Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-556/2025 13.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3, Cavabdeh7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğluna, Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, qarşı “mənzildən istifadə hüququnun itirilməsi hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğluna, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 - ailə üzvləri X15, X9, X1 və X2 ilə birlikdə, Cavabdeh4, Cavabdeh8, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 ünvan 9-yə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1980-ci ildə ünvan 1 ünvanda atası X3 məxsus evdə anadan olmaqla hal-hazıra kimi ailə üzvləri ilə birlikdə faktiki olaraq həmin ünvada yaşayır. Həmin ünvanda qeydiyyatda olmaqla yaşayan anası X10 xx.xx.2010cu ildə, atası X5 xx.xx.2022-ci ildə vəfat etmişlər. Onların vəfatından sonra həmin evdə faktiki olaraq o və ailə üzvləri yaşasa da, həmin ünvanda qeydiyyatda olan, lakin uzun müddətdir ki, həmin qəsəbədə faktiki olaraq başqa ünvanda özlərinə məxsus evdə yaşayan cavabdehlər ailə üzvlərinin (arvadı və uşaqlarının) həmin ünvana qeydiyyata alınmasına, habelə evin onun adına rəsmiləşdirilməsinə razılq vermirlər ki, bu da onun və ailə üzvlərinin mənzil və digər hüquqları kobud surətdə pozmaqda davam edir. Bakı şəhəri, 15 saylı Vəkil Bürosunun sorğusuna Sabunçu RİHB-nin Nardaran qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi M.Əsədovun verdiyi 22 dekabr 2023-cü il tarixli, Ns5-18-6/2-1100/23 saylı arayışda göstərilir ki, “Sizin, Sabunçu RİHB-nrn Nardaran qəsəbə inzibati ərazisi dairəsi üzrə nümayəndəliyinə ünvanladığınız 204 saylı xx.xx.2023-ü il tarixli məktubunuza cavab olaraq bildiririk ki, qəsəbə sakini xx.xx.1980-cü il təvəllüdlü İddiaçı doğulduğu ildən indiyə kimi atası, xx.xx.2022-ci ildə vəfat etmiş X3 məxsus Nardaran qəsəbəsi ünvan 3 ünvanda yaşayır. Atasının vəfatından sonra ünvana faktiki sahiblik edir. Adlan qeyd olunan Cavabdeh1 və Cavabdeh2 ünvanda qeydiyyatdadrlar. Ancaq həmin ünvanda yaşamrlar.” Cavabdeh1 ailə qurması ilə əlaqədar olaraq 1995-ci ildən qəsəbənin X20 küçəsində yaşayır. Cavabdeh2 ailə qurması ilə bağlı 1994-cü ildən qəsəbənin ünvan 4 ünvanda yaşayır. Cavabdeh3 ailəsi birlikdə 2000-ci ildən qəsəbənin Zahid Xəlilov küçəsində yaşayır. Bundan başqa, Azərbaycan Respublikası DİN ASAN 5 xidmətinin verdiyi "Yaşayış yeri üzrə qeydiyyat haqqında" ******* nömrəli, xx.xx.2024cü il tarixli Arayışı adıqdan sonra bilmişdir ki, yuxarıda adları göstərilən şəxslərdən başqa, onların uşaqları və digər şəxslər də onun və ailə üzvlərinin yaşadığı ünvan 5 ünvanda qeydiyyatdadırlar: Cavabdeh4, xx.xx.1995; Cavabdeh8,xx.xx.1991; Cavabdeh5, xx.xx.1998; X15, xx.xx.2015; X9, xx.xx.2016; Cavabdeh6, xx.xx.1996; Cavabdeh7, xx.xx.1997; X1, xx.xx.2008; X2, xx.xx.20011. Həmin şəxslərdən Cavabdeh5, X15, X9, X1 və X2 qardaşı Cavabdeh3 ailə üzvləri olmaqla faktiki olaraq onunla birlikdə Sabunçu rayonu, Nardaran qəsəbəsi Zahid Xəlilov küçəsində yaşayırlar. Cavabdehlərdən Cavabdeh4, Cavabdeh8, Cavabdeh6 və Cavabdeh7 onun ailə üzvü olmamaqla heç vaxt nə onunla, nə də ata-anası ilə birlikdə ünvan 6 ünvanda yaşamamışlar, onların həmin ünvana hansı əsasla qeydiyyata alınmaları ona məlum deyildir. Cavabdehlərin bəziləri uzun müddətdir ki. Onların yaşadığı evdən birdəfəlik köçməklə daimi olaraq başqa ünvanda özlərinə məxsus evdə ailə üzvləri ilə birlikdə yaşayırlar, bəziləri isə faktiki başqa ünvanda yaşasalar da, onların da qeydiyyatı onların yaşadığı ünvanadır ki, onlar da onların yerinə də kommunal xərcləri ödəyir, onlar həmin ünvana gəlmədikləri üçün ata-anasının vəfatından sonra evi öz adına rəsmiləşdirə bilmir. Həmin şəxslərin onların ünvana qeydiyyatının saxlanması ilə onların seçki və sosial təminat hüquqlarının realizəsi, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yaradır. Belə ki. onların qeydiyyatda olduqları ünvan kimi, onlara çağırış vərəqələri, seçki bildrişləri və sair də həmin ünvana gəlir ki, bu həm onları narahat edir, həm də qeyd olunan sənədlər həmin şəxslərə vaxtında çatdırılmadığı üçün onların da hüquqlarının pozulmasına və vəzifələrinin yerinə yetirilməməsinə şərait yaradır. Adları qeyd olunan şəxslər uzun müddətdir ki, birdəfəlik köçüb daimi başqa ünvanlarda yaşadıqlarına görə onların həmin evdən istifadə hüquqları da itirilmişdir. Bu faktı qonşuları X4 (ş\v AZE N90854-0605, Nardaran qəsə Səfxani evli] və Əskər-zadə Ramil Ağakişi oğlu (ş/v AA2448271, Səfxani küç.] təsdiq edə bilərlər. Başqa şəxslə nikaha daxil olmaqla köçüb daimi olaraq başqa ünvanda yaşadıqları üçün onların faktiki onun istifadəsində və sahibliyində olan evdən istifadə hüququ həmin vaxtdan itirilmişdir. Hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi ‘'Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. Cavabdehlərin ailəsi ilə birlikdə yaşadığı evdə qeydiyyatda qalmaları onun həmin evdən istifadə hüquqlarının tam həyata keçirilməsinə, o cümlədən həmin əmlakdan istədiyi kimi istifadə etməyinə imkan vermir və maneə yaradır. Bu səbəbdən də onların ona məxsus evdə formal olaraq istifadə hüquqlarının qalması onun və ailə üzvlərinin hüquqlarının məhdudlaşdırılması baxımından qanunsuz hal kimi qiymətləndirilməli və onların həmin evdən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh7 iddia tələbini qəbul edərək iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin üzürlü səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Az-İİ 272298 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Qulu-zadə Hacıbala Xəlil oğlu xx.xx.2022-ci il tarixdə ölmüşdür. Nardaran qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 5-18-6/2-1100/23 nömrəli, xx.xx.2023-cü il tarixli məktuba əsasən adları qeyd qeyd olunan Cavabdeh1 və Cavabdeh2 ünvanda qeydiyyatdadırlar. Ancaq həmin ünvanda yaşamırlar. Cavabdeh1 ailə qurması ilə əlaqədar olaraq 1995 -ci ildən qəsəbənin, X20 küçəsində yaşayır. Cavabdeh2 ailə qurması ilə bağlı 1994-cü ildən qəsəbənin ünvan 4 ünvanda yaşayır. Cavabdeh3 ailəsi birlikdə 2000-ci ildən qəsəbənin Zahid Xəlilov küçəsində yaşayır. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, X5 və X6 xx.xx.1969-cu il tarixdə 380 nömrəli akt qeydinə əsasən nikaha daxil olmuşlar. Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, ünvan 7 ünvanında İddiaçı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh5, X15, X9, Cavabdeh6, Cavabdeh7, Cavabdeh1, X1, X2 qeydiyyatdadırlar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********61 nömrəli, xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş texniki pasportda hüquq sahibinin soyadı Quliev, hüquqmüəyyənedici sənədlərdə isə Qulu-zadə kimi qeyd edildiyindən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-49683/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 7 ünvanın qeydiyyatdan keçməsi haqqında məlumat aşkar edilməmişdir. Şəxsi mülkiyyət hüququ ilə evləri texniki invertarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Səvxalı 9 ünvanının mülkiyyətçisi X7r. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsinə istifadə hüququ altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən, kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir və yaşayış sahəsinə hüququ itirilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitutsiya məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Məhkəmə mülki iş materiallarınaı araşdıraraq qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərək ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinin onun atasına məxsus olması, atası öldükdən sonra sözügedən evin miras əmlakı kimi onun tərəfindən qəbul edilməsini bildirəsə də məhkəmə araşdırılması zamanı iddiaçının həmin evə dair subyektiv hüququnun olması müəyyən edilmədi. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya vermiş olduğu cavab məktubundan da görünür ki, sözügedən fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlər mövcud deyildir. Belə olan halda məhkəmə hesab edir ki, nəqədərəki sözügedən fərdi yaşayış evi dövlət qeydiyyatından keçməmiş və iddiaçının həmin fərdi yaşayış evinə hər hansı bir hüququ qeydiyyata alınmamışdır iddia tələbi iddiaçının subyektibv hüuququnun mövcud olmaması əsası ilə rədd edilməlidir. Eyni zamanda məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, iddiaçı gələcəkdə sözügedən fərdi yaşayış evinin atasına məxsus olmasını., həmçinin ona həmin fərdi yaşayış evini vərəsəlik qaydasında qəbul etməsi halını müəyyən edə bildiyi halda hazırki tələb ilə yenidən məhkəməyə müraciət etmək hüququ saxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (Qeyd olunan Qərarda nümayiş olunan hüquqi mövqe Konstitusiya Məhkəməsinin digər Qərarlarında da öz əksini tapmışdır.) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğluna, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-556/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-556/2025
13.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver