Məhkəmə qərarları › İş №2(008)-549/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-549/2025

13.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-549/2025 13.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Hüseynova Aytəkı̇ n Vahı̇ d qızının cavabdeh Sabunçu rayon İcra Şöbəsinə, AR X1 Əmlak Hərrac Mərkəzinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Finoko BOKT ASC-ə qarşı hərracın yekun protokolun ləğvi və alqı-satqının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Hüseynova Aytəkı̇ n Vahı̇ d qızı cavabdeh Sabunçu rayon İcra Şöbəsinə, AR X1 Əmlak Hərrac Mərkəzinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Finoko BOKT ASC-ə qarşı hərracın yekun protokolun ləğvi və alqı-satqının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Sabunçu rayon icra şöbəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, ev 29c ünvanında yerləşən 73 saylı mənzilinin açıq hərracdan satışının keçirilməsi üçün X1 Əmlak Hərrac Mərkəzinə 304718/2023 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubunun əsassız və qanunsuz hesab edərək “X1” Əmlak Hərrac Mərkəzi MMC-nin X5 barədə 17 mart 2023-cü il tarixli, 86/23 №-li Protokolun (ipeteka Predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair) və həmin protokol əsasında hərracın təşkilatçısı “X1" Əmlak Hərrac Mərkəzi MMC ilə "xxxx" BOKT ASC arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Finoko" BOKT ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2020/00247-01 nömrəli kredit müqaviləsinə əsasən 51 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 13900 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, ev 29c ünvanında yerləşən 73 saylı mənzili ipoteka predmeti kimi “Finoko" BOKT ASC-nə təqdim edilmiş, iddiaçı ilə xx.xx.2020- ci il tarixli, 2020/00247-01/p №-li ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2020-ci ildə qeydə alınmış və müvafiq çıxarış verilmişdir, ipoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri razılığa əsasən 65*** manat məbləğində müəyyən edilmişdir. Bu yaxınlarda icra mərhələsində iddiaçının əldə etdiyi sənədlərə əsasən məlum olmuşdur kl, cəmiyyətlə aralarında bağlanmış kredit müqaviləsi üzrə 13900 ABŞ dolları pulun müqabilində Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2109/2022-039 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, ev 29c ünvanında yerləşən 73 saylı mənzili ipoteka predmeti kimi açıq hərracdan satılaraq "Finoko” BOKT ASC tərəfindən əldə olunmuşdur. Belə ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2109/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "Finoko” BOKT ASC-nin iddiaçıya qarşı iddia tələbi qismən təmin olunaraq iddiaçı “Finoko" BOKT ASC cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2020/00247-01 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı 13161, 44 ABŞ dolları məbləğində əsas borc, 3658,80 ABŞ dolları faiz borcu, 700 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 17520,24 ABŞ dolları pul vəsaiti manatın ödəniş gününə məzənnə nisbəti ilə, 200 manat mediasiya xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5,35 manat məbləğində pul iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə tutulması, tutma İddiaçı məxsus, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 73 saylı mənzilə yönəldilməsi, həmin əmlak açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğin cavabdehə qaytarılması, ünvan 3 ünvanında yerləşən 73 nömrəli mənzilin qiyməti 7***0 manat müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2109/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış, İcra vərəqəsi əsasında icraya yönləndirilmişdir. (elektron imzalanma tarixi-xx.xx.2022). Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2109/2022-039 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə icrata başlamaq haqqında Qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixdə e-304718/2022-4-23-003 “Bildiriş” göndərilirək 10 gün müddətində könüllü icra edilməsi təklif olunmuşdur. Sabunçu rayon İcra şöbəsi tərəfindən tələbin könüllü icrası barədə xx.xx.2022-ci il tarixli “Bildirişi” xx.xx.2023-cü il tarixində Poçta vasitəsi ilə iddiaçının yaşadığı ünvan 3 ünvanında yerləşən 73 saylı mənzilə göndərilmiş və xx.xx.2023-cü il tarixdə o, xəbərnaməyə imza etməklə həmin “Bildirişi” almışdır. (poçta zərfi ərizəyə əlavə edilir). Lakin icra şöbəsi qanunvericilikdə nəzərdə tutulan tələbin könüllü icra müddətini (10 günü) gözləmədən Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2109/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən ipoteka ilə yüklü edilmiş, iddiaçıya məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, ev 29c ünvanında yerləşən 73 saylı mənzilinin açıq hərracdan satışının keçirilməsi üçün X1 Əmlak Hərrac Mərkəzinə 304718/2023 saylı, xx.xx.2023-cü il tarix li sifariş məktubu göndərmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinin tələbinə görə “İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir". Daha sonra Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, ev 29c ünvanında yerləşən “X1” Əmlak Hərrac Mərkəzi MMCnin X5 barədə 17 mart 2023-cü il tarixli, Protokol №86/23 (ipeteka Predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair) əsasən ipoteka predmeti olan 2 otaqdan ibarət tam təmirli, (məhkəmə qətnaməsinə əsasən 7***0 AZN manata qiymətləndirilmiş) 73 saylı mənzil ilkin satış qiymətindən təkrar hərrac keçirilməklə 35% aşağı qiymətlə 44.625 (qırx dörd altı yüz iyirmi beş) manata iş üzrə 3-cü şəxs “Finoko" BOKT ASC-nə satılmışdır. Hərracın keçirilməsi barədə iddiaçının məlumatı olmamışdır. Əldə olunan sənədlərdən isə görünür ki, hərracın keçirilməsi ilə əlaqədar hərrac mərkəzi tərəfindən “Bildiriş" göndərilmişdir. Bütün bu olan prosesslərdən iddiaçı sonra xəbər tutmuşdur. Beləliklə “Finoko" BOKT ASC məhkəmə qətnaməsi ilə müəyyən edilən 13161, 44 ABŞ dolları məbləğində əsas, cəmi 17520,24 ABŞ dolları məbləğində pulun müqabilində (bazar qiyməti 120 *** manat olan) 7***0 manat razlaşdırılmış məbləğdə olan mənzili 44.625 (qırx dörd altı yüz iyirmi beş) manata əldə etmişdir. Halbuki, xx.xx.2020 ci il tarixli, 2020/00247- 01 nömrəli kredit müqaviləsi üzrə krediti aldıqdan sonra iddiaçı mütamadi olaraq 6*** AZN manat məbləğində cəmiyyətə ödəniş etmişdir. Həmin ərəfədə o, sahibkarlıq fəaliyyəti ilə məşğul olumuşdur. Lakin sonradan COViD-19 əlaqədar olaraq işləmədiyinə görə həmin məbəği ödəmək imkanı olmamışdır. COViD-19 la bağlı olaraq karantin rejiminin 2020-ci ilin mart ayından hökm sürməsi ilə əladədar heç bir yerdə işləyə bilmədiyindən müqavilə üzrə pul öhdəliyini vaxtında yerinə yetirə bilməmişdir. İddiaçı “Finoko" BOKT ASC-dən kredit almış və kredit müqaviləsi imzalamış və pulun ödənilməsindən imtina etmir. Himayəsində 3 yetkinlik yaşına çatmayan uşaqları var. Hərracın nəticələrinin mübahisələndirilməsinə münasibətdə ilk növbədə nəzərə alınmalıdır ki, Sabunçu rayon icra şöbəsi tərəfindən İpoteka haqqında Qanununun 82-ci maddəsinin tələbləri pozulmuş və hərracla bağlı məhkəmə qərarını mübahisələndirmək hüququndan iddiaçı məhrum edilmişdir. Bundan başqa ipoteka predmeti olan mülkiyyətində olan mənzilin dəyəri kreditora ödəməli olduğu borcun məbləğindən qat-qat yüksəkdir. Və həmin mənzili özgəninkiləşdirməklə kreditora əsas öhdəlik üzrə borclarını ödəmək iqtidarında olurdu. Əks təqdirdə də kreditorun özgəninkiləşdirməyə razı olmaması barədə qərarını məhkəmədə mübahisələndirmək hüququ yaranırdı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə еdərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2109/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin olunmuş, iddiaçı “Finoko" BOKT ASC cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2020/00247-01 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı 13161, 44 ABŞ dolları məbləğində əsas borc, 3658,80 ABŞ dolları faiz borcu, 700 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 17520,24 ABŞ dolları pul vəsaiti manatın ödəniş gününə məzənnə nisbəti ilə, 200 manat mediasiya xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5,35 manat məbləğində pul iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə tutulması, tutma İddiaçı məxsus, ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən 73 saylı mənzilə yönəldilməsi, həmin əmlak açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğin cavabdehə qaytarılması, ünvan 3 ünvanında yerləşən 73 nömrəli mənzilin qiyməti 7***0 manat müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. -xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Sabunçu Rayon icra şöbəsinin icra məmuru X4 Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 2109/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlamışdır. -Sabunçu Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli bildirişinin surətindən görünür ki, İddiaçı Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2109/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif olunur. İş materiallarında olan xəbərnamədən görünür ki, İddiaçı tələbin könüllü icrası barədə bildirişi xx.xx.2023-cü il tarixdə almışdır. - xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, ipotеka prеdmеtinə tutmanın yönəldilməsinə başlanıldığı İddiaçı nəzərinə çatdırılır; - Azərbaycan Respublikası X3 Cavabdeh2 MMC-nin açıq hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli, 30/23 nömrəli bildirişinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi ünvanında yеrləşən 29c saylı evin 73 nömrəli mənzilin ilkin hərracı xx.xx.2023-cü il tarixə saat 10:00-a təyin еdilmişdir; - Azərbaycan Respublikası X3 Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli hərracın baş tutmamasına dair protokolun surətindən görünür ki, hərracın keçirilməsinin tarixi və yeri barədə kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X2 eləcə də Cavabdeh2 MMCnin rəmi internet saytında elan verilməklə, maraqlı tərəflərə hərracın keçirilməsinə dair bildiriş göndərilmişdir. xx.xx.2023-cü il tarixinə təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır.; - Azərbaycan Respublikası X3 Cavabdeh2 MMC-nin təkrar hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli, 322/23 nömrəli bildirişinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixə təyin еdilmiş ilkin hərrac baş tutmadığı üçün təkrar hərrac xx.xx.2023-cü il tarixə saat 10:00-a təyin еdilmişdir; - Azərbaycan Respublikası X3 Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli hərracın baş tutmamasına dair protokolun surətindən görünür ki, hərracın keçirilməsinin tarixi və yeri barədə kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X2 eləcə də Cavabdeh2 MMCnin rəmi internet saytında elan verilməklə, maraqlı tərəflərə hərracın keçirilməsinə dair bildiriş göndərilmişdir. xx.xx.2023-cü il tarixinə təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır.; - X3 Cavabdeh2 MMC-nin X5 barədə xx.xx.2023-cü il tarixli protokolun surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi ünvanında yеrləşən 29c saylı evin 73 nömrəli mənzili “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 44625 manata "xxxx" BOKT ASC tərəfindən əldə edilmişdir; Məhkəmə iclasında müəyyən olunmuşdur ki, “Finoko" BOKT ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2020/00247-01 nömrəli kredit müqaviləsinə əsasən 51 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 13900 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, ev 29c ünvanında yerləşən 73 saylı mənzili ipoteka predmeti kimi “Finoko" BOKT ASC-nə təqdim edilmiş, iddiaçı ilə xx.xx.2020- ci il tarixli, 2020/00247-01/p №-li ipoteka müqaviləsi bağlanmışdır. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2109/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "Finoko” BOKT ASC-nin iddiaçıya qarşı iddia tələbi qismən təmin olunaraq iddiaçı “Finoko" BOKT ASC cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2020/00247-01 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı 13161, 44 ABŞ dolları məbləğində əsas borc, 3658,80 ABŞ dolları faiz borcu, 700 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 17520,24 ABŞ dolları pul vəsaiti manatın ödəniş gününə məzənnə nisbəti ilə, 200 manat mediasiya xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5,35 manat məbləğində pul iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə tutulması, tutma İddiaçı məxsus, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 73 saylı mənzilə yönəldilməsi, həmin əmlak açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğin cavabdehə qaytarılması, ünvan 3 ünvanında yerləşən 73 nömrəli mənzilin qiyməti 7***0 manat müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2109/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış, İcra vərəqəsi əsasında icraya yönləndirilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2109/2022-039 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə icrata başlamaq haqqında Qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixdə e-304718/2022-4-23-003 “Bildiriş” göndərilirək 10 gün müddətində könüllü icra edilməsi təklif olunmuşdur. Sabunçu rayon İcra şöbəsi tərəfindən tələbin könüllü icrası barədə xx.xx.2022-ci il tarixli “Bildirişi” xx.xx.2023-cü il tarixində almışdır. İcra şöbəsi Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2109/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən ipoteka ilə yüklü edilmiş, iddiaçıya məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, ev 29c ünvanında yerləşən 73 saylı mənzilinin açıq hərracdan satışının keçirilməsi üçün X1 Əmlak Hərrac Mərkəzinə 304718/2023 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubu göndərmişdir. Daha sonra Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, ev 29c ünvanında yerləşən “X1” Əmlak Hərrac Mərkəzi MMC-nin X5 barədə 17 mart 2023-cü il tarixli, Protokol №86/23 əsasən ipoteka predmeti olan 2 otaqdan ibarət tam təmirli, 73 saylı mənzil ilkin satış qiymətindən təkrar hərrac keçirilməklə 35% aşağı qiymətlə 44.625 (qırx dörd altı yüz iyirmi beş) manata iş üzrə 3-cü şəxs “Finoko" BOKT ASC-nə satılmışdır. Hərracın keçirilməsi barədə iddiaçının məlumatı olmamışdır. İcra haqqında qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İş materiallarından göründüyü kimi, icra məmurunun tələbin könüllü icrası barədə xx.xx.2022-ci il tarixdə göndərdiyi bildirişi İddiaçı xx.xx.2023-cü il tarixdə almışdır. Lakin icra məmuru qanunvericilikdə nəzərdə tutulan tələbin könüllü icra müddətini gözləməmiş. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2109/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən ipoteka ilə yüklü edilmiş, iddiaçıya məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, ev 29c ünvanında yerləşən 73 saylı mənzilinin açıq hərracdan satışının keçirilməsi üçün X1 Əmlak Hərrac Mərkəzinə 304718/2023 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubu göndərmişdir. Məhkəmə onu qеyd еtməyi zəruri sayır ki, qanunun tələbinə görə hərracın təşkilatçısı hər hərrac üzrə onun keçirilməsinə dair iki dəfə elan dərc etməli, eləcə də ipoteka saxlayana və ipoteka qoyana bildiriş göndərməlidir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Hərracın təşkilatçısı isə hər hərrac üzrə yalnız bir elan vermiş, iddiaçıya bildiriş göndərməmişdir. Eyni zamanda elanın verilməsi və bildirişin göndərilməsi hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış edilməli olsa da, xx.xx.2023-cü il tarixli hərracın keçirilməsinə dair elanın verilməsi və bildirişin göndərilməsi üzrə hərəkətlər xx.xx.2023-cü il tarixdə hərracın keçirilməsinə 27 gün qalmış, xx.xx.2023-cü il tarixli hərracın keçirilməsinə dair elanın verilməsi və bildirişin göndərilməsi üzrə hərəkətlər isə xx.xx.2023-cü il tarixdə hərracın keçirilməsinə 16 gün qalmış edilmişdir. İddiaçıya hərracın keçirilməsi barədə bildirişlərin göndərilməməsi nəticəsində, onun hərracın nəticələri üzrə mübahisəli protokol imzalananadək, yəni onun "xxxx" BOKT ASC tərəfindən əldə olunmasına qədər "xxxx" BOKT ASC-nin əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam vermək hüququ pozulmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. 42.1-ci maddəsinin tələbinə görə hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. 42.6-cı maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. 43.1-ci və 43.1.2-ci maddələrinə əsasən hərracın iştirakçısı olmadıqda, hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 42.7-ci maddəsinə görə hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. 42.4-cü maddəsinə əsasən hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə iddia tələbi üzrə belə hesab edir ki, tələbin könüllü icra müddəti gözlənilmədiyindən və hərracın kеçirilməsi zamanı qanunvеriciliyin tələbləri pozulduğundan Sabunçu rayon İcra şöbəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, ev 29c ünvanında yerləşən 73 saylı mənzilinin açıq hərracdan satışının keçirilməsi barədə X1 Əmlak Hərrac Mərkəzinə ünvanlanmış 304718/2023 saylı, xx.xx.2023-cü il tarixli, sifariş məktubunu əsassız və qanunsuz hesab edilməli, “X1” Əmlak Hərrac Mərkəzi MMC-nin X5 barədə 17 mart 2023-cü il tarixli, 86/23№-li Protokolun nəticələri ləğv edilməli, həmin protokol əsasında hərracın təşkilatçısı “X1” Əmlak Hərrac Mərkəzi MMC ilə "xxxx" BOKT ASC arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. “X1” Əmlak Hərrac Mərkəzi MMC-nin X5 barədə 17 mart 2023-cü il tarixli, 86/23№-li Protokolun nəticələri ləğv edilsin. “X1” Əmlak Hərrac Mərkəzi MMC-nin X5 barədə 17 mart 2023-cü il tarixli, 86/23№-li Protokolun əsasında hərracın təşkilatçısı “X1” Əmlak Hərrac Mərkəzi MMC ilə "xxxx" BOKT ASC arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar