Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5502/2025 23.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 Seyfəddin oğlunun sədrliyi məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi iddiaçının nümayəndəsi Vəkil Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi barədə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandığı hallar: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil onun mülkiyyətindədir. Həmin mənzilə dair çıxarış onun adınadır. Cavabdeh isə onun keçmiş həyat yoldaşıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-960/2023 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində xx.xx.2009-cu il tarixdə bağlanmış və 1229 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur və artıq uzun müddətdir bu günə kimi cavabdeh onun mülkiyyətində olan ünvanda yaşamır. Lakin bugünə kimi cavabdeh Kazımova (Binyatova) Kamalə Mirbəşir qızı onun mülkiyyətində olan ünvan 1 ünvanda pasport qeydiyyatında qalmışdır. Mənzilin bütün kommunal xərclərini o ödəyir. Həmin şəxsin onun evində qeydiyyatda qalmağı ona maddi cəhətdən ziyan vurduğundan o, əlavə kommunal xərcləri ödəmək məcburiyyətində qalır və mənzilinə mülkiyyət hüquqlarından istifadə edə bilmir. Ona görə də cavabdehin ona məxsus evdən istifadə hüququ itirilməlidir. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək cavabdehin hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, o, halhazırda başqa nikaha daxil olmuşdur və yeni həyat yoldaşı ilə başqa evdə kirayə yaşayır. Evdən qeydiyyatdan çıxarılmasına etirazı yoxdur. Mülki işin materialları İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, mübahisəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir. -AR DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh həmin evdə qeydiyyatdadır. -Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞB/8/2025-01438 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. -Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-960/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra azyaşlı övladları Cavabdeh yanında saxlanılmış və İddiaçı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən, müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. 255.2. Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. 262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. 262.3. Fiziki və ya hüquqi şəxsə mənsub daşınmaz əşya servitutla yüklü olma nəticəsində öz təyinatına uyğun istifadə edilə bilmədikdə mülkiyyətçi servituta xitam verilməsini məhkəmə yolu ilə tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli Qərarı: Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2016-ci il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Məhkəmə ilk öncə qeyd edir ki, yaşayış sahəsindən istifadə hüququ qanunvericilikdə məhdud əşya hüququ üçün nəzərdə tutulmuş bütün xüsusiyyətləri özündə ehtiva etməklə, məhdud əşya hüququdur. Konstitusiya Məhkəməsi sadalanan qərarında göstərdiyi hüquqi mövqeyə əsasən müəyyən edilmişdir ki, yaşayış sahəsindən istifadə hüququ mahiyyət etibarı ilə servitut olmaqla, servituta dair müddəaların analoji qaydada ona tətbiq edilməsini məqsədə uyğun hesab etmişdir. Odur məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mübahisəyə servituta dair müddəalar tətbiq edilməlidir. Məhkəmə işin materiallarını, tərəflərin izahatlarını araşdıraraq, hesab edir ki, mübahisənin maddi hüquqi əsası qismində Azərbaycan Respublikası MM-nin 262.2-ci maddəsi və Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli Qərarı çıxış edir. Belə ki, həmin maddə və müvafiq qərara əsasən məhkəməyə hasil olur ki, yaşayış sahəsindən istifadə hüququna həmin yaşayış sahəsinə ehtiyac aradan qalxdıqda müvafiq kompensasiya ödənilmədən xitam verilə bilər. Maddənin məzmununa göründüyü kimi, həmin maddənin aşağıdakı dispozisiya şərtləri mövcuddur ki, həmin şərtlərin hər biri ardıcıllıqla yoxlanılmalıdır və hər bir şərt mövcud olduğu halda iddia tələbi təmin edilməlidir, əks təqdirdə digər şərtə keçmədən iddia tələbi rədd edilməlidir. 1) Cavabdehin həmin yaşayış sahəsindən istifadə hüququ olmalıdır. 2) Cavabdehin həmin yaşayış sahəsinə ehtiyacı aradan qalxmalıdır. İşin müəyyən edilmiş hallarına sadalanan dispozisiya şərtləri baxımından qiymətləndirirək məhkəmə aşağıdakıları qeyd edir. İlk dispozisiya şərti ondan ibarətdir ki, cavabdehin həmin yaşayış sahəsindən istifadə hüququ olmalıdır. İş materiallarından görünür ki, həqiqətən, cavabdeh həmin mənzildə qeydiyyatdadır və mənzildən istafadə hüququ mövcuddur. Odur ki, buy dispozisiya şərti ödənildiyindən digər şərtə keçilməlidir. Digər dispozisiya şərti isə cavabdehin həmin yaşayış sahəsinə olan ehtiyacı aradan qalxmasıdır. Məhkəmə hesab edir ki, bu dispozisiya şərti də ödənilir. Belə ki, məhkəmə iclasında iştirak edən cavabdeh izahatında artıq başqa nikaha daxil olduğunu və yeni mənzildən yaşadığını bildirmişdir. Bununla da artıq mübahisəli mənzildən istifadə hüququna ehtiyacının aradan qalxdığını etiraf etmişdir. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına mübahisənin qanuni əsasları baxımından qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticə hissəsi Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ İddia tələbi təmin edilsin. Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanda olan mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X2
Məhkəmə qərarları › İş №2(008)-5502/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5502/2025
23.12.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver