Məhkəmə qərarları › İş №2(008)-5625/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-5625/2023

31.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-5625/2023 31.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakları ilə İddiaçı, Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi və həmin mənzildən məcburi qaydada çıxarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ üzrə 1/4 hissədə ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Seyid Şuşinski küçəsi, ev 4/2, 35 saylı mənzildən Cavabdeh istifadə hüququna xitam verilməsi və həmin mənzildən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şuşinski küçəsi, ev 4/2, 35 saylı mənzili vərəsəlik üzrə paylı xüsusi mülkiyyət 2019-cu ildən vərəsəlik üzrə 1/4 hissədə ona, 1/4 X4, 1/4 hissədə X3 və 1/4 hissədə X2 məxsusdur. Lakin buna baxmayaraq mənzilinə dair sərəncam vermək hüququ məhdudlaşdırılmışdır. Mənzilin onların xüsusi mülkiyyətlərində olması barədə AR ƏMDK yanında DƏDRX-nın verdiyi çıxarış vardır. Lakin buna baxmayaraq mənzilə dair sərancam vermək hüququ məhdudlaşdırılmışdır. Belə ki, iddiaçı keçmiş həyat yoldaşı Cavabdeh 2021-ci ilin fevral ayında yuxarıda qeyd etdiyi mənzilə ona aid 1/4 hissəyə pasport qeydiyyatına aldırmışdır. Hazırda cavabdehlə ailə münasibətləri korlandığı üçün Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-1113/2023 saylı qətnaməsi ilə cavabdehlə aralarındakı nikahları pozulmuşdur. Cavabdeh indiki vaxtda da onun mənzilində yaşamasına baxmayaraq ona qarşı əsassız problemlər yaradır. Özü ikinci qrup əlildir, xəstəliyilə bağlı həkim nəzarətindədir. Buna baxmayaraq cavabdehin məqsədi onun xəstəliyinin daha da şiddətlənməsi və onu bu yolla sıradan çıxartmaqdan ibarətdir. Cavabdehin bundan başqa da valideynlərindən qalma ünvan 1 ünvanda evi vardır. O, həmin evi kirayə vermişdir və bundan qazanc götürür. İddiaçı dəfələrlə ona öz evinə çıxıb getməsini xoşluqla təklif etsə də heç bir nəticəsi olmamışdır və o, qəsdən nikah pozulsa da onun yaşadığı ünvanda yaşamağa davam edir. İndiki vəziyyətdə onların bir mənzildə yaşamaqları qeyri mümkündür .Bundan əlavə cavabdehə görə artıq kommunal xərcləri ödəyir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə iddia ərizəsində qeyd olunan ünvana bildiriş göndərilməklə məlumat verilsə də o, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin: 259.0.11-ci maddəsinə müvafiq olaraq, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizə təmin olunsun. İddiaçı Cavabdeh mənzildən istifadə hüququna xitam verilməsi və həmin mənzildən məcburi qaydada çıxarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar