Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-5704/2025 13.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Rəhmanova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 nümayəndəsi X2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balaxanı rayon bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, mübahisə predmetinə dair müstəqil tələb irəli sürməyən Balaxanı Rayon Bələdiyyəsi cəlb edilməklə, “çıxarışlar və çıxarışların verilməsinə əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlər etibarsız hesab edilməklə ona ayrılmış olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 300 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, mübahisə predmetinə dair müstəqil tələb irəli sürməyən Balaxanı Rayon Bələdiyyəsi cəlb edilməklə “çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verilmiş çıxarışlar və çıxarışların verilməsinə əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlər etibarsız hesab edilməklə ona ayrılmış olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 300 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə ərizə təqdim edərək, mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X4 vəsatətin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balaxanı rayon bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, 2005-ci il tarixli bələdiyyənin sərəncamı ilə X1 torpaq sahəsi ayrılmışdır. Ondan sonra etibarnamə əsasında satılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli, ərizə baxılmamış saxlanılmalı, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, mübahisə predmetinə dair müstəqil tələb irəli sürməyən Balaxanı Rayon Bələdiyyəsi cəlb edilməklə, “çıxarışlar və çıxarışların verilməsinə əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlər etibarsız hesab edilməklə ona ayrılmış olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 300 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-5704/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-5704/2025
13.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver