Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-5504/2024 24.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Bakı şəhəri 17 saylı Notariat Ofisinə qarşı “ərizələrin etibarsız hesab edilərək mirasın faktiki qəbul edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı1, İddiaçı2 “ərizələrin etibarsız hesab edilərək mirasın faktiki qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci ildə vəfat etmiş ataları Əlixan Əmircan oğlundan miras pay bölgüsündən X1 vərəsələr siyasından çıxırılması, iddiaçıların 17 saylı Notariat ofisində 8i-2938 və 8i-2939 reystr nömrəsi ilə qeyd edilmiş xx.xx.2024-cü il tarixli ərizlərinin etibarsız hesab edilməsi və xx.xx.2017-ci ildə vəfat etmiş ataları Əlixan Əmircan oğlundan qalan evin İddiaçı1 tərəfindən faktiki qəbul edilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçılar iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi ilə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Odur ki, iddia ərizəsinin xahiş etdi hissəsində nəzərdə tutulan “xx.xx.2017-ci ildə vəfat etmiş ataları Əlixan Əmircan oğlundan miras pay bölgüsündən X1 vərəsələr siyasından çıxırılması” tələbi ilə “iddiaçıların 17 saylı Notariat ofisində 8i-2938 və 8i- 2939 reystr nömrəsi ilə qeyd edilmiş xx.xx.2024-cü il tarixli ərizlərinin etibarsız hesab edilməsi və xx.xx.2017-ci ildə vəfat etmiş ataları Əlixan Əmircan oğlundan qalan evin İddiaçı1 tərəfindən faktiki qəbul edilmiş hesab edilməsi” tələbləri ayrı-ayrı iddia ərizəsi formasında verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Qeyd olunan qanunvericilik aktı normasına, əsasən, hesab edirəm ki, bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1. maddəsinin tələbinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı1, İddiaçı2 cavabdeh Bakı şəhəri 17 saylı Notariat Ofisinə qarşı “ərizələrin etibarsız hesab edilərək mirasın faktiki qəbul edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5504/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-5504/2024
24.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver