Məhkəmə qərarları › İş №2(008)-5577/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-5577/2025

31.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-5577/2025 31.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim X1, İddiaçı Cavabdeh qarşı "iddiaçıya məxsus Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-2 bağ sahəsi 712A ünvanda yerləşən fərdi yaşayış evinə cavabdeh tərəfindən vurulmuş maddi ziyanın əvəzi olaraq 11000 manat pulun və 123 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 11123 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi" barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "iddiaçıya məxsus Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-2 bağ sahəsi 712A ünvanda yerləşən fərdi yaşayış evinə cavabdeh tərəfindən vurulmuş maddi ziyanın əvəzi olaraq 11000 manat pulun və 123 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 11123 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsində deyilir ki, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə qeyd edir ki, hazırkı iddia üçün qanunda alternativ ərazi aidiyyəti qaydaları nəzərdə tutulmadığına görə ümumi ərazi aidiyyəti qaydaları tətbiq edilməli və həmin qaydalara müvafiq olaraq, iddia cavabdehin rəsmi qeydə alındığı yerin ümumi məhkəməsinə verilməlidir. "Elektron məhkəmə" informasiya sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən edildi ki, Cavabdeh rəsmi qeydə alındığı ünvan ünvan 2ılması Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin səlahiyyətinə aiddir. Beləliklə, hazırkı işə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalı deyil, bu hal isə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsasdır. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 123 manat dövlət rüsumu ona qaytarılmalıdır. Məhkəmə bunu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı "iddiaçıya məxsus Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-2 bağ sahəsi 712A ünvanda yerləşən fərdi yaşayış evinə cavabdeh tərəfindən vurulmuş maddi ziyanın əvəzi olaraq 11000 manat pulun və 123 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 11123 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi" barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 123 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. X3.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar