət nömrə nişanlı, 2008-ci il buraxılışlı, mavi metallik rəngli olan nəqliyyat vasitəsinin zədələnmiş hissələrin yenisi ilə əvəz edilib təmir olunmasına və usta xərcləri-zəhmət haqqı 150 manat, ehtiyat hissələri 300 manat, cəmi 450 manat vəsaitlər tələb olunur. İş materiallarında olan xx.xx.2023-vü il tarixli 600 saylı arayışa əlavədən görünür ki, “Toyota Prius (Hibrid)” markalı ** EH *** dövlət nömrə nişanlı avtomobilə ümumilikdə 450 manat ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2022ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il xx.xx.2023-cü il tarixli cərimə qəbzlərindən görünür ki, “Toyota Prius (Hibrid)” markalı ** EH *** dövlət nömrə nişanlı avtomobilin ödənilməmiş 492,80 manat cəriməsi vardır. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prius (Hibrid)” markalı ** EH *** dövlət nömrə nişanlı avtomobil X2 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Nəzarət Xidmətinin müstəqil ekspertinin arayışından görünür ki, avto yol nəqliyyat qəzasına uğramış “Toyota Prius (Hibrid)” markalı ** EH *** dövlət nömrə nişanlı, 2007-cı il buraxılışlı, qara rəngli olan nəqliyyat vasitəsinin zədələnmiş hissələrin yenisi ilə əvəz edilib təmir olunmasına və usta xərcləri-zəhmət haqqı 730 manat, ehtiyat hissələri 4740 manat, cəmi 5470 manat vəsaitlər tələb olunur. İş materiallarında olan xx.xx.2023-vü il tarixli 602 saylı arayışa əlavədən görünür ki, “Toyota Prius (Hibrid)” markalı ** EH *** dövlət nömrə nişanlı avtomobilə ümumilikdə 5470 manat ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2022ci il, xx.xx.2022-ci il xx.xx.2022-ci il xx.xx.2022-ci il xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli cərimə qəbzlərindən görünür ki, “Toyota Prius (Hibrid)” markalı ** EH *** dövlət nömrə nişanlı avtomobilin ödənilməmiş 242,80 manat cəriməsi vardır. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prius (Hibrid)” markalı ** EH *** dövlət nömrə nişanlı avtomobil İddiaçı2 mülkiyyətindədir. İş materiallarında olan 10 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh izahat verərək bildirmişdir ki, o, dolanışıq məqsəd ilə əvvəlllər sahibləri tərəfindən gündəlik kirayə verilən sedan tipli maşınları şifahi razılaşma və ya rəsmi müqavilə əsasında razılaşdırılmış hansısa qiymətəicarəyə götürüb sonra həmin avtomobilləri müxtəlif sürücülərə razılıq əsasında baha qiymətə gündəlik icarəyə verib qazanc əldə edir. İcarəyə verdiyi sürücülər avtomobilləri idarə etdikdəri müddətdə başqa maşınla toqquşdurub ziyan vurduqda və ya avtomobilin hansısa hissəsini nasaz vəziyyətdə saldıqda yaranan maddi zərəri o, ödəyərək avtomobilləri təmir etdirir. 2022-ci ilin fevral ayında dəqiq xatırmadığı tarixdə o, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində dəqiq xatırlamadığı ünvanda yerləşən işlədiyi ofisdə olan zaman Xasay və Ağaəli adlı şəxslər işldədiyi ofisə gəlib onunla görüşmüşlər. Həmin şəxslər söhbət zamanı ona demişlər ki, onların özlərinə məxsus 7 ədəd «Toyota Prius» markalı maşınları var və həmin maşınları gündəlik icarəyə verib pul qazanmaq istəyirlər və ondan onlara məxsus maşınları müxtəlif sürücülərə icarəyə verilməsində köməklik etməyini xahiş etmişlər. O, onların təklifi ilə razı olmuş və sonra həmin şəxslərə məxsus 7 ədəd qeyd olunan markada maşınları işlədiyi ofisin yaxınlığında təhvil almışdır. Həmin şəxslərdə rəsmi müqavilə bağlamamışlar, lakin aralarında olan şifahi razılaşmaya əsasən o, onlara hər maşın üçün gününə 22 manat verməklə hər ay 660 manat pul verməli idi. Bununla yanaşı razılaşmaya görə avtomobillər nasaz vəziyyətdə düşdükdə və ya qəzaya uğradıqda avtomobillərə dəymiş ziyanı o, ödəməli idi. O, 7 ədəd avtomobilləri həmin şəxslərdən alarkən işlək və saz vəziyyətdə olmuşlar. O, qeyd olunan maşınları təhvil aldıqdan sonra 1 il müddətində həmin maşınları sürücülük vəsiqələri olan müxtəlif şəxslərə icarəyə idarə etmək üçün vermişdir və həmin şəxslərə maşınları sahibləri tərəfindən verilmiş etibarnamə əsasında vermişdir. İşlədiyi müddətdə onun maşın sahiblərinə ayrı-ayrı vaxtlara görə müxtəlif səbəblərlə bağlı hissə-hissə təxminən 3000 manat məbləğində borcu yaranmışdır. Borclu olduğu pulun verilməsini maşın sahibləri ondan tələb etsələrdə, iş zəif olduğundan və maşınların ziyanları olduğundan o, həmin pulu toplayıb ödəyə bilməmişdir. Maşın sahibləri isə hər gün borcu olduğu pulu tələb etdikləri üçün münasibətlərində narazılıq yaranmışdır. O, həmin maşınları sonuncu dəfə sürücülərə icarəyə verərkən gələcəkdə yaranacaq problemləri nəzərə alaraq sığortalamaq məqsədilə hər birindən müxtəlif məbləğlərdə depozit pulu almışdır və sonra geri qaytarmışdır. 2022-ci ilin fevral ayında həmin şəxslərdə icarə götürdüyü 7 ədəd maşından **-BG-***, **-EH-***, **-EV-***, **-EX-***, 99-VM- 981 nömrə qeydiyyatlı maşınları tam işlək və saz vəziyyətdə olmuşlar. Həmin avtomobillərdən **-EX-*** nömrəli maşının yüngül kosmetik xərcləri olmuşdur. Təhvil aldığı maşınlardan **- EX-*** nömrəli maşın yol qəzasına uğradığı üçün işlək vəziyyətdə olmamış və sahiblərinə bu barədə məlumat verib həmin avtomobili təmir etdirib saz vəziyyətdə özlərinə təhvil verəcəyimi öhdələyinə götürmüşdür. Təhvil aldığı **-EH-*** nömrəli maşında mühərriki nasaz vəziyyətdə olduğundan və benzin bakı olmadığından işlək vəziyyətdə olmamışdır. Həmin maşını da təmir etdirib saz vəziyyətdə özlərinə təhvil verəcəyini demişdir, lakin maşın sahibləri razı olmayaraq avtomobili onların özünə verməyini demişlər. Buna görə o, avtomobili evakuator vasitəsi ilə onların dediyi ünvana göndərmişdir. Qeyd olunan avtomobili göndərək zaman benzin bakı olmamışdır, lakin sonradan həmin maşının benzin bakıda göndərmişdir. Benzin bakı nasaz olduğu üçün maşının üzərindən çıxartmışdır və sonra yenisini alıb sahiblərinə göndərmişdir. 2023-cü ilin fevral ayında onun məlumatı olmadan maşın sahibləri X17 həmin maşınların saxlanılaraq duracağa qoyulması ilə bağlı müraciət etmişlər. Həmin müraciətə əsasən polis əməkdaşları qeyd olunan maşınları onun icarəyə verdiyi sürücülərdən alaraq duracağa qoymuşlar və bu onun maşınları icarəyə verdiyi sürücülərlə aralarında narazılıqların baş verməsinə səbəb olmuşdur. Lakin maşın sahibləri ilə aralarında olan razılığa görə onlar maşınları geri özlərinə təhvil verməyini tələb etdikdə 1 ay əvvəl bu barədə ona xəbərdar etməli idilər. O, həmin xəbərdarlıqdan sonra maşınları saz vəziyyətə gətirib sonra onlara qaytarmalıydı. Lakin maşın sahibləri ona həmin xəbərdarlığı etməmişlər və onun məlumatı olmadan maşınların saxlanılaraq DYP-nin duracağına qoyulması ilə bağlı müraciət etmişlər. Maşınlardan **-VM-*** nömrəli maşın isə polislər tərəfindən saxlanılmaıdığı üçün duracağa qoyulmamışdır və hazırda onun sürmək üçün icarəyə verdiyi sürücüdədir. Sürücü həmin maşım ondan aldığın 600 manat depozit pulunu qaytarmadığı üçün özündə saxlamışdır və həmin pulu ödədikdən sonra təhvil verəcəyini bildirmişdir. Cavabdeh bildirmişdir ki, o, həmin avtomobilləri qaytarmayaraq gizlədəcəyini və ya hissə-hissə bölüb satacağı barədə maşın sahiblərinə hər hansı söz deməmişdir, belə bir hal olmamışdır. İş materiallarında olan 10 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi o, dolanışıq məqsədilə icarəyə verilən şəxslər tərəfindən verilən maşınları icarəyə götürüb taksi kimi sürüb gündəlik icarə pulu verir. Toyota Prius markalı **-VM-*** nömrəli maşını o, 16 yanvar 2023-cü il tarixdə müqavilə əsasında Orxan adlı şəxsdən icarəyə götürmüşdür. Həmin maşının qeyd olunan şəxs tərəfindən gününə 28 manat məbləğində pula icarəyə verilməsini və maşını icarəyə götürərkən 600 manat depozit pulunun alınmasını «Tap.Az» sosial saytında görüb Elşən adlı şəxsin istifadəsində olan 077 *** ** ** Nar GSM nömrəsinə zəng vurub həmin şəxslə danışaraq maşını icarəyə götürmək istədiyini bildirmişdir. Elşən adlı şəxs onu Orxan adlı şəxslə tanış edib maşını həmin tanışından təhvil alacağımı bildirmişdir. Bundan sonra o, Orxan adlı şəxsin istifadəsində olan 070 *** ** ** Nar GSM nömrəsinə zəng vurub onunla əlaqə saxlayıb Binəqədi rayonu ərazisində yerləşən 25 saylı Poliklinikanın yaxınlığında görüşmüşdür. Orxan adlı şəxs maşının icarəyə verilməsi ilə bağlı sosial saytda yerləşdirdikləri şərtləri ona dedikdən sonra aralarında razılıq olmuş və ilkin olaraq 620 manat məbləğində pulu icarəyə verilən maşını təhvil almaq üçün Orxana vermişdir və sonra qeyd olunan maşını ondan təhvil almışdır. Maşını təhvil alarkən onun Orxanın tanışı Elşən adlı şəxslə aralaırnda müqavilə bağlanmışdır. Həmin vaxt Elşən özü iştirak etməsədə Orxan onun adına yazılmış 5 səhifədən ibarət müqaviləni ona imza etdirmişdir və bir nüsxəsini ona vermişdir, digər nüsxəsini isə özünə götürmüşdür. Orxan ona demişdir ki, o, tanışı Elşənlə birlikdə uzağı iki saat müddətində maşını idarə etmək üçün etibarnaməni hazırlayıb ona verəcək. Lakin bir neçə gün keçməsinə baxmayaraq onlar ona vəd verdikləri etibarnaməni aldadaraq verməmişlər və bir müddət o, maşını idarə etməmişdir. Sonradan ona məlum olmuşdur ki, icarəyə verdikləri qeyd olunan maşın başqa şəxsə məxsusdur və həmin şəxsdən etibarnamə ala bilmədikləri üçün ona etibarnamə verə bilmirlər. Buna görə o, həmin şəxslərə demişdir ki, maşını geri təhvil alıb və ondan depozit kimi verdiyi 620 manat pulunu geri qaytarsınlar. Bundan sonra günlərlə əlaqə saxlayıb maşını təhvil verib pulunu geri almaq istəsədə, telefon zənglərinə cavab vermədikləri üçün həmin şəxslərdə əlaqə saxlayıb görüşməyi alınmamışdır. Həmin vaxtdan qeyd olunan maşın onda qalmışdır və tələb etdiyi pulu Orxan və Elşən adlı şəxslərdən ala bilməmişdir. Sonradan istifadəsində olan mobil nömrəsinə bir nəfər Ağaəli adlı şəxs zəng vurub onunla görüşmək istədiyini bildirmişdir. Həmin şəxslə görüşdükdə ona məlum olmuşdur ki, Orxan adlı şəxsin icarəyə sürmək üçün verdiyi avtomaşın Ağaəli və onun tanışı Xasay adlı şəxslərə məxsusdur. Elşən həmin maşını digər 6 ədəd maşınlarla birlikdə icarəyə sürmək üçün həmin şəxslərdən almışdır və sonra o, və başqa sürücülərə öz maşınları kimi icarəyə verərək depozit pulları almışlar. Sonradan Elşən icarəyə götürdüyü maşınları istifadəyə yararsız vəziyyətə salmaqla yanaşı icarə pulunu ödəməmişdir və maşın sahibləri maşınları geri qaytarmağı tələb etdikdə telefon zənglərinə cavab verməyərək maşınları sahiblərinə qaytarmaqdan boyun qaçırmışdır. Ağaəli ilə danışıq zamanı ona məlum olmuşdur ki, Elşən maşınları icarəyə sürmək üçün onlardan saz vəziyyətdə və cərimələri olmadan təhvil aldıqdan sonra hər bir maşını sürməyə yararsız vəziyyətə salmaqla yanaşı xeyldi məbləğdə cərimələr yaranmışdır. Ağaəli ona demişdir ki, o, Elşənin ona tanışı Orxan vasitəsi ilə verdiyi ona məxsus maşının borcu olan 620 manat depozit borcunu Elşənin əvəzinə ödəyib maşını ondan təhvil almaq istəyir. O, həqiqətən rəsmi sənədlərlə maşının Ağaəliyə aid olduğunu dəqiqləşdirib onun təklifi ilə razı olmuşdur və sonra depozit pulu kimi ondan alınmış 620 manat pulu Ağaəlidən alıb həmin maşını ona təhvil vermişdir. Lakin həmin vaxta kimi xeyli müddət ərzində maşını ona icarəyə vermiş Orxan və tanışı Elşən həmin pulu geri qaytarmaq üçün tələb etməyinə baxmayraq ona ödəməkdən boyun qaçırmışlar. Maşını icarəyə təhvil alarkən tərtib olunmuş icarə müqaviləsinin və təhvil təslim aktının surətlərini izahatına əlavə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (pullu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə pulludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 425.1-ci maddəsinə əsasən Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 475.1-ci maddəsinə əsasən Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 710.3-cü maddəsinə əsasən icarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. 685.1-ci maddəsinə əsasən Əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 684.1-ci maddəsinə əsasən Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 684.2-ci maddəsinə əsasən Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır. Məhkəmə ilk öncə iddia tələbinin iddiaçı X6 aid olanhissəsinə münasibət bilirərək qeyd edir ki, mülki işin matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, “Toyota Prius (Hibrid)” markalı ** EH *** dövlət nömrə nişanlı və “Toyota Prius (Hibrid)” markalı ** EH *** dövlət nömrə nişanlı avtomobilə iddiaçı X2 mülıkiyyətində olmuşdur. Cavabdeh tərəfin cinayət işinin başlanmasına dair rədd qərarında vermiş olduğu izahatdan da görünür ki, sözügedən avtomobillə şifahi icarə müqaviləsi əsasənənda 2022-ci ilin fevral ayının əvvəlindən 2023-cü ilin mart ayınının əvvəlinədək Cavabdeh Əlimədəy oğluna icarəyə verilmiş və icra dövründə maşının dair xərcləri ödəmək cavabdehə aid edilmişdir. Lakin mülki işin matriallarına əlavə edilmiş sənədlərdəndə görünür ki, sözügedən avtomobillər cavabdehin istifadəsi müddətinə avtomobillə zərər deymiş və eyni zamanda avtomobilin istifadəsi nəticəsində yazılmış cərimələr cavabdeh tərəfindən ödənməmişdir. Beləki iş matriallarından görünür ki, Toyota Prius (Hibrid)” markalı ** EH *** dövlət nömrə nişanlı avtomobilin cavabdehin istifadəsi müddətində ona 450 manat zərər dəymiş və 492.80 manat isə cərimə hesablanmışdır. “Toyota Prius (Hibrid)” markalı ** EH *** dövlət nömrə nişanlı avtomobilə isə 5470 manat zərər dəymiş və 242.80 manat isə cərimə hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi iddiaçı X3 menasibətdə təmin edilməli, Toyota Prius (Hibrid)” markalı ** EH *** dövlət nömrə nişanlı və “Toyota Prius (Hibrid)” markalı ** EH *** dövlət nömrə nişanlı avtomobilələrə dəymiş zərə və hesablanmış cərimə Cavabdeh tutularaq iddiaçı X3 ödənməlidir. (450+492.80+5470+242.80=6655.60) Bundan sonra məhkəmə iddia tələbinin iddiaçı X11 aid olan hissəsinə münasibət bilirərək qeyd edir ki, mülki işin matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, “Toyota Prius markalı 50EX421 dövlət nömrə nişanlı və “Toyota Prius” markalı ** EX *** dövlət nömrə nişanlı avtomobilə iddiaçı X4 mülkiyyətində olmuşdur. Cavabdeh tərəfin cinayət işinin başlanmasına dair rədd qərarında vermiş olduğu izahatdan da görünür ki, sözügedən avtomobillə şifahi icarə müqaviləsi əsasənənda 2022-ci ilin fevral ayının əvvəlindən 2023-cü ilin mart ayının əvvəlinədək Cavabdeh Əlimədəy oğluna icarəyə verilmiş və icra dövründə maşının dair xərcləri ödəmək cavabdehə aid edilmişdir. Lakin mülki işin matriallarına əlavə edilmiş sənədlərdəndə görünür ki, sözügedən avtomobillər cavabdehin istifadəsi müddətinə avtomobillə zərər deymiş və eyni zamanda avtomobilin istifadəsi nəticəsində yazılmış cərimələr cavabdeh tərəfindən ödənməmişdir. Beləki iş matriallarından görünür ki, Toyota Prius markalı 50EX421 dövlət nömrə nişanlı avtomobilin cavabdehin istifadəsi müddətində ona 2160 manat zərər dəymiş və 890.30 manat isə cərimə hesablanmışdır. “Toyota Prius markalı 50EX382 dövlət nömrə nişanlı avtomobilə isə 7400 manat zərər dəymiş və 375 manat isə cərimə hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi iddiaçı X7 münasibətdə təmin edilməli, “Toyota Prius markalı 50EX421 nömrə nişanlı və “Toyota Prius” markalı ** EX *** dövlət nömrə nişanlı avtomobilələrə dəymiş zərə və hesablanmış cərimə Cavabdeh tutularaq iddiaçı X8 ödənməlidir. (2160+890.30+7400+375=10825.3 manat) Bundan başqa məhkəmə iddia tələbinin “Toyota Prius” markalı ** EX *** dövlət nömrə nişanlı avtomobilin təmiri üçün cavabdehə verilmiş 2050 manat pulun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, qeyd edilən pul məbləğinin cavabdehə verilməsini təsdiq edən sübutlar müli iş matraillarına əlavə edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Bundan sonra məhkəmə iddia tələbinin İddiaçı4 aid olan hissəsinə münasibət bilirərək qeyd edir ki, mülki işin matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, “Toyota Prius markalı 77EV358 dövlət nömrə nişanlı və “Toyota Prius” markalı 61BG901 dövlət nömrə nişanlı avtomobilə İddiaçı4 mülkiyyətində olmuşdur. Cavabdeh tərəfin cinayət işinin başlanmasına dair rədd qərarında vermiş olduğu izahatdan da görünür ki, sözügedən avtomobillə şifahi icarə müqaviləsi əsasənənda 2022-ci ilin fevral ayının əvvəlindən 2023cü ilin mart ayının əvvəlinədək Cavabdeh Əlimədəy oğluna icarəyə verilmiş və icra dövründə maşının dair xərcləri ödəmək cavabdehə aid edilmişdir. Lakin mülki işin matriallarına əlavə edilmiş sənədlərdəndə görünür ki, sözügedən avtomobillər cavabdehin istifadəsi müddətinə avtomobillə zərər deymiş və eyni zamanda avtomobilin istifadəsi nəticəsində yazılmış cərimələr cavabdeh tərəfindən ödənməmişdir. Beləki iş matriallarından görünür ki, Toyota Prius markalı 77EV358 dövlət nömrə nişanlı avtomobilin cavabdehin istifadəsi müddətində ona 1740 manat zərər dəymiş və 40 manat isə cərimə hesablanmışdır. “Toyota Prius markalı 61BG-901 dövlət nömrə nişanlı avtomobilə isə 1155 manat zərər dəymiş və 802 manat isə cərimə hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi İddiaçı4 münasibətdə təmin edilməli, “Toyota Prius markalı 77EV358 nömrə nişanlı və “Toyota Prius” markalı 61BG901 dövlət nömrə nişanlı avtomobilələrə dəymiş zərə və hesablanmış cərimə Cavabdeh tutularaq İddiaçı4 ödənməlidir. (1740+40+1155+802=3737 manat) Bundan sonra məhkəmə iddia tələbinin iddiaçı X5 aid olan hissəsinə münasibət bilirərək qeyd edir ki, mülki işin matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, “Toyota Prius markalı 99VM 981 dövlət nömrə nişanlı avtomobilə iddiaçı X1 mülkiyyətində olmuşdur. Cavabdeh tərəfin cinayət işinin başlanmasına dair rədd qərarında vermiş olduğu izahatdan da görünür ki, sözügedən avtomobillə şifahi icarə müqaviləsi əsasənənda 2022ci ilin fevral ayının əvvəlindən 2023-cü ilin mart ayının əvvəlinədək Cavabdeh Əlimədəy oğluna icarəyə verilmiş və icra dövründə maşının dair xərcləri ödəmək cavabdehə aid edilmişdir. Lakin mülki işin matriallarına əlavə edilmiş sənədlərdəndə görünür ki, sözügedən avtomobillər cavabdehin istifadəsi müddətinə avtomobillə zərər deymiş və eyni zamanda avtomobilin istifadəsi nəticəsində yazılmış cərimələr cavabdeh tərəfindən ödənməmişdir. Beləki iş matriallarından görünür ki, Toyota Prius markalı 99VM981 dövlət nömrə nişanlı avtomobilin cavabdehin istifadəsi müddətində ona 1360 manat zərər dəymiş və 274.2 manat isə cərimə hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi iddiaçı X5 münasibətdə təmin edilməli, “Toyota Prius markalı 99VM981 nömrə nişanlı və avtomobilə dəymiş zərə və hesablanmış cərimə Cavabdeh tutularaq iddiaçı X5 ödənməlidir. (1360+274.2=1634.2 manat) Məhkəmə bundan başqa iddia tələbinin iddiaçı X1 Əfülfət adlı şəxsə Cavabdeh əvəzinə ödəmiş olduğu 420 manat geri tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, cinayət işinin rədd martiallarındanda cavabdehin vəHüseynov Əbülfət Arif oğlunun vermiş olduğu izahatdanda görünür ki, Hüseynov Əbülfət cavabdehə 99VM981 nömrə nianlı maşının icarəsi üçün 620 mnata pul ödəmişdir. Cavabdeh izahında Əbülfətin pulunu geri tələb etməsi bildirsədə, həmin pulun kim tərəfindən ödəndiyini bildirməmi, Hüseynov Əbülfət isə pulun ona X9 tərəfindən ödənildiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli 420 manat pul məbləği cavabdehdən iddiaçı X1 xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə iddia tələbinin iddiaçı X1 4800 manat icarə borcunun cavabdehdən onun xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, cinayət işinin rədd qərarında cavabdehin iddiaçı X5 icarə müqaviləi üzrə yalnız 3000 manat borcunun olçası etiraf edildiyindən iddia tələbi bu hissədə də qismən 3000 manat hissədə təmin edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin nəqliyyat vasitələrinin əmtəə dəyərini itirməsinin əvəzi olaraq 21000 manat hissəsinin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçılar avtomobillərin əmtə dəyərinin ümümi istifaədə artqı itirilməsini təsdiq edən möhtəbər sübutlar məhkəməyə təqdim etmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Bundan başqa məhkəmə iddia tələbinin 30000 manat mənəvi zərərin ödənilməsi hissədinə münasibət bildirərək qeyd edir ki, işdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsi sübuta yetirilmir. Bununla bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçılar tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən fiziki və mənəvi sarsıntılar keçirməsi, sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdehdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi də rədd olunmalıdır. Bundan başqa məhkəmə iddia tələbinin 335 manat dövlət rüsumunun cavabdehdən iddiaçıların xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumuda qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107, 115, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6655.60 (altı min altı yüz əlli beş manat altmış qəpik) manat pul tutularaq iddiaçı X6 ödənilsin. Cavabdeh 10825.30 (on min səkkiz yüz iyirmi beş manat otuz qəpik) manat pul tutularaq İddiaçı3 ödənilsin. Cavabdeh 3737 (üç min yeddi yüz otuz yeddi) manat pul tutularaq İddiaçı4 ödənilsin. Cavabdeh 5054.20 (beş min əlli dört manat iyirmi qəpik) manat pul tutularaq İddiaçı1 ödənilsin. Mülki iş üzrə ödənilmiş 335 manat dövlət rüsumunun 168 (bir yüz almış səkkiz) manat olan hissəsi Cavabdeh tutularaq iddiaçılara ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5325/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5325/2023
20.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver