Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5633/2025 25.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 Seyfəddin oğlunun sədrliyi, Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı, Cavabdeh İddia predmedi barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ½ hissədə paylı mülkiyyətçisi olduğu mənzilin kirayə verilməsinə görə əldə edilən gəlirinin 26 aya nisbətdə ½ hissəsi olan 6500 manat və ödənilmiş 85 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandığı hallar: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Sabunçu Rayon Məhkəməsində Bakı şəhəri Sabunçu rayonu 2595 saylı məhəllə Y.Əliyev küçəsi 6-cı bina 1-ci blok 4-cü mərtəbə 1 otaqdan ibarət ümumi sahəsi 67.2 kv.m olan 37 (yeni 44) saylı mənzilə 1/2 hissədə onun və 1/2 hissədə Cavabdeh pay hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sabunçu Rayon məhkəməsinin 2(008)- 623/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsinə (Hakim-Şəbnur Qədirova) əsasən iddia təmin edilmiş, Bakı şəhəri Sabunçu rayonu Y.Əliyev küçəsi 2595 saylı məhəllə 6-cı bina 1-ci blok 4-cü mərtəbədə yerləşən ümumi sahəsi 67.20 kv.m olan 37 (yeni 44) saylı mənzilə 1/2 hissədə Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının, 1/2 hissədə Cavabdeh payları müəyyən edilmiş. "Mitsubishi Pajero" minik markalı **-EJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin satılmasına dair Cavabdeh ilə X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli və "Mercedes Benz 230" minik markalı 90-E0-452 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin satılmasına dair Cavabdeh ilə X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilələri etibarsız hesab edilmiş, "Mitsubishi Pajero" minik markalı **-EJ-*** dövlət nömrə nişanlı və "Mercedes Benz 230" minik markalı **-EO- *** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə 1/2 hissədə Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının, 1/2 hissədə Cavabdeh payları müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4093/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, nəqliyyat vasitələri ilə bağlı hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə qismən təmin edilmişdir. Qətnaməyə əsasən "Mitsubishi Pajero" minik markalı, **-EJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin satılmasına dair Cavabdeh ilə X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilələri etibarsız hesab edilərək həmin nəqliyyat vasitəsi üzərində 1/2 hissədə Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının, 1/2 hissədə Cavabdeh payları müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-328/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4093/2023 nömrəli iş üzrə 18 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İddiaçı tərəfindən verilmiş sorğuya əsasən verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubunda "Akkord Sənaye Tikinti İnvestisiya"xxxx" ASC-nin inşa etdiyi Sabunçu rayonu 2595 saylı məhəllə Y.Əliyev küçəsi 6-cı bina 1-ci blok 4-cü mərtəbə 1 otaqdan ibarət mənzildə Nərmin Əzimovanın 2 ildir ki qeydiyyatsız yaşaması müəyyən edilmişdir. Qeyd edilməlidir sözügedən şəxsə mənzili Cavabdeh kirayəyə vermişdir və şəxs həmin mənzildə aylıq 500 AZN olmaqla kirayədə qalır. Sabunçu Rayon məhkəməsinin 2(008)-623/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə qeyd edilən mənzilin ½ hissəsi paylı mülkiyyət olaraq ona aid edildiyindən həmin tarixdən mənzilin kirayə verilməsindən gələn gəlirin də ½ hissəsinin ona verilməli olduğu qənaətindədir ki, bu da ümumilikdə 26 aya görə 6500 AZN edir. İşdə iştirak edən şəxslərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, göstərdi ki, cavabdeh həmin mənzili başqa şəxsə kirayə vermiş və paylı mülkiyyətlərində olan əmlakdan təkbaşına gəlir əldə edir. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, həmin mənzildə yaşayan şəxs kirayəçi deyil və həmin şəxslə faktiki nikah münasibətlərindədir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 57.1-ci maddəsinə əsasən məhkəmənin təşəbbüsü əsasında X4 iddia predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 izahatında göstərdi ki, o, həmin evdə kirayəçi kimi yaşamır və cavabdehlə faktiki nikah münasibətləri mövcuddur. Mülki işin materialları: -X10 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 519 nömrəli arayışdan görünür ki, "xxxx" ASC-nin inşa etdiyi və ½ hissəsi İddiaçı məxsus olan mənzildə Əzimova Nərmin 2 ildir ki, qeydiyyatsız yaşayır. -ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, mübahisəli mənzil ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh məxsusdur. -Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞB/8/2025-00849 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. -Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-623/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi 4001- 4010-cu məhəllə ev 13, 56 saylı mənzilə (yeni qaydalarla: Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Xəlil bəy Xasməmmədov küçəsi 76 M14 m4) 1/2 hissədə Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının, 1/2 hissədə Cavabdeh mülkiyyət hüququ tanınması qət edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 216. Mülkiyyətçilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, məhkəmə qeyd edir ki, hər bir iddia tələbi üzrə hüquqi dəyərləndirmə ilk əvvəl iddianın qanuni əsasının tapılmasından və işin müəyyən edilmiş faktiki hallarının qanuni əsasın dispozisiya şərtlərinə uyğunluğunun yoxlanılmasından ibarətdir. Bu zaman dispozisiya şərtləri işin halları ilə uyğun gəldiyində iddia təmin edilməli, əks təqdirdə iddia tələbi rədd edilməlidir. İddia tələbinin qanuni əsasının tapılması üçün aşağıdakı suallarının cavabı müəyyən edilməlidir. Kim, kimdən, nəyi, hansı əsasla tələb edir. Hazırkı iş üzrə İddiaçı Cavabdeh ½ hissədə payı olan mənzilin kirayə verilməsinə görə əldə edilmiş 6500 manat pulu tələb etmişdir. Məhkəmə hesab edir ki, hazırkı tələbin ehtimal olunan qanuni əsasını Azərbaycan Respublikası MM-nin 216-ci maddəsı təşkil edir. Həmin maddənin məzmunundan göründüyü kimi, tərəflər arasında başqa razılaşma olmadığı halda paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür və iddiaçı da həmin qanuni əsas əsasında mənzilin kirayə verilməsi əsasında əldə edilmiş gəlirin onun payına münasibətdə olan hissəsinin verilməsini xahiş etmişdir. Göründüyü kimi həmin qanuni əsasın dispozisiya şərtləri aşağıdakılardan ibarətdir. 1) Tərəflər arasında başqa razılaşma olmamalıdır. 2) Əşya paylı mülkiyyətdə olmalıdır. 3) Əşyanın istifadəsindən bəhər, məhsul və gəlir əldə edilməlidir. Məhkəmə tərəfindən işin halları araşdırılarkən tərəflərin və üçüncü şəxsin izahatına və digər iş materiallarına əsasən müəyyən edilmişdir ki, üçüncü şəxs X4 həmin mənzildə kirayəçi kimi məskunlaşmıyıb və tərəflər arasında kirayə müqaviləsi yoxdur. Əksinə araşdırma zamanı məhkəməyə hasil olmuşdur ki, cavabdehlə üçüncü şəxs arasında faktiki nikah münasibətləri mövcuddur və onlar arasında kirayə müqaviləsindən irəli gələn münasibətlər yoxdur. İddiaçı həmin xüsusatları qəbul etməsə də, Azərbaycan Respublikası MPM-nin 77.1ci maddəsinə əsasən bunların əksini sübuta yetirə bilməmişdir. Odur ki, müəyyən edilmiş faktiki hallara mübahisənin yuxarıda sadalanan dispozisiya şərtləri baxımından qiymət verən məhkəmə aşağıdakıları qeyd edir. Qanuni əsasın ilk dispozisiya şərti qismində tərəflər arasında başqa razılaşmanın olmaması göstərilmişdir. İşin hallarından göründüyü kimi tərəflər arasında bəhər, məhsul və gəlirlərinin başqa cür bölüşdürülməsi barədə razılaşma yoxdur və aşkar edilməmişdir. Odur ki, bu şərt ödənildiyindən digər şərtə keçilməlidir. Digər dispozisya şərti qismində isə əşyanın paylı mülkiyyətdə olmalıdır. Hazırki iş üzrə iş materiallarında olan çıxarışdan görünür ki, həqiqətən də, mənzil paylı mülkiyyətdədir. Odur ki, bu şərt ödənildiyindən digər şərtə keçilməlidir. Sonuncu şərt qismində isə əşyanın istifadəsindən gəlir, məhsul və bəhər əldə edilməsidir. Lakin məhkəmə hesab edir ki, həmin şərt ödənilmir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, üçüncü şəxsin mənzildə kirayə müqaviləsi əsasında deyil, cavabdeh olan şəxsi münasibətləri zəmnində yaşayır. Odur ki, məhkəmə hesab edir ki, sonuncu dispozisiya şərti ödənilmədiyindən iddia tələbi rədd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddianın qaldırılması üçün ödənilmiş 85 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi rədd edilinsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X6
Məhkəmə qərarları › İş №2(008)-5633/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5633/2025
25.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver