Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5648/2025 23.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 Seyfəddin oğlunun sədrliyi, Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı və Cavabdeh DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı payın naturada bölgüsü tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçılar İddiaçı və Cavabdeh DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı payın naturada bölgüsü tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Ləhiş yolunun 300 metrliyi, 32X saylı sahənin bir hissəsi ünvanda yerləşən 0,03 ha olan bağ evinin İddiaçı məxsus hissəsinə və 0,03 ha olan bağ evin Cavabdeh adına düşən hissəyə ayrı-ayrılıqda tam paysız şəkildə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandığı hallar: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Lǝhiş yolunun 300 metrliyi, 32X saylı sahənin bir hissəsi ünvanda yerləşən bağ evin paylı mülkiyyətdədir. Bağ evi paylı mülkiyyətdə olsa da, bütün paylar ayrı-ayrı olmağına bağmayaraq 1 (bir) dam örtükləri altında yerləşməklə giriş çıxışları ayrıdır. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Lǝhiş yolunun 300 metrliyi, 32X saylı sahənin bir hissəsi ünvanda yerləşən bağ evin Texniki Pasportu tərtib edilmişdir. Həmin paylı mülkiyyətdə olan bağ evinə dair iddiaçıların adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ona **********77 seriyalı, xx.xx.2024-cü il tarixli **********, xx.xx.2024-cü il tarixli **********) qeydiyyat nömrəli Çıxarış verilmişdir. Lakin, həmin çıxarışda digər payçının adı qeyd edilmişdir. Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ona **********77 seriyalı, xx.xx.2024-cü il tarixli **********) qeydiyyat nömrəli Çıxarış verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Lǝhiş yolunun 300 metrliyi, 32X saylı sahənin bir hissəsi ünvanda yerləşən bağ evinə dair mülkiyyət hüquqlarını təsdiq edən Çıxarışda hər kəsin öz adını qeyd edilməklə, yeni çıxarışın verilməsi üçün ərizə ilə, tələb olunan sənədləri əlavə edilməklə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsələr də, cavabdeh orqan ərizəni təmin etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə ziddir və onun qanunvericiliklə nəzərdə tutulan hüquqlarını pozur. Hesab edir ki, cavabdeh orqan «Daşınmaz əmlakın dövlət reyestri haqqında»> Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş və həmin qanunun 15-ci maddəsinə zidd olaraq ona imtina vermişdir. İddianın tələbinin dəqiqləşdirilməsi: İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı üçüncü şəxs qismində DƏDKR PHŞ-nin 1 saylı Bakı ərazi idarəsi cəlb olunmaqla, cavabdehlə ümumi mülkiyyətində olan əmlakın bölünməsinə və fərdi yaşayış evlərinin ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni icraata qəbul etmişdir. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş etmiş, üçüncü şəxs isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işin materialları: -DƏDKR PHŞ-nin 1 saylı Bakə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla, vahid tam örtüyündən ibarətdir. Konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilmədiyindən məsələnin həlli mümkün olmamışdır -ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, mübahisəli bağ evi ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh məxsusdur. -ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş **********77 reyestr nömrəli çıxarışdan görünür ki, mübahisəli torpaq sahəsi ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh məxsusdur. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 07-62/25 nömrəli mütəxəssis rəyindən görünür ki, mübahisəli bağ evlərinin bir-birinə hörgü bağlantısı olmadığı, həmçinin bağ evlərinə ayrı-ayrılıqda giriş-çıxış yolu olduğu nəzərə alınaraq, həmin bağ evlərinin bir-birindən təcrid şəkildə ayrılması texniki cəhətdən mümkündür və bunun üçün rəyə əlavə olunmuş sxemə uyğun olaraq, iki ev arasında olan boşluqdan qonşu hasara qədər hasar çəkilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə Qərardadının: Bənd 62. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. Bənd 63. Birinci mərhələ (əşyanın fiziki bölgüsü) üzrə məhkəmə araşdırmasının predmeti ümumi mülkiyyətdə olan əşyadan payın ayrılmasının ilkin mərhələsi (əşyadan payın naturada ayrılması) ilə eynilik təşkil etdiyindən bu qərardadın 42-44, 46-cı bəndlərində nəzərdə tutulan qaydalar nəzərə alınmalıdır. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi və bağ evi iddiaçı və cavabdehin paylı mülkiyyətindədir və hər iki tərəfin əşya üzərində ½ payı müəyyən edilmişdir və hal-hazırda tərəflər əmlakın bölünməsini xahiş edirlər. Məhkəmə ilk öncə qeyd edir ki, ümumi mülkiyyətdə olan əmlakın ayrılması və bölünməsi fərqli hüquqi nəticələr yaratmaqla, bir-birlərindən fərqlənən mexanizmlər əsasında həyata keçirirlər. Belə ki, əmlakın payın ayrılması nəticəsində pay ayrılan əmlak hələ də digər mülkiyyətçilərin paylı mülkiyyətində olmağa davam edir, sadəcə olaraq payın ayrılmasını tələb edən şəxsin pay ayrılaraq, həmin tələb edən şəxs öz mülkiyyətinin fərdi mülkiyyətçisinə çevrilir. Əmlakın bölünməsi zamanı isə, bölünən əmlak, artıq paylı mülkiyyətdə olmamaqla, bütün mülkiyyətçilər artıq öz mülkiyyətində olan əmlakın fərdi mülkiyyətçisinə çevrilir. Hazırkı iş üzrə iddiaçı iki nəfərin paylı mülkiyyətində olan əmlakın bölünməsini xahiş etmişdir və həmin bölünmə nəticəsində artıq həmin mübahisəli bağ evi və torpaq sahəsi üzərində ümumi mülkiyyət hüququ xitam edilməklə, hər bir mülkiyyətçi fərdi mülkiyyətçiyə çevriləcək. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası qismində Mülki Məcəllənin 221-ci maddəsi çıxış edir. Azərbaycan Respublikası Ali Məhkəməsi müvafiq Qərardadında göstərmişdir ki, paylı mülkiyyətin bölünməsinə dair iddialarda iddia tələbindən kənara çıxmamaqla, ilk əvvəl payın naturada ayrılmasının mümkünlüyü yoxlanılmalı, əgər bu mümkün olmadıqda və iddia tələbində ehtiva olunursa, əşyanın hərracda satılması məsələsi həll edilməlidir. (Paylı mülkiyyətdə olan əmlakın bölünməsi zamanı kompensasiya məsələsi qanunda nəzərdə tutulmamışdır.) İş materiallarında olan mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, mübahisəli bağ evinin və torpaq sahəsinin naturada bölgüsü texniki cəhətdən mümkündür və tərəflər həmin mütəxəssis rəyini təqdim etməklə, dolayı yolla həmin rəydə olan bölgü ilə razılaşdıqlarını göstərmişlər. Məhkəmə iş materiallarında olan mütəxəssis rəyi ilə razılaşaraq hesab edir ki, mübahisəli bağ evinin və torpaq sahələrinin rəyə əsasən bölgüsü məqsədəuyğundur. Odur ki, iddia tələbi təmin edilməli və mübahisəli bağ evi və mənzil mütəxəssis rəyi əsasında bölünməlidir və bo bölgünün həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə həvalə edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran Ləhiş yolunun 300 metrliyi, 32X saylı sahənin bir hissəsində yerləşən 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsi üzərində ümumi mülkiyyətdə olan payların 0,03 ha torpaq sahəsi hissəsində İddiaçı, 0.03 ha torpaq sahəsi hissəsində Cavabdeh ayrılsın. Ayrılmış 0.03 ha torpaq sahələrinin hər birinin üzərində yerləşən bir birindən təcrid olunmuş bir fərdi yaşayış evi İddiaçı digər fərdi yaşayış evi isə X1 ayrılsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3
Məhkəmə qərarları › İş №2(008)-5648/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5648/2025
23.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver